Mektebgushesi

BDU “Web of Science” və “Scopus”da çap olunmuş elmi əsərlərin sayı və onlara edilən istinadlara görə ölkə lideridir 

Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Beynəlxalq münasibətlərdə təkcə siyasi-iqtisadi deyil, eyni zamanda elmi-innovativ xarakterli göstəricilər müstəsna rola malikdir. Elmin inkişaf səviyyəsi ölkəmizin sosial-iqtisadi qüdrətinin, milli təhlükəsizliyinin, bütün sferalarda mədəni tərəqqinin, təhsildə yüksək keyfiyyətin təminatı baxımından əhəmiyyətlidir. Azərbaycanda elmin inkişaf istiqamətləri müəyyənləşdirilərkən maddi-mənəvi dəyərlərin qorunması ilə yanaşı, beynəlxalq arenaya sürətli inteqrasiyası da xüsusi […]

Qazi Universitetinin professoru AzTU-da seminar keçib – FOTO

Türkiyənin Qazi Universitetinin Texnologiya fakültəsinin professoru Ferhat Gül Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, səfər çərçivəsində o, Metallurgiya və materialşünaslıq fakültəsinin professor-müəllim heyəti və tələbələrinə “Tökmə istehsalında in­no­vativ texnologiyalar” mövzusunda seminar keçirib. Seminarda yüksəkmöhkəm çuqunların müasir istehsal texnologiyaları haqqında ətraflı məlumat verilib. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

ADNSU-da payız semestrinin imtahan sessiyası davam edir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. Yazılı, yazılı-şifahi şəkildə yanvarın 10-dək imtahanlarda ümumilikdə 19009 tələbə-imtahan keçirilib. Onlardan 3098 nəfər əla, 2214 nəfər çox yaxşı, 3110 nəfər yaxşı, 3249 nəfər kafi, 5257 nəfər qənaətbəxş, 118 nəfər qeyri-kafi qiymət alıb. 876 tələbə imtahanlarda iştirak etməyib, 87 nəfər […]

UNEC ilə MÜSİAD arasında əməkdaşlıq memorandumu imzalanıb

“Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi Azərbaycan”ın (MÜSİAD Azərbaycan) İdarə Heyətinin sədri Rəşad Cabirlinin rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub. UNEC rektoru professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə universitet – sənaye iş birliyinin müasir formalarından, təhsildə iş dünyasının rolunun artırılmasından bəhs olunub. Rektor Ədalət Muradov məzunların işlə təmin olunmasının universitetlərin […]

UNEC-də imtahanlarla bağlı “Açıq qapı” günü keçiriləcək

  Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2023/2024-ci tədris ilinin qış imtahan sessiyası davam edir. UNEC-dən  bildirilib ki, sessiya çərçivəsində yanvarın 13-də “Açıq qapı” günü keçiriləcək. İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə keçirilən “Açıq qapı”da imtahanla bağlı müraciətlər qəbul olunacaq. “Açıq qapı” günü imtahan sessiyası dövründə hər şənbə günü keçiriləcək. “Açıq qapı”ya “1846 Qaynar Xətti”nə və […]

İctimai şura üzvləri LDU-da imtahanların gedişini izləyib – FOTO

Lənkəran Dövlət Universitetində (LDU) 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasında tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədi ilə universitetdə fəaliyyət göstərən ictimai nəzarət qrupunun- İctimai şuranın üzvləri universitetdə olub və LDU-da keçirilən imtahanların gedişini canlı izləyiblər. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, İctimai şuranın sədri Güloğlan Bağırov, şura üzvü Tofiq Heydərov universitetin bütün tədris korpuslarında […]

Payız semestrində 3 minə yaxın tələbə sosial təhsil krediti alıb

  Cari tədris ilinin payız semestrində təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb. Təhsil Tələbə Krediti Fondundan  bildirilib ki, payız sessiyası ərzində 8242 nəfərə TTK verilib. Onların arasından 2806 nəfərin müraciəti sosial TTK, 5436 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

BSU-da 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb

  Yanvarın 8-dən Bakı Slavyan Universitetində (BSU) 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası ənənəvi formada başlayıb. BSU-da hər iki tədris binası üzrə imtahanalar mərkəzləşdirilmiş qaydada əsas binada təşkil olunub. İmtahan keçirilən zalda imtahanın başlama və bitmə saatlarını göstərən monitorlar yerləşdirilib. İmtahanla bağlı BSU-da əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib, imtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya […]

MDU-da “Açıq qapı” günləri keçiriləcək

2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcək. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, imtahan dövründə tələbə və magistrantların, həmçinin onların valideynlərinin yarana biləcək suallarının operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri həftədə bir dəfə hibrid formada təşkil olunacaq. Görüşlərdə MDU-nun […]

UFAZ-da daha bir yenilik!

Yekun semestr imtahanları davamlı qiymətləndirmə sistemi ilə əvəzləndi Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan – Fransız Universiteti (UFAZ) davamlı qiymətləndirmə sisteminə keçib. UFAZ-da tətbiq olunan yeni qaydalara əsasən, artıq yekun semestr imtahanları ləğv edilib və qiymətləndirməni həyata keçirmək üçün nəzərdə tutulan 3 […]

AzTU-da qış imtahan sessiyası başlayıb – FOTO

Yanvarın 7-də Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura (əyani) səviyyələrində 2023/2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb. Sessiya fevralın 1-də yekunlaşacaq. Qiyabi təhsil alanlar üçün imtahan sessiyası isə 7-12 yanvar tarixlərini əhatə edəcək. İmtahanlar əyani təhsil alan birinci kurslar üçün test, yazılı və şifahi, əyani təhsil alan II, III və IV kurslar […]

BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir      

BAKI DÖVLƏT UNİVERSİTETİ 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir   2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş və mütəmadi olaraq keçirilməsi nəzərdə tutulan “İlin gənc alimi” mükafat müsabiqəsinin məqsədi Bakı Dövlət Universitetinin (BDU) yaşı 35-ə qədər olan, il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək […]

Xəzər Universitetinin Çin Tədqiqatları Mərkəzinə kitablar hədiyyə edilib – FOTO

Çinin Hebey Pedaqoji Universitetinin nümayəndə heyəti Xəzər Universitetində olub. Mektebgushesi.az xəbər verir ki, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı Xəzər Universitetinin tarixi, inkişaf konsepsiyası, Çinin ali təhsil ocaqları ilə əlaqələri barədə məlumat verib. Xəzər Universitetinin Çinlə təhsil və elmi əlaqələrinə xüsusi önəm verdiyini vurğulayan Hamlet İsaxanlı təhsil və elm sahəsində əməkdaşlığın daha […]

“Harvard”ın rektoru istefa verməyə məcbur oldu

Dünyanın ən reytinqli ali təhsil və elm mərkəzlərindən olan Harvard Universitetinin rektoru Klodin Qey istefa verib. Mektebgushesi.az-a xəbər verir ki, bu barədə universitet özü məlumat yayıb. Bildirilib ki, “Harvard”ın ilk qaradərili rektoru olan Klodin Qey bir müddət əvvəl yəhudilərə qarşı keçirilmiş etiraz aksiyası səbəbindən vəzifəsindən ayrılıb. Aksiyadan sonra ABŞ Konqresində aksiyaları keçirən tələbələrin təhsil aldığı […]