Mektebgushesi

Naxçıvanda erkən nikaha cəhd edilib

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda erkən nikaha cəhd edilib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Belə ki, Şərur rayon Ələkli kənd sakini 12 iyun 2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan L.Ə. (ad və soyad şərtidir) 1999-cu il təvəllüdlü Şərur rayon Vərməziyar kənd sakini […]

“Azərbaycan müəllimi” qəzeti rebrendinq müsabiqəsi elan edir

Elm və Təhsil Nazirliyinin mətbuat orqanı olan və 1934-cü ildən fəaliyyət göstərən “Azərbaycan müəllimi” qəzeti ölkəmizdəki ən önəmli təhsil carçısıdır. 2024-cü ildə 90 illik yubileyini qeyd edəcək bu qədim tarixə malik qəzetin müasir dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə rebrendinq müsabiqəsinə start verilib. Müsabiqədə iştirak etmək istəyənlər “Azərbaycan müəllimi” qəzetinin yeni loqosu və internet saytının əsas səhifəsinin […]

Magistraturaya qəbul imtahanının nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 11 fevral 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının yekun nəticələrini elan edib. Mektebgushesi.az xəbər verir ki, xatırladaq ki, imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələri fevralın 13-də olan olunub. Hazırda isə xarici dil fənləri üzrə esse tapşırıqlarının nəticələri daxil olmaqla yekun imtahan balı təqdim […]

7 yaşlı məktəblini öldürməkdə təqsirləndirilən idman müəllimindən xəbər var – VİDEO

  Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib. Daha sonra son söz demək üçün Mehman Xəlilova söz verilib. […]

2024–2025-ci tədris ili üzrə müsahibələrə aprel ayının əvvəlində başlanılacaq

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024–2025-ci tədris ili üzrə müsahibələrə aprel ayının əvvəlində başlanılacaq. Mektebgushesi.az xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Poladova Elm və Təhsil Nazirliyinin feysbuk səhifəsində yayımlanan “2022–2026-cı illər üçün Dövlət Proqramı”na müraciət qaydaları ilə bağlı canlı yayımda […]

Azərbaycan Elm Fondu Gənc Alim və Tədqiqatçıların 8-ci qrant müsabiqəsini elan edir

  Azərbaycan Elm Fondu Gənc Alim və Tədqiqatçıların 8-ci qrant müsabiqəsini (AEF-GAT-8-2024-1(49) elan edir. Fonddan  bildirilib ki, müsabiqənin məqsədi gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması və onlara elmi tədqiqatlar aparmaq üçün əlverişli imkanların yaradılması, gənc kadr potensialının gücləndirilməsi üçün proqramların işlənib-hazırlanması, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, innovasiya fəaliyyətinin dəstəklənməsi, regional və beynəlxalq səviyyəli […]

Ali məktəblərə və tam orta təhsil bazasında kolleclərə ərizə qəbulu başa çatır

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sona yaxınlaşır. Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, martın 13-ü saat 15:20-yə olan məlumata əsasən, 99403 abituriyent öz ərizəsini təsdiq edib. Ərizələrin qəbulu martın 1-də başlanıb və martın 15-i saat 23:59-dək internet vasitəsilə aparılır. Ərizə qəbulunda həm cari, həm […]

Qarabağ Universitetinə yeni vakansiyalar elanı verilib – VİDEO

Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində işləmək istəyənlər üçün yaxın günlərdə də yeni vakansiyalar elan olunacaq. Mektebgushesi.az xəbər verir ki, bu barədə Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova “Xəzər”ə danışıb. O bildirib ki, Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetinə bir neçə gün əvvəl proqram rəhbəri vakansiyası üzrə elan verilib. İndiyə kimi […]

Beyləqanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi

  Azərbaycanda şagird intihar edib. Bakupost.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Beyləqan rayonunda qeydə alınıb. Rayonun Yuxarı Aran tam orta məktəbinin 8-ci sinif şagirdi özünü öldürüb. Hadisə zamanı o, evdə tək olub. Hadisənin səbəbi bilinmir, araşdırma aparılır. Qeyd edək ki, o, bu gün dəfn olunub. Bildirilir ki, o, əlaçı şagirdlərdən olub, olimpiadalarda iştirak […]

Lənkəran məktəbliləri FLEX proqramının qalibləri olublar

Lənkəran məktəbliləri 2024-cü il üçün nəzərdə tutulan FLEX proqramının qalibləri olublar. Bu barədə Mektebgushesi.az-a Lənkəran şəhər 4 saylı məktəbin direktoru Səadət Kazımova  məlumat verilib. Belə ki, Lənkəran şəhər 4 saylı məktəbin 11c sinfinin şagirdləri Xumar Seymur qızı Hüseynova və Nuray Aqşın qızı Məmmədzadə FLEX proqramının qalibləri olaraq təhsillərini Amerikada davam etdirəcəklər.

DİM 17 mart tarixində buraxılış imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi 17 mart 2024-cü il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək. Mektebgushesi.az xəbər verir ki,  martın 17-də Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarında, Gəncə – 1, Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran – 1, Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarında […]

Bir neçə təhsil müəssisəsinin rəhbəri barəsində tədbir görüldü

  Qarabağ Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən təhsil müəssisələrində monitorinq aparılıb. İdarədən “Qafqazinfo”ya verilən məlumata görə, monitorinq zamanı məlum olub ki, Ağcabədi rayonu üzrə təhsil sektorunun dörd nəfər əməkdaşı tərəfindən vəzifə öhdəlikləri vaxtında və düzgün icra olunmayıb. Nəticə etibarilə təhsil müəssisələrinin fəaliyyətinə nəzarət edilməyib, bir sıra neqativ hallara yol verilib. Göstərilənləri nəzərə alaraq Ağcabədi […]

Füzulidə uşaq yaradıcılıq mərkəzinin açılışı olub

  Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. President.az xəbər verir ki, dövlət başçıları tədbirdə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Füzuli şəhər sakinləri və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alacaq uşaqlarla görüşüblər. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib: “Sizi […]

Ağdamda bağça müdiri oğurluğa görə saxlanıldı

Ağdam rayonundakı uşaq bağçalarından birinin müdiri oğurluq etdiyinə görə saxlanılıb. “Qaynarinfo”nun məlumatına görə, 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bağça müdiri işləyən Arzu Ağayeva (ad-soyad şərti) barəsində Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb. Məhkəmə işindən aydın olur ki, qadın 2023-cü ilin iyul ayında məzuniyyətdə olduğu üçün […]

Təhsil müəssisəsində təxribat törədiləcəyi ilə bağlı məsələ aidiyyəti qurumların nəzarətindədir – RƏSMİ

Ötən gündən başlayaraq sosial şəbəkələrdə bir neçə ümumi təhsil müəssisəsində təxribat törədiləcəyi ilə bağlı məlumatlar paylaşılmaqdadır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Mektebgushesi.az – a bildirilib ki, məsələ aidiyyəti qurumların nəzarətindədir: “Hazırda tədris prosesi ənənəvi qaydada davam edir. Valideynləri təşvişə düşməməyə, sosial şəbəkə istifadəçilərini isə həyəcan yaradan çağırışlar etməməyə çağırırıq”.