Mektebgushesi

UNEC QS reytinqində yeni uğura imza ataraq, dünyanın 351-400 universiteti arasında yer aldı!

  UNEC yeni bir uğura imza atdı. Aprelin 10-da QS Reytinq Agentliyinin sahələr üzrə açıqladığı dünya reytinqinə (QS World University Rankings by Subject | 2024) əsasən, UNEC “İqtisadiyyat, Ekonometrika” üzrə keçən ilki reytinqlə müqayisədə 150 pillə irəliləyərək, dünyanın ən yaxşı 351-400-cü universiteti səviyyəsinə yüksəldi. Bundan əlavə, UNEC ilk dəfə “Sosial elmlər və menecment” üzrə dünyanın […]

ADPU-da “İngilis dilini effektiv öyrənmə metodları” mövzusunda görüş keçirilib

  Aprelin 8-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) nəzdində fəaliyyət göstərən Xarici Dillər Klubunun təşkilatçılığı ilə “İngilis dilini effektiv öyrənmə metodları” mövzusunda görüş keçirilib. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, görüşün qonağı “356 nömrəli zaman qatarı”, “Həyatın rəqsi” kitablarının müəllifi, “Talk Time Academy”nin təsisçisi, təlimçi Rövşən Şərif dünyada ən geniş yayılmış dillərdən […]

BMU-da “Sözün gücü” tələbə klubunun açılışı olub

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan dili və pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərəcək “Sözün gücü” adlı ilk tələbə klubunun açılışı və “50 milyon insanı birləşdirən dil“ adlı tədbir keçirilib. Tədbirdə universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə ölkəmizdə dil siyasəti istiqamətində aparılan məqsədyönlü fəaliyyətdən söz açaraq, rəsmi dövlət dili statusunu alan Azərbaycan dilinin […]

BSU-da “Autizmdə effektiv müdaxilələr”mövzusunda məlumat sessiyası keçirilib

BSU-da “İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktik konfrans və Beynəlxalq Autizm Maarifləndirmə aylığı çərçivəsində “Autizmdə effektiv müdaxilələr”mövzusunda məlumat sessiyası keçirilib. Aprelin 9-da  Bakı Slavyan Universitetində (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktik konfrans və Beynəlxalq Autizm Maarifləndirmə aylığı çərçivəsində ” Autizmdə effektiv müdaxilələr”(ABA – Tətbiqi Davranış Analizi) mövzusunda məlumat sessiyası keçirilib. Tədbirdə “Birgə […]

BMU ilə Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu arasında memorandum imzalanıb

Bakı Mühəndislik Universiteti (BMU) ilə Türkiyə Respublikasının İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) arasında əməkdaşlıq memorandumu imzalanıb. BMU-nun rektoru Yaqub Piriyev və İKSAD-ın prezidenti Mustafa Lətif Əmək tərəfindən imzalanan sənəd elm və təhsil sahəsində əməkdaşlıq, tədqiqat, innovasiyaların inkişafı, birgə araşdırma layihələri və proqramların hazırlanmasını ehtiva edir. Eyni zamanda memorandum məlumat mübadiləsi, beynəlxalq səviyyəli ekspedisiyaların, […]

ADNSU-da Gənc tədqiqatçıların və doktorantların Böyük elmi seminarı keçirilib

Aprelin 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Gənc tədqiqatçıların və doktorantların “Elm Günü”nə həsr olunmuş Böyük elmi seminarı keçirilib. ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərovun da iştirak etdiyi seminarda öncə universitetin elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova çıxış edərək seminar haqqında məlumat verib. O, gələcəyin alimlərinin elmi potensialının inkişaf etdirməsi üçün universitetdə […]

AzTU-nun rektoru Türkiyədə işgüzar səfərdə olub

  Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İzmir, Ankara və Bilecik şəhərlərinin universitet və bir sıra istehslat sahələrində səfərdə olub. Mektebgushesi.az xəbər verir ki,səfərdə həmçinin AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov və “Azəralüminium” MMC-nin Gəncə İstehsalat Kompleksinin direktroru Cəmil Səfərov da iştirak edib. AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycan […]

