Mektebgushesi

Naxçıvan Dövlət Texniki Kolleci və Naxçıvan Tibb Kolleci NDU-nun nəzdinə verilib

Naxçıvan Dövlət Texniki Kolleci və Naxçıvan Tibb Kolleci Azərbaycan Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilib. Mektebgushesi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla Naxçıvan Dövlət Texniki Kollecinin və Naxçıvan Tibb Kollecinin Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilməsi barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin […]

Bağçalara qəbulla bağlı növbəyaratma prosesinə başlanılıb

Avqustun 1-i saat 11:00-dan etibarən regional təhsil idarələri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı növbəyaratma prosesinə başlanılıb. Mektebgushesi.az-a xəbər verir ki, proses www.bq.edu.az üzərindən sentyabrın 1-dək həyata keçiriləcək. Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum […]

Ölkə birinciləri Bakı Ali Neft Məktəbini seçirlər

Dövlət İmtahan Mərkəzinin (DİM) 2023/2024-cü tədris ili üzrə keçirdiyi qəbul imtahanlarında ən yüksək bal toplayaraq ölkə birincisi olan Cavid Nəzərov, II ixtisas qrupu üzrə ikinci ən yüksək bal toplayan Nicat Səmədli, II ixtisas qrupu üzrə blok imtahanında ən yüksək nəticə göstərən Aqilə Tağıyeva, I ixtisas qrupunun blok imtahanında maksimal bal toplayan abituriyentlər – Saud Hüseyn […]

UNEC elektron imza ilə sənəd dövriyyəsinə başladı

UNEC rəqəmsal universitet modelinin daha bir seqmenti kimi təkmil sertifikatlı gücləndirilmiş elektron imza tokeninin istifadəsinə başladı. Belə ki, elektron sənəd dövriyyəsi olan DocNet-də avqustun 1-dən başlayaraq  bütün çıxış sənədləri elektron imza ilə imzalanacaqdır. Bununla da UNEC istənilən təşkilatla kağızsız sənəd dövriyyəsini tətbiq edə biləcək.

ADNSU-nun rektor əvəzi bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli ilə görüşüb

İyulun 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli ilə görüşüb. ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) keçirilən görüşdə bp şirkəti ilə ADNSU və UFAZ-ın əməkdaşlıq əlaqələri, o cümlədən ADNSU-nun Vorvik Universiteti ilə birgə “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə ikili diplom proqramının icrası ilə […]

AzTU-nun 5 illik institusional akkreditasiya şəhadətnaməsi təqdim edilib

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova ilə görüşüb. Rektor universitetin gələcək hədəfləri, həmçinin beynəlxalq akkreditasiya təşkilatları ilə əlaqələri haqqında məlumat verib. Bildirib ki, akkreditasiyanın keçirilməsi universitetlərin inkişafına xidmət edir. TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova qeyd edib ki, təhsilin bütün səviyyələrində keyfiyyətin təminatı sisteminin […]

BDU-nun 5 illik akkreditasiya şəhadətnaməsi təqdim edilib

  Bakı Dövlət Universitetində (BDU) Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova ilə görüş keçirilib. Bu barədə BDU-dan məlumat verilib. Görüşdə çıxış edən BDU-nun rektoru Elçin Babayev universitetin əsas vəzifəsinin ölkəmiz üçün yüksəkixtisaslı kadrlar hazırlamaq olduğunu vurğulayıb. Rektor diqqətə çatdırıb ki, akkreditasiya ali təhsil müəssisəsinə güclü və […]

BDU-nun tələbələri və gənc tədqiqatçıları üçün Yaponiyada 10 günlük təcrübə imkanı

Yaponiyanın Dostluq Əlaqələri Proqramı (“MIRAI”) Avropa, Mərkəzi Asiya və Qafqazdan olan Diplomatiya, Təhlükəsizlik siyasəti, İqtisadiyyat, Elm və texnologiya, İncəsənət və mədəniyyət, Beynəlxalq əlaqələr, Ətraf mühit elmləri, Strateji inkişafla bağlı tədqiqatlar, Asiya ilə bağlı  tədqiqatlar aparan perspektivli gənc liderlərdən ibarət qrupları dəvət edir. Proqram 10 gün davam edəcək. Yaponiyada təcrübə mübadiləsi proqramına müraciət etmək istəyənlərdən aşağıda […]

