Mektebgushesi

Zəfər qoxulu  payızım…

  Lənkəranın qızılı payızından qızıl kimi foto-reportaj. Bu ilki payız bir özgə payızdır. Əvvəli qan , sonu zəfər qoxulu. Payızın ilk həftəsində yağı düşmənin  daha çox torpaq əldə etmək xülyası ilə  xaincəsinə  torpaqlarımıza növbəti təcavüzü  səbəbindən  fəslin  gəlişini sanki  hiss etmədik. Payız hayında deyildik, məramımız ayrı idi – bu dəfə yağı  düşmənə layiq olduğu cavabı […]

Professor Şahlar Əsgərov: Qisas qiyamətə qalmadı

“Qarabağ” sözü Azərbaycan sözüdür, erməni sözü deyil. İlham Əliyev Son 30 ildə həyatımız Qarabağ oxu ətrafında fırlanaraq yaşayırıq. Qarabağ probleminin himi 200 il öncə çar Rusiyası tərəfindən qoyulmuşdur. Məqsəd geosiyasət olmuşdu. Torpaq işğalı min illər boyu dövlətlərin  inkişafının paradiqması sayılırdı. Ancaq Cənubi Qafqazın işğalında həm də dərin siyasi niyyət də var idi. Qafqazda ictimai-sosial durum […]

Nadir İsrafilov: “Virtual məktəb”də yeni nəzarət mexanizmi yaradılıb

Karantin rejiminin uzadılması səbəbilə ölkə ərazisində distant (məsafədən) təhsilin müddəti də dekabrın 30-dək uzadıldı. Müşahidələr isə onu deməyə əsas verir ki, böyük əksəriyyət təhsilin bu formada davam etdirilməsinə etiraz edir. Mektebgushesi.az “BakuPost”-a istinadən məsələ ilə bağlı bir neçə valideyn şikayətlərini təqdim edir: Valideyn Kəmalə Bayramova bildirir ki, övladları üçün distant təhsildən istifadə etmir: “Qızım 1-ci, […]

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun Beynəlxalq Könüllülər Günü təbriki

  5 dekabr – Beynəlxalq Könüllülər Günüdür! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi könüllülük fəaliyyətinin önəminin və bu sahəyə göstərilən yüksək dövlət dəstəyinin bariz nümunəsidir. Azərbaycanda könüllülük hərəkatının inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və “Heydər Əliyev Fondu”nun vitse-prezidenti Leyla xanım Əliyevanın da rolu çox […]

Təhsil naziri rektorlarla onlayn görüşüb

Dekabrın 3-də təhsil naziri Emin Əmrullayev bir sıra ali təhsil müəssisələrinin rəhbərləri ilə onlayn formatda görüş keçirib. Görüşdə ali təhsil sisteminin gələcək inkişaf perspektivləri və bunun üçün mövcud resurslardan istifadə, yeni mexanizm və alətlərin yaradılması müzakirə edilib. Həmçinin ölkəmizin əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanması, müxtəlif pillələrdə davamlı keyfiyyətli təhsilin təmin edilməsi, universitetlərin elm […]

Sufilərə bənzər həyat yaşayan professor

Çox məhsuldar alimdir, qəribə iş rejimi var. Sübh namazınadək yazıb-yaratmaqla məşğuldur. Azərbaycan musiqi tarixinə özünəməxsus töhfələr verib. Vaxt gələcək, O, Azərbaycan musiqisini tədqiq etdiyi kimi, özü də tədqiqat obyektinə çevriləcək… Sadə, mehriban, qayğıkeş insandır. Gözündən heç nə yayınmır, diqqətlidir. Qarşısındakı adamların problemlərinə həssaslıqla yanaşır. Mükəmməldir, məntiqli danışmağı bacarır. Ağayanə hərəkətləri, məğrurluğu Onu tanıyanların gözündə daha […]

Nadir İsrafilov: ”Bu kimi məsələlərdə tərəflər anlaşıq göstərməli, qarşılıqlı güzəştlərə getməlidirlər.“

“Əgər özəl məktəblər nəzərdə tutulan tədris proqramını həyata keçirə bilmirlərsə, ödənilən təhsil haqqını geri qaytarmağa borcludurlar” kimi iddialar irəli sürülüb. Dövlət təhsil müəssisələri kimi, özəl məktəblər də çıxılmaz durumdadılar” “Nə qədər qabaqlayıcı tədbirlər həyata keçirilsə belə, dünyanı cənginə alan pandemiyanın bütün sosial-iqtisadə sahələrə, o cümlədən də təhsilə təsirsiz ötüşmədiyi danılmazdır. Başlıca təsəlliverici hal odur ki, […]

Nadir İsrafilov: “Deyirlər, ömrün ən çətini ilk yetmiş ildir. Qalanı öz-özünə gedir.”

