Mektebgushesi

Azərbaycan ədəbiyyatşünaslıq elminin Kamran Əliyev zirvəsi

Hər bir insan müdriklik qabiliyyətinə malikdir. Ancaq bu yüksək şüur səviyyəsinə çatmaq üçün müəyyən zaman və enerji sərf etmək gərəkdir. Əgər səy göstərməsə insanın içində olan o işıq sönər. Müdriklik insanı daim axtarışda olmağa, məsuliyyətli və məhsuldar olmağa təşviq edər. Toplumlar üçün müdrikliyin əhəmiyyəti böyükdür. Bir toplumda müdrik insanların sayının artması, o toplumun hər sahədə […]

İsa Həbibbəyli: “Akademiyadakı islahatlarla bağlı ciddi narazılığa əsas yoxdur”

Tarix İnstitutunda aparılan struktur islahatları otaq çatışmazlığı ilə əlaqədar deyil. Bunu  Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, Tarix İnstitutuna yeni təyin olunan direktor Kərim Şükürov bu elm müəssisəsində struktur islahatları aparır: “Aparılması təklfi olunan struktur islahatları otaq çatışmazlığı ilə əlaqədar deyil. Bu islahatlar Tarix İnstitutunun elmin […]

Mahirə Nağıqızı poeziyasında zəfər mövzusu

Çoxəsrlik tarixə malik Azərbaycan ədəbiyyatı bütün dövrlərdə məzmun və mündəricə cəhətdən zənginliyi ilə səciyyələnmiş, tarixi olayları lirik, epik, dramatik müstəvidə ədəbiyyata gətirən bədii nümunələr özündə xalqın keçmişini, mücadiləsini, ağrı-acısını, itkisini, yaşam yolunu əks etdirmişdir. Hələ şifahi xalq ədəbiyyatı nümunələrində söz insan mənəviyyatının yüksəlişi, əxlaqi saflıq, vətənə sədaqət, mübarizlik, hörmət, ehtiram motivlərinin tərbiyəsinə xidmət etmişdir. Yazılı […]

“Peşə təhsilini ön plana çəkməliyik”

“Vəziyyətin necə olmasından asılı olmayaraq, onlayn formada dərslər davam etdirilməlidir” Peşə Təhsili üzrə Dövlət Agentliyinin verdiyi məlumata əsasən,  pandemiyadan sonra peşə təhsili ilə bağlı “Teledərs”lərin efir yayımında müəyyən dəyişikliklər olsa da, onlayn olaraq müxtəlif videoplatformalarda həm Təhsil Nazirliyinin, həm də sosial şəbəkələrdə bu dərslərin yayımlanması davam edəcək. Təhsil üzrə ekspert Nadir İsrafilov “Şərq”ə bildirib ki, […]

Təhsilin forması dəyişib, təhsil haqqının məbləği yox…

“Hesab edirəm ki, bu gün bizim üçün əsas olan odur ki, cəmiyyət anlayış göstərərək, yeni şəraiti və yeni qaydaları obyektiv qiymətləndirsin, yaranmış çətinliklərlə təkcə bizim deyil, dünyanın bütün ölkələrinin üzləşdiyini dərk etsinlər. Ölkə başçısı da “pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görərək, bu bir il ərzində prosesi nəzarətdə saxlamağı bacardı. Beynəlxalq təşkilatlar, ölkə […]

Şəhid tarix müəllimi Famil Əhmədzadənin ömür yolundan sətirlər…

  Bu yazı II Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan tarix müəllimi Famil Əhmədzadəyə həsr olunur. Onunla tez bir zamanda bir-birimizə isinişdik. Şübhəsiz ki, münasibətlərin yaranmasında ikimiz də rol oynadıq. O, ümumiyyətlə belə xarakterə malik idi: qısa zamanda hamı ilə dil tapır, dostlaşırdı. Ukraynaya yollanan Azərbaycan nümayəndə heyətinin hər bir üzvü ilə də beləcə doğmalaşmışdı Famil. […]

Cəsarət Valehov məktəblərin açılması ilə bağlı jurnalistlərə müraciət edib

Mektebgushesi.az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məktəblərimizin açılması ilə bağlı jurnalistlərə: “Mətbuatda müsbət təəssürat yaradan şəkillər və yazılar paylaşaq” deyə müraciət edib: Açılması şagirdlər üçün sözün bütün mənasında bayramdır. Ona görə gəlin bu ünsiyyəti qoruyaq, kömək edək, müsbət təəssürat yaradan şəkillər, yazılar paylaşaq. Bir nüansı da bildirək ki, hələ […]

Ceyhun Məmmədov – Azərbaycanda distant təhsil: mövcud vəziyyətin təhlili və perspektivlər  

  Məlum olduğu kimi, ötən il dünya ölkələrinin təhsil sistemi pandemiya səbəbindən ciddi sınaqla üz-üzə qaldı. Bir sıra ölkələr prosesə operativ və adekvat, bəzi ölkələr isə qeyri-adekvat reaksiya verərək distant təhsilə keçdilər. Bu da reallıqdır ki, pandemiya dövründə dünya ölkələri distant təhsil sisteminin intensiv  inkişaf  etdirilməsinin zəruriliyinə bir daha  əmin oldu. Bir çox  ölkələr  15-20 […]

