Mektebgushesi

99-dan biri: Və yaxud Ənvər Paşanı heyran edən Qarabağlı balası

Azərbaycan Cümhuriyyəti Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən Almaniyaya ali təhsil almaq üçün göndərilən gənclərdən bir də Əliyev Firidun Əzim oğludur. Digər Cümhuriyyət tələbələri kimi onun haqqında da Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında çox bəsit məlumat verilib və əksəriyyəti kimi “Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdı” (I.cild.2004.s.341) yazılıb. Lakin Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi […]

Bakı Dövlət Universitetinin şöbə müdiri – Qalib ölkənin qalib gəncliyi

25 il əvvəl, 1998-ci il avqustun 8-dən 12-dək dünya ölkələrinin gənclərlə iş üzrə nazirlərinin iştirakı ilə Lissabonda keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin Beynəlxalq Gənclər Günü (International Youth Day) kimi qeyd olunması təşəbbüsü irəli sürülüb. 1999-cu il dekabrın 17-də isə BMT Baş Assambleyası bu əlamətdar günün təsis edilməsi barədə qərar qəbul edib. Bu günün […]

Deputat Vüqar Bayramov sertifikasiyada iştirak edən müəllimlərin zəif nəticəsindən yazıb

“Sertifikasiyada iştirak edən müəllimlərin 35 faizinin 30 balı toplaya bilməməsi yalnız orta deyil,  ali məktəblərdə də təhsil keyfiyyətinin artırılması baxımdan bir siqnaldır”. Mektebgushesi.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov sosial şəbəkədəki hesabında bildirib. Deputatın sözlərinə görə, imtahanlarda iştirak edənlərin 35 faizi 50 faizdən az nəticə göstərib. “Eyni zamanda, 223 müəllimin balı bir rəqəmli […]

Oruc Mustafayev – Qazaxıstan universitetləri reytinqləri necə “qırdı”?

Məlum olduğu kimi, Böyük Britaniyanın “World University Ranking” nəşri 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib. Reytinqə Qazaxıstanın 9 şəhərindən 21 universitet (2022-ci ildə – 16 universitet) daxil olub. Bu münasibətlə Qazaxıstnın Elm və Təhsil Nazirliyi bildirir: «Reytinqdə Qazaxıstan ali məktəblərinin sayı əvvəlki ilin eyni göstəricisi ilə müqayisədə beş (+ 31,25%) artıb. Reytinqin […]

Azərbaycan müəllimi…

Bu gün mən o müəllimlərdən danışmaq istəyirəm. Yarıac, yarıtox, şagirdləri ilə eyni şəraitdə yaşayan müəllimlərdən. Vaqonlarda, məktəb koridorlarında, kitabxana otaqlarının künclərində özünə “məktəb” qurdun. Özünlə bərabər məktəblərin də dəhşətli, ağrılı-acılı köçkünlük həyatı yaşadı, düz 30 il. Şagirdlərin vaqonlarda, 2 nəfər üçün nəzərdə tutulmuş darısqal yataqxana, sanatoriya , məktəb koridorlarında böyüdü. Hər gün bir yerdən başqa […]

Zamin Təhməzov – PLATON DAYI (Hekayə)

PLATON DAYI Biz onunla səhərdən axşama qədər meşədə quzu otarardıq. Babamız yaşında olmağına rəğmən, öz tay-tuşları ilə deyil, məhz nəvəsi yaşda olan uşaqlarla ünsiyyət qurmağa, onlarla oturub-durmağa üstünlük verirdi, hətta onlarla oyun oynamaqdan da çəkinmirdi. O, Böyük Vətən müharibəsində iştirak etmişdi. İştirak etmək deyəndə müharibənin elə ilk aylarındaca almanlara əsir düşmüşdü. Özünün dediyinə görə, bütün […]

Nadir İsrafilov: “Yəni, bu “1 sentyabr düyünü”nü açmaq bu qədərmi çətindir…?

“Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.”  Kimin  yarızarafat, yarı gerçək qəbul etməsindən asılı olmayaraq, son günlər “1 sentyabr labirinti” ətrafında yenidən cərəyan edən mübahisə və mükalimələr mənə sanki, son dərəcə dəyərli və ibrətamiz filmlərimizdən olan “Axırıncı aşırım”dakı təxmini yadımda qalan bir dialoqu xatırladır: – Hə, necəsən, […]

Adil Nəhmətli – Xoşbəxt ölüm

  Bu gün Albert öldü, bəlkə də, dünən, bilmirəm. Çox yaxşı oğlan idi, təzəlikcə müharibədə də iştirak etmişdi. Amma onu dəmir canavarlar öldürə bilməmişdilər. Uşaqlıqda çox qorxaq idi, döyüş oyunları oynayanda həmişə ölməkdən qorxardı. Mənə elə gəlirdi ki, ölməkdən qorxan insanlar heç vaxt ölməyəcəklər. Tanrı xeyirxahdır, onlara heç vaxt dəyməz. Amma bu gün Albert öldü, […]

