Mektebgushesi

LDU-da “Məzun günü” keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) keçirilən “Məzun günü”ndə Ulu öndər H.Əliyevin və Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda qurban gedən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükütla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, universitetin rektoru, professor Natiq İbrahimov tədbir iştirakçılarını salamlayaraq LDU-nu bitirən bütün məzunları təbrik edib, gələcək həyat yollarında uğurlar arzulayıb. Prof.Natiq […]

BDU-nun elmi işçisi Portuqaliyanın NOVA Universitetində araşdırmalar aparıb 

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Sevinc Nuriyeva Avropa Birliyi tərəfindən maliyyələşdirilən Elm və Texnologiyada Avropa Əməkdaşlığı (Europian Cooporation in Science and Technology (COST)) proqramının “Fotovoltaika üçün yeni qeyri-üzvi halkogenidlərin tədqiqi və beynəlxalq əməkdaşlıq” (CA21148) adlı layihəsi üzrə Qısamüddətli Elmi Missiya (Short-term Scientific Mission […]

ADU-da məzun günü: SADƏCƏ FAKTLAR

  İyulun 4-də Azərbaycan Dillər Universitetində 2022/2023-cü tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsillərini başa vuran tələbələrin “Məzun günü” keçirildi. “Məzun günü”ndə millət vəkilləri, universitetin professor-müəllim heyəti, ictimaiyyət nümayəndələri, müxtəlif dövlət qurumlarının əməkdaşları, səfirlər və diplomatlar iştirak edirdilər. Tələbələrin üzlərində təbəssüm, qəlblərində sevinc, gözlərində isə ümid var idi. Bu ümid gələcəyə olan inamın ifadəsi idi […]

BDU-nun ictimai həyatında fəal iştirak edən gənclər təltif olunublar 

  Bakı Dövlət Universitetinin (BDU) sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Universitetin ictimai həyatında fəal iştirak edən gənclər təşkilatlarının üzvləri ilə görüşüb.   Əliş Ağamirzəyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O qeyd edib ki, ali məktəbin […]

ADNSU-da bərpaolunan enerji mənbələri ixtisası üzrə ikili diplom proqramının təqdimatı olub

  Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Böyük Britaniyanın Vorvik Universiteti ilə birgə bərpaolunan enerji mənbələri ixtisası üzrə ikili diplom proqramının təqdimatı keçirilib. Bu barədə Mektebgushesi.az -a universitetdən məlumat verilib. Tədbirdə çıxış edən ADNSU-nun rektoru professor Mustafa Babanlı QS dünya universitetləri reytinq cədvəlində 64/67-ci yerdə olan Vorvik Universiteti ilə birgə reallaşdırılan ikili diplom proqramının […]

BMU-da bakalavr pilləsində yeni ixtisas – Beynəlxalq ticarət və logistika

Bakı Mühəndislik Universitetində (BMU) bakalavr pilləsində növbəti tədris ilindən etibarən kadr hazırlığı aparılacaq yeni ixtisaslar sırasında   Beynəlxalq ticarət və logistika da yer alıb. Universitetin qəbul planına daxil edilən ixtisasın İqtisadiyyat və idarəetmə fakültəsində tədris olunması nəzərdə tutulur. Mektebgushesi.az xəbər verir ki, bu ixtisasın tədrisində əsas məqsəd ölkəmizin beynəlxalq ticarət və logistika sektorunda insan resurslarına ehtiyacı […]

AzMİU debatçıları tükənən təbii ehtiyatların müdafiəsi uğrunda mübarizə apardılar – Finalda “Beşikdən Məzara” komandası qalib oldu

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Qızıl Dövr” adlanan debat turnirinin final mərhələsi və bağlanış mərasimi keçirilib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, turnirdə “Dövlətlər tükənən təbii ehtiyatların istifadəsini məhdudlaşdırmalıdır” mövzusunda debat aparılıb. Mövzu üzrə “Nə Də Olsa Xətrin Var” və “Geridə Qalanlar” adlı iki komanda qarşılaşıb. Gərgin mübarizənin sonunda […]

