Mektebgushesi

Ruslan Vəliyev: ADAU-da gənclərin dövlət idarəçiliyində dəstəklənməsi və irəli çəkilməsi uğurla icra edilir

 ADAU-da Prezident İlham Əliyevin “gənc kadrların dövlət idarəçiliyində dəstəklənməsi və irəli çəkilməsi” istiqamətində verdiyi tapşırıqlar uğurla icra edilir. Müasir dövrümüzdə iqtisadiyyatımızda prioritet istiqamət olan aqrar sektor ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu baxımdan Azərbaycan Dövlət Aqrar Universitetində aqrar sektorun, aqrar təhsilin və elmin inkişafında görülən işlər, icra edilən uğurlu layihələr bu gün […]

Fazil Mustafa: “Müəllimlər arasında narkotikdən istifadə edənlər də var”

“Təəssüf ki, bu gün ölkədə müəllimlər, şagirdlər arasında narkotik vasitələrdən istifadə halları var. Hətta məktəblərdə dərs deyən qadın müəllimlərin içərisində siqaretdən istifadə halları xeyli artıb. Bu da şagirdlər üçün böyük təhlükədir. Çünki uşaq gördüyünü götürür. Bununla hamılıqla mübarizə aparmaq lazımdır. Bunun qarşısını indidən almasaq, gələcəkdə dəhşətli faciələr baş verəcək”. Bu fikirləri Bakupost.az-a açıqlamasında millət vəkili […]

Azərbaycanın uğurları bütün sahələrdə davam edir – Ceyhun Məmmədov

  Hər zaman beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edən güləşçilərimiz Macarıstanın paytaxt şəhəri Budapeştdə keçirilən Avropa çempionatında bir daha öz uğurları ilə xalqımızı sevindiriblər. Böyük zəfərlə Azərbaycana geri dönən güləşçilərimiz yarışmada 16 medal qazanıblar. Avropa çempionatında yunan-Roma güləşi üzrə ümumi hesabda 165 xalla birinci yeri tutan milli komandamız tarixi uğura imza ataraq ilk dəfə Avropa […]

Azərbaycanda ali təhsil müəssisələri elmi tədqiqata deyil, konkret sahələr üzrə kadr hazırlığına cəlb olunub – TƏHLİL

Azərbaycan Milli Elmlər Akademiyasının gələcək taleyi ilə bağlı müzakirələr davam etməkdədir. Bir qisim AMEA-nın ölkə elminə tarixi töhfələrini və burada hələ də ciddi elmi tədqiqatların aparıldığını nəzərə alaraq, onun Azərbaycanın əsas elmi təsisat olaraq qorunub saxlanmasının zəruriliyi tərəfdarıdır. Digər qisim isə, indiki formada Elmlər Akademiyasının elmin təşkilinin sovet formasından irəli getmədiyini, effektiv olmadığını əsas gətirərək […]

Ayaz Musayev yaradıcılığı – Çağdaş çağımızın çağlayan çayı

İsti yay günlərindən biri idi. Zamanın dostluq, aşinalıq süzgəcindən mərdliklə keçən Səyavuş Əlizadə ilə Mərdəkanı qarış-qarış gəzirdik. Xoş xatirəyə çevrilən, yaddaşımızda əbədilik qazanan bu gəzintiyə göy üzündə günəş çıxmazdan qabaq başladıq. Səyavuşun dünənə dayalı, sabaha inamlı sözündən-söhbətindən, sanki nur çilənirdi. Tariximizin, mədəniyyətimizin, incəsənətimizin sözün əsl mənasında keşikçisi olan kolleksiyaçı ilə görüşümüz Mərdəkan qalasında, günəşin batan […]

Əməkdar müəllim Kamal Camalov – Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illiyinə

  MİRZƏ ƏLƏKBƏR SABİR YARADICILIĞINDA UŞAQ ŞƏXSİYYƏTİNİN FORMALAŞDIRILMASINA YANAŞMALAR Uşaqlar, yeniyetmələr, gənclər bizim gələcəyimizdir. Onları xoşbəxt gələcək görüşü ruhunda böyütmək, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşdırmaq ümumxalq əhəmiyyətli bir məsələdir. Bu işdə gecikmək, “uşaqdır, sonra düzələr”, “böyüyəndə anlar” “fəlsəfəsi” ilə arxayınlaşmaq, özünə təsəlli vermək gəlmiş-getmiş çox insanları zillət, fəlakət oduna salmışdır. Əyri bitmiş ağacı düzəltmək […]

Ceyhun Məmmədov – 31 mart – Azərbaycanlıların Soyqırımı Günü  

Daha əvvəl Qafqaz xalqları sırasında olmayan ermənilərin indiki Ermənistan adlanan əraziyə yayılmaları mürəkkəb bir tarixə malikdir. Qonşu xalqların torpaqlarını zəbt edərək “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədi güdən ermənilər tarix boyunca soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Bu soyqırım hadisələrinin ən dəhşətlilərindən biri də daşnak-bolşevik silahlı dəstələri tərəfindən 1918-ci ilin mart-aprel aylarında qəddarlıqla […]

