Mektebgushesi

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə yaz imtahan sessiyasında 800-dək tələbə iştirak edir 

İyunun 2-dən Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 2022-2023-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Sessiya iyulun 5-dək davam edəcək.  İmtahanlar iki növbədə (Humanitar ixtisaslar üzrə saat 10:00-dan 13:00-dək, iqtisadiyyat ixtisasları üzrə saat 14:00-dan 17:00-dək) keçirilir.  İmtahanlarda Azərbaycan və rus bölmələri üzrə 800-ə yaxın tələbə iştirak edir. Mayın 22-dən iyunun 7-dək […]

Pedaqoji Kollecdə tədbir-tamaşa: Haqdan gələn səs – Dahi

Mayın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Haqdan gələn səs – Dahi” adlı tədbir-tamaşa keçirilib. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevə həsr olunan rəsm əsərləri ilə tanış olublar. Kollecin akt zalında davam edən tədbirdə Ulu Öndərin zəngin həyat və fəaliyyətindən, Azərbaycan Respublikasının […]

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə bir qrup şair və yazıçı ilə görüş keçirilib

  Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə bir qrup şair və yazıçı ilə görüş keçirilib. “Ədəbiyyat işığında” adlı tədbir Dövlət himni və Ümummilli Lider Heydər Əliyevin, şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Kollecin direktoru Səhər Orucova ədəbiyyatın, bədii əsərlərin gənclərin tərbiyəsindəki rolundan bəhs edərək dövlətin də bu işdəki […]

Kolleclərin qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat başlanır

2023/2024-cü tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin elektron qeydiyyatı başlanır. Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib. Abituriyentlər müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər. Bədən tərbiyəsi və idman, Teatr, kino və xoreoqrafiya sənəti, Musiqi sənəti və […]

Kolleclərin qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat nvaxtı açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) 9 illik bazadan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatın başlama vaxtı barədə məlumat verib. DİM-dənm Mektebgushesi.az-a verilən məlumatda bildirilib ki, 14 may tarixində keçirilmiş kolleclərə qəbul imtahanının nəticələri elan olunandan sonra xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatın başlayacaq. “Həmin imtahanın nəticələri isə növbəti həftə ərzində elan olunacaq”, –DİM-dən […]

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecdə “Narkomaniyaya qarşı mübarizə” tədbiri keçirilib

12 may 2023-cü il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan Şəhər Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecdə  “Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan şəhər prokuroru Kamal Talıbov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin […]

Kollec tələbələrinə əsgərlikdən möhlət hüququnun verilməsi təklif olunub

Milli Məclisdə kollec tələbələrinə əsgərlikdən möhlət hüququnun verilməsi təklif olunub. Mektebgushesi.az -ın məlumatına görə, bu təkliflə parlamentin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev çıxış edib. O qeyd edib ki, hazırda Azərbaycanda universitet tələbələrinə əsgərlikdən möhlət hüququ tanınır, amma kollec tələbələrinə möhlət verilmir. “Təklif edirəm ki, bu şans kollec tələbələrinə də tanınsın. Bu məsələyə ən azı növbəti illərdə baxaq”, – […]

Kolleclərdə oxuyan tələbələrə hərbi xidmətdən möhlət hüququ veriləcək?

“Orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrə hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı təkliflərimizi həm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həm də digər aidiyyəti qurumlara göndərmişik”. Bunu APA-ya açıqlamasında elm və təhsil nazirinin müavini İdris İsayev deyib. O bildirib ki, burada tam möhlət hüququnun verilməsindən söhbət getmir: “Bildiyiniz kimi, təhsil proqramını bitirməmiş […]

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecdə “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib

  Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə bağlı ölkə Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq, Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin təşkilatçılığı ilə Kollecin əməkdar müəllimi Mehran Əhmədqızının Ulu öndərə həsr etdiyi esselər əsasında hazırlanmış “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyasının […]

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Kitabxana işinin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı elmi seminar keçirilib. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kollecin direktoru […]

Pedaqoji Kollecdə Heydər Əliyevə həsr olunmuş tədbir: Can Azərbaycan

Mayın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Humanitar fənn komissiyasının müəllimi Ş.Vəlisoyun təşkilatçılğı ilə “Heydər Əliyev İli” çərçivəsində “Can Azərbaycan” adlı tədbir keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi yolunda atdığı addımlardan, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər ordumuzun Vətən müharibəsindəki qələbəsindən bəhs edən videoçarxlar göstərilib, […]

Kolleclərə sənəd qəbulu bu gün başa çatır

9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu bu gün saat 17:00-dək aparılacaq. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Müsabiqədə iştirak […]

Kollec məzunlarında iş tapmaq problemi daha dərindir

“Bu gün orta ixtisas təhsili müəssisələri (kolleclər) əmək bazarı tərəfindən o qədər də tam anlaşılmır. Ona görə də “Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var”. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə […]

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Xocalı qurbanları anılıb

Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimiz və soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.​ Kollecin direktoru Səhər Orucova Xocalı soyqırımının Azərbaycan tarixinin ən qanlı səhifələrindən olduğunu, bu faciənin unudulmaması üçün gənclərin üzərinə […]

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində 20 Yanvar hadisələrinə həsr olunmuş tədbir keçirilib

18 yanvar 2023-cü il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzinin və Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin birgə təşkilatçılığı ilə 20 Yanvar “Ümumxalq Hüzn Günü”-nün 33-cü ildönümünə həsr edilmiş “Şəhidlər bəşərilik yolunu işıqlandırır” adlı anım tədbiri keçirilib. İlk öncə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, faciə qurbanlarının əziz xatirəsi […]