Mektebgushesi

Azərbaycanın ən gənc seçicisi: “İkiqat sevinc duyuram!”

Azərbaycanın ən gənc seçicisi məlum olub. Bu, Lənkəran Dövlət Universitetinin nəzdindəki  Sosial və Aqrar-Texnoloji Kollecin sığorta işi ixtisasının  II tədris ili tələbəsi Mir-Rasif Rasim oğlu Heydərovdur. Mir-Rasif Heydərovun 18 yaşı  növbədənkənar prezident seçkilərinin keçirildiyi 7 Fevral tarixində tamam olacaq. O, 2006-cı ildə Lənkəran rayonunun Seyidəkəran kəndində ziyalı ailəsində anadan olub, ailənin ilkidir. Bu gün Sosial […]

LDU Elmi şurasında payız imtahan sessiyasının nəticələri müzakirə edilib

Lənkəran Dövlət Universitetinin (LDU) Elmi şurası 2024-cü ildə ilk iclasını keçirib. İclası Elmi şuranın sədri, LDU-nun rektoru, prof. Natiq İbrahimov açıb və şura üzvlərini gündəliklə tanış edərək imtahan sessiyasının gedişi ilə bağlı fikir və mülahizələrini bildirib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, Elmi şurada müzakirəyə çıxarılan ilk məsələ “2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri” olub. […]

ADPU tələbələri “Şagirdə tələbə dəstəyi”nin növbəti mövsümünü başa vurublar

Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU) təşkilatçılığı ilə 2023-cü ildən icra olunan “Şagirdə tələbə dəstəyi” layihəsi çərçivəsində universitetin könüllü tələbələrindən ibarət komanda tərəfindən Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə VII, VIII və IX sinif şagirdləri üçün onlayn dərslər təşkil olunub. Komanda üzvlərindən Bakı şəhəri 209 nömrəli tam orta məktəbdə fəaliyyət […]

BDU-da Azərbaycan Gəncləri Günü qeyd olunub

Bakı Dövlət Universitetində (BDU) 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, gənclər hər bir xalqın xoşbəxt gələcəyə olan […]

MDU-da Elmi Şuranın növbəti iclası keçirilib

  Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. Əvvəlcə, universitetin rektoru Şahin Bayramov yeni təqvim ilində MDU Elmi Şurasının fəaliyyətinə uğurlar diləyib və iclasın gündəliyi barədə məlumat verib. İlk olaraq, “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası” əlavə və dəyişikliklərlə yeni redaksiyada müzakirəyə çıxarılıb. Ş.Bayramov sənəd barədə ətraflı məlumat verib, nəzərdə tutulan strateji məqsədlər, […]

Türkiyənin Gəncədəki Baş konsulu MDU-nun qonağı olub

  Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop Mingəçevir Dövlət Universitetində (MDU) olub. Ziyarət çərçivəsində Baş konsul universitetin rektoru Şahin Bayramovla görüşüb. Görüşdə universitetin müvafiq əməkdaşları, eləcə də MDU-da fəaliyyət göstərən türkiyəli qonaq professorlar iştirak ediblər. Baş konsulun universitetə gəlişindən məmnunluğunu bildirən Ş.Bayramov təhsil sahəsinə verdiyi önəmə görə qonağa təşəkkür edib. MDU-nun mövcud potensialından […]

UNEC Webometrics reytinqində Azərbaycan üzrə birincidir

UNEC dünya səviyyəli universitetə çevrilmək yolunda növbəti uğurunu qazanıb. Belə ki, yanvarın 31-də açıqlanmış Webometrics reytinqində UNEC Azərbaycan üzrə 1-ci olub. “Webometrics”də dünyanın 32000 universiteti arasında 2998-ci yerə yüksələn UNEC, əvvəlki reytinqlə müqayisədə 196 pillə irəliləyərək, dünyanın ən yaxşı 9% universitetləri sırasında  yer alıb. Qeyd edək ki, UNEC bundan öncə, QS Global, QS Europe və […]

ADA Universiteti “Bakı Fond Birjası” QSC ilə əməkdaşlıq edəcək – FOTO

  ADA Universiteti ilə “Bakı Fond Birjası” QSC arasında əməkdaşlıq prinsiplərinə dair anlaşma memorandumu imzalanıb. Bu barədə Mektebgushesi.az -a ADA Universitetindən məlumat verilib. Bildirilib ki, sənədi ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə və Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov imzalayıblar. Memorandum ADA Universitetinin tələbələrinin təhsil və karyera […]

