Mektebgushesi

Pərvanə Bayramqızı – Diplom nədir?

Diplom Azərbaycanda savadın göstəricisi olmasa da, müəssisələrə “dürtülmək”, onu adamların gözünə soxub iş, vəzifə və s. tələb etmək üçün vasitədir. Dörd il sürünüb ölüm-zülüm bakalavr təhsili aldığını sübut etmək üçün diplomu əsas vasitə sayanlar, adətən, savadsızlar olur. Düşünürlər, diplomu varsa, hər şey edə bilər. Eyni zamanda iki-üç diploma sahib olanlara fövqəlbəşər kimi baxanlar da var. […]

Jurnalistika fakültəsinin tələbəsi – Rəqəmsal dövrün avara-sərgərdanları… 

İnternet dələduzluğunun aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir?  Alış-verişdən təhsilə, ünsiyyətdən əyləncəyə, iqtisadiyyatdan iş həyatına qədər internetdən istifadə edərək, həyatımızı asanlaşdırırıq. Bununla belə internet yalnız yaxşı və müsbət məqsədlər üçün istifadə edilmir. Şəxsi təhlükəsizliyimizi təhdid edən internet dələduzları bir çox insanın həm maddi, həm də mənəvi zərər çəkməsinə səbəb olurlar. İnternet dələduzluğu nədir? Müxtəlif tətbiq […]

Azərbaycan-Türkiyə nümunəsi: Allaha inam, kökə bağlılıq, əməldə birlik… 

Bir ananın iki oğlu, Bir ağacın iki qolu, O da ulu, bu da ulu Azərbaycan-Türkiyə Yazıya Türk dünyasının himninə çevrilmiş Bəxtiyar Vahabzadə misraları ilə başladım. Bozqurdlar, Oğuzlar… Dünyaya meydan oxuyan Türkün soykökü, yurdu, əsli dünya qədər qədimdir, tarixidir, zəfərli və qürurludur… Bəli, Türk dövlətləri hər zaman: əsirdən, qərinədən, ildən asılı olmayaraq var olduğu müddətcə diqqət […]

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi: Çətinlik Türkün sınağı – Azərbaycan qardaşının dayağı… 

Qardaş Türkiyədə baş verən zəlzələ minlərlə insanı evsiz qoydu, canlar aldı. Fəlakət nəticəsində minlərlə insan yaralandı, dağılmış binaların altında canlarımız qaldı. Dəhşətli hadisə milyonlarla insanın qəlbini yaraladı, ruhunu sarsıtdı. Sarsıntını Azərbaycan xalqı uşaqdan-böyüyə yaşadı, iliyinə qədər hiss elədi. Ustad müəllimimiz Cahangir Məmmədli ürəkağrısı, canyanğısı ilə Feysbuk səhifəsində yazdı: “Qardaş Türkiyədə baş verən faciəvi zəlzələ ilə […]

Ceyhun Məmmədov: “Bu gün Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından 5 il ötür”

Bu gün Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından 5 il ötür. 2018-ci ildə Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yaradılması barədə tarixi sərəncam imzaladı. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dini fəaliyyət sahəsindən qəbul edilən ən mühüm qərarlardan biri də Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasıdır. Bu gün bölgəmizdə və dünyada baş verən proseslər hər bir ölkənin dövlət-din münasibətləri siyasətini […]

Ceyhun Məmmədov: “Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir”

2 Fevral hər il ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük qayğı ilə yanaşan ümumimilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü elan edilib. Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz […]

Qarabağın Fransız gəlini 

Mətləbə keçməzdən əvvəl onu qeyd etmək istərdim ki, 1920-ci ilin aprel işğalına kimi sovetin hər zaman tənqid, təhqir etdiyi bəy balalarının əksəriyyəti (indiki “bəy” balalarından fərqli olaraq) Avropaya yüksək təhsilə sahib olmaq üçün getmişlər. 19-cu yüzilliyin sonları təkcə Şuşadan onlarla gənc Parisə, İngiltərəyə, Almaniyaya getmiş yüksək ixtisaslı həkim, müəllim, mühəndis, hüquqşünas kimi vətənə qayıtmışlar. Onlardan […]

Dərdin-qəmin ömrünü yaşayan Güllnarə Cəmaləddin                                    

  “Şair olan öz ömrününü yaşamır, Dərdin-qəmin bol ömrünü yaşayır.” Ruhun şad olsun, Zəlimxan Yaqub. Nə gözəl demisən. Sanki ürəyimi oxuyub qələmə almısan bu misraları. Xeyli vaxt idi məhz bu mövzuda, şeirlərini sevə-sevə oxuduğum, sosial mediada, dövrü mətbuatda ardıcıl izlədiyim  AYB Sumqayıt bölməsinin sədri, könlümün, ruhumun şairi Gülnarə Cəmaləddin haqqında, onun yaradıcılığının  özünəməxsusluğu barədə yazmaq istəyirdim. […]

Zərrədən kürrəyə – mərrə-mərrə, zərrə-zərrə

(Ustad Cahangir Məmmədlinin doğum gününə) Torpaq – çörəkdir. Ona binaən ki, müqəddəsdir… Atalarımız demişkən “Torpaq payı – çörək payıdır!” Üç on ildə düşmən torpaqla bərabər, çörəyimizi də əlimizdən aldı. Tanrı evini – məscidi, çörək evini – “Ağdam Çörək Muzeyini” dağıtdı. Milyonlarla insanı yurd-yuvasız qoyan qara donlu kafirlər camaatın elinə, evinə təpili-tıxılı soxuldular, sömürdülər, var-dövlətimizi gözlərinə […]

VIII sinif şagirdi Turqut Nəhmətli – VAXTIM OLSA (Hekayə) 

 Artıq səkkiz il idi ki, Sadiq məktəbdən məzun olmuşdu. Bəzi məyusluqlara baxmayaraq, uğurları ilə, istedı ilə sevilən və seçilən şagird idi. Bu illərdə uğurla dost olduğu kimi, uğurlularla da dost olmuşdu. Yoldaşları ilə münasibəti yaxşı olmuşdu hər zaman. Vəfalı bir dost, sirdaş olması isə onu həyatın çətinlikləri qarşısında geriyə salan amil idi. Axı, həyat amansızdır. […]

Aranlı məktəbində baş verənlərə aidiyyəti qurumlar adekvat reaksiya versəydilər məsələ bu qədər böyüməzdi – Ceyhun Məmmədov

İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbinin ibtidai sinif müəlliməsi Leyla Nəcəfquliyevanın həmin məktəbdə sanitar qovşağın az və yararsız vəziyyətdə olması ilə bağlı yaydığı video son günlərin təhsillə bağlı ən çox müzakirə olunan mövzularından biri oldu. Bu fikri Mektebgushesi.az -a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib. Əlbəttə təhsillə bağlı […]

Müəllim şagirdin üstünə qışqıranda ona töhmət verilir – Seymur Verdizadə

Bir neçə il əvvəl Hindistan hökuməti deputatlığa namizəd olmaq istəyən şəxslərin qarşısında belə bir tələb qoymuşdu: Həyətində tualet olduğuna dair arayış gətir!  Hindistan hökumətinin bu tələblə çıxış etməsi səbəbsiz deyildi. O vaxtı demirəm, elə indinin özündə də Hindistanda əyalət sakini olan milyonlarla adamın həyətində tualet yoxdur. Ermənipərəst mövqe tutduqları üçün gözümüzdən düşən qaraşirin hindlilər özlərinin […]

ARTİ -nin şöbə müdiri: Mövzu ilə ideyanın fərqləndirilməsi

  Mövzu yalnız söz və ya söz birləşməsi şəklində ifadə olunur. O, mətnin problematik və tematik cümləsində öz ifadəsini tapır. İdeya bitkin cümlədir; o, özündə mövzunu ehtiva edir və müəllifin mövzu ilə bağlı söyləmək istədiyi əsas fikirdir. Müəllifin əsas fikrini ifadə etdiyi cümlə həm də tematik cümlə adlanır. Mövzu və ideyanın yazılması Mövzunu müəyyən edin. […]

Ceyhun Məmmədov: Bullinqlə necə mübarizə aparmalı?

Son zamanlar dünyanın bir çox ölkələrində təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri də bullinq – təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Dünyanın əksər ölkələrində şagirdlər belə xoşagəlməz hadisələrlə üzləşir və bu zamanla onların psixologiyasında dərin izlər buraxır, onlarda özünəinamı zədələyir. Odur ki, harada baş verməsindən asılı olmayaraq hər bir bullinq hadisəsi ciddi araşdırılmalı, zamanında […]

BSU tələbəsi yazır – Şans qatarının yolu dəmirdən olmur…

Elmi dünyanın tək olduğu artıq çoxdan sübut olunub. Bunu artıq hər birimiz bilir, dərk edirik. Dünyada neçə qitə, nə qədər ölkə, böyük şəhərlər və hazırda səkgiz milyard  insan yaşadığını da bilirik. Ancaq unutmamalıyıq ki, bu səkgiz milyardın hər birinin ayrı-ayrılıqda öz mənəvi dünyaları var. Bu mənada biz hamımız ayrı-ayrı “dünyaların” insanlarıyıq. Doğrudur, səhər evdən çıxanda […]