Mektebgushesi

Nadir İsrafilov: Təhsil nailiyyətlərini, faydalılığını qiymətləndirmək sonrakı işdir…

Məlum olduğu kimi ümumtəhsil məktəblərində şagird nailiyyətlərinin qiymətləndirilməsi əsasən təlim prosesində əks-əlaqənin təmin edilməsi, təhsilin keyfiyyətinin idarə olunması, inkişaf dinamikasının izlənilməsi və proqnozlaşdırılması üçün real vəziyyətin öyrənilməsinə xidmət edir. Qiymətləndirmə habelə təlim-tərbiyə prosesini təkmilləşdirməyə, təlim prosesinin səmərəliliyini yüksəltməyə, təhsil alanların nəyi mənimsədiklərini, nələri öyrəndiklərini, nələri edə bildiklərini və onlarda hansı keyfiyyət dəyişikliklərinin formalaşdığını müəyyənləşdirməyə obyektiv […]

Nadir İsrafilov: “Şou xarakterli serialların Vətən müharibəsindəki şanlı zəfər səlnaməmizi əks etdirən filmlərlə əvəz olunmasının vaxtıdır”

“Bəyin oğurlanması” filmində ustad aktyorumuz mərhum Səməndər Rzayevin ifasında : “Bu kino ki var, çox qəliz məsələdir, həm qəlizdir, həm də ki, vacib” replikası çoxlarımıza tanışdır. Dünya kinomotoqrafıyasında çoxsaylı filmlər fərqli dillərdə, müxtəlif janrlarda çəkilsə də, yenə də məqsəd eynidir: insanları əyləndirmək, maarifləndirmək və onları düşünməyə sövq etmək. Filmlərə baxış müasir mədəniyyətin əsas tərkib hissəsi […]

Milli mətbəximiz və xalq təbabəti

  Qida mədəniyyəti, agız dadı, milli mətbəx hər bir xalqın mədəni irsindən qaynaqlanır. Təsadüfü deyil ki, insanın kiçik yaşlarından ağız dadı formalaşır. Yemək bişən zaman evi bürüyən xüsusi dadlı ətir ömür boyu yaddaşımıza həkk olunur. Həmin yeməyi illər ötdükdən sonra hardasa daddıqda uşaqlıq xatirələri yenilənir. Azərbaycan mətbəxi dünya mətbəxlərindən rəngarəngliyi ilə əsaslı formada fərqlənir. Milli […]

Nadir İsrafilov: “2020-ci il elə təhsilimizin də bir məktəb keçməsi ilə yadda qalacaq…”

Bütün dünyanı çənginə alan bəşəri epidemiyanın fəsadları digər sosial-iqtisadı sahələrdə olduğu kimi təhsildən də yan keçməyib. Bu baxımdan da 2020-2021-ci tədris ilində yeni şəraitə və yeni qaydalara uyğunlaşmaq əsas götürülərək təhsillə bağlı demək olar ki, bütün məsələlər və hədəflər əsasən məsafədən öyrətmə və öyrənmənin metodikasının geniş təbliği, ümumi təhsil müəssisəsində sosial davranış qaydalarının təşviqi, pandemiya […]

Qarabağda hansı ali məktəblər açılmalıdır? -Ekspertlər

Asif Cahangirov: “Qarabağda təkcə ali təhsili deyil, həm də peşə təhsilini inkişaf etdirmək vacibdir” Nadir İsrafilov: “Qarabağda şəhərcikləri olan universitetlər tikmək lazımdır ki, tələbələr orada həm oxusunlar, həm də yola vaxt itirmədən yaşasınlar” İşğaldan azad edilmiş ərazilər bərpa ediləcək və söhbət, xüsusilə təhsil sektorunun bərpasından gedir. Beləliklə, Qarabağda Qarabağ Regional Elmi Mərkəzi və Universiteti yaradılacaq. […]

Psixoloq: Nə üçün üzr istəyirik?

  Nə vaxt üzür istəyirik, hansı səbəbdən və kimlərdən?. Bu sualın cavabı çoxdur və səbəblər müxtəlifdir. Bəzən labüddür üzür istəmək, yeri gəldikdə nəzakət xatirinə üzür istəyirik, elə hallar olur ki məcburiyyət qarşısında qalıb üzür istəyirik. Əsas odur ki, adət halını almış səhvlərdən ötrü üzür istəyib ,eyni səhvləri yenidən təkrarlamayaq. Bəziləri üzdükləri insanın nəzakət sahibi olmasından […]

Gülşən Nəhmətova: Çox dastanlar qoşulacaq Qəhrəman Poladın adına…

Deyirlər, insan dünyaya gələrkən ona verilən ad, gələcəkdə həmin insanın xarakterində və taleyində öz əksini tapır. Bu həqiqətən də belədir. Tarixə nəzər salaq, qəhrəmanlarımızın adlarını xatırlayaq, Mübariz, Yaşar, Polad, İlqar, Rəşad əlbətdə siyahini uzatmaq çətin deyil. Bu gün isə Poladdan danışmaq qərarına gəldim. Həmin Polad ki, son zamanlar qəhrəmanlıq səlnamısinə çevrilib. Həmin Poladdan danışıram ki, […]

Nəzirməmməd Zöhrablı: Əgər bu Qələbə də bizi yerimizdən tərpətmədisə….