ADU-da “Məzun günü” keçirilib – FOTO

İyulun 4-də Azərbaycan Dillər Universitetində (ADU) 2022/2023-cü tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsillərini başa vuran tələbələrin “Məzun günü” keçirilib. Tədbirdə  millət vəkilləri, universitetin professor-müəllim heyəti, ictimaiyyət nümayəndələri, müxtəlif dövlət qurumlarının əməkdaşları, səfirlər və diplomatlar iştirak ediblər. “Məzun günü” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra “Gaudeamus” tələbə himni səslənib. ADU-nun rektoru, […]

BDU-da “Müasir Azərbaycan mediası – peşəkarlıq standartları və yeni trendlər” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib 

  Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan mediası – peşəkarlıq standartları və yeni trendlər” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib.   Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Konfransın […]

Bu il ADU-dan 1500-ə yaxın tələbə məzun olur

  İyulun 4-də Azərbaycan Dillər Universitetində (ADU) 2022/2023-cü tədris ilində bakalavrat və magistratura səviyyələrində təhsillərini başa vuran tələbələrin “Məzun günü” keçirilib. Mektebgushesi.az  xəbər verir ki, tədbirdən öncə ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla xarici ölkələrin Azərbaycandakı səfirləri və səfirliklərinin nümayəndələri ilə görüşüb. Rektor qonaqlara universitetdə tədris edilən ixtisaslar və ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri […]

BDU və Qazaxıstanın Avrasiya Milli Universitetinin ikili diplom proqramına qəbul olmaq istəyənlərin nəzərinə 

Bakı Dövlət Universiteti (BDU) ilə Qazaxıstan Respublikasının L.N.Qumilyov adına Avrasiya Milli Universiteti arasında magistratura səviyyəsində imzalanmış “Biotexnologiya” ixtisaslaşması üzrə ikili diplom proqramına qəbul imtahanı yeni tədris ilində mərkəzləşdirilmiş qəbul imtahanında əldə olunmuş nəticələr əsasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək.   İkili diplom proqramında tədris rus dilində və iki il müddətində aparılacaq. Tədris ilinin […]

BŞTİ-yə iyun ayında 20 543 müraciət daxil olub

İyun ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 20 543 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 13 435 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 4 591 müraciət daxil olub. BŞTİ-yə 1 778 sənəd (vətəndaşlar tərəfindən 465 ərizə, […]

BMU “Elektrik mühəndisliyi” ixtisası üzrə ikili diplom proqramı elan edib

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında ali təhsilin bakalavriat səviyyəsində icra olunan ikili diplom proqramına  (BMU-İNHA İDP) 2023/2024-cü tədris ili üçün qəbul prosesi aparılan mühəndislik ixtisaslarından biri də Elektrik mühəndisliyidir. Elektrik mühəndisliyi ixtisası enerji inkişafı və […]

Bakı Ali Neft Məktəbinin 7 tələbəsi Almaniya hökumətinin təqaüdünü qazanıb

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 6 tələbəsi və 1 məzunu Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramının qalibi olub. BANM-dan Mektebgushesi.az-a bildirilib ki, onlardan 4-ü Kimya mühəndisliyi, 3-ü Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alıb. Ümumilikdə DAAD təqaüdünü qazanan 18 nəfərdən 7-si BANM tələbəsi olub. Onlar mühəndislik üzrə müxtəlif ixtisasların magistratura proqramlarına qəbul olublar. DAAD […]

BDU Elmi Kitabxanası 10 məlumat bazasından uzaq məsafədən istifadə imkanı təqdim edir 

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında fəaliyyət göstərən Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu BDU-nun, həmçinin üzv ali məktəblərin professor-müəllim heyəti və tədqiqatçıları üçün EBSCOHost platformasının 10 məlumat bazasından uzaq məsafədən istifadə imkanı təqdim edir. Məzuniyyət dövründə elmi araşdırmalar üçün bu məlumat bazalarına əlyetərlilik 01.07.2023-cü il tarixindən 01.10.2023-cü il tarixinədək yalnız universitet daxilindən deyil, istənilən yerdən mümkün […]