Mektebgushesi

Adil Aydın Nəhmətli – Ölü pişiklər

  Evinin önündə gördüyü ölü pişikləri yadından çıxara bilmirdi. Hər dəfə gözlərini yumduqca daha da şiddətlənirdi baş ağrıları. “Ölü pişiklər.., ölü pişiklər…” Sayıqlayırdı… Toxunmağa qorxurdu, ümid edirdi ki, sabah onları kimsə basdıracaq. Səhər evdən tələsmədən, fikirli-fikirli çıxdı. Dalğın nəzərlərlə ətrafa göz gəzdirib əlini cibinə atdı. Açarları tapa bilmədi, görünür onları həmişəki kimi yadından çıxarıb evdə […]

XI sinif şagirdi yazır… Sözsüz də anlamaq olar

Anası hər zaman Səidəyə telefonla çox oynadığı üçün əsəbiləşirdi. Səidə isə mobil oyunları çox sevdiyi üçün oynamağa davam edirdi. O demək deyil ki, Səidə yalnız telefonla oynayır. Xeyr, o dərslərində əlaçıdır, sadəcə boş vaxtlarında dostları ilə video-oyunlar oynamağı sevir. Hətta bunun sayəsində o, özünə yeni dostlar belə tapıb. Ən çox sevdiyi yeni dostu isə Səbinədir. […]

Bir yerdə və güclü

  Günəşin şüaları gözünü ağrıdanda artıq səhərin açıldığını anlayır. Həmişəki kimi ilk olaraq telefona baxır. Saat artıq doqquzdur (əslində, doqquza on dəqiqə qalsa da, bu, onun üçün önəmli deyil). Telefonda bir az vaxt itirdikdən sonra ayağa durmalı olduğunu anlayır, amma əvvəlcə evdə kimin olduğunu təxmin etməlidi. Adəti üzrə hər səhər kimlərin evdə olduğunu təxmin edir, […]

Ceyhun Məmmədov: Bu gün müasir Azərbaycan ordu quruculuğunun bütün sahələrində inkişaf edib

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, bu qısa müddət ərzində ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində ciddi işlər görə bildi. 1918-ci il 26 iyun tarixində AXC hökumətinin qərarına əsasən ölkədə ilk nizami hərbi hissənin – Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində ilk önəmli addım atılmış oldu. Azərbaycan Xalq Cümhuriyyəti süqut […]

Bu gün regionun gələcək inkişafına hədəflənən bütün addımların müəllifi kimi məhz Azərbaycan ön sırada dayanır

  “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan IX Qlobal Bakı forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və məqsədlərimizin bir daha bəyan edilməsi baxımından olduqca əhəmiyyətlidir. Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bildirdiyi kimi, bu forum müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv və yaxşı platformadır. Burada dünyanı daha təhlükəsiz etmək səyləri ifadə olunur, […]

Kamilliyə gedən uzun və şərəfli yol

“Təhsilə xərclənən pullar, gənc kamil mütəxəssis kimi yetişəndən sonra artıqlaması ilə geriyə qaytarılır.”  Şahlar Əsgərov Bu gün hörmətli professorumuz, tanınmış ictimai-siyasi xadim, əməkdar elm xadimi, 200-dən çox elmi, 700-dən artıq publisistik məqalənin, 15 kitabın, 5 monoqrafiyanın, nümuzmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentlərin müəllifi, 20-dək dissertasiya, 100-dən çox diplom işinə rəhbərlik etmiş, “Şöhrət” […]

Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır

  Azərbaycan xalqı uzun müddətdən sonra –1991-ci ilin oktyabrında öz müstəqilliyinə yenidən qovuşsa da, müstəqilliyin ilk illərində həm siyasi hakimiyyətdə, həm də dövlətin bütün təsisatlarında bir boşluq, yerlərdə isə mərkəzi hakimiyyətə inamsızlıq hökm sürürdü. AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin […]

Ceyhun Məmmədov: Türkiyə və Azərbaycan arasında münasibətlərin inkişafı yeni tarixi mərhələyə qədəm qoyacaq

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”  2021-ci il iyunun 15-də ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi Türkiyə ilə qardaşlıq münasibətlərimizin daha da güclənməsinə imkan yaratdı, ölkələrimiz arasında olan münasibətlərin inkişafında yeni səhifə açdı. Bu tarixi bəyannamə ilə iki ölkə arasında enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu, […]

