Mektebgushesi

ADNSU-da “ÇASGEM” -ın nümayəndələri ilə görüş keçirilib

Noyabrın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Türkiyənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən “ÇASGEM”-ın (Çalışma ve Sosyal Güvenlik Eğitim ve Araştırma Merkezi) nümayəndələri ilə görüş keçirilib. Qonaqları universitetdə salamlamaqdan məmnun olduğunu deyən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov universitet, tədris prosesi, ixtisaslar, beynəlxalq əməkdaşlıq əlaqələri, həmçinin ikili diplom proqramları […]

ADNSU-da “BÜTÖV” proqramı çərçivəsində görüş keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə “BÜTÖV – Qərbi Azərbaycana Qayıdış Prosesində Gənclərin Rolunun Artırılması” proqramı çərçivəsində görüş keçirilib. Universitetdən mektebgushesi.az-a verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, eləcə də Vətənimizin azadlığı və suverenliyi uğrunda canından […]

Sumqayıt Dövlət Universiteti milli H-indeksi reytinqində 6 pillə yüksəlib

“National H-index Ranking” tərəfindən 2023-cü ilin dördüncü rübünün elmi nəticələri əsasında Azərbaycanda fəaliyyət göstərən elmi institutların və ali təhsil müəssisələrinin Hirş indeksinə (H-index) görə reytinq sıralaması-“Azerbaijan National H-index Ranking-2023” açıqlanıb. Mektebgushesi.az  xəbər verir ki, SDU əvvəlki ilin reytinqi ilə müqayisədə 83 müəsissə arasında ölkə üzrə 16 pillə irəliləyərək 52-ci yerdən 36-cı yerə yüksəlib. Ali təhsil […]

AzTU-da “Sağlam gənclik – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) “Sağlam gənclik – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib. Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü ilə təşkil olunan aksiyada universitetin müəllim və tələbələri iştirak ediblər. Tədbirdə ali təhsil ocağının tələbələrinə sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında […]

AzTU tələbələri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təqaüdünə layiq görülüb

  Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında 2022-ci il 5 noyabr tarixində imzalanan əməkdaşlıq haqqında memorandumda nəzərdə tutulmuş müvafiq bəndin icrası ilə əlaqədar universitetin informasiya təhlükəsizliyi ixtisasında təhsil alan bakalavr və magistr tələbələri üçün növbəti müsabiqə keçirilib. Universitetdən mektebgushesi.az-a verilən məlumata görə, ulu öndər Heydər Əliyevin […]

AzTU-da süni intellekt texnologiyaları və kibertəhlükəsizlik mövzusunda sektor görüşü keçirilib

  Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Bilişim Vadisi Bakı”nın birgə təşkilatçılığı ilə süni intellekt texnologiyaları və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən dövlət qurumları nümayəndələrinin, şirkətlərin rəhbərlərinin, mühəndislərin iştirakı ilə sektor görüşü keçirilib. Əvvəlcə “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov sektor görüşü barədə məlumat verib. Bildirib ki, bundan sonra hər ay müxtəlif qurumların nümayəndələrinin iştirakı ilə belə […]

ADNSU-nun prorektoru Cənubi Qazaxıstan Universitetinin 80 illik yubileyində iştirak edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov M.Auezov adına Cənubi Qazaxıstan Universitetinin rəhbərliyinin dəvəti ilə Qazaxıstan Respublikasında səfərdə olub. Dəvətin məqsədi dost ölkə olan Azərbaycanın qabaqcıl universitetlərindən biri olaraq Cənubi Qazaxıstan Universitetinin 80 illik yubileyində iştirak etmək olub. Belə ki, noyabrın 18-də Qazaxıstan Respublikasın Şimkənd şəhərində Cənubi Qazaxıstan […]

Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni fakültə açılır

  Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yeni Dizayn fakültəsi fəaliyyətə başlayacaq. Mektegushesi.az xəbər verir ki, bundan sonra dizayn Memarlıq fakültəsinin tərkibində ixtisas kimi deyil, yeni fakültə olaraq fəaliyyət göstərəcək. Rektor Gülçöhrə Məmmədova dizayn ixtisası üzrə ilk kadr buraxılışının 25 illiyi ilə bağlı keçirilən Dizayn Sərgisində bildirib ki, yeni fakültənin yaradılması bu ixtisas üzrə keyfiyyətli və […]

Ağcabədi, Kürdəmir və Zərdabdan olan abituriyentlər UNEC-də olublar

Ağcabədi, Kürdəmir və Zərdab məktəblərindən olan 80 nəfərə yaxın abituriyent “UNEC-də 1 gün” layihəsində iştirak edib. UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin və “Zərdabi Yolu” tədris mərkəzinin təşkilatçılığı ilə keçirilən tanışlıq günündə abituriyentlər UNEC-in əsas və 3 saylı tədris binalarında olublar. Abturiyentlər universitetin auditoriyaları, kitabxanaları, imtahan zalı, müzakirə otaqları, Bloomberg laboratoriyası və s. ilə tanış olublar. İctimaiyyətlə […]

BDU-da XXII Bakı yapon dili natiqlik müsabiqəsi keçirilib

Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı, Yaponiyanın Azərbaycandakı səfirliyi, Bakı Yaponlar Cəmiyyəti və ölkədə fəaliyyət göstərən yapon şirkətlərinin dəstəyi ilə XXII Bakı yapon dili natiqlik müsabiqəsi təşkil edilib. Müsabiqədə ölkənin müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin yapon dili üzrə bacarıqları nümayiş olunub. Müsabiqədə BDU-nun Şərqşünaslıq fakültəsindən 6, Azərbaycan Dillər Universitetindən (ADU) 3, Azərbaycan Dövlət Neft və Sənaye […]

Türkiyənin nümayəndə heyəti AzTU-da olub – FOTO

  Türkiyənin Milli Müdafiə Nazirliyinin tərkibindəki Makina və Kimya Sənayesi Korporasiyasının (MKEK) baş direktoru Prof. Dr. İlhami Keleşin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) olub. Mektebgushesi.az xəbər verir ki, AzTU-nun fəaliyyəti barədə nümayəndə heyətinə geniş məlumat verən rektor Vilayət Vəliyev müasir dövrdə mühəndislik universitetlərində tədris və tədqiqatın keyfiyyətinin yüksəldilməsində universitet-sənaye əməkdaşlığının əhəmiyyətini […]

ADNSU ilə “AzeriMed” QSC arasında Əməkdaşlıq memorandumu imzalanıb

Noyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “AzeriMed” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə görüş keçirilib. Görüşdə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, “AzeriMed” QSC-nin baş direktoru Famil Rəhimli və nümayəndə heyəti, həmçinin prorektorlar, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. ADNSU-nun “Cihaz mühəndisliyi” kafedrasının müdiri, professor Lalə Bəkirova “AzeriMed” QSC ilə mövcud əməkdaşlıq […]

BDU-da Doktorant və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransının açılışı olub  

Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Doktorant və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransının (NASCO XXVI) açılışı olub. Tədbirdən əvvəl konfans iştirakçıları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsinə dərin ehtiramlarını bildiriblər. Açılış mərasimində əvvəlcə Dövlət […]

AzTU-da Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunub

  Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyinə həsr olunan “Yüzillik” adlı konsert keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, ADMİU-nun rektoru Ceyran Mahmudova, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, millət vəkilləri Anar İsgəndərov və Naqif Həmzəyev, hər iki universitetin müəllim və […]

BSU-da “Şuşa maarifi” sənədli filminin nümayişi olub

Noyabrın 14-də Bakı Slavyan Universitetində (BSU) Elm və Təhsil Nazirliyi və İctimai TV-nin birgə ərsəyə gətirdiyi “Şuşa maarifi” sənədli filminin nümayişi olub. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev “Şuşa maarifi” sənədli filminin nümayişinin universitetdə keçirilməsindən məmnun olduğunu dilə gətirib. Rektor ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa olunmasını  həyata keçirən lideri olan bir xalq […]