Mektebgushesi

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Narkomaniya əsrin bəlası!” mövzusunda tədbir keçirilib

24.XII 2021-ci il tarixində Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə Dövlət Komissiyasının, Şirvan Şəhər Polis Şöbəsinin, Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Narkomaniya əsrin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Narkomaniya və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının işçi […]

LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə konfrans keçirilib

LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə “Prezident İlham Əliyev-davamlı inkişaf modelinin müəllifi və Azərbaycan son 18 ildə” adlı konfrans keçirildi. 21 dekabr 2021-ci il tarixində Kollecdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin fəaliyyətinə dair “Azərbaycan son 18 ildə” adlı konfrans keçirildi. Konfrans Dövlət Himninin səslənməsi ilə başladı. Tədbiri giriş sözü ilə […]

Kollecində “Mina təhlükəsizliyi “mövzusunda maarifləndirici tədbir keçirilib

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Mina təhlükəsizliyi “mövzusunda maarifləndirici tədbir keçirilib. 16 .XII.2021-ci il tarixində Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Mina təhlükəsizliyi, partlamamış hərbi sursatlar və ehtimal olunan digər xoşagəlməz hallar üzrə maarifləndirmə işləri və təhlükəsizlik tədbirləri” mövzusunda tədbir keçirilib. Fövqaladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin əməkdaşları Polkovnik Leytenant Rafiq Zeynalov, mayor Vüqar […]

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Anım tədbiri keçirilib

  9.12.2021-ci il tarixində Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək məqsədilə Anım tədbiri keçirildi.Tədbirdə Kollecin müəllimləri və tələbələri iştirak etdilər.İlk öncə kollecin kollektivi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər.Akt zalında davam edən tədbirdə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra, Heydər Əliyevin həyat […]

Şirvan Dövlət Kollecində Nizami Gəncəvi ili ilə əlaqədar tədbir keçirilib

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Nizami Gəncəvi ili ilə əlaqədar “Qüvvət elmdədir !”adlı breyn -rinq intellektual bilik yarışması keçirilib. 3 dekabr 2021-ci il tarixində Şirvan Dövlət İqtisadiyyat və Humanitar kollecində 2021-ci il Nizami Gəncəvi ili ilə əlaqədar “Qüvvət elmdədir!” adlı breyn-rinq intellektual bilik yarışması keçirildi. Yarışmada kollecin tələbələrindən ibarət 10 komanda iştirak edirdi. 3 […]

Pedaqoji Kollecdə fərqlənmə ilə məzun olanlara diplomlar təqdim edilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin İbtidai sinif müəllimliyi ixtisası üzrə məzun olan N.Əsgərova və S.Qaçayeva kolleci fərqlənmə diplomu ilə bitirib. Diplomu kollecin direktoru, dos.İsrayıl İsgəndərov təqdim edib daha sonra Tədris işləri üzrə direktor müavini Məhbubə Məmmədova müəllim peşəsinin ucalığından,onun cəmiyyətdəki nüfuzundan bəhs edib. Məzunların təhsillərini davam etdirmək arzusu və müəllim olaraq fəaliyyət göstərmək istəkləri […]

Sumqayıt Dövlət Texniki Kollecində “Nizami Gəncəvi lirikası” adlı tədbir keçirilib

Üç dekabr 2021-ci il tarixində SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecində “Nizami Gəncəvi” ili ilə əlaqədar olaraq “Nizami Gəncəvi lirikası” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə Kollecin Təlim-tərbiyə işləri üzrə direktor müavini Mehman İsmayılov açaraq tədbir iştirakçılarına – qonaqlara, müəllim və tələbə heyətinə “Nizami ili” ilə əlaqədar məlumat verib. Ölkə Prezidentinin qərarına əsasən 2021-ci […]

Kollecdə QİÇS-lə mübarizə gününə həsr olunmuş tədbir keçirilib

26.XI.2021-ci il tarixində Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “İİV, QİÇS-lə mübarizə üzrə Avropa həftəliyi və “1 Dekabr QİÇS-lə mübarizə günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Səhiyyə Nazirliyi, Respublika QİÇS-lə mübarizə mərkəzinin həkimi Telman Məhərrəmov, QİÇS-lə mübarizə mərkəzinin Şirvan Regional İİV-in diaqnostik laboratoriyasının müdiri həkim Elmira Qədirli və tibb isçisi Dilşad Babayeva, kollecin müəllimləri və […]

