Mektebgushesi

İqtisadiyyat və Humanitar Kollecdə qış imtahan sessiyası keçirilir

Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 2022/2023-cü tədris ilinin qış imtahan sessiyası başlayıb.  İmtahanlar iki növbədə (Humanitar ixtisaslar üzrə yazılı imtahanlar saat 10:00-dan 13:00-dək, İqtisadiyyat ixtisasları üzrə imtahanlar saat 14:00-dan 17:00-dək) keçirilir. İmtahanlarda Azərbaycan və rus bölmələri üzrə 1042 tələbə iştirak edir. Qeyd edək ki, Kollecdə bu tədris ilində ilk dəfə rus […]

Azərbaycan Dövlət Pedaqoji Kollecində Hüseyn Cavidə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidentinin Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncamını ( 24 sentyabr 2022-ci il ) rəhbər tutaraq 27.12.2022-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş “Turana qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” adlı ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, […]

İnşaat Kollecində xüsusi avadanlıqlarla təmin olunmuş auditoriya istifadəyə verilib – FOTO

  İsveç Beynəlxal İnkişaf və Əməkdaşlıq Agentliyinin (Sida) “RECONOMY” proqramı çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində fəaliyyət göstərən İnşaat Kollecində xüsusi avadanlıqlarla təmin olunmuş auditoriya istifadəyə verilib. Proqram Gürcüstanın Enerji Effektivliyi Mərkəzinin dəstəyilə icra edilib. Auditoriyanın açılışında Gürcüstanın Enerji Effektivliyi Mərkəzinin kordinatoru Lyana Qaribaşvili, AzMİU-nun prorektoru, professor Akif Qasımov, İnşaat Kollecinin direktoru Namiq […]

AzMİU-nun İnşaat Kollecində beynəlxalq proqram çərçivəsində təlim keçirilib

  Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat Kollecində İsveç Beynəlxal İnkişaf və Əməkdaşlıq Agentliyinin (Sida) “RECONOMY” proqramı çərçivəsində təlim keçirilib. Təlimdə layihənin Azərbaycan üzrə kordinatoru, AzMİU-nun Mühəndis sistemlərinin və qurğularının tikintisi kafedrasının müdiri, professor Nurməmməd Məmmədov, rektorun müşaviri İlham Mərdanov, DaşYunu şirkətinin rəhbəri Nuh Haşımov, kollecin rəhbərliyi, müəllimlər və tələbələr iştirak ediblər. “Binaların xarici […]

İsveçin “RECONOMY” proqramına əsasında AzMİU-nun İnşaat Kollecində xüsusi auditoriya yaradılacaq

  İsveç Beynəlxal İnkişaf və Əməkdaşlıq Agentliyinin (Sida) “RECONOMY” proqramı çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində fəaliyyət göstərən İnşaat Kollecində xüsusi avadanlıqlarla təmin olunmuş auditoriya yaradılacaq. Gürcüstanın Enerji Effektivliyi Mərkəzinin dəstəyilə icra edilən proqram çərçivəsində həm də təlimlər keçiriləcək və tədris video çarxları hazırlanacaq. Layihənin məqsədi Azərbaycanda yaşıl iqtisadiyyata keçidi sürətləndirmək, binaların enerji […]

Kollecdə “Dövlət Müstəqilliyinin Bərpasının” 31-ci il dönümünə həsr olunmuş tədbir keçirilib

18 oktyabr 2022-ci il tarixində LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Dövlət Müstəqilliyin Bərpası Günü”nün 31 illiyinə həsr edilmiş tədbir keçirildi. Tədbiri giriş sözü ilə Kollecin direktoru Leyla İbrahimova açaraq bildirdi ki, 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə […]

Şirvan Dövlət Kollecində Milli Müstəqilliyin Bərpası günü qeyd olunub

18.10.2022-ci il tarixində Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində 18 Oktyabr Milli Müstəqilliyin Bərpası günü qeyd olunub. Kollecin Tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədova tədbiri açıq elan edib. Dövlət himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Vətənin azadlığı uğrunda canından keçmiş qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Sonra Aidə Əsədova çıxış […]

Lənkəran Sosial və Aqrar-Texnoloji Kollecinə yeni direktor təyin olunub

Azərbaycan Respublikasının Elm və Təhsil naziri Cənab Emin Əmrullayevin 10 oktyabr 2022-ci il tarixli əmri ilə İbrahimova Leyla Tofiq qızı Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin direktoru vəzifəsinə təyin olunmuşdur. Leyla Tofiq qızı İbrahimova 04 mart 1988-ci ildə Lənkəran rayonu Darquba kəndində anadan olmuşdur, 1993-2004-cü illərdə orta təhsil almış, 2004-cü ildə Lənkəran Dövlət […]

Bu gündən kolleclərin boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı başlayır

  Bu gün saat 12:00-dan etibarən tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olanlar üçün qeydiyyat prosesinə başlanılacaq. Elm və Təhsil Nazirliyindən bildirilib ki, elektron sistem üzrə qeydiyyat oktyabrın 10-u saat 23:59-da yekunlaşacaq. Müraciətçilər https://portal.edu.az/ elektron xidmətində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə […]

42 ildən sonra yenidən təhsil aldıqları kollecdə bir araya gəldilər – FOTO

Tələbələr 42 ildən sonra yenidən Azərbaycan Dövlət Pedaqoji Kollecində bir araya gəldi. Kollecdən verilən məlumatına görə, 1976-1980-ci illərdə təhsil alan Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunları 42 il öncəyə qayıdaraq yenidən o hissləri yaşayıblar. Tələbəlik illərindən bu günə qədər qorunub saxlanılan əlaqələr, mənəvi dəyərlər onları yenidən bir araya gətirib. Sözügedən görüşdən olan fotoları təqdim edirik:

Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI

Abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından, eləcə də “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u bütün mobil operator nömrələrindən 7727-yə göndərməklə öyrənə bilərlər Mektebgushesi.az xəbər verir ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1210 abituriyent ixtisas seçimi edib. Müsabiqə […]

Kolleclərin boş qalan plan yerləri üzrə 700-ə yaxın ərizə təsdiq edilib

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə ixtisas seçimi oktyabrın 2-dək aparılacaq. Mektebgushesi.az Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 10:10-dək olan məlumata görə, 669 ərizə (Azərbaycan bölməsi – 644, rus bölməsi – 25) təsdiq edilib. Bildirilib ki, kolleclərin boş qalan yerlərinə tələbə […]

Kolleclərin boş qalan yerlərinə qəbul elan edilir

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə sentyabrın 28-dən oktyabrın 2-dək ixtisas seçimi aparılacaq. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az-a verilən məlumata görə, orta ixtisas təhsili müəssisə­lərinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri […]

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecdə Anım Günü tədbiri keçirilib

27 Sentyabr 2022-ci tarixində Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Anım Günü tədbiri baş tutub. Kollecin direktoru Filologiya üzrə fəlsəfə doktoru Barxudar Barxudarov, Kollecin müəllim və tələbələri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül qoyma mərasimində iştirak edib, Şəhidlər Xiyabanına doğru yürüşə çıxıblar. Şəhidlər Xiyabanını ziyarət etdikdən və Şəhidlərin məzarı üzərinə gül qoyduqdan sonra tədbir […]

Kolleclərin boş qalan plan yerlərinə qeydiyyat başlayır

Bu gündən ümumi orta təhsil bazasından kolleclərin boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olanların qeydiyyatına başlanılır. Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrində təhsilalanın qeydiyyatı” xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, […]