ADPU-da Elm Günü universitet Elmi Şurasının xüsusi iclası ilə qeyd olundu

Martın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının Elm Gününə həsr olunmuş xüsusi iclası keçirilib. Əvvəlcə, Universitetin foyesində ADPU əməkdaşlarının elmi araşdırmalarının nəticələrinin əks olunduğu kitab sərgisinə baxış keçirilib. İclası giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov Elm Gününün qeyd olunmasının əhəmiyyətini qeyd edib, əməkdaşları təbrik edib. Rektor, ADPU-nun professoru, fil.e.d. Leyla […]

LDU-da “ Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib

  Azərbaycan Respublikası Prezidentinin hər il 27 mart tarixinin “Elm günü” kimi təsis edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar olaraq Lənkəran Dövlət Universitetində (LDU) “Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib. Tədbiri LDU-nun rektorunun müşaviri, texnika elmləri doktoru, professor Mikayıl Məhərrəmov açıb və iştirakçıları “Elm günü” münasibətilə təbrik edib. Bildirib ki, 2018-ci il aprelin 9-da […]

Sumqayıt Dövlət Universitetində Akademik Məşvərət Şurası yaradılır

  SDU-nun elmi-tədqiqat potensialının artırılması, təhsil proqramlarının məzmununun təkmilləşdirilməsi və yenilənməsində müxtəlif tərəflərin iştirakını və yanaşmasını nəzərə almaq məqsədilə universitetdə Akademik Məşvərət Şurası yaradılır. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, Akademik Məşvərət Şurası universitetin akademik missiyasını dəstəkləmək, elmin inkişafı və tədrisin təkmilləşdirilməsi ilə bağlı müzakirələr təşkil etmək, müvafiq sahələrdə hesabatları dinləmək və tövsiyələr vermək, universitetin strateji […]

Təhsilin İnkişafı Fondunun rəhbərliyi BMU-da olub

Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun (TİF) rəhbər heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub. Mektebgushesi.az xəbər verir ki, universitetin rektoru Yaqub Piriyev qonaqları BMU-da görməkdən məmnunluğunu bildirib və qurulan əlaqələrin əhəmiyyətini önə çəkib. Rektor ali təhsil ocağında həyata keçirilən yeniliklər, həmçinin qlobal inkişaf meylləri nəzərə alınmaqla mövcud əmək bazarında tələb olunan yeni ixtisaslar üzrə […]

ADPU-nun tələbə təşkilatları silsilə tədbirlər həyata keçirirlər

  Martın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən tələbə təşkilatları tərəfindən bir neçə maraqlı tədbir həyata keçirilib. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, ADPU Təhsil Könüllüləri Tələbə Birliyinin təşkilatçılığı ilə baş tutan rəsm və piano dərsləri, “Dahilər unudulmur” adlı intellektual oyun, ADPU YENİ Klubun təşkilatçılığı ilə təşkil olunan işarə dili seminarı və “Film qalaktikası” […]

Ali məktəblərə və kolleclərə sənəd verənlərin sayı bəlli olub

Xəbər verdiyimiz kimi, ali məktəblərə və kolleclərə ərizə qəbulu başa çatıb. Mektebgushesi.az DİM-ə istinadən  xəbər verir ki, ümumilikdə 115.245 abituriyent ərizəsini təsdiqləyib. Ali təhsil müəssisələrinə ərizə qəbulu üzrə qeydiyyatdan keçənlərin ümumi sayı 110.354 nəfər olub. Bunun 100.259 nəfəri Azərbaycan bölməsinin, 10.095 nəfər rus bölməsinin abituriyentləridir. Tam orta (11 illik) təhsil bazasında kolleclərə ərizə qəbulu üzrə qeydiyyatdan keçənlərin […]

ADNSU-da Novruz şənliyi keçirilib – FOTO

Martın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Bayram şənliyində fakültələr üzrə tələbələrin hazırladıqları Novruz xonçaları və milli adət-ənənələrimizi özündə əks etdirən bayram şirniyyatları nümayiş olunub. Bayram tədbirində təbrik nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov ADNSU kollektivi və tələbələri xalqımızın milli bayramı olan Novruz […]

MDU-da Elm Gününə həsr olunmuş doktorant, dissertant və gənc tədqiqatçıların elmi seminarı keçirilib

  2024-cü il martın 14-də Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Elm Günü”nə həsr olunan doktorant, dissertant və gənc tədqiqatçıların elmi seminarı keçirilib. Seminarın açılışında MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev  çıxış edərək seminarın aktuallığına diqqət çəkib. O, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladaraq […]