Mektebgushesi

LDU-da imtahan sessiyası davam edir

Lənkəran Dövlət Universitetində (LDU)  bütün fakültələr üzrə imtahanlar tələbələrin əvvəlcədən sərbəst seçdiyi günlər üzrə iki növbədə keçirilir. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, ötən sessiyadan tələbələrə imtahan günlərini və suallarını elektron qaydada seçmək imkanı yaradılıb. İmtahan nəticələri universitetin rəsmi saytında(www.lsu.edu.az)  yerləşdirilir. Gördüyünüz  video kadrlar və şəkillər LDU-nun Təbiyyat fakültəsində, riyaziyyat və informatika müəllimliyi III tədris ili tələbələrinin […]

İzmir Katip Çələbi Universitetinin rektoru Bakı Ali Neft Məktəbində olub

Türkiyənin İzmir Katip Çələbi Universitetinin rektoru Saffet Köse SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub. BANM-dən bildirilib ki, rektor Elmar Qasımov öncə təhsil müəssisəsinin kampusu ilə tanış olan qonağa burada yaradılan müasir tədris şəraiti, tədqiqat mühiti, tələbə və məzunların uğurları barədə məlumat verib. İzmir Katip Çələbi Universiteti ilə BANM arasındakı əməkdaşlığa toxunan E.Qasımov əlaqələrin daha […]

UNEC-in Bloomberg Maliyyə Laboratoriyasında təlimlərə start verilib

UNEC müəllimlərinin peşəkarlığının artırılması məqsədilə növbəti layihəyə start verilib. UNEC-in Bloomberg Maliyyə Laboratoriyasında universitetin seçilmiş 10 müəllimi üçün peşəkar ekspertlər tərəfindən “Maliyyə təlimləri” keçirilir. Təlimlər həftənin şənbə günləri və ödənişsiz olaraq aparılır. Qeyd edək ki, Bloomberg Maliyyə Laboratoriyası Bloomberglə birgə ölkəmizdə yaradılmış yeganə belə laboratoriyadır.

AzTU-da “TEKNOFEST-2024” ilə bağlı infosessiya keçirilib

  Azərbaycan Texniki Universitetində (AzTU) “TEKNOFEST-2024” ilə bağlı infosessiya keçirilib. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev 2018-ci ildən etibarən keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının əhəmiyyətindən danışıb. Bildirib ki, bu festival gənc tədqiqatçılar və tələbələrin özlərini sınaması üçün əhəmiyyətli platformadır. Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Baykar” şirkətinin […]

Gürcüstan Respublikasının əməkdar inşaatçısı Davit Gurgenidzeyə AzMİU-nun fəxri doktoru adı verilib

  Yanvarın 25-də Gürcüstanın Tbilisi Dövlət Universitetinin rektoru Jaba Samushia, Texniki Universitetin rektoru Davit Gurgenidze və Kutaisi Beynəlxalq Universitetin rektoru Alexander Tevzadze Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) səfər ediblər. Səfər çərçivəsində rektorlar AzMİU-nun Elmi Şurasının xüsusi iclasında iştirak ediblər. Qonaqları salamlayan rektor professor Gülçöhrə Məmmədova Azərbaycan-Gürcüstan əlaqələrindən, ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən elm, təhsil […]

ADA Universitetində Gürcüstanla elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Yanvarın 24-dən Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilakhvari Azərbaycanda səfərdədir. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən  verilən məlumata görə, səfər çərçivəsində Giorgi Amilakhvari ADA Universitetini ziyarət edərək rektor Hafiz Paşayevlə görüşüb. Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Elm və Təhsil Nazirliyinin və ADA Universitetinin rəhbər şəxslərinin, eləcə də Gürcüstandan olan nümayəndə heyətinin iştirak […]

ADU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub – FOTO

Yanvarın 22-də Azərbaycan Dillər Universitetində (ADU) 2023-2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədilə Milli Məclisin deputatlarının iştirakı ilə mediatur təşkil olunub. Mektebgushesi.az xəbər verir ki, media nümayəndələri və deputatlar imtahan prosesini izləyiblər, KİV təmsilçilərini maraqlandıran suallar cavablandırılıb. ADU-nun elmi işlər üzrə prorektoru professor Novruz Məmmədov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə […]

ADPU və Corc Vaşinqton Universitetinin ikili diplom proqramının tələbə və məzunlarının şəbəkələşmə toplantısı keçirilib

