Mektebgushesi

BDU-nun Qazax filialında qış imtahan sessiyası başa çatıb

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 2023-2024-cü tədris ilinin qış imtahan sesssiyası uğurla başa çatıb. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, imtahan sessiyası müddətində tələbələrin müraciətlərinin qəbulu, araşdırılması və biliklərinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədilə Operativ Qərargah, Apelyasiya Komissiyası və “Qaynar xətt” fəaliyyət göstərib. Sessiya ərzində daxil olan müraciətlər operativ araşdırılıb. Filialın direktoru Arif Rüstəmov imtahanların gedişinə […]

Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından altı il ötür

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yaradılmasının altıilliyi münasibətilə tədbir keçirilib. Mektebgushesi.az xəbər verir ki, Aİİ rektoru dosent Aqil Şirinov öncə kollektivin hər bir üzvünü ali təhsil müəssisəsinin altıilliyi münasibətilə təbrik edib. A.Şirinov bildirib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasəti onun layiqli davamçısı – Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə bütün […]

BDU-nun Coğrafiya fakültəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun bir qrup əməkdaşı ilə görüş

Bakı Dövlət Universitetinin (BDU) Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin təşkilatçılığı ilə Coğrafiya fakültəsinin professor-müəllim heyəti və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Münasibətlərin Məkan Təhlili Mərkəzinin direktoru İqor Okunev, elmi işçiləri Yevgeniya Zaxarova, Lidiya Jirnova, German Ostapenko və Müqayisəli politologiya kafedrasının baş elmi işçisi Marianna Şestakova arasında görüş keçirilib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, görüşdə […]

Təlim: “Təbiət və həyat bilgisi fənləri üzrə təhsil proqramında yeni yanaşmalar”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzi tərəfindən 1-8 fevral tarixlərində “Təbiət və həyat bilgisi fənləri üzrə təhsil proqramında yeni yanaşmalar” mövzusunda təlim keçirilib. ADPU-nun Ümumi kimya və kimyanın tıdrisi texnologiyası kafedrasının baş müəllimi Rumiyyə Camalovanın spikerliyi ilə onlayn formatda təşkil olunub.

BDU-nun Sosiologiya kafedrasının böyük laborantı Kübra Ağayeva vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasının böyük laborantı Kübra Ağayeva dünyasını dəyişib. Kübra Ağayeva 1942-ci ildə Xaçmaz rayonunda anadan olub. 1960-1962-ci illərdə Bakı Statistika Texnikumunda, 1962-1967-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. O, 1969-1970-ci illərdə BDU-nun Kimya fakültəsində katibə-makinaçı, 1970-1979-cu illərdə Hazırlıq şöbəsində laborant, 1979-1995-ci illərdə Psixologiya […]

UFAZ Karyera Mərkəzi “Mühəndislikdə yumşaq bacarıqlar” adlı ödənişsiz təlimlər təşkil edəcək

8 UFAZ Karyera Mərkəzi “Mühəndislikdə yumşaq bacarıqlar” adlı ödənişsiz təlimlər təşkil edir. Təlim gələcəyin mühəndislərini peşəkar həyata hazırlamaq məqsədi daşıyır. Qeyd edək ki, təlim mühəndislik sahəsində təhsil alan 3-cü və 4-cü kurs tələbələri üçün nəzərdə tutulub və onları təcrübə proqramlarına, həmçinin müsahibələrə hazırlamaq məqsədi daşıyır. Təlim 4 həftə davam edəcək və həftənin çərşənbə axşamı və […]

UFAZ Sahibkarlıq və İnnovasiya Mərkəzində “Demo Day” tədbiri keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) Sahibkarlıq və İnnovasiya Mərkəzində “Demo Day” tədbiri keçirilib. Mektebgushesi.az xəbər verir ki, tədbirdə IGNITE inkubasiya proqramını uğurla bitirən 6 startap komandası (“BronKing”, “Bron.”, “Connectify”, “KingJob”, “Bonjur” və “Eathanos”) innovativ ideyalarını və ilkin məhsullarını jüri üzvlərinə, potensial investorlara və partnyorlara təqdim ediblər Startapçılar […]

Azərbaycanın ən gənc seçicisi: “İkiqat sevinc duyuram!”

