Mektebgushesi

Nadir İsrafilov: “Əyani tədrisin qismən bərpa edilməsi barədə qərarı mübahisələndirmək üçün elə də ciddi bir əsas görmürəm…”

”Məktəblərin fəaliyyətinin dayandırılmasına bir aydan da az müddət qalmış belə bir qərarın verilməsində məqsəd nədir?” ; ”Bir ay ərzində məktəblərdə dərslərin keçirilməsi şagirdlərə nə qazandıracaq?” ; “Risklər tam aradan qalxana qədər gözləmədən məktəblərin açılmasının bir mahiyyıti olacaqmı?” və s. bu kimi fikirlər səslənsə də, subyektiv mövqelər sərgilənsə də, qəbul etəməliyik ki, distant təhsilə məqsəd kimi […]

Şuşanın xarı bülbülü, Qədirin sona bülbülü bəxtəvər çağını yaşayır

  ŞUŞA ŞƏHƏRLƏR İÇİNDƏ BİR İNCİDİR, ŞUŞA YAQUTDUR, ALMAZDIR, BİR İNCİDİR. (Ə. İSMAYILOV) Qışında bahar olan, bulaqları büllur, çiçəkləri dürlü, meşələri ceyranlı – marallı, bülbüllü cənnət – məkanım, Şuşa! Üç tərəfdən sıldırım qayalarla əhatə olunan şəhər Qalam. Vaxtilə yaradıcılığı ana dilimizin şah əsəri olan, poeziyasında millilik qalası quran Səməd Vurğun “Qız qayası” şeirində yazırdı ki, […]

BSU -nun tələbəsi – Qarabağ, Xarıbülbül həsrətimizə son qoydunuz

Bugünkü müsahibim İsmayıllı rayon Pirəbilqasim kənd sakini, aprel döyüşləri iştirakçısı, vətən müharibəsi qazisi Xəqani Əhmədovdur. Salam. Xoş gördük sizi! Salam. Xoş gəlmisiniz! Azərbaycanın şah damarı, döyünən ürəyi olan Qarabağ uğrunda gedən vətən müharibəsinə minlərlə gənc qatıldı. Xəqani bəy, siz necə oldu ki, döyüşlərə qatılmaq fikrinə gəldiniz? Öz doğma torpaqlarımızın işğal altında olmağı ilə barışa bilmirdim. […]

Şəmil Sadiq: “Tədris ili uzadılmalıdır” – VİDEO  

“Bu il tədris ilinin bir ay və ya ay yarım uzadılması müzakirə edilməlidir”. Bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında təhsil eksperti Şəmil Sadiq deyib. O bildirib ki, artıq bəzi ölkələrdə tədris ilinin uzadılması barədə müzakirələr başlayıb: “Şagirdlərin təhsil səviyyəsində geriləmə var. Onlayn dərslərdə sıxıntılar yaşanır. Distant tədris nə qədər effektiv olsa da, ənənəvi dərslərlə […]

ADA -nin prorektoru Vəfa Kazdal: “ADA Universitetinin təsisçi rektorundan zəruri liderlik dərsləri”

Bu günlərdə ADA Universitetində Hacı Zeynalabdin Tağıyev adına mükafatlandırma tədbiri keçirildi. Bu tədbirdə ən yaxşı Sosial Məsuliyyət layihələri mükafatlandırıldı. Azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xatirəsinə həsr olunan və hər il təşkil edilən Sosial Məsuliyyət layihələrinin mükafatlandırılma mərasimini xüsusi edən cəhət onun ADA Universitetinin missiyasına uyğun olaraq sosial rifahı düşünən tələbələrə motivasiya olmasıdır. Bu fikirlər ADA […]

Ədəbiyyatda yeni imza – Emin Eyyuboğlu

  “Fatimə xanım Quliyeva kitabımın çapına maddi dəstək verməklə məni mənəvi əzabdan da xilas etmiş oldu” Gənc yazar Emin Eyyuboğlunun faciələrlə dolu həyat yolu və lap bu bahar günləri kimi yeni-yeni pöhrələnən yaradıcılığı ilə tanış etmək istəyirəm sizləri. Təsadüfi tanışlığımız gələcəkdə ona böyük ümidlər bəsləməyimə əsas verir. Qarşımda gələcəyin maraqlı bir imzası, maraqlı bir yazarının […]

Millət vəkili – Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur

Azərbaycan xalqının çoxəsrlik tarixində hər birinin öz yeri olan dahi şəxsiyyətlərimiz dövlətçilik ənənələrimizin yaşamasında və inkişafında böyük xidmətlər göstərmişlər. Ancaq bu sırada ümummilli liderlik zirvəsinə ucalan yalnız Heydər Əliyev olmuşdur. Qüdrətli şəxsiyyət Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınaqlarından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən canlı təcəssümüdür. Qələbə çaldığımız […]

