Mektebgushesi

ADNSU -da doktorantura pilləsi üzrə ixtisas fənni imtahanları keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) doktorantura pilləsi üzrə ixtisas fənni imtahanları keçirilib. Mektebgushesi.az  xəbər verir ki, 140 nəfər ingilis dili imtahanından, 120 nəfər “Fəlsəfə” fənni üzrə qəbul imtahanından müvəffəqiyyət qazanıb. Qeyd edək ki, doktorantura pilləsində ixtisaslar üzrə imtahanlar davam edir.

AzMİU müəllimləri “Viveka Mentorship” proqramında iştirak hüququ qazanıblar

  AzMİU-nun əməkdaşları İRİA-nın təşəbbüsü və “PASHA Holding” LLC-nin sponsorluğu ilə həyata keçirilən “Viveka Mentorship” proqramında iştirak etmək hüququ qazanıblar. “Viveka Mentorship” proqramı çərçivəsində 20-dən çox mentor namizədi ilə ilk oflayn sessiyaları 5-6 sentyabr tarixlərində Azərbaycan-Fransız Universitetində keçirilib. Mentorluq proqramına Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət Neft və […]

Ankara Universitetinin professorları AzTU-da olub

  Türkiyənin Ankara Universitetinin Tətbiqi elmlər fakültəsinin dekanı, Daşınmaz Əmlakın İnkişafı və İdarəedilməsi bölümünün müdiri professor Harun Tanrivermiş və fakültənin professoru Mustafa Tombul Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Mektebgushesi.az xəbər verir ki, qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. Görüş zamanı Ankara Universitetinin Tətbiqi elmlər və AzTU-nun İqtisadiyyat və idarəetmə fakültələrinin bakalavr və magistr hazırlığı […]

ADNSU-da birinci kurs tələbələri ilə görüşlər keçirilir

Sentyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Geoloji kəşfiyyat və Qaz-neft-mədən fakültəsinin bakalavr pilləsinə qəbul olmuş birinci kurs tələbələri ilə görüş keçirilib. Görüşdə əvvəlcə tədris prosesi, ixtisaslar, beynəlxalq əlaqələr, həmçinin universitetin maddi-texniki bazası haqqında qısa video-çarx nümayiş olunub. ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov birinci kursları ADNSU tələbəsi adını qazanmaları münasibətilə təbrik edib. […]

BDU-da ixtisas fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir

Bakı Dövlət Universitetində (BDU) fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq üçün ixtisas fənnindən qəbul imtahanları keçirilir. İmtahanlarda BDU-nun doktoranturasına qəbul olmaq üçün müraciət etmiş və 5-6 sentyabr tarixlərində “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarından müvəffəqiyyətlə keçmiş 123 iddiaçı iştirak edir. Sentyabrın 11-də 31 ixtisas üzrə 70 iddiaçı imtahan verib. Sentyabrın 12-də isə 24 ixtisas […]

UFAZ-da yeni tədris ilinə start verilib.

Sentyabrın 11-də ADNSU nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində 2023-2024-cü tədris ilinə start verilib. Bu gündən etibarən 2, 3, 4-cü kurs bakalavr və magistratura tələbələrinin dərsləri başlayıb. UFAZ-a bu il qəbul olan tələbələrin tədris ili isə sentyabrın 18-də start götürəcək. Yeni tədris ilində UFAZ-da bakalavr pilləsi üzrə ümumilikdə 591 nəfər (o cümlədən 217 qız), magistratura pilləsində […]

ADNSU komandası Enactus Milli finalında 2-ci yeri tutub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Enactus komandası sosial sahibkarlıq yarışması olan Enactusun milli finalında 2-ci yeri tutub. ADNSU-dan Mektebgushesi.az -a  bildirilib ki, ümumilikdə 24 universitetin iştirak etdiyi Enactus Milli yarışında 6 universitet finala vəsiqə qazanıb. Finalda ADNSU   komandası layiqincə çıxış edərək 2-ci yerə layiq görülüb. ADNSU komandası finalda ABC və Vecta startaplarını təqdim […]

Ankara Universitetinin professorları AzTU-da olub

  Türkiyənin Ankara Universitetinin Tətbiqi elmlər fakültəsinin dekanı, Daşınmaz Əmlakın İnkişafı və İdarəedilməsi bölümünün müdiri professor Harun Tanrivermiş və fakültənin professoru Mustafa Tombul Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. Görüş zamanı Ankara Universitetinin Tətbiqi elmlər və AzTU-nun İqtisadiyyat və idarəetmə fakültələrinin bakalavr və magistr hazırlığı istiqamətində birgə proqramlarda […]