Yanvarın 17-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)  ilə ABŞ-nin Corc Vaşinqton Universiteti arasındakı ikili diplom magistr proqramının tələbə və məzunlarının şəbəkələşmə toplantısı təşkil edilib. Şəbəkələşmə toplantısında Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, nazir müşaviri Nicat Məmmədli, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, ADPU-nun rektoru, prof. Cəfər Cəfərov, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət […]

MDU-da növbəti “Açıq qapı” günü keçirilib

  2024-cü il yanvarın 16-da Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. Hibrid formatda təşkil edilmiş “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov tələbə, magistrant və onların valideynləri ilə görüşüb. Təşkil edilmiş görüşdə universitetin akademik heyət üzvləri də iştirak ediblər. Rektor Ş.Bayramov iştirakçıları salamlayaraq imtahan […]

BDU-da Sivas Cümhuriyyət Universitetinin rektoru Alim Yıldız ilə görüş 

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyə Respublikasının Sivas Cümhuriyyət Universitetinin rektoru Alim Yıldızla görüşüb. Rektor Elçin Babayev BDU ilə qardaş Türkiyənin ali məktəbləri arasında elm-təhsil əlaqələrinin son illər daha da intensivləşməsinin sevindirici olduğunu qeyd edib. O bildirib ki, Sivas Cümhuriyyət Universiteti ilə də anlaşma memorandumu və “Erasmus+ KA 171” proqramı çərçivəsində uğurlu əməkdaşlıq […]

Keçən il ADNSU alimlərinin elmi məqalələrinə 1931 istinad olub

  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) professor və müəllimlərinin son üç ildə beynəlxalq bazalarda dərc olunan məqalələrinin sayı artıb. Eyni zamanda, ADNSU alimlərinin elmi məqalələrinə istinad sayı 2020-ci ildə 1033 olubsa, 2023-cü ildə bu göstərici 1931-ə yüksəlib. Bu barədə Mektebgushesi.az-a ADNSU-dan məlumat verilib. “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, hər bir […]

ADNSU, TWI və UFAZ arasında Anlaşma Memorandumu imzalanıb – FOTO

Onlayn və oflayn formatda keçirilən görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov, Azərbaycan Fransız Universitetinin (UFAZ) İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova, “TWI” şirkətinin Qrup direktoru Tat-Hin Qan və şirkətin nümayəndələri ilə əməkdaşlıq imkanları müzakirə edilib. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, iki müəssisə arasında əməkdaşlıq əlaqələrinin mühəndislik […]

BDU son 4 ildə “Scopus”da indekslənən elmi məqalələrin sayına görə Cənubi Qafqaz regionunda da lider mövqedədir 

  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi 2020-2023-cü illər ərzində “Scopus”da indekslənən jurnallarda dərc olunan elmi işlərin təhlilinə əsasən Elm və Təhsil Nazirliyinə (ETN) tabe ilk 5 universitetin göstəricilərini təqdim edib. Qrafikdən də göründüyü kimi, Bakı Dövlət Universiteti (BDU) son 4 ildə 2627 məqalə sayı ilə ən yüksək ümumi nəticə göstərib. Universitet qeyd olunan […]

AzTU-nun rektoru qış imtahan sessiyasının gedişini izləyib

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev qış imtahan sessiyasının gedişini izləyib. Mektebgushesi.az xəbər verir ki, imtahanlar əyani təhsil alan I kurslar üçün test, yazılı və şifahi, əyani təhsil alan II, III və IV kurslar üçün şifahi (yazılı) üsulla keçirilir. Qiyabi təhsil alan I, II, III, IV kurslar üçün imtahanlar test, V kurslar üçün isə şifahi (yazılı) […]

BDU “Web of Science” və “Scopus”da çap olunmuş elmi əsərlərin sayı və onlara edilən istinadlara görə ölkə lideridir 

Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Beynəlxalq münasibətlərdə təkcə siyasi-iqtisadi deyil, eyni zamanda elmi-innovativ xarakterli göstəricilər müstəsna rola malikdir. Elmin inkişaf səviyyəsi ölkəmizin sosial-iqtisadi qüdrətinin, milli təhlükəsizliyinin, bütün sferalarda mədəni tərəqqinin, təhsildə yüksək keyfiyyətin təminatı baxımından əhəmiyyətlidir. Azərbaycanda elmin inkişaf istiqamətləri müəyyənləşdirilərkən maddi-mənəvi dəyərlərin qorunması ilə yanaşı, beynəlxalq arenaya sürətli inteqrasiyası da xüsusi […]