Mektebgushesi

Təhsil işçiləri təltif edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində çalışan bir qrup təhsil işçisi təltif edilib. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak ediblər. […]

Qazaxıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar

Qazaxıstan-Britaniya Texniki Universitetinin alimləri – filologiya elmləri doktoru, professor Janat Turarbekkızı Dauletbekova və filologiya üzrə fəlsəfə doktoru, dosent Rai Kairat Magauuly Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin qonağı olublar. Türkologiya kafedrasında baş tutan görüşdə Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin sədri İntiqam Yaşar, kafedranın professor-müəllim heyəti, “Türkoloji araşdırmalar” elmi-tədqiqat laboratoriyasının əməkdaşları və gənc tədqiqatçılar […]

BMU beynəlmiləlləşmə sahəsində fərqləndiyinə görə Elm və Təhsil Nazirliyi tərəfindən təltif edilib

Bakı Mühəndislik Universiteti (BMU Elm və Təhsil Nazirliyi tərəfindən əcnəbilərlə iş sahəsində fərqlənən ali təhsil müəssisəsi kimi mükafatlandırılıb. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, BMU Azərbaycan Respublikasında təhsil alan əcnəbi tələbələrin mobilliyi indikatoru üzrə ölkənin ali təhsil müəssisələrinin reytinqində nailiyyətləri ilə fərqləndiyinə görə təltif olunub. Bundan başqa, təhsil müddətində akademik göstəriciləri ilə fərqləndiyinə görə BMU-nun IV kurs […]

ADPU Gənc Məzunlar Assosiasiyası “Sinfin idarə olunması” mövzusunda təlim keçirib

Dekabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində ADPU Gənc Məzunlar Assosiasiyasının (ADPU GMA) təşkilatçılığı ilə “Sinfin idarə olunması” mövzusunda təlim keçirilib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, əvvəlcə, ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri, ADPU GMA-nın Nəzarət-Təftiş Komissiyasının sədri Turan Kərimli giriş sözü ilə çıxış edərək, yeni yaranmasına baxmayaraq, Assosiasiyanın qısa zaman ərzində […]

İKSAD-ın nümayəndə heyəti AzTU-da olub – FOTO

  Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) direktoru Mustafa Latif Emekin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Bu barədə universitetdən Mektebgushesi.az-a məlumat verilib. Bildirilib ki, qonaqları salamlayan AzTU-nun tədris işləri üzrə prorektoru professor Nurəli Yusifbəyli Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, tədris və tədqiqat sahələrində də əlaqələrin […]

 “İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu” mövzusunda elmi konfransın materialları nəşr edilib

Azərbaycanın görkəmli dövlət və ictimai-siyasi xadimi Nəsib bəy Yusifbəylinin anadan olmasının 140 illiyi münasibətilə Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Azərbaycan “Türk Ocağı”nın təşkilatçılığı ilə “İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu” mövzusunda elmi konfransın materialları çap olunub. Aİİ-dən Mektebgushesi.az-a bildirilib ki, kitabın təqdimat mərasimində Aİİ rektoru, dosent Aqil Şirinov bildirib ki, XIX əsrin sonu–XX əsrin əvvəllərində […]

LDU-da Bioloji müxtəlifliyin qorunması mövzusunda  Beynəlxalq konfrans

Lənkəran Dövlət Universitetində  (LDU)  “Bioloji müxtəlifliyin qorunması və ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa doğru” mövzusunda Beynəlxalq Elmi konfrans işinə başlayıb. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, konfrans vətənimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov açılış […]

ADU-da Çin kulinariya müsabiqəsi keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çinin ənənəvi Dunçji (Qışın zirvəsi) bayramına həsr olunmuş tədbir keçirilib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov ənənəvi Çin təqviminin ən mühüm günlərindən biri olan Dunçji bayramının xüsusi fəlsəfəsi və tarixi köklərindən danışıb. O, bayramın Çin mədəniyyətinin təsir etdiyi ölkələr üçün böyük əhəmiyyət […]