Salam hörmətli KİV təmsilçiləri! Aşağıdakı yazını Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun (KİVDF) elan etdiyi müsabiqəyə təqdim etmişdim. Buna səbəb həm KİVDF-də aparılan dəyişikliklərdən sonra məndə bu qurumda obyevtivliyin yaranacağına inam hissi, həm də Azərbaycanın parlaq Qələbəsindən sonra Şuşanın turizm potensialı barədə bilgiləri ictimailəşdirmək idi. Bu mövzuda Şuşa hələ işğal altında olarkən […]

leksikonumuza yeni söz daxil olub PANDEMİYA

Son aylar ərzində leksikonumuza yeni sözlər daxil olub, İzahını bilmədiyimiz yad söz olan PANDEMİYA (Epidemiya sözünün geniş mənasıdı,yəni bütün xalqa yoluxma). Koronavirus, karantin,öz gözəl diləyatımlı ana dilimizdə EVDƏ QAL sözləri. Reallıqda isə sözün əsl mənasında həcmi mikroskopik olan bu virus dünyanın düzəni pozdu ,daha doğrusu məhvırindən oynatdı. Amma bu həyatdır. Özü də  bəzilərinin dediyi kimi […]

Erkən nikahın tarixi çox qədimlərə gedir…

“Qız yükü duz yükü ‘prinsipini şüar edərək valideynlər qız övladlarından tez xilas olmağın çarəsini ailə qurmaqda görürlər.”Tez yerbəyer edək canımız qurtarsın “, “köçürək getsin” Amma ailə qurmaq ünvanı dəyişmək bir evdən başqa evə getmək deyil. Bir insanın ömrünə, həyatına, taleyinə , ruhuna,hissinə, xəyalına köçmək deməkdir. Çox təəssüflər olsun ki, valideynlər bunu nəzərə almırlar.Biz övladlarımıza (qız […]

İlqar Orucov: “Elm məmurlaşmış, bürokratikləşmiş adamların rəhbərliyi altında heç zaman inkişaf edə bilməz”

Milli Elmlər Akademiyasında islahatlar məsələsi rəsmən qaldırıldı – hələlik əsas diqqət əlavə maliyyə vəsaitlərinə yönəldilir… Uzun illərdir Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) böyük islahatların keçirilməsinə ehtiyac olduğu bildirilirdi. Dəfələrlə müstəqil ekspertlər, AMEA-dan kənarda fəaliyyət göstərən elm adamları bildiriblər ki, Akademiya bir elm qurumu kimi artıq özünün tənəzzül dövrünü yaşayır və yalnız qurumda aparılmalı olan islahatlar onu bir […]

Adınızda ünvanınız kimi bir oldu

Yenidən dünyaya gəldiniz. Bu dəfə anadan deyil Qəhrəman ruhunuzdan döğuldunuz. Bu gəliş yarım qalmış nakam tale yaşamağa deyil, əbədiləşmək  və  Qəhrəmanlıq səlnaməsinə çevrilmək üçün idi. Ömür Karvanınız sizi ayrı ayrı ünvanlardan götürdü amma bir ünvana yetirdi. Şəhadətə  ucaltdı. Adınızda ünvanınız kimi bir oldu. Şəhid. Hər iki dünyan Fatehləri oldunuz. Tarix çox Qəhrəmanlar yetirib və bu […]

Şəhid məzunumuz Vüsal Kazımovun 30 yaşına – Elegiya

  Erməni qəsbkarlarına qarşı Azərbaycan xalqının apardığı haqq savaşında -44 günlük Vətən müharibəsində şəhid olanlar arasında Lənkəran Dövlət Universitetinin prorektoru, filologiya elmləri namizədi , dosent Kamran Kazımovun yeganə oğlu Vüsal Kazımov da var. Bu gün şəhid baş leytenantın- Vüsal Kazımovun doğum günüdür . Yaşasaydı, bu gün 30 yaşını qeyd edəcəydik. Amma nə ağır ki, doğum […]

SİNQAPUR PEŞƏ TƏHSİL SİSTEMİ

  Sinqapurun təhsil və təlim sistemi iqtisadiyyat və elmi sahələrində qazanılan uğurlarında mühüm rol oynamışdır. Sinqapur (və Koreya) iş mühitindəki işçilərin özünü inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Misal üçün müəssisələrin işçi təliminə marağını artırmaq üçün təhsil vergi siyasətini tətbiq etmişdir. Sinqapurun texniki peşə təhsil sistemi bu gün “dünya standartlarına cavab verən model” sayılır. Sinqapur hökuməti […]

Nadir İsrafilov: “Axı, bizim təhsil sahəsində toplanmış ən böyük təcrübələrdən biri də…”

Yəqin, bir çoxlarımız da bu qənaətdə olarıq ki, əgər belə demək olarsa, ekran-efir cihazından səslənən hər hansı bir fikir, göstərilən bir epizod, şahidi olduğumuz və ya müşahidə etdiyimiz hadisə, eşitdiyimiz hansısa əhvalat və ya oxuduğumuz bir məqalə insanların nəinki əxlaq və davranışlarına, eləcə də psixoloji durumuna, hətta bilavasitə səhhətinə belə təsir edir, onlarda müəyyən nostaljı […]