Nadir İsrafilov: Əgər, 700 bal keyfiyyət göstəricisidirsə, onda…

“Əgər, 700 bal keyfiyyət göstəricisidirsə, onda “keyfiyyət” sözünü dilimizə belə gətirməyə haqqımız yoxdur.” 2007-ci ildən üzü bu yana demək olar ki, hər il  ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan edilər-edilməz “Bu il 700 bal toplayan niyə olmadı” sualı gündəmə gətirilir, müxtəlif izahlar və şərhlərlə geniş  müzakirə obyektininə çevrilir. Kiçik bir xatırlatma yerinə düşər ki, 1992-ci ildən bəri tətbiq […]

Fərrux Rüstəmov: Dərslikləri hazırlayan şəxslərin fəaliyyətləri araşdırılmalıdır

“Dərslikləri yazan şəxslərin kimliyi araşdırılmalı, onların faiz nisbəti ortaya çıxarılmalıdır”. Bu sözləri AzEdu.az-a açıqlamasında  professor, Əməkdar elm xadimi  Fərrux Rüstəmov deyib. Belə ki, son zamanlar təhsil sahəsində əsas mövzulardan biri dərsliklərdə olan problemlərdir. Onlardan ən əsası isə dərsliklərin akademik üslubda yazılması və bunun da qavrama prosesində yaratdığı çətinliklərdir. Fərrux Rüstəmov dərsliklərin hazırlanmasında müəllimlərin iştirakının vacib olduğunu dilə […]

ADNSU-da “IdealHub” İnnovasiya və Texnologiya Mərkəzi tərəfindən infosessiya keçirilib  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “IdealHub” İnnovasiya və Texnologiya Mərkəzi tərəfindən tələbələr üçün informativ sessiya keçirilib. ADNSU-dan Mektebgushesi.az-a bildirilib ki, ABŞ-ın “Strategeast” və EPAM qlobal informasiya texnologiyaları şirkətlərinin “QA Engineer” və “Front-end Developer” istiqamətlərində tədris verən mentorları infosessiyada proqramlaşdırmanın əhəmiyyəti və perspektivlərindən danışıblar. Qeyd edək ki, infosessiya informasiya texnologiyaları karyerasını qurmaq istəyənlər üçün, […]

Rusiya Boloniya prosesindən də uzaqlaşır vəya “uzaqlaşdırılır”- EKSPERT

  Rusiya-Ukrayna müharibəsi birincinin bir sıra  beynəlxalq təşkilatlardan uzaqlaşdırılması və ya ona qarşı yaradılan şəraitə davam gətrirməyərək özünün bu təşkilatlarda fəaliyyətinin dayandırılması ilə nəticələnmişdi. Bu prosesin  təhsil sahəsini əhatə edən Boloniya sisteminə də şamil edilməsi haqqında artıq məsləhətləşmələr başlayıb. Rusiyada hələ bu vaxta qədər də  “Bakalavr – magistratura” təhsil sxemindən əl çəkmək haqqında danışırdılar. Amma […]

Bu gün beşikdə “HIÇQIRAN UŞAQ” sabahın dahisi ola bilər

1 iyun uşaq günü münasibətilə Ulu öndər Heydər Əliyev “Mən həyatımın, bu günümün, gələcəyimin də xoşbəxtliyini, səadətini məhz uşaqlara qayğıda, diqqətdə görürəm” – deyirdi. Azərbaycan Respublikasının ümummilli lideri, bu unudulmaz kəlamını 5 yanvar 2012-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Konstitusiyanın 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər […]

Gənclər Vətən müharibəsində rəşadətlə vuruşduğu kimi indi də öz doğma torpaqlarımıza qayıtmaq üçün böyük həvəs göstərir

104 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə Azərbaycan xalqı öz müstəqilliyinə qovuşdu, lakin bu respublika cəmi 23 ay yaşaya bildi. Ölkə rəhbərliyi, eləcə də bütün Azərbaycan xalqı həmişə AXC qurucularının əziz xatirəsini dərin ehtiramla yad edib, onların ənənələrinə sadiq qalıb. Müstəqillikdən 1 gün sonra İrəvanın, 1920-ci ildə Qərbi Zəngəzurun Ermənistana təhvil verilməsi xalqımız […]

Ceyhun Məmmədov: Müstəqillik günümüz artıq işğaldan azad edilmiş ərazilərimizdə də qeyd olunur

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti hər zaman müstəqil Azərbaycan Respublikası tərəfindən yüksək qiymətləndirilib, ölkəmizdə bu əhəmiyyətli hadisənin unudulmaması, təbliğatı üçün bir çox işlər görülüb. Ölkə rəhbərliyi AXC qurucularının xatirəsinə həmişə böyük hörmətlə yanaşıb, onun dəyərlərinə və ənənələrinə sadiq qalıb. Hələ Azərbaycan müstəqil dövlət olmazdan öncə, 1990-cı ildə Naxçıvan Muxtar Respublikası […]