Mektebgushesi

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başa çatıb

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclər) boş qalan yerləri üzrə ixtisas seçimi başa çatıb. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 3747 (Azərbaycan bölməsi – 3669, rus bölməsi – 78) nəfər ixtisas seçimi edib. Xatırladaq ki, kolleclərin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili […]

Azərbaycan kolleclərində təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb

Azərbaycanın orta ixtisas təhsili müəssisələrində (kolleclərdə) 130 əcnəbi təhsil alır. Mektebgushesi.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil və əcnəbilərlə iş sektorunun müdiri Müjdat Həsənov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. Onun sözlərinə görə, 2021-2022-ci tədris ilində ali təhsil alan əcnəbilərin sayı isə 7400-ə yaxın […]

Kolleclərə qəbul üzrə plan yerlərinin 5 faizi boş qalıb

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 94.99% dolub. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 11 846 nəfər qəbul olub. Cəmi 625 yer (5.01%) boş qalıb. Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə […]

Pedaqoji Kollec 11 illik bazadan tələbə qəbulu elan edir

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci 2022/2023-cü tədris ili üçün 11 illik bazadan tələbə qəbulu elan edir! ✅040101-Ailə və ev təhsili; ✅040102-Fiziki tərbiyə müəllimliyi; ✅040103-İnkluziv təhsil; ✅040104-Məktəbəqədər təhsil; ✅040316-Rəngkarlıq (sahələr üzrə); ✅040305-Dekorativ tətbiqi sənət (sahələr üzrə); ✅040313-Mədəni kütləvi tədbirlərin təşkilatçısı; ✅040532-Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı; ✅040713-Sosial iş.

Kolleclərə qəbul olanlar üçün qeydiyyat başlayıb

Bu gündən ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesinə start verilib. Mektebgushesi.az  xəbər verir ki, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə […]

Özəl kolleclərə qəbul planı yüz faiz dolub

Ümumi orta təhsil bazasında özəl orta ixtisas təhsili müəssisələrinə (kolleclər) Azərbaycan bölməsi üzrə 280, rus bölməsi üzrə isə 20 nəfər olmaqla cəmi 300 abituriyent qəbul olub. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az-a bildirilib ki, özəl orta ixtisas təhsili müəssisələri üçün qəbul olma planı 100 faiz dolub. Belə ki, özəl kolleclərə 300 yer qəbul planı ayrılıb. Qeyd edək […]

Kolleclərə ixtisas seçimi başa çatdı

9 illik bazadan kolleclərə ixtisas seçimi başa çatıb. AzEdu.az xəbər verir ki, ümumilikdə 15 639 nəfər ixtisas seçimində iştirak edib. Azərbaycan bölməsi üzrə ixtisas seçənlər sayı 15 264, rus bölməsi üzrə isə 375 nəfər təşkil edir. Qeyd edək ki, ixtisas seçimi prosesi 17 avqust 23.00-da başa çatmalı olsa da, proses bu gün saat 10.00-dək uzadılmışdı.

9 illik təhsil bazasında kolleclərə ixtisas seçimi yekunlaşır

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Mektebgushesi.az-a Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 16:55-ə olan məlumata görə, 14 min 308 nəfər (Azərbaycan bölməsi -13 min 964, rus bölməsi – 344) qeydiyyatdan keçib. İxtisas seçimi avqustun […]

9 illik bazada kolleclərə keçid balları

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlanıb Mektebgushesi.az AzEdu.az -a istinadən ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin keçid ballarını təqdim edir. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci ▶ Bank işi 201.3 ▶ Maliyyə işi 206.7 ▶ Mühasibat […]

Kolleclərə 9 illik orta təhsil bazasından ixtisas seçiminə başlanılıb

  Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlanıb! Ümumi (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub. Ümumi ( 9 illik) orta təhsil bazasında […]

Orta ixtisas təhsil müəssisələrində təhsilalanların köçürülməsi qaydaları kimlərə şamil olunur

  Orta ixtisas təhsil müəssisələrində təhsilalanların köçürülməsi Təhsil Nazirliyi tərəfindən yaradılmış transfer.edu.az elektron portalı vasitəsilə mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Bu barədə  Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün orta ixtisas təhsili müəssisələrində (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla), habelə akkreditasiyalı xarici orta ixtisas […]

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü

Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü tədbiri keçirilib. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, ardınca Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcıları Azərbaycan, rus və ingilis dillərində Kollecin tarixi barədə məlumat veriblər. BDU-nun prorektoru Əliş Əlimirzəyev məzunları təbrik edib, onlara […]

Kollecdə “Mən öz gələcəyimi seçirəm” mövzusunda maarifləndirici tədbir keçirildi

Bəşəriyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədilə BMT iyun ayının 26–nı “Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” elan edib. Məhz həmin gün narkomaniya ilə mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir. Görülən işlər öz müsbət nəticəsini verdikdə gələcək üçün nəzərdə tutulan perspektivlərin müəyyənləşdirilməsi üçün vəzifələr […]

LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə yaz semestrinin imtahan sessiyası davam edir.

3 iyun 2022–ci il tarixindən LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə 2021/2022–ci tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir. İmtahanlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 may 2022–ci il tarixli F–282 saylı əmrinə müvafiq olaraq əyani formada keçirilir. Kollecdə bütün korpuslar üzrə imtahanlar əvvəlcədən təyin olunmuş günlər üzrə saat 09:00–da başlayıb 11.30–da sona çatdırılır. İmtahan […]

Azərbaycan Dövlət Pedaqoji Kollecində “Arzular əngəlsizdir” adlı tədbir keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Arzular əngəlsizdir” adlı tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların daxilində olan bacarığı inkişaf etdirmək və cəmiyyətə təqdim etməkdir. Giriş sözü görmə məhdudiyyətli tələbə Zəhra Hüseynova açıb daha sonra tələbə Yeganə Rəhimova AET ixtisasında təhsil alan Seyrat Musayeva haqqında məlumat verib. Seyrat qarşısına çıxan çətinliklərə […]