Mektebgushesi

Kolleclərə əlavə yerləşdirmə ilə bağlı abituriyentlərin qeydiyyatı başladı

Bu gündən ümumi orta ixtisas təhsili və tam orta təhsil bazası üzrə əlavə yerləşdirmədə uğur qazanan abituriyentlərin təhsil müəssisələrinə elektron qeydiyyatına start verilir. Mektebgushesi.az xəbər verir ki, müraciət üçün portal.edu.az platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq qəbul […]

Kolleclərə ixtisas seçimi davam edir

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə sentyabrın 29-dan başlanan ixtisas seçimi davam edir. Dövlət İmtahan Mərkəzindən  Mektebgushesi.az -a bildirilib ki, ixtisas seçimi oktyabrın 3-ü saat 23:59-dək internet vasitəsilə aparılacaq. İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas […]

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilir

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə sentyabrın 29-dan oktyabrın 3-dək ixtisas seçimi aparılacaqdır. DİM-dən Mektebgushesi.az-a bildirilib ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan […]

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə boş qalan plan yerlərinə qəbul elan edilir

DİM ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə sentyabrın 29-dan oktyabrın 3-dək ixtisas seçimi elan edir. DİM-dən Mektebgushesi.az-a bildirilib ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən […]

Bu gündən kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başlanıb

Sentyabrın 29-da kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başlanıb. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, həm ümumi (9 illik), həm də tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə ixtisas seçimi oktyabrın 3-dək internet vasitəsilə aparılacaq. Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi ilə bağlı “Abituriyent” jurnalının 11-ci nömrəsi […]

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Anım Günü qeyd olunub

27 sentyabr 2021-ci il tarixində Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “27 SENTYABR ANIM GÜNÜ “ qeyd olundu.Tədbirdə kollecin müəllimləri, ŞƏHİD valideynləri və yaxınları, müharibənin canlı şahidi olmuş tələbə və məzunlarımız iştirak edirdilər.Himn səsləndikdən sonra Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbiri açıq elan edən Tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədova bildirdi ki , […]

Ümumi orta təhsil bazasında kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı davam edir

  Ümumi orta təhsil bazasında (9 illik) kolleclərə qəbul olan abituriyentlərin onlayn qeydiyyat prosesi davam edir. Bu barədə Mektebgushesi.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeydiyyat prosesi sentyabrın 22-si saat 23:59-da yekunlaşacaq və bundan sonra müraciətin göndərilməsi mümkün olmayacaq. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən abituriyentlərin qəbul haqqında əmri müvafiq məktəbə göndərilməyəcək. Müraciət üçün portal.edu.az platformasında […]

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollec yeni tədris ilinə hazırdır

  BDU-nun rektoru Elçin Babayev BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə yeni tədris ilinə hazırlıqla bağlı görülən işlər, həyata keçirilən yeniliklərlə tanış olub. Kollecin direktoru Səhər Orucova yeni tədris ilinə hazırlıq, tədrisin keyfiyyətinin artırılması istiqamətində görülən işlər, ərazidə aparılan yenidənqurma və abadlıq işləri, eləcə də kollecdə xüsusi karantin rejimi dövründə tədrisin təşkili üçün zəruri olan […]

Ağcabədi Pedaqoji Kollecində heç kimin xəbəri olmadığı tenderi kimlər və necə keçirib?

Bir mətbuat orqanı olaraq hələ ötən il Ağcabədi rayonunda qeyri sağlam biznes mühitinin hökm sürdüyü barədə məlumatlar yaymışdıq. Həmin məlumatlarda regionların sosial iqtisadi inkişafı dövlət proqramı çərçivəsində, bütün rayonlarda olduğu kimi Ağcabədidə də bir çox mühüm işlərin görüldüyü, infrastruktur layihələrinin həyata keçirildiyi bildirilirdi. Onu da əlavə etmişdik ki, Ağcabədi şəhərində küçə və yolların, meydanların asfaltlaşdırılması, […]

Kolleclərə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub

  Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini sentyabrın 8-də saat 15:14-dən etibarən internet səhifəsində yerləşdirib. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) […]

Kolleclərə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başa çatır

  Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi 7 sentyabr saat 23:59-da başa çatır. İxtisasları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər. İxtisas seçimi mərhələsində […]

Koklleclərə qəbul olmaq üçün 17 min 582 abituriyent ixtisas seçimi edib

  Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün avqustun 27-dən başlanan ixtisas seçimi davam edir. Dövlət İmtahan Mərkəzindən (DİM) Mektebgushesi.az -a bildirilib ki, ixtisas seçimi sentyabrın 7-dək internet vasitəsilə həyata keçirilir. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını https://eservices.dim.gov.az/erizetex/ixtisas1/?frm=egov1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi […]

1 nömrəli Bakı Tibb Kollecinə qəbul üçün müsabiqədə gözdən əlil abituriyentlər iştirak edə bilərlər

Əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin müalicə masajı ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına plan yerləri ayrılır. 2021/2022-ci tədris ili üçün də 1 nömrəli Bakı Tibb Kollecinin müalicə masajı ixtisasına gözdən əlil abituriyentlər üçün 20 plan (Azərbaycan bölməsi 15 yer, […]

Kolleclərə ixtisas seçimi avqustun 27-dən sentyabrın 7-dək həyata keçirilir

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi avqustun 27-dən sentyabrın 7-dək internet vasitəsilə həyata keçirilir. Mektebgushesi.az xəbər verir  ki, xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılır. Xoreoqrafiya sənəti […]

Artıq tələbələrimiz iş təcrübələrini Türkiyə otellərində keçirə biləcək

Artıq Bakı Biznes və Kooperasiya Kollecinin tələbələri iş təcrubələrini Türkiyə Respublikasında keçirə biləcəklər. 2021 ci il  Avqustun 8 –də Türkiyəyədə Turizim Akademiyası ilə  Bakı Biznes və Kooperasiya Kollecinin direktoru Fatimə Quliyeva arasında Görüş keçirilib. Mektebgushesi.az –ın məlumatına görə bu barədə məlumat Turizim Akademiyasının  sosial çəbəkədəki hesabında bildirilib: Bakı Biznes və Kooperasiya Kolleci ilə  ilə artıq […]