Mektebgushesi

Günel İsgəndər: “Atam deyirdi ki – əziz balalarım, siz də bu tarixin canlı şahidləri olursunuz…”

Yaxşı xatırlayıram, mən uşaq olanda biz ailəlikcə bayram günlərində, şənliklərdə, özəl günlərdə mütləq büyüklərimizi görməyə gedərdik. Hər dəfəsində qonaq getdiyimiz evə də qırmızı, ağ, çəhrayı qərənfil güllərindən ibarət çiçək dəstələri aparardıq. Bu güllər sadəcə neylon kağızlara bükülərdi. Və biz bacı-qardaşlar onu aparmaq üstündə yol boyu dava da edərdik. Tale elə gətirdi ki, Azərbaycan tarixinə qanlı […]

Qərənfilin “qara” taleyini “ağ” günə çıxaran Xarı Bülbül

  Tarixi biliklərimizə əsaslanıb söyləyə bilərik ki, qanlı-qadalı hadisələr, ölüm-dirim müharibələri bir xalqın ya məhvinə səbəb olur, ya da yüksəlişinə. Əgər xalq mütəşəkkil olmağı bacarmırsa, mənəvi gücü ilə fiziki gücünü eyni anda səfərbər edə bilmirsə və o xalqın başında güclü sərkərdə, rəhbər dayanmırsa, şək-şübhəsiz ki, həmin xalq məhvə məhkumdur. Ancaq bizlər xoşbəxt xalqıq ki, odlu-alovlu, […]

Bizi torpağa gömsələr də, cücərəcək toxum olduğumuzu bilmədilər…

  Hər bir xalqın tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifələri olur. Lakin çox çətin olar ki, bu iki məqam üst – üstə düşər. Tariximizi səhifələyəndə görürük ki, xalqımız 1990-cı ilin Qanlı Yanvarını həm faciəli, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. Keçmiş Sovet imperiyasının qatilləri öz ordusunu zülmət qış gecəsində fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz […]

44 günlük vətən müharibəsində Əliağa Vahid və “ŞƏHİD XUDAYAR DASTANI”

  Həmişə mən varam aləmdə, ölmərəm, Vahid, Əsər ki qaldı cahanda, o, ölməmək kimidir. Yaşadığımız yüzilin 19-20-ci illəri bütün bəşəriyyəti təhlükəli bir virusla qarşılaşdırdı. “Covid-19” yaşından, təhsilindən, savadından, sosial mənsubiyyətindən asılı olmayaraq, gözlənilməz, vaxtsız ölüm mesajı ilə insan talelərini, arzuları yarımçıq qoydu. Lakin Azərbaycan xalqının tarixinə əsrin 20-ci il daha təhlükəli bir virusa − erməni […]

Nadir İsrafilov: “Bu gün hər bir təhsil işçisinin də vəzifəsi….”

Bu gün hər bir təhsil işçisinin də vəzifəsi, “Qarabağ Azərbaycandır!” zəfər çağırışına öz töhfəsini verməkdir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir bitki növü olan, Şuşanın milli simvoluna çevrilən, dünyanın heç bir yerində rast gəlinməyən, təbiətin möcüzəsi sayılan “Xarı bülbül”ü canlı təbiətdə görməsəm belə, onun haqqında çox eşitmişdim, sanki gülün üzərinə qonmuş bülbülü xatırladan, bülbülün […]

STRESS, onun orqanizmdə törədə biləcəyi psixo-somatik fəsadlar və ondan qorunmaq yolları

Müharibənin gətirdiyi ağır itkilər, insanların taleyində törətdiyi fəlakətlərin dərin izləri və pandemyanın davamlı şəkildə insanların psixikasında yaratdığı ciddi psixoloji gərginliklər nəticə etibarı ilə onlarda posttravmatik stress pozuntusu yaradır. Onun cimptomları əgər azalmırsa, bütün hallarda stressin təhlükəli nəticələrini qarşılamaq üçün bu insanlara mütləq psixoloji dəstək lazımdır. Gəlin əvvəlcə baxaq görək stress nədir? STRESS – ing. dilindən […]

Nadir İsrafilov: “Nə yaxşı ki, təhsilimizdə Mehdi Mehdizadə olub…”

Nə yaxşı ki, təhsilimizdə Mehdi Mehdizadə olub, nə yaxşı ki, cəmiyyətimiz bu cür örnək şəxsiyyətlərdən xali deyil. Yeni tarixi təqvimin tətbiq edilməsi nəticəsində, köhnə və yeni stil məhfumuna əsalansaq, bu gün (5 [18] yanvar 1903 – 1 may 1984) görkəmli alim, pedaqoq, maarifçi, Əməkdar Elm Xadimi, akademik Mehdi Mehdizadənin doğum günüdür. Hər dəfə mərhum akademiki xatırlayanda öz-özünə təsəlli tapırsan ki, nə yaxşı ki, təhsilimizdə Mehdi Mehdizadə olub, nə yaxşı ki, cəmiyyətimiz […]