BDU-nun dosenti – Rəngdən rəngə düşən: Ağ, boz, qara piar

Təbliğat nəzəriyyəsində ictimaiyyətin şüuruna, fikrinə köklü təsir edən üç növ: Ağ, boz və qara olmaqla təbliğatçı niyyətinin kommunikasiya forması mövcuddur.  Atalarımızın “El ağzında bir sözün yüz rəngi var” – məsəli kimi, piarın da üç rəng fonunda bilinməyən bəlkə də yüz (?) rəngi var. Biz bunlardan üçü haqqında az-çox məlumat verməyə çalışacağıq.  Ağ təbliğat – siyasi […]

Ceyhun Məmmədov – Ermənistan rəhbərliyi satqınlıq və riyakarlıq siyasətin davam etdirir

Ermənistan xarici işlər naziri Ararat Mirzəyan Gürcüstan xarici işlər naziri David Zakalianiyə zəng edib.  Telefon danışığı zamanı bir sıra məsələlər ətrafında geniş müzakirələr aparılıb. Məlum olduğu kimi, ötən ilin dekabrında Şərq Tərəfdaşlığı sammitində Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərləri NATO-ya dəvət olunmuşdular. Prezident Əliyev dəvəti qəbul etdi. NATO Baş katibi Stoltenberq ilə görüşdü. NATO-nun ali orqanı […]

Nadir İsrafilov: “Məktəbli geyimi ilə bağlı məsələyə birdəfəlik nöqtə qoyulmasına nə mane olur”

Şagirdlərin yeni geyim forması dəsti 3 tədris ili ərzində tətbiq ediləcək – Sonrası nə olacaq…? “Bu məsələ birinci dəfə deyil ki, gündəmə gəlir və hər dəfə də heç də hamı tərəfindən birmənalı şəkildə qarşılanmır və konkret həllini tapmır. Pandemiya ilə bağlı vəziyyət isə məktəbli forması məsələsini bir az da arxa plana keçirmiş oldu. Bu sözləri AzEdu az.- […]

Novruz bayramı xalqda gələcəyə nikbinliklə, ümidlə baxmaq hissləri doğurur – Ceyhun Məmmədov

Ulu Öndər Heydər Əliyevin vəsiyyətini və bütün Azərbaycan xalqının arzularını reallaşdıran Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan ərazilərini işğaldan azad edib, Şuşaya bayrağını sancıb, Zəfər gününü təsis edib. Artıq biz Novruz bayramını qalib xalq olaraq işğaldan azad edilmiş ərazilərdə qeyd edirik. Azərbaycan […]

Haqqın 44 günündən 5 qiymətilə çıxan Ulu xalqın Ulus bayramı – 5 çərşənbəsi mübarək… 

Vaxtilə Oğuz türkləri şən günlərini, qələbə xəbərlərini təpələrdə tonqal qalamaqla qeyd edərdi. Tonqal, yanan od xalqın birliyinin, əzminin göstəricisi sayılırdı.  Ötən il “Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” – müqəddəs ifadəsinin “NİDASI”, bu ifadəni tamamlayan “DƏMİR YUMRUĞU” və sonda bu gücün Cıdır düzündə qalanan “ZƏFƏR TONQALI” ilə türk xalqı tarixinin ən möhtəşəm “QALİBİYYƏT TONQALINI”” (Ə.İsmayılov) çatdı, […]

ADPU -nun kafedra müdiri – Şuşa ədəbi mühiti

Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının   5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il  “ŞUŞA İLİ” elan edilmişdir. “Şuşa İli” çərçivəsində  ilk yazını oxuculara təqdim edirik. Qədim mədəniyyət beşiyi  Şuşa  Azərbaycan incəsənəti, mədəniyyəti və ədəbiyyatına ölməz şəxsiyyətlər bəxş etmişdir. Hələ XVIII əsrdə Molla Pənah Vaqifin Qarabağ sarayında  yaşayıb yaratması, özündən sonra […]

“Dünyanın təhsil mənzərəsi”

Finlandiyada müəllimlərin ixtisasartırma kurslarına cəlb edilməsi haqqında bəzi qeydlər… Finlandiyada pedaqoji işçilərin ixtisasartırmasını Milli Təhsil Şurası (The National Board of Education), Təhsil sahəsində Peşəkar Inkişafın Milli Mərkəzi (The National Centre for Professional Development in Education), Müəllim Təhsili şöbələri, Kredit sistemi üzrə Ali təhsil müəssisələrindəki digər fakültələr həyata keçirirlər. Ümumiyyətlə araşdırmalarımız göstərir ki, bu ölkədə müəllimlərin […]

Ceyhun Məmmədov: Rusiya Müdafiə Nazirliyinin məlumatı qarşılıqlı əlaqələrə xələl gətirir

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatlar rəsmi Moskvanın siyasətinə, bu ölkənin imzaladığı sazişlərlə müəyyənləşmiş vəzifə və  öhdəliklırinə ziddir. Rusiya ilə normal münasibət saxlayan tək-tük ölkələri də qıcıqlamdırmağa və küsdürməyə xidmət edir. Azərbaycan hər zaman Rusiya ilə münasibətlərin normal məcrada inkişafına səy göstərin. Son addımlar bu münasibətlərə ciddi xələl gətirir. Rusiya Federasiyası tərəfindən dəfələrlə ali və yüksək […]