ADNSU-da yeni tədris ilinə hazırlıqla bağlı müzakirələr aparılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərovun yeni tədris ilinə hazırlıqla bağlı ADNSU-nun professor və müəllimləri ilə görüşü olub. Bu barədə Mektebgushesi.az -a ADNSU-dan məlumat verilib. Görüşdə V.Əskərov ADNSU-da təhsilin inkişafı, müasirləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, qarşıda duran məsələlərdən danışıb, bu il universitetə rekord sayda tələbə qəbul […]

MDU Almaniyada beynəlxalq yay məktəbində təmsil olunub

  2023-ci ilin 21-25 avqust tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) tərəfdaşlıq etdiyi “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar (GEOCLIC)” adlı Erasmus+ layihəsi çərçivəsində Almaniyanın Berlin Texniki Universitetində həyata keçirilmiş yay məktəbində təmsil olunub. Yay məktəbində sözügedən layihənin MDU üzrə koordinatoru Sənan Mehdi, Tədris şöbəsinin əməkdaşı, Lamiyə İbrahimova və “Fizika və ekologiya” […]

ADPU-nun müəllimi və tələbələri “Teknofest 2023”ün finalçısı olublar

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinin Kompüter elmləri kafedrasının müəllimi Xumarə Qəhrəmanlı 30 avqust – 3 sentyabr aralığında baş tutan “Teknofest 2023” Ankara Girişim Yarışmasının finalçısı olub. Layihə metadünyada unikal təhsil məkanı və alətləri yaradaraq təhsilə inqilabi yeniliklər gətirməyi hədəfləyən “Google for Startups”, “Microsoft for Startups” kimi müxtəlif proqramların dəstəyi ilə inkişaf etməkdə olan qabaqcıl […]

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında 247 iddiaçı iştirak edib

Sentyabrın 5-6-da Bakı Dövlət Universitetində (BDU) fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq üçün “Fəlsəfə” fənnindən qəbul imtahanları keçirilib. İmtahanlarda BDU-nun doktoranturasına qəbul olmaq üçün müraciət etmiş 157 iddiaçı, eləcə də ölkənin bir neçə elmi-tədqiqat institutlarının (İdarəetmə Sistemləri İnstitutu, Radiasiya Problemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Şamaxı Astrofizika Rəsədxanası, Biofizika İnstitutu, Neft-Kimya Prosesləri İnstitutu, Kataliz və […]

BDU-nun bakalavriat səviyyəsinə qəbul olan şəxslərin qeydiyyatı davam edir

Bakı Dövlət Universitetində (BDU) bakalavriat səviyyəsinə qəbul olan şəxslərin qeydiyyat prosesi davam edir. BDU-ya qəbul olan abituriyentlər sentyabrın 5-dən portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçirlər. Bu günə qədər 4343 abituriyent qeydiyyat prosesindən keçib. Məlumat üçün bildiririk ki, elektron sistem üzərindən qeydiyyat prosesi sentyabrın 14-ü saat 18:00-da başa çatacaq.

“Ekonometrika” fənnini tədris edən müəllimlər üçün UNEC-də təlimlər keçirilir

“Ekonometrika” fənnini tədris edən müəllimlərin təcrübə mübadiləsini təmin etmək və tədrisin keyfiyyətini artırmaq məqsədilə UNEC-də təlimlər təşkil olunacaq. Təlim proqramı 42 saat olmaqla,  8-31 sentyabr tarixlərini əhatə edəcək. Təlimdə  digər universitetlərin əməkdaşları da iştirak edə bilərlər. Proqram üzrə təlimçilər: Prof.Yadulla Həsənli – UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru; Xətai Alıyev – “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının müdiri. […]

DNSU-ya qəbul olunmuş tələbələrlə görüşü olub

  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor vəzifəsini icra edən dosent Vazeh Əskərovun 2023-2024-cü tədris ilində təkrar ali təhsil üzrə ADNSU-ya qəbul olunmuş tələbələrlə görüşü olub. Bu barədə Mektebgushesi.az-a ADNSU-dan məlumat verilib. Görüşdə V.Əskərov ADNSU-da tədris prosesi, həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verib. Sonra təkrar ali təhsildə tədris planı haqqında […]