İlqar Orucov: Elmi əlaqələrin bərpası və yaxınlaşması istiqamətində bu sənədin çox mühüm əhəmiyyəti var

Azərbaycanla Qazaxıstan iki dost, qardaş və strateji tərəfdaşlıq münasibətləri olan ölkələrdir. Azərbaycan və Qazaxıstan dövlət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasındakı qarşılıqlı etimad, dostluq münasibətlərinin ən yüksək səviyyədə olmasını şərtləndirir. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov söyləyib. O deyib ki, […]

Yeganə Əliyeva – Dəhşət, dua, masa və balta… Hekayə

Quba, 31 mart 1918-ci il. Şəhər ağır bir süküt içindədir. Kişilər sübh tezdən hərə əlinə keçmiş silaha sarılıb şəhər qəbiristanlığında hansı istiqamətdən hücum edəcəyi bəlli olmayan düşmənin həmləsini gözləyirdilər Aralarında babamın əmisi Murtuza da var. Qəbirlərin birinin arxasında gizlənərək əlində ov tüfəngi ilə o da şəhərin müdafiəsində əlindən gələni etmək istəyirdi. Deyilənə görə Murtuza yaraşıqlı, […]

Əməkdar jurnalist – Onlar bu xalqın üz qarasıdırlar

         Bir neçə ay bundan öncə “Utancverici bir fakt” adlı məqalə yazmışdım (Bax: “Füyuzat” jurnalı, №3, 2022, səh, 52-56). Orada qeyd etmişdim ki, çox təəssüflər ki, 1990-1991-ci illərdə hələ də Kommunist Partiyasını, Sovet hökumətini, onun ideyalarının təbliğatçılarını vəsf edən, onları dəstəkliyən əsərlər çap olunurdu və çox-çox təəssüflər ki, bu əsərlərin müəllifləri də […]

İranın İslam həmrəyliyindən danışmağa mənəvi haqqı yoxdur – Deputat

İran Parlamenti bu günlərdə Azərbaycanla bağlı növbəti bir absurd bəyanat yaydı. Sənəddə Azərbaycan qarşı bir sıra əsassız ittihamlar səsləndirilir. Bəyanatda İslam Əməkdaşlıq Təşkilatına müraciət edilərək Azərbaycanın bu əməlinin qəti şəkildə pislənilməsi ilə bağlı məsələ də əksini tapıb. Eyni zamanda, müsəlman ölkələrinin bu məsələdən narazı qalacaqları qeyd olunur. Heç şübhəsiz ki, bu İran tərəfinin riyakarlığının növbəti […]

Nadir İsrafilov: “Plagiat – ideya oğurluğu, yoxsa sadəcə elmi əxlaq predmeti..?”

“Azərbaycanda 3 il ərzində 80 elmi işdən plagiat olduğu üçün imtina edilib, elmi adların verilməsi ləğv edilib”. Bunu “Xəzər Xəbər”ə açıqlamasında Prezident yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev bildirib. “Bu müddət ərzində 900 şəxsə fəlsəfə doktoru elmi dərəcəsi verilib, 427 nəfərin elmi dərəcəsindən isə imtina olunub. Xaricdə elmi dərəcə alan 77 fəlsəfə doktorunun sənədi […]

Ceyhun Məmmədov: Novruz xalqımızın mədəniyyətini dünyaya tanıtdıran qədim el bayramıdır

  Azərbaycan xalqı ən qədim və əziz bayramlarından biri olan Novruz bayramını qeyd edir. Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran el bayramıdır. Novruz bayramı bizə ulu əcdadlarımızın təbiətin əbədi nizamına ehtiramını ifadə edən müqəddəs yadigarıdır. Bu bayram milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur. Yad təsirlərdən qoruyaraq […]

“TELEKİNEZ: Reallıq, yoxsa illüziya? “: Test tapşırığı valid deyil

  Dövlət İmtahan Mərkəzinin 5 mart tarixində keçirdiyi buraxılış imtahanında Azərbaycan dili fənni üzrə pubisitik mətn və onunla bağlı verilmiş test tapşırıqları əsaslı olaraq abturiyent və müəllimlərin etirazına səbəb olmuşdur. Testin sualları çətin anlaşılan və həlli vaxtaparan olduğu üçün abituriyentlərin imtahan vaxtının sui-istifadəsinə səbəb olmaqla digər testlərə diqqət ayırmalarına mane olmuşdur. İddiamı hələ ki yalnız […]