Mektebgushesi

BDU -nun kafedra müdiri: Vaxtında gəlmişik Qarabağa biz!..

Vaxtında gəlmişik bu dünyaya biz!.. Bu dünya yenidən qurulmalıydı!.. Xankəndi-Laçın yolundakı dinc etiraz aksiyasına könüllü kimi qoşulmaq üçün oraya yollananda beynimdə bu məşhur misralar dolaşırdı… Azərbaycanın son dövr tarixinin iştirakçısı olmağın, xalqımızın milli mübarizəsinin sıradaşına çevrilməyin özü belə hər bir yurddaşda şərəf və qürur duyğuları oyadır… Gənclik çağlarında məşhur tarixi əsərləri oxuyarkən özümüzü istər-istəməz təsvir […]

“Dünyanın elmi mətbuat mənzərəsi”

Bu dəfə “Təhsil tədqiqatlarının xülasəsi” – Review of Educational Research (RER) jurnalından bəhs edəcəyik… Dünyanın ən reytinqli elmi jurnalları ilə bağlı tədqiqatlarımızı davam etdiririk. Bu dəfə pedaqogika sahəsində aparıcı mövqeyə malik olan bəzi jurnallarla tanış olacağıq. Review of Educational Research (RER) (Təhsil tədqiqatlarının xülasəsi) jurnalı təhsil sahəsində aparılan ən yeni tədqiqatlarla oxucuların görüşünə gəlir. Amerikanın […]

Ceyhun Məmmədov: Ən şərəfli günlərindən biri – Dünya Azərbaycanlılarının  Həmrəyliyi Günüdür!

31 dekabr – Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərindən biri – Dünya Azərbaycanlılarının  Həmrəyliyi Günüdür! Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dekabrın 31-də qeyd olunması təsadüfi deyildir. Bu tarixin rəsmiləşdirilməsi isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik […]

Azərbaycan əsgərinin nəfəsilə qəddi dikələn Şuşa

Mədəniyyət paytaxtımızın tarixinə kiçik ekskurs Şuşadan yazmağın indi ayrı bir ahəngi var. Otuz ilə qədər Şuşada yaşaya, Şuşanı görə bilməmişik. Amma Şuşasız da yaşamamışıq. Xəyallarımızda, yazılarımızda  Şuşanın yanında, içərisində olmuşuq. Şuşasız qəribsəmişik, kövrəlmişik, Şuşanı xatırlamaqdansa heç zaman usanmamışıq. İnsafən bütün Azərbaycan xalqı unutmadı Şuşanı, usanmadı bu möhtəşəm sənət abidəsinin, mədəniyyət mərkəzinin təəssübünü çəkməkdən… …Şuşa indi […]

Doğru bildiyi yola sadiq qalan əsl müəllim…

BDU-nun Jurnalistika fakültəsinin professoru, filologiya üzrə fəlsəfə doktoru, çox dəyərli Akif müəllimin 83 illiyinə Bir müəllim ömrü düşünün. Ömrünün 53 ilini qocaman təhsil ocağının inkişafında, tərəqqisində və təlim-tədris prossesində müstəsna xidmətə həsr etmiş bir müəllim ömrü… Tələbəni öz həmkarı kimi görmüş müəllim ömrü… Həyat səhifələrinin qızıl güşələrini tələbələrinə həsr etmiş bir müəllim ömrü… Bax budur […]

Nadir İsrafilov: “10 dekabr “Qələbə Paradı” – 8 noyabr “Zəfər Günü”nün əyani nümayişi idi.”

“Öz vətənini, öz azadlıq və istiqlaliyyətini sevən bir xalqın ruhunu məhv edəcək bir qüvvə yoxdur.” İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya “Dəmir Yumruq” əməliyyatı… 10 noyabr 2020-ci il, saat 00:00-dan etibarən bütün döyüş əməliyyatlarını dayandıran atəşkəs bəyanatı imzalandı. 10 dekabr tarixində Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Ölkə başçısının […]

Öyrənmək üçün oxunan kitab                       

Latış yazıçısı və ədəbiyyatşünas alimi Andrey Upitinin kitab haqqında çox dəyərli bir fikri var. “Kitab həyatın ən uzaq və qaranlıq yollarına nur bəxş edən əfsanəvi çıraqdır”. Doğrudur, alimin bu sözlərini hər kitaba da şamil etmək olmaz. Çünki kitab var ki, zamana uyğun yazılır və onun “zamanı” keçdikdən sonra bu kitab yalnız maklaturaya çevrilir. Necə ki […]

Vusal Kərimli – Elm, Təhsil yoxsa Keyfiyyət!?

