Mektebgushesi

ADNSU-da Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri ilə görüş keçirilib

Martın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Fergus Auld, “British Council” təşkilatının Azərbaycan üzrə filialının direktoru Nərgiz Hacıyeva və Korporativ layihələr üzrə kordinator Sevinc Ağazadə ilə görüş keçirilib. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, rektor əvəzi, dosent Vazeh Əskərov qonaqları universitetdə salamladıqdan sonra ADNSU-da tədris və […]

BMU-nun 6 tələbəsi mübadilə proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanıb

Bakı Mühəndislik Universitetinin (BMU) bakalavriat səviyyəsinin 6 tələbəsi “ERASMUS+KA1” mübadilə proqramı çərçivəsində müxtəlif xarici universitetlərdə təhsil almaq hüququ qazanıb. 2023/2024-cü tədris ilinin yaz semestrində BMU tələbələrinin üçü-İsa Yusifov (kompüter mühəndisliyi ixtisası), Məhəmmədəli Ayralov (kimya mühəndisliyi ixtisası), Hassan Ul Moviz  (memarlıq ixtisası) İtaliyanın Turin Politexnik Universitetində təhsillərini davam etdirəcəklər. Bundan başqa, universitetin iki tələbəsi Gülnar Əkbərli […]

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin I mərhələsi üzrə test imtahanları keçirilib

Martın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin I mərhələsi üzrə test imtahanları keçirilib. ADPU və onun filiallarının bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələr üçün təşkil olunan “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin keçirilməsində əsas məqsəd Universitetin istedadlı tələbələrini aşkar edərək onların peşəkar inkişafına dəstək olmaq və gələcək kadr […]

AzMİU tələbələri Biləsuvarın Zəfər parkının dizayn tərtibatını hazırlayacaqlar

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dizayner tələbələri Biləsuvar şəhəri timsalında “Şəhər mühitinin dizaynı” layihəsini həyata keçirir. Mühit dizaynı kafedrasının növbəti kurs işinə həsr olunan real layihədə tələbələrimiz Biləsuvar şəhərinin ən gözəl məkanlarından olan Zəfər parkının ərazisinin abadlaşdırılması, eləcə də orada yer alacaq  gözoxşayan məkanların dizayn tərtibatını hazırlayırlar. Layihə İtaliya-Azərbaycan Dizayn Mərkəzi və Biləsuvar Rayon […]

 BSU-da “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə” adlı konfransın ilk iclası keçirilib

   BSU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə” adlı beynəlxalq elmi konfransın təşkilat komitəsinin ilk iclası keçirilib. Martın 6-da Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər  Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə” adlı beynəlxalq […]

AzTU-nun rektoru Türkiyədə işgüzar səfərdə olub

  Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru professor Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olub. Səfər çərçivəsində İstanbul Universiteti-Cerrahpaşa, İstanbul Texniki Universiteti (İTU), Boğaziçi Universiteti, Atatürk Universiteti, Ərzurum Texniki Universiteti və Türkiyə Milli Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Makina ve Kimya Endüstrisi A.Ş” şirkətində görüşlər keçirilib və müxtəlif sənədlər imzalanıb. İstanbul Universiteti-Cerrahpaşanın rektoru […]

UNEC Almaniya universitetləri ilə əməkdaşlığı genişləndirir

Almaniyanın aparıcı universitetlərinin professorları və Alman Akademik Mübadilə Xidməti  (DAAD) proqramının nümayəndələri UNEC-də olublar. Rektor professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə DAAD Tbilisi regional Ofisinin təmsilçiləri olan almaniyalı professorlara UNEC barədə ətraflı məlumat verilib. UNEC-in beynəlxalq əməkdaşlıq proqramlarından və həyata keçirilən layihələrdən söz açan rektor, universitetin müəllim və tələbələrinin DAAD […]

