Mektebgushesi

Bakı Ali Neft Məktəbində növbəti Məzun Günü keçirilib

Bu, Ali Məktəbin bakalavriat səviyyəsi üzrə 7-ci, magistratura səviyyəsi üzrə 5-ci məzun buraxılışıdır. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra SOCAR tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanan videoçarx nümayiş etdirilib. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən elm və təhsil sahəsində […]

ADPU-da “İnklüziv təhsilin aktual problemləri” mövzusunda konfrans keçirilib

  İyulun 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Gənc Alimlər və Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə “İnklüziv təhsilin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.   Konfransı giriş sözü ilə açan ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov konfrans iştirakçılarını salamlayaraq konfransın əhəmiyyətindən söz açıb. Prorektor bildirib ki, müasir dövrün təhsil fəlsəfəsi yeni paradiqma və […]

ADNSU-da köhnə məzunlarla görüş keçirilib – FOTO

  İyulun 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ötən illərin məzunları ilə görüş keçirilib. Universitetdə ənənəvi olaraq hər il keçirilən görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, dövlət və ictimaiyyət nümayəndələri, ADNSU-nun keçmiş məzunları, universitetin şəhid tələbə və məzunlarının ailə üzvləri və media nümayəndələri iştirak ediblər. ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonaqları salamlayaraq […]

UNEC-də “Product Management” üzrə sertifikatlı təlimlər keçiriləcək

UNEC Ömürboyu Təhsil Mərkəzi və ATL Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, UNEC və ATL Akademiyası “Məhsulun idarəolunması” (Product Management) sahəsi üzrə mütəxəssislərin hazırlanması istiqamətində əməkdaşlıq edəcək. Əməkdaşlıq çərçivəsində ilk olaraq, “Product Management School” layihəsi həyata keçiriləcək. Layihəyə əsasən, bu sahədə karyera qurmaq istəyən şəxslər üçün əmək bazarının tələbləri əsasında formalaşdırılmış tədris proqramı və təcrübəli […]

MDU-nun daha dörd əməkdaşına fəlsəfə doktoru elmi dərəcəsi verilib

  Mingəçevir Dövlət Universitetinin (MDU) 4 əməkdaşına – Ayna Babazadə, Səadət Ağakişiyeva, Könül Cabbarova və Xəyalə Abdullayevaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) müvafiq qərarına əsasən fəlsəfə doktoru elmi dərəcəsi verilib. Bu münasibətlə, 2023-cü il iyulun 6-da MDU-nun rektoru Şahin Bayramov fəlsəfə doktoru diplomunu almış əməkdaşlarla görüşüb. Son dövrdə alimlərinin sayının sürətlə artması […]

BDU və İsrail Yerusəlim İbrani Universitetinin ikili diplom proqramına qəbulla əlaqədar infosessiya 

  Bakı Dövlət Universiteti (BDU) və İsrail Yerusəlim İbrani Universitetinin (HUJI) ikili diplom proqramına qəbulla əlaqədar infosessiya keçirilib.   Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, iki universitet arasında ikili diplom proqramı üzrə əməkdaşlıq müqaviləsi bu ilin may ayında imzalanıb. BDU və HUJI arasında imzalanmış magistratura səviyyəsində ”Biotexnologiya” ixtisaslaşması üzrə ikili diplom proqramına qəbul […]

Gömrük Akademiyasının tələbələrinin “Məzun günü” keçirilib

  Dövlət Gömrük Komitəsinin Akademiyası 2022/2023-cü tədris ili üzrə “Məzun günü” keçirib. Tədbir ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, müstəqil Azərbaycanın memarı, […]

ADNSU-nun Vorvik Universiteti ilə birlikdə start verdiyi ikili diplom proqramı Azərbaycan təhsil sistemi üçün yeni imkanlar açacaq

  Son illər ölkəmizdə ən çox diqqət mərkəzində olan əsas istiqamətlərdən biri təhsilin inkişafı, müasir dövrün tələblərinə uyğun yeni yanaşmaların təhsil və tədris prosesinə tətbiq edilməsi, eyni zamanda elmi tədqiqat sahələrinin genişləndirilməsidir. Xüsusilə ali təhsilin dünyəvi təhsilə inteqrasıya olunması, bu təhsil pilləsində beynəlxalq təcrübənin geniş tətbiqi, bu istiqamətdə qəbul olunan Sərəncam və Fərmanlar ölkə təhsilinin […]

Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi qeyd olunacaq – SƏRƏNCAM

  Prezident İlham Əliyev iyulun 6-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Mektebgushesi.az  xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirmək Elm və Təhsil Nazirliyinə tapşırılıb. Sərəncamda deyilir: “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəaliyyətə başlamasının […]

Polşanın Gdansk Texnologiya Universitetinin professoru BDU-da elmi seminar keçirib 

  Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Polşa Respublikasının Gdansk Texnologiya Universitetinin Biologiya fakültəsinin Genetika və biosistematika kafedrasının professoru Barbara Vojtasik tərəfindən “Zooekoloji tədqiqatlarda yeni metodun  tətbiqi”  mövzusunda elmi seminar keçirilib.   BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Bioekologiya kafedrasının müdiri Nərminə Sadıqova, […]

AzTU tələbələrinin layihəsi birinci yerə layiq görülüb

  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial  İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən reallaşdırılan “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “100 illiyin gələcəyi” adlı tədbir keçirilib. “BP Azərbaycan” şirkətinin sponsorluğu və “Azərikard” MMC-nin təşkilati dəstəyi ilə keçirilən tədbir ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Mektebgushesi.az xəbər verir ki, bu barədə universitetdən […]

BMU-nun rektoru Havar Məmmədov “Gələcək üçün bacarıqlar” layihəsində uğur qazanan tələbələrlə görüşüb

  Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrindən ibarət “Vooshii” komandası Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə keçirilmiş “Gələcək üçün bacarıqlar” layihəsində III yerə layiq görülüb. Universitetin rektoru, professor Havar Məmmədov sözügedən layihədə uğurla çıxış edən müəllim və tələbələrlə görüşüb. Məlumat üçün bildirək ki, ötən gün layihə […]

Bu il BDU-nun SABAH qruplarını 268 məzun bitirir

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarında 2022-2023-cü dərs ilində 9 ixtisas (Psixologiya, Hüquqşünaslıq, Kompüter elmləri, Coğrafiya müəllimliyi, Fizika müəllimliyi, Biologiya müəllimliyi, Tarix müəllimliyi, Riyaziyyat müəllimliyi, Kimya müəllimliyi), 32 qrup üzrə  822 tələbə təhsil alıb. Azərbaycanın 10 ali təhsil müəssisəsindəki SABAH qrupları arasında ən çox ixtisas və tələbə sayı məhz BDU-dadır. Bu tədris ilində BDU-nun SABAH […]

Bakı Mühəndislik Universitetində yaz semestrinin imtahan sessiyası başa çatıb

Bakı Mühəndislik Universitetində (BMU) bakalavriat və magistratura səviyyələrində 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başa çatıb. İyunun 1-dən başlayan və iyulun 5-dək davam edən sessiya ərzində ümumilikdə 1029 imtahan keçirilib.   Sessiya müddətində imtahanların qüvvədə olan normativ sənədlər əsasında təşkili məqsədilə lazımi inzibati və texniki fəaliyyət ən yüksək səviyyədə icra edilib, şəffaflığın təmin olunması […]

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) AzMİU ilə əməkdaşlıqda maraqlıdı

  Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) əməkdaşları Azərbaycan Memarlıq və İnşaat Universitetinin qonağı olublar. Qonaqlar Soohyun Rhee, Sang Yoon Shin, Min Lyou öncə AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayeva, elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova, Xarici əlaqələr şöbəsinin müdiri dosent Fərhad Əliyev və Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə ilə […]