Mektebgushesi

Gəncə-Qazax bölgəsindəki kolleclərdə monitorinqlər başlayıb

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlayıb. Bu barədə Mektebgushesi.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən region kolleclərində keçirilən monitorinqlər davam edir. Martın 27-də Agentliyin Orta ixtisas təhsil müəssisələri ilə iş sektorunun müdiri Səbinə Ənvərli və Hüquq və insan resursları sektorunun müdiri Siyavuş Əhmədzadə […]

Kolleclərə tələbə qəbulu elan edilib

  Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edib. Bu barədə Mektebgushesi.az -a mərkəzdən məlumat verilib. Qeyd olunub ki, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu martın 27‑dən aprelin 15-dək internet vasitəsilə aparılır. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az internet səhifəsində […]

Sumqayıtda Musiqi Kolleci köçürülür: Valideynlər nədən narazıdırlar? – VİDEO

Sumqayıtda Musiqi Kolleci 20 nömrəli tam orta məktəbə köçürülür, artıq avadanlıqların daşınmasına başlanılıb. Belə ki, orta məktəbdə həm dərs tədris olunacaq, həm də kollec tələbələri musiqi alətləri ilə ifa edəcəklər. Valideynlər isə mövcud vəziyyətdən narazıdırlar. Daha ətraflı “ATV Xəbər”in süjetində:

Astara Pedaqoji Kollecinin direktor müavini işdən çıxarılıb

Xəbər verdiyimiz kimi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən orta ixtisas təhsili müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır. Astara Pedaqoji Kollecində keçirilən monitorinq zamanı Kollecdə tədrisin təşkili ilə bağlı çoxsaylı nöqsanlar aşkar edilib və bu nöqsanların aradan qaldırılması üçün EATDA tərəfindən kadr və struktur islahatlarına başlanılıb. Bu barədə Mektebgushesi.az-a Elm və Ali Təhsil üzrə […]

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru vəzifədən azad edilib

  2023-cü ilin dekabr ayından etibarən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən orta ixtisas təhsili müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır. Monitorinqlər zamanı kolleclərdə tədris prosesində mövcud olan problemlər, yol verilən nöqsanlar araşdırılır və onların aradan qaldırılması istiqamətində Agentlik tərəfindən qəti tədbirlər həyata keçirilir. Mektebgushesi.az-a Elm və Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, Göyçay Rayon […]

Kolleclərdə təhsilalma formasının dəyişdirilməsi qaydaları təsdiqlənib

Orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydaları təsdiqlənib. Mektebgushesi.az xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib. Qeyd edək ki, kolleclərlə bağlı müvafiq qaydalar əvvəllər […]

Kolleclərə imtahan tarixləri elan edilib

  Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü ildə keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları, sənəd qəbulu tarixləri, magistraturaya qəbul imtahanının II cəhdi, rezidenturaya qəbul, dövlət qulluğuna qəbul, eləcə də digər imtahan və tədbrilərin tarixləri müəyyən olunub. DİM-dən Mektebgushesi.az-a bildirilib ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq […]

Astara Pedaqoji Kollecində imtahan sessiyası davam edir

Astara Pedaqoji Kollecində 2023/2024-cü tədris ilinin payız semestrinin  imtahan sessiyası davam edir. Kollecin direktoru, professor Kamran Kazımov imtahanların gedişini izləmək məqsədilə imtahan otaqlarına baş çəkərək vəziyyətlə əyani tanış olub, tələbələrlə söhbətləşib, problem və qayğıları ilə maraqlanıb. Prof. Kamran Kazımov  kollecin müəllim heyəti ilə görüşü zamanı onları tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və imtahanlarda şəffaflığın təmin edilməsi […]

Pedaqoji Kollecdə tədbir: 30 il həsrət – 30 il zəhmət

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və Vətən müharibəsindəki tarixi qələbəmiz münasibəti ilə kollecdə 30 ildən artıq fəaliyyət göstərmiş müəllimlərlə “30 il həsrət – 30 il zəhmət” mövzusunda görüş keçirilib. Tədbirdə kollecin təqaüdçü müəllimlərindən Z.Şirəliyeva, A.Ağazadə, R.Novruzova və M.Hüseynova qonaq qismində iştirak ediblər. Tədbirin əvvəlində […]

Bağça müəllimlərinin ali təhsilli olmasını istəyiriksə kolleclərdəki məktəbəqədər təhsil ixtisası ləğv edilməlidir – RƏY

Elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı bildirib ki, növbəti mərhələlərdə məktəbəqədər təhsil mütəxəssisləri minimum bakalavr təhsil sahəsində hazırlanmasına nail olunacaq: “Az qala gələcəyimizin məktəbəqədər təhsildən asılı olduğundan danışırıqsa, orada təhsilli, bacarıqlı insanların işləməsini təmin etməyimiz olduqca vacibdir. Uzun müddətdir ki, orta ixtisas təhsilli ibtidai […]

Sumqayıt Dövlət Texniki Kollecində Uilyam Şekspirə həsr olunmuş tədbir keçirilib

Ötən gün Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində “Heydər Əliyev – 100” illik çərçivəsində Avropa İntibah dövrünün ən parlaq nümayəndəsi, böyük ingilis dramaturqu Uilyam Şekspirə həsr olunmuş tədbir eçirilib. Dramaturqun əsərləri kollec səhnəsində tələbələr tərəfindən canlandırılıb. Tədbiri giriş sözü Kollecin təlim-tərbiyə işləri üzrə direktor müavini Mehman İsmayılov açaraq Kollecdə “H.Əliyev-100” illik çərçivəsində bir […]

Gəncə Dövlət Regional Kollecinə yeni rəhbər təyin olunub

Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Dövlət Regional Kollecinə yeni rəhbər təyinatı olub. “Report”un Qərb bürosunun məlumatına görə, bu vəzifəyə riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İlqar Nadir oğlu Kubışov gətirilib. O, artıq kollektivə təqdim olunub. Qeyd edək ki, İ.Kubışov bu təyinatadək Gəncə Dövlət Regional Kolleci qiyabi şöbəsinin müdiri vəzifəsində işləyib. Xatırladaq ki, bundan əvvəl Gəncə Dövlət […]

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

  Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilib. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, orta ixtisas təhsili müəssisə­lərinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı […]

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi aparılacaq

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 11-ci nömrəsini nəşr edib. DİM-dən verilən xəbərə görə, jurnalın bu nömrəsində 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisasların siyahısı, […]

11 illik təhsil bazasında kolleclərin plan yerləri 97.26 faiz dolub

  Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 97.26 faiz dolub. Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, cəmi 351 yer (2.74 faiz) boş qalıb. Tam (11 illik) orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi tarixləri haqqında qəbul olanların qeydiyyat prosesi bitəndən sonra məlumat veriləcək.