LDU-da imtahan sessiyası davam edir

Lənkəran Dövlət Universitetində (LDU)  bütün fakültələr üzrə imtahanlar tələbələrin əvvəlcədən sərbəst seçdiyi günlər üzrə iki növbədə keçirilir. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, ötən sessiyadan tələbələrə imtahan günlərini və suallarını elektron qaydada seçmək imkanı yaradılıb. İmtahan nəticələri universitetin rəsmi saytında(www.lsu.edu.az)  yerləşdirilir. Gördüyünüz  video kadrlar və şəkillər LDU-nun Təbiyyat fakültəsində, riyaziyyat və informatika müəllimliyi III tədris ili tələbələrinin […]

İzmir Katip Çələbi Universitetinin rektoru Bakı Ali Neft Məktəbində olub

Türkiyənin İzmir Katip Çələbi Universitetinin rektoru Saffet Köse SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub. BANM-dən bildirilib ki, rektor Elmar Qasımov öncə təhsil müəssisəsinin kampusu ilə tanış olan qonağa burada yaradılan müasir tədris şəraiti, tədqiqat mühiti, tələbə və məzunların uğurları barədə məlumat verib. İzmir Katip Çələbi Universiteti ilə BANM arasındakı əməkdaşlığa toxunan E.Qasımov əlaqələrin daha […]

UNEC-in Bloomberg Maliyyə Laboratoriyasında təlimlərə start verilib

UNEC müəllimlərinin peşəkarlığının artırılması məqsədilə növbəti layihəyə start verilib. UNEC-in Bloomberg Maliyyə Laboratoriyasında universitetin seçilmiş 10 müəllimi üçün peşəkar ekspertlər tərəfindən “Maliyyə təlimləri” keçirilir. Təlimlər həftənin şənbə günləri və ödənişsiz olaraq aparılır. Qeyd edək ki, Bloomberg Maliyyə Laboratoriyası Bloomberglə birgə ölkəmizdə yaradılmış yeganə belə laboratoriyadır.

AzTU-da “TEKNOFEST-2024” ilə bağlı infosessiya keçirilib

  Azərbaycan Texniki Universitetində (AzTU) “TEKNOFEST-2024” ilə bağlı infosessiya keçirilib. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev 2018-ci ildən etibarən keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının əhəmiyyətindən danışıb. Bildirib ki, bu festival gənc tədqiqatçılar və tələbələrin özlərini sınaması üçün əhəmiyyətli platformadır. Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Baykar” şirkətinin […]

Gürcüstan Respublikasının əməkdar inşaatçısı Davit Gurgenidzeyə AzMİU-nun fəxri doktoru adı verilib

  Yanvarın 25-də Gürcüstanın Tbilisi Dövlət Universitetinin rektoru Jaba Samushia, Texniki Universitetin rektoru Davit Gurgenidze və Kutaisi Beynəlxalq Universitetin rektoru Alexander Tevzadze Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) səfər ediblər. Səfər çərçivəsində rektorlar AzMİU-nun Elmi Şurasının xüsusi iclasında iştirak ediblər. Qonaqları salamlayan rektor professor Gülçöhrə Məmmədova Azərbaycan-Gürcüstan əlaqələrindən, ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən elm, təhsil […]

ADA Universitetində Gürcüstanla elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Yanvarın 24-dən Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilakhvari Azərbaycanda səfərdədir. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən  verilən məlumata görə, səfər çərçivəsində Giorgi Amilakhvari ADA Universitetini ziyarət edərək rektor Hafiz Paşayevlə görüşüb. Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Elm və Təhsil Nazirliyinin və ADA Universitetinin rəhbər şəxslərinin, eləcə də Gürcüstandan olan nümayəndə heyətinin iştirak […]

ADU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub – FOTO

Yanvarın 22-də Azərbaycan Dillər Universitetində (ADU) 2023-2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədilə Milli Məclisin deputatlarının iştirakı ilə mediatur təşkil olunub. Mektebgushesi.az xəbər verir ki, media nümayəndələri və deputatlar imtahan prosesini izləyiblər, KİV təmsilçilərini maraqlandıran suallar cavablandırılıb. ADU-nun elmi işlər üzrə prorektoru professor Novruz Məmmədov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə […]