Mektebgushesi

Faciələrin, həbslərin, qətliamların vəsfi…

Sağ olsaydılar, yazdıqlarına görə utanardılarmı? 1920-ci ilin aprel işğalından sonra Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurucuları (xüsusən də M.Ə.Rəsulzadə) haqqında dövrü mətbuatda ardı-arası kəsilməyən tənqidi (hətta təhqiredici) məqalələr çap olunmağa başladı. Sağlam və obyektiv tənqiddən çox uzaq olan, yalnız Mərkəzin xoşuna gəlmək üçün yazılan bu məqalələr əsasən dövrün gənc şairləri, yazıçıları, ədəbi tənqidçiləri tərəfindən qələmə alınıb. […]

Bir müəllim ömrü – Əjdər Ağayev 85

  Bir vaxtlar məşhur bir ifadə vardı: heç kəs əvəzedilməz deyil! Azərbaycan pedaqoji ictimaiyyətində  dünyasını dəyişmiş alim-müəllim, təhsil eksperti Əjdər Ağayevin yeri o qədər hiss edilir ki, bu fikrə yeni münasibət  yaranır, yəni dünyada elm fədailəri də, gözəl müəllimlər də, alimlər də çoxdur, amma onlaın sıralarında elələri vardır ki, əvəzedilməzdirlər, Əjdər müəllim məhz belələrindəndir. Bu […]

İlahə Ümidli – Ömrü şam müəllimlər

Zaman keçir… insanlar dəyişir, həyat dəyişir, hətta təbrik edəcəyimiz ünvanların insanları da dəyişir. Gün oldu mən öz müəllimlərimi təbrik etdim, gün oldu tələblərim məni təbrik etdi, indi gün o gündür ki, övladlarımın müəllimlərini təbrik edirəm. O müəllimləri ki, onların hər birini öz müəllimlərimdən daha çox sevirəm, çünki onlar gözlərimin nuru Altunay və Tuqayımın müəllimləridir. Uşaq […]

Ceyhun Məmmədov – Cəbrayıldan başlayan qələbə

İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbəsi nəinki ölkə tarixinin, bütövlükdə dünyanın hərbi əfsanəsinə çevrildi. 4 oktyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin müjdəsini verdiyi Cəbrayıl şəhəri 27 illik əsarətdən sonra işğaldan azad olundu. Nəhayət ki, Cəbrayıl uzun müddət düşmən tapdağında qaldıqdan sonra işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi. Həmin gün bütün Azərbaycan […]

Gömrük Akademiyasının rəisi Qulu Novruzov – ŞƏHİDİM!

  İki yüz ildən artıq bir dövrdə Azərbaycan xalqının taleyi üzərində mənfur bir ssenarini oynadılar. Düşünülmüş, ölçülüb biçilmiş, aydın məqsəd və hədəfləri olan bu iyrənc oyuna öz geosiyasi nəzəriyyələri çərçivəsində “strateji yanaşma”, yaxud “regional siyasət” dedilər. Necə adlanmasından asılı olmayaraq onun mahiyyətı ayrı-ayrı dövlətlərin öz maraqları naminə bu və ya digər xalqın taleyi ilə oynamaqdır. […]

Məktəblimiz Turqut Nəhmətli: “Səhradan Ərafa” hekayə

Sübh tezdən qızmar günəşin hədəf alıb şüalarını saçdığı mənzil bu dəfə qəhrəmanımızın xudmani mənzili idi. Günəş şüalarını qəbul edən kimi oyandı, amma yerindən qalmaq istəmirdi kimliyini heç bir zaman öyrənməyəcəyiniz bu obraz. Onun kimliyi önəmli deyildi və heç bir zaman önəmli olmayacaqdı, çünki risq edib düşünürdü. O və başqa düşünənlər eyni yolun yolçusu idi. Hamısı […]

Humay Nəhmətlidən yeni hekayə – SEÇİM  

Artıq  iki həftədir ki, çox yaxşı bir şirkətdə yaxşı maaşla işləyirdi. Amma bir qəribəlik var idi: hər çərşənbə  iclasdan sonra işıqlar sönür və yandığı zaman isə otaqdakilardan biri yox olurdu. Daha da qəribəsi ondan başqa heç kəs buna fikir verməzdi. Dəfələrlə iş yoldaşları ilə bu məsələni danışmağa çalışsa da, onlar heç nə görmədiklərini deyirdilər. Halbuki […]

Şahlar Əsgərov: “Cəmiyyətin vitrini qəhrəmanlar bəzəməlidirlər, əks halda türməyə çoxlu generallar  gedə bilər”

  UNEC rektoru prof. Ədalət Muradovun “Cəmiyyətin dəyərləri və dəyərlər cəmiyyəti: ali təhsilin yeri” məqaləsini fb paylaşmışdım: Geniş bir şərh yazmaq fikrim var idi. Ancaq Covid 19 ortaya girdi və aranı qatdı. Şükürlər olsun ki, Covidlə problemi çözdük. “Məqalə sıradan bir məqalə deyil. Cəmiyyətin aktual problemlərinə orjinal  baxışdır.  Söhbət cəmiyyətin və onun dəyərlərini gələcək taleyindən, yaşam prosesinin […]

Yaponiyanın uşaq bağçalarına tərbiyəçi-müəllimlər işə necə qəbul olunur?