AzMİU-da prioritet inkişaf istiqamətləri açıqlanıb

  Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Elmi Şurasının iclası keçirilib. Mektebgushesi.az xəbər verir ki, Elmi Şuranın iclasında əvvəlcə AzMİU-nun Landşaft memarlığı kafedrasının müdiri, professor Aybəniz Həsənovanın 80 illik yubileyi qeyd olunub. Elmi Şuranın sədri professor Gülçöhrə Məmmədova Aybəniz Həsənovanın həyat və fəaliyyətindən söhbət açıb, landşaft memarlığı sahəsində gördüyü işləri şuraüzvlərinin nəzərinə çatdırıb. Rektor Aybəniz […]

ADPU-da “Davamlı siyasət sənədi”qəbul olunub, Psixoloji xidmət laboratoriyası yaradılıb

Fevralın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov ötən dövr ərzində həyata keçirilən fəaliyyətlər haqqında danışaraq, artıq payız semestrinin imtahan sessiyasının uğurla yekunlaşdığını diqqətə çatdırıb. Məruzə edən Tədris departamentinin direktoru, dosent Sənan Əliyev ADPU-da 2023-2024-cü tədris ilinin payız semestrinin […]

ADNSU-da Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Fevralın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilirməsi ilə başlanan tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının, o cümlədən Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra Xocalı soyqırımına həsr olunmuş film nümayiş olunub. ADNSU-nun rektor […]

AzTU Elmi şurasının növbəti iclası keçirilib – 2024-cü il üçün Fəaliyyət Planı təsdiqlənib  

  Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib. 2024-cü il üçün prioritet istiqamətlər üzrə Fəaliyyət Planı təsdiqlənib   AzTU-dan Mektebgushesi.az-a bildirilib ki, iclasda 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasının nəticələri müzakirə olunub. Bundan başqa, AzTU-nun 2023-cü ildə elmi-tədqiqat və innovasiya fəaliyyəti barədə hesabat dinlənilib. İclasda “AzTU-nun 2024-cü il üçün prioritet istiqamətlər üzrə Fəaliyyət Planı” […]

BMU-nun yeni Strateji İnkişaf Proqramı hazırlanır

Bakı Mühəndislik Universitetində (BMU) ali təhsil müəssisəsinin növbəti dövr üçün Strateji İnkişaf Proqramının (SİP) hazırlanması, bu istiqamətdə əsas hədəflərin müəyyənləşdirilməsi ilə bağlı iclas keçirilib. SİP üzrə komissiya üzvlərinin iştirak etdiyi iclasda rektor Yaqub Piriyev SİP-in əhəmiyyəti, universitetin inkişaf məqsədlərinin, qarşıya qoyulan hədəflərin düzgün seçilməsi məsələlərinə diqqət çəkib.  Rektor növbəti dövr üçün SİP-in hazırlanması zamanı ali […]

BDU-nun Qazax filialında qış imtahan sessiyası başa çatıb

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 2023-2024-cü tədris ilinin qış imtahan sesssiyası uğurla başa çatıb. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, imtahan sessiyası müddətində tələbələrin müraciətlərinin qəbulu, araşdırılması və biliklərinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədilə Operativ Qərargah, Apelyasiya Komissiyası və “Qaynar xətt” fəaliyyət göstərib. Sessiya ərzində daxil olan müraciətlər operativ araşdırılıb. Filialın direktoru Arif Rüstəmov imtahanların gedişinə […]

Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından altı il ötür

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yaradılmasının altıilliyi münasibətilə tədbir keçirilib. Mektebgushesi.az xəbər verir ki, Aİİ rektoru dosent Aqil Şirinov öncə kollektivin hər bir üzvünü ali təhsil müəssisəsinin altıilliyi münasibətilə təbrik edib. A.Şirinov bildirib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasəti onun layiqli davamçısı – Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə bütün […]

BDU-nun Coğrafiya fakültəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun bir qrup əməkdaşı ilə görüş

Bakı Dövlət Universitetinin (BDU) Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin təşkilatçılığı ilə Coğrafiya fakültəsinin professor-müəllim heyəti və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Münasibətlərin Məkan Təhlili Mərkəzinin direktoru İqor Okunev, elmi işçiləri Yevgeniya Zaxarova, Lidiya Jirnova, German Ostapenko və Müqayisəli politologiya kafedrasının baş elmi işçisi Marianna Şestakova arasında görüş keçirilib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, görüşdə […]