Təhsil üzrə mütəxəsiz Vusal Karimli sosial şəbəkə hesabından Elmin istiqamtləri üzrə müqayisəli təhlillər aparır. Mektebgushesi.az bu fikirlərin oxucular üçün maraqlı olduğunu nəzərə alaraq dərc edir. Elmin istiqamtləri üzrə müqayisəli təhlil. Gəlin baxaq görək elmin istiqamətləri üzrə hansı sahələr üzrə tədqiqatçı alimlərimiz sahələri üzrə Azərbaycan və dünya elminə nə qazandıra biliblər. Rəqəmlər: Azərbaycanda 14188 professor-müəllim və […]

ADPU-nun Quba filialının müəllimi: İrsən ötürülən istedad

Məncə, xalqın mənəvi dəyəri onun ziyalı mühitinin çəkisi ilə düz mütənasibdir. Yəni,bir  xalq var olduğu müddətcə dünya siyasət tarixinə, hərb tarixinə, elm, mədəniyyət, ədəbiyyat, incəsənət tarixinə nə qədər töhfələr bəxş edə bilibsə, qədər də böyük xalq hesab edilir. Bu məqaləmizdə söhbət açacağımız şəxs də Azərbaycan ədəbiyyat tarixinin ağırçəkili Şıxlılar nəslindəndir. Hərb tariximizdə “Artilleriya allahı” kimi […]

Ceyhun Məmmədov – Şanlı qələbəmizin qürur verən Zəfər Paradı

  10 dekabr 2020-ci il tarixində keçirilən parad ilk dəfə Vətən müharibəsindən sonra keçirilən Zəfər paradı idi. “Zəfər paradı” Azərbaycanın gücünü, Azərbaycan Ordusunun qüdrətini, Azərbaycan Prezidentinin qətiyyətini bir daha nümayiş etdirdi. Artıq Azərbaycan xalqı məğrur xalqdan qalib xalqa çevrilib. 44 günlük qalibiyyətli Vətən müharibəsində düşmənə ağır zərbələr vuraraq torpaqlarımızı işğaldan azad edən ordumuz bu şanlı […]

Qərənfil Dünyaminqızı: ” “Əlifba oyunu” və yaxud unutqanlığa doğru atılan addımlar “

Hörmətli oxucu! Əgər desəm ki, əlifba məsələsi ilə milli azadlıq hərəkatı arasında çox böyük əlaqə var. Çoxları bunu sadəlövhlük olduğunu sanar. Amma unutmayaq ki, uzun illərin təcrübəsi göstərir ki, milli şüura, mənəvi-psixoloji duruma təsir edən amillərdən biri elə əlifba məsələsidir. Xüsusilə əlifbanın dəyişdirilməsi ilə bağlı tarixi araşdırdıqda bir çox mətləblər üzə çıxır və əlifba məsələsinin […]

Qərənfil Dünyaminqızı – Axı biz niyə beləyik?

Qısa tanışlıq. Musayev Qılman İsabala oğlu (Qılman İlkin). 1914-cü il 11 apreldə Bakının Mərdəkan kəndində dünyaya göz açıb. 1932-ci ildə indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin ədəbiyyat fakültəsinə daxil olub. 1936-cı ildə Universiteti bitirib Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyətə başlayıb. Müxtəlif illərdə “Azərbaycan” jurnalına rəhbərlik edib. “Uşaqgəncnəşr” və “Azərnəşr” nəşriyyatlarının direktoru işləyib (1966-1971). […]

İran hər zaman Ermənistanın yanında olmağı, ona dəstək verməyi üstün tutdu – Ceyhun Məmmədov

İranın Qarabağa diversiya qrupu göndərməsi bu ölkənin Azərbaycana qarşı riyakarlığının və düşmənçiliyinin növbəti təzahürüdür. İran rəsmiləri bir tərəfdən Azərbaycanın İranın ürəyi olduğunu israrla bildirir, digər tərəfdən Ermənistana hər cür dəstəklərini davam etdirirlər. Azərbaycan daima İranla münasibətləri qorumağa çalışdı. İran isə hər zaman Ermənistanın yanında olmağı, ona dəstək verməyi üstün tutdu. İranın Qarabağa diversiya qrupu göndərməsi […]

Mehriban Vəliyeva – Məktəb mühiti uşaqları xoşbəxt edə bilirmi?

Məktəb mühiti daim hərəkətdə olan, dəyişən, yeniləşən canlı orqanizmdir. Bu baxımdan məktəblərə hər səfərdə yenilikləri görmək, məktəb idarəetməsində iştirak edən şəxslərlə, müəllim, şagird və valideynlərlə müzakirələr olduqca maraqlı və əhəmiyyətli amilləri üzə çıxarır, atılan addımların nəticələrini daha aydın görməyə imkan verir. Hər həftə ən az iki-üç dəfə səhər tezdən işə gələrkən yolumu paytaxtın ümumi təhsil […]

İntişar yolunda, istiqlal uğrunda mübarizə

Bu dünyanın özü haqdan doğan kitabdır. Haqqın kitabını Azərbaycan fəlsəfi fikir tarixində öz dəsti-xətti ilə seçilən söz nəhənglərindən çəkəcəyimiz misralarla vərəqləyəcəyik. Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz” əsərindəki parçanı gözdən keçirək: Haqqın nurundandır, bil, cümlə cahan, Haqq onda peydadır, həm də ki pünhan. Məhəmməd Füzulinin qəzəlindəki beytə nəzər salaq: Ey Füzuli, intihasız zövq buldun eşqdən, Böylədir hər […]