Mektebgushesi

Kolleclərə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilir

  Sentyabrın 8-dən ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilir. Elm və Təhsil Nazirliyindən bildirilib ki, qəbul olunmuş şəxslər https://portal.edu.az/ sistemində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq […]

Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclər) boş qalan yerləri üzrə ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ixtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib DİM-in müvafiq internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni […]

Ümumi orta təhsil bazasından kolleclərə sənəd qəbulu davam edir

  Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə (kolleclər) qəbul olunanların elektron sənəd qəbulu davam edir. Elm və Təhsil Nazirliyindən  bildirilib ki, elektron sistem üzrə qeydiyyat avqustun 23-ü saat 18:00-da yekunlaşacaq. Müraciətçilər portal.edu.az üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatları təsdiq […]

Bu gündən kolleclərə elektron sənəd qəbuluna start verilir

Bu gün saat 15:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların elektron sənəd qəbuluna start veriləcək. Mektebgushesi.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, müraciətçilər “portal.edu.az” saytı üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Qeydiyyat prosesi avqustun […]

Ümumi orta təhsil bazasından kolleclərə sənəd qəbulu avqustun 14-dən aparılacaq

Avqustun 14-ü saat 15:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə (kolleclər) qəbul olunanların elektron sənəd qəbuluna start veriləcək. Elm və Təhsil Nazirliyindən bildirilib ki, müraciətçilər portal.edu.az üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatları təsdiq edilir. Həmçinin […]

Özəl kolleclərə qəbul planı yüz faiz dolub

Ümumi (9 illik) orta təhsil bazasında özəl orta ixtisas təhsili müəssisələrinə (kolleclər) Azərbaycan bölməsi üzrə 320, rus bölməsi üzrə 20 nəfər olmaqla cəmi 340 abituriyent qəbul olub. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, özəl orta ixtisas təhsili müəssisələri üçün qəbul planı 100 faiz dolub. Belə ki, özəl kolleclərə qəbul üçün 340 yer […]

Ümumi orta təhsil bazasında kolleclərə qəbul planı 99.52 faiz dolub

  Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, 9 illik təhsil bazasında kolleclərə (dövlət ödənişsiz) Azərbaycan bölməsi üzrə 4409, rus bölməsi üzrə 164 nəfər olmaqla cəmi 4573 nəfər qəbul olub. Qəbul planı 4595 yer olub. Dövlət hesabına orta ixtisas […]

Kolleclərə qəbulun nəticələri elan edilib – CƏDVƏL

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib. AzEdu.az xəbər verir ki, abituriyentlər imtahan nəticələri ilə buradan tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Müsabiqənin nəticələri haqqında statistik məlumatlar […]

Zaqatala Texnologiya Kollecində baş verən yanğın söndürülüb

Zaqatala şəhəri, N. Gəncəvi küçəsində, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində baş verən yanğın söndürülüb. Mektebgushesi.az xəbər verir ki, bu barədə Fövqəladə hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, kollecin ərazisində ümumi sahəsi 500 m² olan birmərtəbəli binanın (250 m² sahədə idman zalı və 250 m² sahədə […]

Kolleclərə ixtisas seçiminə başlanılır

  Bu gündən ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçiminə başlanılır. Bu barədə Mektebgushesi.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd edilib ki, 9 illik təhsil bazasında kolleclərə ixtisas seçimi 31 iyul – 7 avqust tarixlərini əhatə edəcək. Xatırladaq ki, “Abituriyent” jurnalının 3-cü nömrəsində 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ümumi (9 illik) […]

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü  

  Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü keçirilib.  Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  BDU-nun rektoru Elçin Babayev məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Elçin Babayev Ümummilli Lider Heydər Əliyevin BDU-nun […]

Azərbaycanda bu kolleclərin diplomları etibarsız sayılacaq

“Dini təhsil bu gün əsas prioritet istiqamətlərimizdən biridir. Dini duruma olduğu kimi, dini təhsil sahəsinə də mümkün qədər nəzarətin təmin edilməsi, habelə xarici təsirlərin dini təhsillə bağlı proseslərdən kənar tutulması olduqca vacibdir”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini təhsil şöbəsinin müdiri, dinşünas Elnarə Kərimova deyib. Onun sözlərinə görə, Azərbaycanın yerləşdiyi region, bu regionun həssaslığı, […]

Bu il ADMİU-nun nəzdindəki Humanitar Kollecdən 434 tələbə məzun olub

  Bu il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kolleci 3 şöbə üzrə 434 tələbə bitirib. Bu barədə  kollecdən məlumat verilib. Bildirilib ki, kollecin Kulturologiya şöbəsindən 160, Təhsil ixtisasları şöbəsindən 171, İncəsənət şöbəsindən 103 nəfər olmaqla ümumilikdə 400-dən çox tələbə məzun olub.

Kolleclərə qabiliyyət tələb edən ixtisasların imtahan qrafiki açıqlanıb

Bakı, Sumqayıt və Şamaxı şəhərlərində yerləşən kolleclərə qəbul olmaq üçün musiqi sənəti və təsviri sənət istiqamətləri üzrə qabiliyyət imtahanı komissiyalarından qeydiyyatdan keçən abituriyentlər ”İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. DİM-dən Mektebgushesi.az-a bildirilib ki, qeyd edilən şəhərlərdə yerləşən kolleclərə qəbul üçün qabiliyyət imtahanları Bakı şəhərində keçiriləcək. Musiqi sənəti istiqaməti üzrə imtahanlar 6, 7 və 10 iyul […]

Azərbaycanda orta ixtisas təhsili müəssisələri universitetlərin tabeliyinə verilir

“Orta ixtisas təhsili müəssisələrinin bir hissəsinin ali təhsil müəssisələrinin tabeliyinə verilməsi prosesi həyata keçirilir”. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev BMT Davamlı İnkişaf Məqsədləri dialoqları çərçivəsində “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, hazırda 29 minə yaxın şəxs peşə təhsili alır: “Azərbaycandakı peşə […]