Azərbaycanın ən gənc seçicisi məlum olub. Bu, Lənkəran Dövlət Universitetinin nəzdindəki  Sosial və Aqrar-Texnoloji Kollecin sığorta işi ixtisasının  II tədris ili tələbəsi Mir-Rasif Rasim oğlu Heydərovdur. Mir-Rasif Heydərovun 18 yaşı  növbədənkənar prezident seçkilərinin keçirildiyi 7 Fevral tarixində tamam olacaq. O, 2006-cı ildə Lənkəran rayonunun Seyidəkəran kəndində ziyalı ailəsində anadan olub, ailənin ilkidir. Bu gün Sosial […]

LDU Elmi şurasında payız imtahan sessiyasının nəticələri müzakirə edilib

Lənkəran Dövlət Universitetinin (LDU) Elmi şurası 2024-cü ildə ilk iclasını keçirib. İclası Elmi şuranın sədri, LDU-nun rektoru, prof. Natiq İbrahimov açıb və şura üzvlərini gündəliklə tanış edərək imtahan sessiyasının gedişi ilə bağlı fikir və mülahizələrini bildirib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, Elmi şurada müzakirəyə çıxarılan ilk məsələ “2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri” olub. […]

ADPU tələbələri “Şagirdə tələbə dəstəyi”nin növbəti mövsümünü başa vurublar

Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU) təşkilatçılığı ilə 2023-cü ildən icra olunan “Şagirdə tələbə dəstəyi” layihəsi çərçivəsində universitetin könüllü tələbələrindən ibarət komanda tərəfindən Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə VII, VIII və IX sinif şagirdləri üçün onlayn dərslər təşkil olunub. Komanda üzvlərindən Bakı şəhəri 209 nömrəli tam orta məktəbdə fəaliyyət […]

BDU-da Azərbaycan Gəncləri Günü qeyd olunub

Bakı Dövlət Universitetində (BDU) 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, gənclər hər bir xalqın xoşbəxt gələcəyə olan […]

MDU-da Elmi Şuranın növbəti iclası keçirilib

  Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. Əvvəlcə, universitetin rektoru Şahin Bayramov yeni təqvim ilində MDU Elmi Şurasının fəaliyyətinə uğurlar diləyib və iclasın gündəliyi barədə məlumat verib. İlk olaraq, “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası” əlavə və dəyişikliklərlə yeni redaksiyada müzakirəyə çıxarılıb. Ş.Bayramov sənəd barədə ətraflı məlumat verib, nəzərdə tutulan strateji məqsədlər, […]

Türkiyənin Gəncədəki Baş konsulu MDU-nun qonağı olub

  Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop Mingəçevir Dövlət Universitetində (MDU) olub. Ziyarət çərçivəsində Baş konsul universitetin rektoru Şahin Bayramovla görüşüb. Görüşdə universitetin müvafiq əməkdaşları, eləcə də MDU-da fəaliyyət göstərən türkiyəli qonaq professorlar iştirak ediblər. Baş konsulun universitetə gəlişindən məmnunluğunu bildirən Ş.Bayramov təhsil sahəsinə verdiyi önəmə görə qonağa təşəkkür edib. MDU-nun mövcud potensialından […]

UNEC Webometrics reytinqində Azərbaycan üzrə birincidir

UNEC dünya səviyyəli universitetə çevrilmək yolunda növbəti uğurunu qazanıb. Belə ki, yanvarın 31-də açıqlanmış Webometrics reytinqində UNEC Azərbaycan üzrə 1-ci olub. “Webometrics”də dünyanın 32000 universiteti arasında 2998-ci yerə yüksələn UNEC, əvvəlki reytinqlə müqayisədə 196 pillə irəliləyərək, dünyanın ən yaxşı 9% universitetləri sırasında  yer alıb. Qeyd edək ki, UNEC bundan öncə, QS Global, QS Europe və […]

ADA Universiteti “Bakı Fond Birjası” QSC ilə əməkdaşlıq edəcək – FOTO

  ADA Universiteti ilə “Bakı Fond Birjası” QSC arasında əməkdaşlıq prinsiplərinə dair anlaşma memorandumu imzalanıb. Bu barədə Mektebgushesi.az -a ADA Universitetindən məlumat verilib. Bildirilib ki, sənədi ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə və Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov imzalayıblar. Memorandum ADA Universitetinin tələbələrinin təhsil və karyera […]