Məktəb direktorlarınin diqqət etməsi vacib olan 5 asas amil

Məktəb direktorları təlim-tərbiyə prosesinə rəhbərlik edərkən 5 asas amilə diqqət etməsi çox vacibdir ^ 1.Məqsəd və ya hədəf ; 2.Planlaşdırma ; 3.Təşkilatlanma və hesabatlılıq ; 4.Fəaliyyətin idarə olunması ( və ya həyata keçirilməsi ) ; 5. Nəticənin təhlili ; 1.Məqsəd- istənilən fəaliyyətin həyata keçirilməsi üçünqarşəya qoyulmuş hədəfin və ya məqsədin olmaması ,bu fəaliyyətin niyə həyata […]

Etibar ƏLİYEV – Ölkədən gizlədilən alim

Tez-tez soruşurlar, tez-tez müzakirələr açırıq: bizim alimlərdən kimsə Nobel mükafatı ala biləcəkmi? Nobel mükafatları ilə bağlı kitab yazdığımdan və ara-sıra bu barədə məqalə və çıxışlarla mətbuatda göründüyümdən, məndən daha çox soruşurlar bunu. Özüm də bəzən sual verirəm: bizdən kim ala bilər Nobeli? Bəzən də özümü qınayıram: bu sualı artıq bir-birimizə verməməliyik. Çünki Nobel mükafatını əhatə edən elm […]

Yaqut Əfəndiyeva: “Yeni şərait və yeni qaydalar müəllim-valideyn əməkdaşlığını bir qədər də zəruri edib”

  Ənənəvi tədrisin qismən bərpası və Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na əsasən növbəti həftələrdən epidemioloji statistik göstəricilərə əsasən müvafiq qərarlar qəbul ediləcəyi barədə gözləntilər kollektiv üzvlərimizin də sevincinə səbəb olmaqla yanaşı məsuliyyətimizi də ikiqat artırıb. Təhsil prosesi tam bərpa olunduqdan sonra […]

Seyid Əzim Şirvaninin türk dünyasına tanıtdığı təhsil ocağı

1970-ci illərin əvvəllərində Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında oxuduğum illərdə o vaxtkı ölkənin müxtəlif şəhərlərindəki arxiv və kitabxanalarında Azərbaycanın məktəb və maarifçilik tarixinə aid çoxlu sənəd və elmi dəyərli materiallarla rastlaşmışdım. Bunların çoxu tədqiqat mövzumla -“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzetinin (1879-1884-cü illər) dili” ilə əlaqəli olduğundan məktəb və maarifçilik məsələlərindən bəhs edən onlarla məqalədə fikir […]

İlk iki nömrəsi itən qəzet, Zərdabiyə edilən müxbirlik təklifi-ARAŞDIRMA

“Ziya”( “Ziyayi-Qafqasiyyə”) 1879-1884-cü illərdə Tiflisdə Azərbaycan dilində əslən şamaxılı olanSəid Ünsizadə (1825-1905) tərəfindən həftədə bir dəfə nəşr olunan qəzetdir. Sonuncu nömrəsi 1884-cü il iyunun 11-də nəşr olunmuşdur. “Ziya”nın ilk iki nömrəsi hələ tapılmayıb. Xronoloji ardıcıllığına, hər nömrənin pəncşənbə günü (cümə axşamı-red.) çıxacağı əvvəlcədən elan olunduğuna görə ilk nömrənin 1879-cu il yanvarın 25-də, ikinci nömrənin isə […]

Etibar Əliyev: Ali təhsilin maliyyələşmə mexanizmlərinə yenidən baxılacaq  

“Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı təkliflər toplanaraq, sistemləşdirilir. Mektebgushesi.az xəbər verir ki, bu barədə Milli Məclisin Elm və Təhsil Komitəsinin və “Ali təhsil haqqında” Qanunun hazırlanması üçün yaradılan İşçi Qrupunun üzvü Etibar Əliyev APA-ya açıqlamasında deyib. Deputat bildirib ki, bu mərhələ yekunlaşandan sonra qanun layihəsi hazırlanacaq: “İşçi Qrupun ilk iclası artıq keçirilib. Burada verilən tövsiyələr […]

Ceyhun Məmmədov: Məzunlar iş tapmaqda nə üçün çətinlik çəkirlər?

  Müasir dövrdə dünyamız sürətlə inkişaf edir, hər gün bir çox sahələrdə müxtəlif yeniliklərin şahidi oluruq. Bu gün hər bir dövlətin, təşkilatın, ali təhsil müəssisəsinin qarşısında duran ən mühüm məsələlərdən biri bu yenilikləri izləmək, ayaqlaşmaq, həyata keçirdiyi siyasət və fəaliyyətdə tətbiq etməkdir. Bu yolu tutanlar irəliyə addımlayaraq inkişaf edir, ayaqlaşmayanlar isə  ciddi sınaqlarla üz-üzə qalırlar. […]