  Yaponiyanın məktəbəqədər təhsil müəssisələrində çalışmaq şərəfli iş sayılır və bağçaların idarəolunmasında, eləcə də təlimatçı vəzifəsində çalışan kişilərin də sayı çoxdur. Bu ölkədə uşaq bağçalarında işləmək üçün Təhsil nazirliyi (inkişafda olan uşaq bağçaları tipi üzrə), yaxud Səhiyyə, əmək və sosial müdafiə nazirliyi (bütöv gün fəaliyyət göstərən bağçalar üzrə) tərəfindən akkreditasiya olunmuş ali təhsil müəssisəsini müvəffəqiyyətlə […]

Vurulan sinəmiz və qovulan dilimiz – Deputatdan SOS siqnalı

Gürcüstanda Ana dilimizin, yəni Azərbaycan türkcəsinin tədrisi ilə əlaqəli yeni və naqolay bir qərar qəbul edildi. Mektebgushesi.az xəbər verir ki, deputat Fazil Mustafa sosial şəbəkədəki hesabında Gürcüstanın Təhsil və Elm naziri Mixeil Çxenkelinin Azərbaycan dilinin tədrisinə yonələn qərarla bağlı mövqeyini bölüşüb. Durum budur ki, Gürcüstanın Təhsil və Elm naziri Mixeil Çxenkeli 19 avqust 2022-ci il […]

Nadir İsrafilov: Təhsilin keyfiyyətinə toplanmış balların cəminə görə qiymət verməyək

“31 893 nəfər abutryentin 0-150 arası bal toplaması ətrafinda ajiotaj yaratmağa və bunu savadsızlığın kütləviləşməsi kimi dəyərləndirməyə hər hansı bir lüzum görmürəm”. Mektebgushesi.az xəbər verir ki, bu fikiri tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov sosial şəbəkəsindəki hesabında bildirib: “Baxmayaraq ki, bu rəsmi statistika o qədər də ürək açan deyil, bununla belə reallıqdır və bu reallıqla hesablaşmalı […]

Könül Aydından yeni hekayə – YUSİF

Sinfə daxil oldum. Doqquzuncu sinfin şagirdləri hamısı əlləri çarpaz şəkildə gərgin oturmuşdular. Salamlaşdım. Uşaqlar ciddi bir imtahan gözləyirmişlər kimi yenə gərgin idilər. Mühiti bir az yumşaltmaq üçün dedim: – Gülümsəyək, uşaqlar. Hamısının azacıq dodağı qaçdı. Bir oğlan diqqətimi çəkdi. Geyimi hamıdan fərqlənsə də, bununla deyil, üzündəki dərin ciddiyyət və anlaşılmaz əsəbi kədərlə. Sinifdə bütün uşaqlar […]

Xaricdə oxuyan tələbələr üçün təyyarə biletlərinə güzəşt tətbiq edilsin – Ceyhun Məmmədov

Qarşıdan yeni tədris ili gəlir. Xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr təhsil aldıqları ölkələrə getməyə hazırlaşırlar. Türkiyədə təhsl alan tələbələr əvvəllər Naxçıvan yolu ilə də avtobusla gedib-gələ bilirdilər. Bu formada uzun və yorucu məsafə olsa da tələbənin cibinə daha uyğun idi. İndi quru yollar tamamilə bağlıdır.  Yəni avtobusla getmək imkanı yoxdur. Qarşıdan gələn aylarda bütün […]

Seymur Verdizadə: “Özəl universitetlər yaxşıdır, yoxsa dövlət universitetlərinin rayon filialı?”

Bu gün sosial şəbəkədə qarşıma çıxan sual belə idi: “Özəl universitetlər yaxşıdır, yoxsa dövlət universitetlərinin rayon filialı?” Bir saat ərzində sorğuda 40 nəfər iştirak etmişdi. Ən azı 35 nəfər eyni cavabı vermişdi: ” Dövlət”. O da yadımdadır ki, verdiyi cavabın təsir gücünü artırmaq üçün çox adam yazdığı sözün axırına nida işarəsi qoymuşdu… Doğrudanmı, Azərbaycanın dövlət […]

Ceyhun Məmmədov: Ermənistan xəbərdarlıqlardan ciddi nəticə çıxarmalıdır

  Prezident İlham Əliyev İsmayıllı rayonunda Azərbaycan televiziyasına müsahibəsində növbəti dəfə Ermənistana ciddi xəbərdarlıq etdi. “Qisas” əməliyyatının cəza tədbiri olduğunu, Ermənistanın bu əməliyyatdan ciddi nəticə çıxarmalı olduğunu, yenidən belə təxribat törədildiyi halda Azərbaycanın reaksiyasının çox sərt olacağını, Azərbaycanı haqq işindən heç kimin çəkindirə bilməyəcəyini xüsusi vurğuladı. Azərbaycan dəfələrlə Ermənistana xəbərdarlıq etmişdi ki, odla oynamasın, yeni […]