Mektebgushesi

Nadir İsrafilov: Uzun illərdən bəri qazanılmış təcrübə və toplanmış potensial

“Biz haqlı olaraq fəxr edirik ki,  bu respublikanı Azərbaycan xalqı yaradıbdır.”        İlham Əliyev 28 May Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. Yüz dörd il bundan əvvəl -1918-ci il mayın 28-də Azərbaycan Xalq cumhuriyyətinin yaradılması ölkəmizin, xalqımızın həyatına böyük tarixi hadisə kimi daxil oldu.  1991-ci ilin oktyabr ayında Azərbaycan xalqı […]

ADPU-nun şöbə müdiri: Azərbaycan-Litva əlaqələri yüksək strateji tərəfdaşlıq səviyyəsindədir

Bu gün qlobal dünyada istənilən dövlət üçün xarici siyasət davranışının düzgün qurulması onun gələcək təhlükəsizliyi və inkişafında əsas amillərdən biridir. Bu gün Azərbaycan Avropa İttifaqı üçün regionda, eləcə də “Avropa Qonşuluq Siyasəti” və “Şərq Tərəfdaşlığı” proqramları çərçivəsində strateji cəhətdən mühüm əhəmiyyətə malikdir. Bunun bir neçə səbəbi var. Birincisi, Azərbaycan Aİ və üzv ölkələrin enerji şirkətləri […]

Elçin Əfəndi: Müəllimlər və şagirdlər kurikulumdan əziyyət çəkirlər

“Azərbaycanın təhsil sistemində kurikulum birbaşa tətbiq olundu. Kurikulumun mahiyyətini dərindən bilən, tam mənimsəyən kadrlar hazırlanmadan bu sistemə keçildi. Nəticə etibarilə bu gün ortada xaotik bir vəziyyət hökm sürür. Bu gün həm müəllimlər, həm də şagirdlər düzgün tətbiq olunmayan kurikulum sistemindən əziyyət çəkirlər”. Bu fikirləri Bakupost.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. Onun sözlərinə görə, Azərbaycanda kurikulum standartlarına uyğun […]

Dini fanatizm, radikalizm və ekstremizmin yaratdığı təhlükələrin qarşısının alınmasında gələcək nəslin rolu

  Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmış və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, dini, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni müasir […]

Nadir İsrafilov: “Hamı istəyir ki, uşağı elit məktəblərdə təhsil alsın”

Ekspertin sözlərinə görə, birinci sinfə qəbul elektronlaşdırılsa da, Bakının mərkəzində yerləşən bəzi məktəblərdə kənardan şagird qəbulu aparıldığı barədə onlara siqnallar daxil olur. Birinci sinifə şagird qəbulu üzrə məktəb seçimi zamanı yerlərin dolması bəzi valideynlərin narazılığına səbəb olub. Onlar məktəb seçimi zamanı yerlərin dərhal dolmasından şikayətlənirlər. Sosial platformada da çoxlu sayda belə narazılıqlara rast gəlmək mümkündür. […]

Televiziyalarımız nəyə xidmət edir? – Deputatdan etiraz

Bu gün Azərbaycanın bir sıra televiziya kanallarında yayımlanan verilişlər Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasına deyil, həmin dəyərlərin məhvinə xidmət edir. Azərbaycan kişisini və ya qadınını ekran qarşısında alçaltmaq nəyə xidmət edir? Ola bilər ki, onlar həyatlarının hansısa mərhələsində səhvə yol veriblər. Biz onu mütləq ictimailəşdirib müzakirə obyektinə çevirməliyik? Yeri gəlmişkən başqa bir sualı da ünvanlayıram. […]

ADPU-nun Cəlilabad filialında yazıçı Qafar Cəfərli ilə görüş keçirilib

  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialında Azərbaycan Yazıçılar Birliyinin (AYB) Lənkəran bölməsinin sədri, yazıçı Qafar Cəfərlinin 65 illik yubileyi ilə əlaqədar görüş təşkil edilib. Görüşdə filialın direktoru dosent X.H.Sultanlı, Cəlilabad Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri E. Həsənova, professor Yadulla Ağazadə, şair-publisist Meyxoş Abdullah, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin […]

Heydər Əliyev elm, təhsil və mədəniyyətin himayədarı idi – Ceyhun Məmmədov

Heydər Əliyev şəxsiyyətini, Heydər Əliyev fenomenini öz dəyərincə bütün incəliklərinə qədər qiymətləndirmək mümkün deyil. Çünki ulu öndərimiz kimi dahilər min ildə bir doğulur və xalqının taleyində, tarixində silinməz izlər qoyur, ölkənin ən çətin, ağır dövründə xilaskar rolunu oynayır… Bu dahi insanın fəaliyyətinə, keçdiyi ömür yoluna nəzər salanda aydın görürük ki, Heydər Əliyev bir çox siyasi […]

