Mektebgushesi

ADNSU və UFAZ tələbələrinin iştirakı ilə geofizika üzrə beynəlxalq düşərgəyə start verilib

  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan-Fransız Universiteti (UFAZ) tələbələrinin iştirakı ilə geofizika üzrə beynəlxalq sahə düşərgəsi təşkil olunub. Azərbaycan-Fransız Universiteti, BP və EI Group-un sponsorluğu ilə UFAZ-da beynəlxalq düşərgənin açılış mərasimi keçirilib. Bu barədə UFAZ-dan məlumat verilib. Sahə düşərgəsində ADNSU, UFAZ, Xəzər Universiteti, İstanbul Texniki Universiteti və Səudiyyə Ərəbistanı Kral Fəhd Neft […]

ADNSU rektor əvəzi Strasburqda Yay məktəbində iştirak edən UFAZ tələbələri ilə görüşüb

İyulun 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov Fransanın Strasburq Universitetində təşkil olunan Yay məktəbində (2-16 iyul) iştirak etmiş Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri ilə görüşüb. Tələbələrə salamlayan rektor Yay məktəbinin uğurla başa çatması münasibətilə onları təbrik edib, yay məktəbinin təşkili və gedişatı ilə bağlı çıxış edib. Daha sonra tələbələr […]

ADU-nun tarixində ilk dəfə olaraq magistratura səviyyəsi üzrə I turda tələbə qəbulu 95,2% olub

Azərbaycan Dillər Universitetinin tarixində ilk dəfə olaraq magistratura səviyyəsi üzrə I turla tələbə qəbulu 95,2% olmuşdur. Magistr adı qazanan bütün tələbələri ürəkdən təbrik edir, onlara yeni-yeni  nailiyyətlər arzulayırıq. İnanırıq ki, onlar bakalavr biliklərini ali təhsilin magistr səviyyəsi üzrə daha da təkmilləşdirib vətənimizin çiçəklənməsi və inkişafı uğrunda çalışacaqlar. Bu ilki imtahanlarda uğur qazana bilməyən məzunlara demək […]

İlahiyyat İnstitutunda “Erasmus+”, “Mövlana” tipli mübadilə proqramları çərçivəsində danışıqlar aparılır

Türkiyənin Ardahan Universitetinin beynəlxalq əlaqələr üzrə kooridantoru Doğan Saltaş Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib. İnstitutdan Mektebgushesi.az-a bildirilib ki, Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Mübariz Camalov qonaqlara ali təhsil müəssisəsinin yaranması və fəaliyyəti haqqında geniş məlumat verib. İnstitutun bakalavriat, magistratura və doktorantura pillələri üzrə tədris həyata keçirdiyini söyləyən M.Camalov vurğulayıb ki, […]

BMU-nun magistratura üzrə qəbul planı 99,7 faiz dolub

  Bakı Mühəndislik Universitetinin (BMU) 2023/2024-cü tədris ili üçün magistratura səviyyəsi və MBA proqramı üzrə qəbul planı 99,7 faiz dolub. Ali təhsil ocağının magistr pilləsində 20 ixtisas və 29 ixtisaslaşma üzrə 181 yer ayrılıb. Bu yerlərin 151-i Azərbaycan, 30-u ingilis bölməsinin payına düşüb. Qəbul planında MBA proqramı üzrə isə 13 ixtisaslaşma üzrə 160 yer nəzərdə […]

ADNSU Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib

  İyulun 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərovun Milli Mətbuat Günü münasibətilə bir qrup jurnalistlə görüşü olub. ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) keçirilən görüşdə jurnalistləri salamlayan dosent Vazeh Əskərov Milli mətbuatın yaranmasının 148-ci ildönümü münasibətilə media nümayəndələrini təbrik edib. O, Azərbaycanın mətbuat tarixindən söz açaraq “Əkinçi”-dən […]

BDU-da 2023/2024-cü tədris ili üçün əcnəbi tələbələrin qəbulu davam edir

Bakı Dövlət Universitetində (BDU)  2023/2024-cü tədris ili üçün müvafiq ixtisaslar üzrə əcnəbi tələbələrin qəbulu davam edir. Qəbul prosesi üçün son müraciət tarixi 31 avqust 2023-cü ilə qədərdir. Əcnəbi tələbələr tərəfindən təqdim ediləcək sənədlərin SİYAHISI: 1. Seçdikləri ixtisas, tədris dili və təhsilalma forması göstərilməklə, təhsil müəssisəsinin rəhbərinin adına ərizə (ərizə elektron formada da təqdim edilə bilər); 2. Əvvəlki təhsil pilləsində […]

Daha bir MDU tələbəsi “Erasmus+” mübadilə proqramı çərçivəsində təhsilini uğurla başa vurub

  Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin tələbəsi Nahid Məmmədli “Erasmus+” mübadilə proqramı çərçivəsində İspaniya Krallığının Valladolid Universitetində cari tədris ilinin yaz semestrini uğurla başa vurub. Bu münasibətlə MDU-nun rektoru Şahin Bayramov N.Məmmədli ilə görüşüb. Görüşdə beynəlxalq mübadilə proqramlarında iştirakın üstünlüklərindən bəhs edən rektor Ş.Bayramov Avropada tədris müddətini müvəffəqiyyətlə başa çatdıran N.Məmmədlini təbrik edib və […]

