Mektebgushesi

Təhsil səviyyəsi aşağıdırsa, əcnəbilər niyə təhsil üçün Azərbaycanı seçməlidir?

2021-2022-ci tədris ili üzrə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 101 ölkədən 7400-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan tələbə təhsil alır. Təhsil Nazirliyinin məlumatına görə, əcnəbi tələbələr Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan, Çin və digər ölkələri təmsil edir. Çox zaman xaricdə təhsil almağı seçənlər Azərbaycanda təhsil səviyyəsinin aşağı olduğunu qeyd […]

Nadir İsrafilov: ” Məktəblərdə 8 Mart həyəcanı: Buket, yoxsa “paket”? “

Qarşıdan 8 Mart Beynəlxalq Qadınlar Günü gəlir. Hər il bu ərəfədə məktəblərdə pul yığılmasıyla bağlı müzakirələr açılır. Xüsusən də valideyn komitələri bu prosesdə fəal iştirak edirlər. Yığılan vəsaitin miqdarı isə məktəbə görə dəyişir.  Bununla bağlı müəyyən tədbirlər görülsə də, yenə də eyni problemlər yaşanır. Hətta ötən gün Təhsil Nazirliyi də çağırış edib. Nazirlik valideynlərdən bu […]

Ceyhun Məmmədov: Xocalı faciəsi erməni vəhşiliyinin ən bariz nümunələrindəndir

Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımından 30 il ötür. Fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalıya  hücum edərək azərbaycanlılara qarşı soyqırımı aktını törətdilər. Bütün beynəlxalq hüquq normalarına zidd olan bu hərəkət nəticəsində dinc sakinlərə amansızcasına divan tutuldu, şəhər darmadağın edildi. […]

Nadir İsrafilov: İxtisas “Nə” sualıdırsa, metodika “Nə”yin “Necə”sinin cavabıdır

  İmtahan vaxta qənaət etmək yeri deyil, imtahan verənə sərbəst düşünməyə imkan verməkdir. Bu baxımdan müəllimlərin işə qəbulu qaydalarına edilən dəyişiklikliyə əsasən müsabiqənin test imtahanında sualların cavablandırılması üçün vaxtın 90 dəqiqədən 120 dəqiqəyə qədər artırılması, müsabiqədə iştirak edənlərə sualların cavablandırılması üçün əlavə vaxt qazandırılması bəyinilən yenilikdir. Ancaq, gəl ki, dəyişikliyə əsasən hər ixtisas sualına 2 […]

Hər bir məmur davranışı ilə nümunə olmalıdır – Ceyhun Məmmədov

Prezident İlham Əliyev Nərimanov, Nizami, Kürdəmir rayonlarına yeni icra hakimiyyəti başçıları təyin edərkən bütün məmurlara bir daha ciddi xəbərdarlıq etdi. Hamının qanun qarşısında bərabər olduğunu bildirdi. Dövlət məmurlarını qanunazidd əməllərdən uzaq olmağa, vətəndaşlara diqqət və qayğı ilə yanaşmağa çağırdı. Prezident İlham Əliyev dəfələrlə yeni vəzifə təyinatları zamanı dövlət məmurlarına ciddi xəbərdarlıqlar edib. Təəssüf ki, bəzi […]

Təlimin optimallaşdırılmasının üsul, vasitə və tərzləri

  Naxçıvan Müəllimlər İnstitutu Kamal Həsən oğlu Camalov Pedaqogika elmləri doktoru Azərbaycan Respublikasının Əməkdar müəllimi   Mövzuya giriş Dünyaya gəlmiş-getmiş bütün ictimai xadimlər müəllimin işinə böyük əhəmiyyət vermiş və müəllimin mövqeyini mövcud olmuş bütün cəmiyyətlərdə-kindən yüksəkdə tutmağı lazım bilmişlər. Çünki müəllimin vəzifələri məsuliyyətli və şərəflidir. Çünki müəllimlik gənc nəsli təlim və tərbiyə etmək vəzifəsini daşıyır. […]

Ceyhun Məmmədov – Sülhməramlılar hara baxır?

Son günlər Qarabağda separatçıların təxribatları daha da artmaqdadır. Gah qondarma “işğal haqqında qanun”u olmayan parlamentin müzakirəsinə çıxarır, gah təlim keçirir, gah da öz aləmlərində əhalini baş verə biləcək təxribatlardan qorumağa çalışdıqları görüntüsünü yaratmağa çalışırlar. Burada haqlı olaraq bir neçə sual yaranır. Bu təlimlər kimə qarşı keçirilir? Məqsəd nədir? Separatçılar yenidən müharibəyə hazırlaşırlarmı? 44 günlük onlara […]

Ceyhun Məmmədov – Qarabağ tezliklə dünyanın ən gözəl bölgələrindən birinə çevriləcək

Hazırda Azərbaycan xalqı böyük qayıdış dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə böyük bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. İşğaldan azad olunduqdan sonra qısa müddətdə bu ərazilər minalardan təmizlənmiş, elektrik və su təchizatı yüksək səviyyədə həyata keçirilmiş, dəmir və avtomobil yollarının çəkilişinə başlanılmışdir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban […]

Akademiya sistemində elmi mühit zədələnib – Ceyhun Məmmədov

Son günlər Azərbaycan cəmiyyəti Azərbaycan elminin inkişafı, bu sahədə elmi yeniliklərin deyil, Akademiya sistemində baş verən böhran, qalmaqal və ittihamları müzakirəsinin şahidinə çevrilib. Bir çox Azərbaycan ziyalıları bu elm məbədində baş verən xoşagəlməz hadisələrlə bağlı fikir və narahatlıqlarını bildirir, Akademiya rəhbərliyinin istefasının zəruriliyini qeyd edirlər. Bütün bunların fonunda dünən AMEA mediada açıqlama yayaraq bir sıra […]

Ceyhun Məmmədov – Məsafədən təhsilin yaratdığı çətinliklər

Son günlər ölkəmizdə virusa yoluxanların sayında ciddi artım müşahidə olunur. Buna paralel olaraq orta və ali məktəblərdə ənənəvi təhsilin dayandırılması ilə bağlı çağırışların artdığının şahidi oluruq. Vəziyyət həqiqətən mürəkkəbdir.  Ancaq hesab edirəm hazırkı dövrdə ənənəvi təhsildən məsafədən təhsilə keçid təhsilimiz üçün müəyyən çətinliklər yaradacaq. Çoxlarının düşündüyü kimi ənənəvi təhsildən məsafədən təhsilə keçid asan məsələ deyil. […]

Dual peşə təhsili nədir?

Alman dual peşə təhsili modeli bütün dünyada qəbul edilən və dəyərləndirilən bir sistemdir. Qısaca olaraq sistem belə işləyir: peşə təhsilinə üz tutan tələbələr iki ildən üç il yarıma qədər həm nəzəri, həm də praktiki olaraq öz peşələrini öyrənirlər. Onlar şirkətdə işləyərkən həm peşə, həm də ümumi (eyni zamanda ixtisas) fənlər üzrə təlimlərin keçirildiyi peşə təhsil […]

Təhsilli  gənclik işıqlı gələcəkdir

  “25 il ərzində nəsillər də dəyişib,  Azərbaycan da dəyişib. Bizdən sonra gələn nəsillər tarixi bilməlidir, unutmamalıdır. Çünki məhz düzgün təhlil apararkən, tarixdən ibrət götürərək biz inamla irəliyə gedə bilərik”.  Fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ölkə gəncliyi qarşısında  etdiyi çıxışında söylədiyi […]

Azərbaycan İlahiyyat İnstitutunun yaradılması tarixi zərurət idi – Ceyhun Məmmədov

Bu gün ölkəmizin yeganə ali dini təhsil müəssisəsi olan Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından 4 il ötür. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 9 fevral 2018-ci ildə müdrik və uzaqgörən addım ataraq Azərbaycan İlahiyyat İnstitutunun yaradılması barədə mühüm sərəncam imzaladı. Azərbaycan İlahiyyat İnstitutunun yaradılması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından sonra ölkəmizdə dini fəaliyyət sahəsində […]

Prezidentin gənclərlə görüşü bir çox aspektdən xüsusi önəm daşıyırdı – Ceyhun Məmmədov

Prezident İlham Əliyevin fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çıxışında çox vacib məqamlara toxundu. O xüsusi qeyd etdi ki, yeni nəslin vətənpərvərlik, dövlətə sədaqət ruhunda yetişməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri var. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin ictimai və siyasi həyatında mühüm rol oynayırlar. Prezident […]

Deputat məktəblərdəki neqativ hadisələrin əsl səbəbini açıqladı: “Müəllimlər və məktəb rəhbərliyi…”

Son günlər Azərbaycan məktəblərində baş verən neqativ hadisələrin sayı durmadan artır. Müəllimin şagirdə göstərdiyi şiddət, şagirdlərin dərslərdə intizamsızlığı durmadan artır. Baş verən hadisələr cəmiyyət tərəfindən birmənalı qarşılanmır və hər kəs müxtəlif fikirlər səsləndirir. Məsələnin həlli üçün müxtəlif təkliflər səsləndirilir. Səsləndirilən təkliflərdən biri də orta məktəblərə işə qəbulda kişi müəllim az olan məktəblərə yalnız kişi müəllimlərin […]