ADNSU-da beynəlxalq yay məktəbi başlanıb

  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Beynəlxalq əməkdaşlıq şöbəsinin və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) birgə təşkilatçılığı ilə “Enerji keçidi: postneft iqtisadiyyatı, alternativ enerji, ətraf mühitin mühafizəsi” mövzusunda V beynəlxalq yay məktəbi başlanıb. Bu barədə  ADNSU-dan məlumat verilib. Yay məktəbi çərçivəsində azərbaycanlı və əcnəbi tələbələrin ölkəmizin müxtəlif mədəniyyət mərkəzlərinə və neft şirkətlərinin ofislərinə […]

ADNSU və UFAZ tələbələrinin beynəlxalq sahə düşərgəsi başa çatır

  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan-Fransız Universiteti (UFAZ) tələbələrinin iştirakı ilə təşkil olunan geofizika üzrə beynəlxalq sahə düşərgəsi iyulun 30-da başa çatacaq. Bu barədə UFAZ-dan məlumat verilib. Sahə düşərgəsində ADNSU, UFAZ, Xəzər Universiteti, İstanbul Texniki Universiteti və Səudiyyə Ərəbistanı Kral Fəhd Neft və Minerallar Universitetindən ümumilikdə 25 tələbə iştirak edir. Düşərgə Astara […]

ADNSU ilə KOB Subyektləri və Klublarının Assosiasiyası arasında görüş keçirilib – FOTO

İyulun 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) sədri Nigar Ələsgərova və onun rəhbərlik etdiyi sahibkarlarla görüşüb. Mektebgushesi.az xəbər verir ki, qonaqları salamlayan rektor əvəzi, dosent Vazeh Əskərov ADNSU ilə istehsalat müəssisələri arasındakı əlaqələrdən danışıb. Qeyd edib ki, universitetin sənaye müəssisələri […]

LDU-da yeni tələbə yataqxanası cari tədris ilində  istifadəyə hazır olacaq

  Lənkəran Dövlət Universiteti (LDU) tələbələrinə xoş  müjdəmiz var. 2023/2024-cü tədris ilində  oğlan tələbələr müasir tələblərə cavab verən yeni- 250 yerlik yataqxana binasından istifadə edə biləcəklər. Nəzərə alanda ki,  hazırda LDU-da paytaxt Bakı da daxil olmaqla, ölkənin bütün regionlarından 5400 tələbə təhsil alır və daha 2000 nəfərin yeni tədris ilində bu ali təhsil ocağına qəbulu […]

UNEC-in Zaqatala filialına rəhbərlik prorektor Raqif Qasımova həvalə edilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının direktoru Orucəli Rzayev səhhəti ilə əlaqədar öz ərizəsi əsasında direktor vəzifəsindən azad edilib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov əmr imzalayıb. UNEC-in Zaqatala filialının direktor vəzifəsinin icrası hələlik universitetin prorektoru Raqif Qasımova həvalə edilib.

BDU-nun magistraturasına qəbul olan olmuş şəxslərdən 623-ü elektron qeydiyyatdan keçib

  Bakı Dövlət Universitetinin (BDU) magistraturasına qəbul olmuş şəxslərdən 623-ü elektron qeydiyyatdan keçib. Bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, qeydiyyat iyulun 31-dək davam edəcək. Qeydiyyat üçün aşağıda göstərilən əsas sənədlər elektron formada təqdim edilməlidir: 1. Ali təhsil haqqında sənədin əsli və onun əlavəsi və ya bakalavriat səviyyəsini bitirməsi haqqında arayış (cari ilin məzunları üçün); 2.İlkin […]

BMU-nun rektoru Koreyada “Yay məktəbi”ndə iştirak edəcək tələbələrlə görüşüb

  Bakı Mühəndislik Universitetinin (BMU) 118 tələbəsi Koreya Respublikasında təşkil olunan “Yay məktəbi”ndə iştirak edəcək. “Yay məktəbi” BMU və Koreyanın İNHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramı (IDP) çərçivəsində təşkil olunur. Bu münasibətlə BMU-nun rektoru, professor Havar Məmmədov Koreyaya yola düşəcək tələbələrlə görüşüb. Havar Məmmədov Prezident cənab İlham Əliyevin müvafiq […]