Qarabağ müharibəsindən sonra ordudan tərxis edilən qazilərin nəzərinə

Müharibədən qayıdan qazilərlə, hətta heç bir fiziki problemi olmayan insanlarla söhbət edərkən ciddi şəkildə psixoloji travma aldıqlarını görürük. Əksəriyyətində silahların səsinin qulağından getməməsi, yuxuda dəhşətli kabuslar görməsi, hadisələri xatırlamaqdan qorxması, xatırladıqda bədəndə simptomatik əlamətlərin yaranması halları müşahidə olunur. Bu hal posttravmatik stress pozuntusunun əlamətləridir. PTSP simptomları hətta birbaşa müharibədə iştirak etməyən insanlarda da özünü göstərə […]

Nadir İsrafilov: “Bir vacib məqamı da nəzərə almadıq ki,…”

“Keçmişi də, gələcəyi də ancaq indinin işığında görmək olar”    II yazı “Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri daşıyır. Heç vaxt yol vermək olmaz ki, onillərlə yaranmışı bir gündə vurub dağıdasan, ondan heç bilmədiyin yeni bir qanun yaradasan…” Heydər Əliyev […]

Mütəllim Rəhimli: Semestr imtahanları keçirilməlidirmi?

Əksəriyyəti narahat edən və birmənalı qarşılanmayacaq bir məsələ haqqında danışmaq istəyirəm. Mektebgushesi.az xəbər verir ki, bu sözləri Avrasiya Universitetinin dekanı Mütəllim Rəhimli özünün sosial şəbəkədəki hesabında bildirib. Yanvarın 11-dən ali məktəblərdə imtahan sessiyası başlayacaq. Tələbələrin əksəriyyəti imtahanların ləğv edilməsi üçün sosial şəbəkələrdə kampaniya təşkil ediblər. Bunun üçün təhsil ekspertləri ilə on-line görüşlər təşkil edir, təhsil […]

Nadir İsrafilov: “Geriyə nəzər salmadan irəliləmək, geriliyi aradan qaldırmaq üçün yenidən əlavə səy göstərmək deməkdir.”

Geriyə nəzər salmadan irəliləmək, geriliyi aradan qaldırmaq üçün yenidən əlavə səy göstərmək deməkdir. Yeni daxil olduğumuz  təqvim ilinin 2021- ci ilində  müstəqilliyimizin ilk  rəsmi və sanballı sənədlərindən olan “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nın təsdiq olunmasından nə az, nə çox düz 21 il keçir. 35 illik bir dövr üçün nəzərdə tutulanan, əzəli və gələcəyimizin geniş […]

Professor Fərrux Rüstəmovun 60 illiyinə

Hörmətli professor Fərrux Abbas oğlu Rüstəmov! Sizin – pedaqogika üzrə elmlər doktoru, Əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki,  Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı və respublikamızın tanınmış ziyalısının 60 yaşı tamam olur. 60 illik ömrün işığında  biri-birinin ardınca ötüb keçərək tarixə qovuşan bu illərin hər […]

Yaşar və Narının hekayəsi…

Dünyada hər bir kişi üçün iki müqəddəs zirvə var” ATALIQ” və” ŞƏHİDLİK”. Hər iki zirvəni eyni zamanda fəth edən Qəhrəman Yaşar Babayev. Mənfur düşmənin Tovuzda törətdiyi ixtişaşlar nəticəsində qəhrəmanlqla döyüşüb Şəhidlik zirvəsinə ucalmışdı Yaşar. Eyni gündə həm Ata statusu qazandı həm Şəhid. Amma bütün bunlardan xəbərsiz oldu. Yaşar 8 il idi ata olacağı günü həsrətlə […]

BDU qarşısında müqəddəs arzular…

Ötənlərdə  bir məsələ ilə bağlı dörd il bakalavr təhsili aldığım və hazırda magistrantı olduğum doğma Bakı Dövlət Universitetinə (BDU) getdim. Mühafizə əməkdaşına yaxınlaşdım, nə qədər elədimsə də, məni içəri buraxmadı. Düz dörd il rahatlıqla və əminliklə, sadəcə tələbə biletimi göstərərək qapısından içəri keçirdiyim ali məktəbin mühafizə əməkdaşları məni tanısalar da, bu dəfə “olmaz” dedilər. Məcbur qalıb […]

İntiqam Soltan – PANDEMİYA… TEATR və 2020 – ci il

TARİX ÖLÜ GÜNLƏRDƏN FORMALAŞIR… (PANDEMİYA… TEATR və 2020 – ci il) Bu gün 2020-ci il haqqında danışanlar hamısı (böyük əksəriyyəti) əlində qılınc ötən ili xatırlayırlar… Amma unutmaq olmaz ki, artıq 2020 – ci il tarixdir. Tarixsə keçmiş (bunu “ölü, dünyasını dəyişmiş günlər” kimi də dəyərləndirmək mümkündür) günlərdən formalaşır. Dünyasını dəyişənlərin arxasınca danışanda isə adətən yalnız […]