BMU-da narkomaniya və kibertalamalarla bağlı maarifləndirici tədbir keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) “Narkomaniya ümumbəşəri bəladır” və “Kibertalamalarla mübarizə” mövzularına həsr olunmuş maarifləndirici tədbir keçirilib. BMU və Abşeron Rayon Polis İdarəsinin birgə təşkilatçılığı, Abşeron Rayon İcra hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə tələbələr, aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü yolunda canından […]

“Rus dünyası” Fondunun əməkdaşları Azərbaycan Dillər Universitetində qonaq olublar

  Dekabrın 20-də “Rus dünyası” Fondunun əməkdaşları  Azərbaycan Dillər Universitetində qonaq olublar. ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və inkişafı bundan sonra da davam etdiriləcəkdir. Bildirilib ki, Rusiyaşünaslıq mərkəzi ADU-da yeni təsis olunmasına baxmayaraq, uğurla faəliyyət göstərir, mərkəzin iş prinsipləri yüksələn xətlə […]

AzTU-da Qazaxıstan Mədəniyyət Günü keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) akademik və inzibati heyətin iştirakı ilə Qazaxıstan Mədəniyyəti Günü qeyd olunub. Mədəniyyət Günü Bolaşaq proqramı çərçivəsində AzTU-da elmi təcrübə keçən Qazaxıstanın Qorqud Ata Qızılorda Universitetinin nümayəndələrinin təşkilatçılığı ilə keçirilib. Qorqud Ata Qızılorda Universitetinin Energetika sənayesi, texnosferin təhlükəsizliyi və ekologiya kafedrasının müdiri Gülnar Sıdıkova və İnformatika, informasiya və kommunikasiya texnologiyaları üzrə baş […]

ADPU -da Magistratura və doktorantura şöbəsi və Xarici Dillər Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilib

  Dekabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Magistratura və doktorantura şöbəsi və Xarici Dillər Mərkəzinin dosenti Qəribə Məmmədovanın birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev – 100” mövzusunda tədbir keçirilib. Tədbirdə müəllimlər, şöbənin əməkdaşları, müxtəlif ixtisaslaşmalar üzrə təhsil alan magistrantlar iştirak ediblər. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda […]

ADPU-nun Quba filialında şair Tofiq Nurəlinin 70 illik yubileyi qeyd olunub

Dekabrın 14-də Quba Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının birgə təşkilatçılığı ilə şair Tofiq Nurəlinin anadan olmasının 70 illik yubileyi ilə əlaqədar “Darıxan nəğmələr: gözəllik uğrunda deyilən sözün 70 yaşı”  mövzusunda tədbir keçirilib. Filialın tələbələri Səma Asəfova və Rəşad Abdullayevin moderatorluğu ilə keçirilən tədbirdə, əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himninin ifa […]

ADPU-nun Şamaxı filialında “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa” adlı Respublika elmi konfransı

Dekabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Şamaxı filialının birgə təşkilatçılığı ilə “Heydər Əliyev” ili çərçivəsində “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa” adlı Respublika elmi konfransı keçirildi. Konfransdan öncə Şamaxı rayonunda yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi və Şəhidlər xiyabanı ziyarət olundu. Sonra filalda “Ulu öndər Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda sərgiyə baxış keçirildi. […]

ADNSU beynəlxalq elmmetrik bazalarda daha yuxarı pilləyə yüksəlib

  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) beynəlxalq məlumat bazalarında elmi göstəriciləri yüksələn xətt üzrə dəyişir. Bu barədə Mektebgushesi.az-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, ADNSU 2023-cü ildə alimlərinə və onların elmi məqalələrinə istinadlara görə “Scopus” və “Web of Science” verilənlər bazasında Azərbaycanda ali təhsil müəssisələri arasında 3-cü, AMEA-nın institutları ilə birlikdə 5-ci, “Google Scholar” […]