Azərbaycan kolleci Qafqazın ilk akkreditə olunmuş onlayn təhsil müəssisəsi elan olunub

Bakı Biznes və Kooperasiya kolleci Online Education Skills İnstitute (OESİ) tərəfindən Cənubi Qafqazın ilk akkreditə olunmuş onlayn təhsil müəssisəsi elan olunub. Mektebgushesi.az xəbər verir ki, bu barədə Bakı Biznes və Kooperasiya kollecinin  sosial şəbəkədəki rəsmi səhifəsində məlumat verilib. Kollec İqtisadiyyat, Mühasibat uçotu və Marketinq fənnlərinin onlayn öyrənilməsi üzrə OESİ tərəfindən rəsmi sertifikatlar əldə edib. Xatırladırıq […]

Kollecdə “Tələbələr arasında erkən nikah və narkomaniyaya qarşı mübarizə” adlı tədbir keçirildi.

  15 Noyabrın 2021-ci il tarixində LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinin akt zalında Lənkəran şəhər Ağsaqqallar Şurasının və Kollecin birgə təşkilatçılığı ilə “Tələbələr arasında erkən nigah və narkomaniyaya qarşı mübarizə” mövzusunda keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başladı. Kollecin müəllim və tələbələrinin, Ağsaqqallar Şurasının üzvlərinin iştirak etdiyi tədbirdə erkən nigahın yaratdığı problemlər, narkomaniya və […]

Kooperasiya kollecində “Zəfər Günü” qeyd edilib -FOTO

Bakı Biznes və Kooperasiya kollecində “Zəfər Günü”nə həsr olunmuş bayram tədbiri keçirilib. Mektebgushesi.az xəbər verir ki, bu barədə kollecin direktoru Fatimə Quliyeva özünün sosial şəbəkədəki hesabında bildirib: Əsirlərdən bəri, Azərbaycan dövlətinin əldə etdiyi ilk zəfərin ilk qələbənin birinci il dönümünə həsr olunub. Bu gün biz 44 günlük müharibənin qələbə ilə yekunlaşmasının ilk ilini qeyd edirik. […]

Lənkəranda Şəhid Aqşin İbadovun anım günü keçirildi

18 Oktyabr 2021–ci il tarixində Lənkəran rayonu Boladı kənd 1 saylı tam orta məktəbində II Qarabağ şəhidi mayor Aqşin İbadovun anım günü keçirildi. Kollecdən Mektebgushesi.az-a bildirilib ki, keçirilən tədbirdə Boladı kənd icra nümayəndəsi Nizami Hüseynov, Boladı kənd 1 saylı tam orta məktəbin direktoru Elman Rzayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin […]

Kollecdə “Dövlət Müstəqilliyinin Bərpası Günü” ilə bağlı açıq dərs keçirildi

  18 oktyabr 2021-ci il tarixində Kollecin “Qida məhsullarının texnologiyası” ixtisasının I kurs tələbələrinə “Azərbaycan tarixi” fənnindən Müstəqilliyin Bərpası Gününün 30 illiyinə həsr edilmiş açıq dərs keçirildi. İlk əvvəl Kollecin direktoru dosent Ruslan Həmidov Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhunu 1 dəqiqəlik sukutla yad etdi. Sonra çıxış edərək bildirdi ki, Azərbaycan xalqı dövlət […]

Bakı Biznes və Kooperasiya Kollecinin boş qalan yerlərinə 14 ixtisas üzrə qəbul aparılıb

  2021-2022-ci tədris ili üçün ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbulda Bakı Biznes və Kooperasiya Kollecinə ancaq ödənişli əsaslarla 14 ixtisas üzrə qəbul aparılıb. Mektebgushesi.az  xəbər verir ki, bu barədə məlumat “Abituriyent” jurnalının xüsusi buraxılışında yer alıb. Bildirilib ki, kollecin boş qalan yerlərinə qəbulda ən yüksək keçid […]

11 illik təhsil bazasında Naxçıvan Tibb Kollecinin boş qalan yerlərinə qəbulda ən yüksək keçid balı 118 olub

2021-2022-ci tədris ili üçün tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbulda Naxçıvan Tibb Kollecinə ən yüksək keçid balı dövlət sifarişi əsasında əczaçılıq ixtisasına 118.8 bal olub. Mektebgushesi.az xəbər verir ki, bu barədə məlumat “Abituriyent” jurnalının xüsusi buraxılışında yer alıb. Bildirilib ki, kollecdə ən aşağı keçid balı isə ödənişli […]