Məlahət Mürşüdlünün ölüm xəbərini eşidəndə, ilk olaraq yadıma Alman yazıçısı Erix Mariya Remarkın  “Deyirlər, ömrün ən çətini ilk yetmiş ildir. Qalanı öz-özünə gedir” sözləri yadıma düşdü. Bir anlığa öz-özümə düşündüm.  Məlahət xanım çətin yetmişinin çəmi iki ilini yaşadı, qalanı isə, öz-özünə getdi. Onunla ilk tanışlığım 1987-ci ilin iyuluna təsadüf edir. Bakı şəhəri Nəsimi rayonuna Təhsil […]

Nakam ömrün şəhidlik zirvəsi

Taleyinə şəhidlik zirvəsi yazılan, doğulduğu torpaqdan yüzlərlə kilometr uzaqda “Öncə Vətəndir!” – deyib canından keçən 31 yaşlı baş leytenant Vüsal Kamran oğlu Kazımovun əziz xatirəsinə. Bu acı xəbəri eşidib Vüsal haqqında yazmaq mənim üçün çox çətin idi. Zirvə təbiətin coğrafi yüksəkliyi, əlçatmazlığı, ucalığı olduğu kimi, şəhidlik də vətənpərvərliyin ən ali məqamıdır. Belə ucalığa yüksələn, bu […]

Müharibənin ləngitdiyi, ünvanına tələsən təbrik

Oktyabrın 16-da Qarabağda qızğın döyüşlər gedirdi. Hamı müharibə ab-havasında, hər kəs cəbhədəki hadisələri izləyirdi. Bu qarışıqlıqda dostları ad günü münasibəti ilə təbrik etmək heç kimin ağlından belə keçmirdi. Artıq o günlər geridə qalıb, xalqımız Vətən müharibəsindən qələbə ilə çıxaraq, tarixi bir zəfər çalıb. Bu zəfərdən ona da pay düşüb. Sevincinin həddi-hüdudu yoxdur. 30 ilə yaxın […]

Böyük Qələbənin sonsuz sevinci

2020-ci ilin 27 sentyabr – 10 noyabr tarixləri 30 ilə yaxın davam edən erməni işğalına son qoyulması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, milli qürur hisslərimizin yüksəlməsi və uzun illər həsrətində olduğumuz Böyük Qələbənin şanlı tarixidir. Şuşanın və digər əzəli torpaqlarımızın azad edilməsi ilə nəticələnən zəfər yürüşü xalqımızın son yüzillik ərzində qazandığı ən möhtəşəm tarixi Qələbəyə […]

Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər

Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək. Bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Təhsil haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb. Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər. Həmçinin, qanunda göstərilib ki, […]

Rektor: Ən qədim insan məskəni, sazın-sözün beşiyi – Kəlbəcər

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabr 27-dən Azərbaycan Ordusunun düşmən təxribatına qarşı əks-hücum əməliyyatları ilə başlayan Vətən savaşımızın möhtəşəm qələbələri, şanlı zəfər xəbərləri bir-birinin ardınca gəlməkdədir. Noyabrın 25-i də xalqımızın şərəf tarixinə parlaq hərflərlə yazıldı. Bu gün Azərbaycanımızın zümrüd qaşı, Qarabağın qala qapısı Kəlbəcərimizin işğalına son qoyuldu. İyirmi yeddi illik ayrılıqdan, həsrətdən, […]

Yurdumuzu göz bəbəyimiz kimi qoruyacağıq…

Vətən! Bu söz nə qədər mənalı və nə qədər əzizdir. Deyilişi şirin, olduğu kimi, məzmunu da hikmətlidir. Elə bir hikmətdir ki, hər birimiz vətən dedikdə ana, ana dedikdə vətənimizi düşünürük. Odlar yurdu vətənimizin gözəllikləri haqqında şairlərimiz, yazıçılarımız çoxlu əsərlər yazıb, bəstəkarlarımız mahnılar bəstələyiblər. Qarabağ savaşı onu göstərdi ki, Azərbaycanda həmişə olduğu kimi indi də canını vətən […]

Müəllim və direktorlar bu kitabı mütləq oxusunlar – Ekspertdən məsləhət

Bu günlərdə gündəmdə olan məsələlərdən biri ilə bağlı müsahibə almaq üçün mənə zəng etdilər. Düzü, müsahibə vermək üçün o qədər də həvəsli deyiləm. Bir çox hallarda dediklərini tam başqa istiqamətdə yozanlar da olur. Kənarda olduğumu bildirdim. Cavab isə ondan ibarət oldu ki, hardasansa ora gələk. Nə isə, təyin etdiyim yerdə görüşməli olduq. Bərk yağış yağırdı. […]