Nadir İsrafilov: “Şagirdləri “Georgi lenti” və rus hərbçilərinə məxsus beretlərlə görüntüləmək yolverilməzdir”

“Məktəblərdə 9 may gününə həsr edilən tədbirlərin keçirilməsi nəinki lazımdır, hətta təqdir olunacaq dərəcədə vacibdir.  Çünki, bu qələbə bir çoxlarının düşündüyü kimi Rusiyanın qələbəsi deyil, başqa xalqların nümayəndələri ilə birlikdə, həm də Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığının parlaq nümayişidir. Lakin, bu kimi tədbirlərdə şagirdlərin yaxasında “Georgi lenti”təsiri bağışlayan qırmızı simvol və rus hərbçilərinə məxsus beretlərlə şəkil […]

1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi

1941 – 1945 – ci illər Böyük Vətən müharibəsində qazanılan qələbədə Azərbaycan xalqının böyük payı olmuşdur. Müharibə başlayanda iştirak etmək üçün minlərlə oğlan və qız cəbhəyə getmişlər, Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, həmçinin bir neçə milli diviziya formalaşdırılmışdır. Ümumi olaraq, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edildiyi […]

Elşən Qafarov – Dərsliklərlə bağlı problemlər niyə həll olunmur?

Dərslik — hər hansı bir fənnin əhatə etdiyi bilik, bacarıq və dəyərlərin öyrədilməsi üçün onun kurikulumu əsasında hazırlanan, səlahiyyətli orqan tərəfindən bəlli meyarlarla qiymətləndirilib tədrisinə icazə (qrif) verilən əsas vəsait.( mənbə Vikipediya ) Dərslik şagirdin istinad etdiyi əsas mənbə olduğu üçün , dərsliklərdə hər hansı elmi və ya texniki səhv yolverilməzdir. 2000-ci illərdən bəri ümumi […]

ADPU-nun prorektoru: Zəfər qurultayı tariximizə qızıl hərflərlə yazılan mühüm hadisələrdən biri kimi daxil olacaq

  Aprelin 22-də Dünya Azərbaycanlılarının V Qurultayının məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi rəmzi məna daşıyır. Qurultayın əsası 2001-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümumilli lider həmin qurultayda çıxış edərkən bildirib ki, “Gün gələcək bu qurultay Şuşada və işğaldan azad edilmiş Azərbaycanımızın digər şəhərlərində keçiriləcək”. Bu uğurlu başlanğıcdan sonrakı dövrdə möhtərəm Prezidentimiz […]

Ceyhun Məmmədov: Vətənpərvərlik ruhunda yetişən gənclərimizin sayəsində belə əlamətdar hadisənin şahidi olduq

Prezident İlham Əliyev Zəfər qurultayındakı çıxışında bir çox vacib məqamlara toxundu Qarabağda, ölkəmizin mədəniyyət paytaxtı olan Şuşada Dünya Azərbaycanlılarının Zəfər Qurultayı keçirildi. 44 günlük Vətən müharibəsindən sonra ilk dəfə dünya azərbaycanlıları bir yerə toplaşaraq qurultay keçirdi. Biz Müzəffər Ali Baş Komandanımızın, qəhrəman övladlarımızın, vətənpərvərlik ruhunda yetişən gənclərimizin sayəsində belə əlamətdar hadisənin şahidi olduq. Dünyada yaşayan […]

Könül Həsənova: “Varlığımız, kimliyimiz olan dilimizin saflığını qorumaq hamının vətəndaşlıq borcudur”

Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan bayraq, gerb, himn kimi müqəddəsdir. Azərbaycan dilinə olan belə həssas yanaşma, təbii ki, ulu kökdən, varislikdən və ənənəyə möhkəm sadiqlikdən irəli gəlir. Ümummilli lider Heydər Əliyev dilimizin böyük hamisi və […]

Azərbaycan tək regionda deyil, türk dünyasında da aparıcı mövqeyini qoruyaraq mühüm addımlar atır  

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və möhkəm təmələ əsaslanan Azərbaycan-Qırğızıstan münasibətləri ötən müddətdə bu varislik sayəsində iki ölkə arasında əlaqələr uğurla inkişaf edib. Ulu öndər Heydər Əliyevin qırğız həmkarı ilə görüşləri, iki ölkə arasında qəbul olunan qərarlar münasibətlərin sürətli inkişafına mühüm töhfələr verib. Şübhəsiz ki, bu əməkdaşlığın möhkəmlənməsinə xalqlarımız arasında dərin tarixi və […]