ADNSU QS reytinqində məşğulluq göstəricisinə görə dünyada 271-ci, Azərbaycanda I yerdədir

Quacquarelli Symonds (QS) Dünya Universitetlərinin Reytinq Siyahısı 2024-cü il üçün “QS Dünya Universitetlərinin Reytinq Sıralamasını” nı açıqlayıb. QS Dünya Universitetlərinin Reytinq Sıralaması 9 göstərici əsasında müəyyən edilir. Bu göstəricilər arasında ən yenilərindən biri “Məşğulluq” göstəricisinə aiddir. Bu göstəriciyə görə ADNSU dünya universitetləri arasında 271-ci və Azərbaycan universitetləri arasında 1-ci yerdədir. Builki reytinqdə 104 ölkədən 2963 […]

ADMİU: Yenidənhazırlanma təhsili almaq üçün qəbul aparılır

  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2023/2024-cü tədris ilində qəbul musiqişünaslıq, turizm bələdçiliyi, turizm işinin təşkili, bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist), rejissorluq (teatr rejissoru), kinoşünaslıq ixtisasları üzrə ödənişli əsaslarla yenidənhazırlanma təhsili almaq üçün qəbul davam edir. Sənədlər sentyabrın 5-dək qəbul ediləcək. Bu barədə ADMİU-dan məlumat verilib. Bildirilib ki, qeyd olunan ixtisaslar üzrə […]

AzTU-da İKT sahəsində ixtisaslaşmış şirkətlərlə görüş keçirilib – FOTO

  Təhsilin İnkişafı Fondu (TİF) Azərbaycan Texniki Universitetinin (AzTU) Universitet-Sənaye İşbirliyi və Ömürboyu Təhsil Mərkəzində İKT sahəsində ixtisaslaşmış şirkətlərlə görüş keçirib. Görüşün məqsədi universitet-sənaye tərəfdaşlığının gücləndirilməsi istiqamətində dialoqun qurulması, həmçinin sənaye nümayəndələrinin TİF və “Women in Tech” təşkilatının Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə təsis olunan Maya Hacıyeva adına “İKT bacarıqları” təqaüd proqramı haqqında məlumatlandırılmasıdır.    […]

AzMİU tələbələrinin Türkiyədə iki həftəlik təcrübə proqramı başlayıb – 21 nəfərlik heyət İstanbulda səfərdədir

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İstanbul Su və Kanal İdarəsi (İSKİ) ilə uzun illərdir davam edən əməkdaşlığı çərçivəsində universitetin 19 tələbəsi Türkiyədə iki həftəlik təcrübə proqramına başlayıb. AzMİU-nun müəllimləri dosent Aqşin Kərimov və dossent Könül Şirinovanın rəhbərliyi ilə təşkil edilən təcrübə proqramının ilk günündə heyət İSKİ-nin baş direktoru professor Şafak Başa və qurumun rəhbər […]

UNEC yenidən Avropa Komissiyasının Jean Monnet proqramının qalibi olub

UNEC-in ikinci dəfə Avropa Komissiyasının Jean Monnet proqramının qalibi olub. Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarə olunması şöbəsi tərəfindən Jean Monnet proqramına təqdim olunan “Avropa İttifaqında Effektiv Layihə İdarəetməsi: Ən Yaxşı Təcrübələr və Nümunə Tədqiqatlar (EUPMO)” adlı modul layihə proqramın qalib olub. Layihənin əsas məqsədi Avropa İttifaqının (Aİ) mövcud qrantlarından istifadə ilə bağlı məlumatlılığı artırmaq, fərdlərin […]

ADNSU-da Əlcəzair Neft İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib

İyulun 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov Əlcəzair Neft İnstitutunun direktoru Abdelkader Guenounun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. ADNSU-da keçirilən görüşün əsas məqsədi iki təhsil müəssisəsi arasında əməkdaşlıq və mübadilə imkanlarının müzakirə edilməsi, müştərək perspektiv təhsil layihələrinin reallaşması ilə bağlı fikir mübadiləsinin aparılması olub. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, […]

Bakı Mühəndislik Universitetinə bakalavr pilləsində 30 ixtisas üzrə qəbul həyata keçiriləcək

Bakı Mühəndislik Universitetinə (BMU) 2023/2024-cü tədris ilində bakalavr pilləsinə 30 ixtisas üzrə qəbul həyata keçiriləcək. Ümumilikdə BMU-ya ayrılan 1308 yerin 795-i Azərbaycan bölməsinin, 513-ü isə ingilis bölməsinin payına düşür. (https://beu.edu.az/az/page/bakalavr-tehsili-182/). BMU-da da ali təhsilin bütün pillələri (bakalavriat, magistratura, doktorantura) üzrə müvafiq təhsil proqramları məhz müasir çağırışlar əsasında hazırlanır və hər il qəbul planına əmək bazarının […]