İsrayıl İsgəndərov: Allah xalqımızın belə böyük bir tarixi şəxsiyyətini də həmin gün bizə bəxş eləyib

Hər il may ayının 10-da xalqımız çox böyük məhəbbətlə ulu öndərimiz, dünyanın ən tanınmış, nüfuzlu siyasətçilərindən biri olmuş  Heydər Əliyevin dünyaya gəldiyi günü bir bayram kimi qeyd edir. May ayının 10-u yaz fəslinin ən gözəl günlərindən biridir. Allah bu dahi insanı ən gözəl günlərin birində yer üzünə gətirib. Həmin vaxt Naxçıvanda təbiətin dil açıb danışdığı, […]

BDU-nun magistrantı – El bilir ki, sən mənimsən

  Vətən! Bu kəlmə təmiz ürəklər qədər saf, pak, müqəddəsdir. Bu söz ana südü kimi şirin, ana qucağı qədər əziz, ana nəfəsi tək doğmadır. Vətən! Bu söz ilk dəfə kimin dilindən çıxıb, kimin dodqalarından qopub?! Doğulub boya-başa çatdığımız torpaq, doğma yurd, od-ocaq yeri barədə deyilən “vətən” kəlməsinin müqəddəsliyini zaman-zaman özümüz hiss edib, ona da ana […]

“Əziz Şuşa, biz səni dircəldəcəyik!”

  Dövlət başçısı Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edib “Biz Şuşanı alacağıq…” 1992-ci ilin əvvəllərində erməni polkovnik Arkadi İvanoviç Ter-Tadevosyan Rusiyanın populyar “Sobesednik” (“Həmsöhbət”) həftəliyinə müsahibə vermişdi. İki rus müxbirin hazırladığı o cəfəng yazı Azərbaycan xalqına qarşı nifrət hissləri aşılayırdı. Mən həmin müsahibəyə redaktoru olduğum “Mübarizə” qəzetinin 22 fevral 1992-ci il tarixli nömrəsində cavab […]

BDU-nun tələbəsi – Qarabağ zəfəri

  Dünya durduqca Azərbaycan da yaşayacaq. Çünki Heydər Əliyev siyasi kursunun İlham Əliyev kimi uğurlu, layiqli davamçısı və eyni zamanda əbədiyaşar dövlət xadiminə hər zaman sadiq xalqı var. Azərbaycanın haqq səsini yer kürəsinə dünyanın müxtəlif dillərində çatdıra biləcək müasir lideri var. Cənab İlham Əliyevin rəhbərlik etdiyi, günü-gündən inkişaf edib düşmənə göz dağı olan müstəqil Azərbaycan […]

Nadir İsrafilov – Təhsil prosesinin öyrədici, tərbiyəedici və inkişafetdirici xarakteri diqqət mərkəzində…

Məlum olduğu kimi ümumi təhsil müstəqil, yaradıcı düşünən, sağlam həyat tərzinə, müasir dünyagörüşünə, yüksək mədəniyyətə və intellektə malik vətəndaş və şəxsiyyət yetişdirmək, sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq kimi məqsədlərə xidmət edir. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə və ümumbəşəri […]

Azərbaycan Dövlət Aqrar Universiteti bu gün

Bu gün Cənab Prezidentin diqqəti sayəsində Azərbaycan Dövlət Aqrar Universiteti çiçəklənmə dövrünü yaşayır. 2013-cu ildə ADAU-ya yeni rektor Ibrahim Cəfərov təyin olunandan sonra universitetdə xüsusi canlanma müşahidə edildi. Son 5 ildə Prezident Ilham Əliyevin ADAU-ya 3 dəfə rəsmi səfəri, 2 səfərində 2 otel tipli müasir yataqxanalarının açılışında, 3-cu səfəri isə, ötən il iyun ayının sonunda […]

BDU-nun tələbəsi – Hərb və sülh meydanında zəfər çalan komandan

  Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin […]

BDU-nun tələbəsi – Azərbaycan dünyaya günəş kimi doğacaq

  Qarabağın azad olunması uğrunda gedən müharibə zamanı Azərbaycan xalqı Cənab Prezidentin rəhbərliyi və rəşadətli Ordumuzun iştirakı ilə tarixdə yeni səhifələr açdı, bu səhifələri qələbə sevincləri ilə doldurdu. Bir vətəndaş olaraq böyük qürur hissi keçirirəm ki, artıq Azərbaycanın hər qarış torpağı azaddır. Vətənin hər tərəfində şanlı Azərbaycan bayrağı dalğalanır. O bayraq ki, Ali Baş Komandan […]