Mektebgushesi

Təhsilin İnkişafı Fondunun rəhbərliyi BMU-da olub

Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun (TİF) rəhbər heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub. Mektebgushesi.az xəbər verir ki, universitetin rektoru Yaqub Piriyev qonaqları BMU-da görməkdən məmnunluğunu bildirib və qurulan əlaqələrin əhəmiyyətini önə çəkib. Rektor ali təhsil ocağında həyata keçirilən yeniliklər, həmçinin qlobal inkişaf meylləri nəzərə alınmaqla mövcud əmək bazarında tələb olunan yeni ixtisaslar üzrə […]

ADPU-nun tələbə təşkilatları silsilə tədbirlər həyata keçirirlər

  Martın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən tələbə təşkilatları tərəfindən bir neçə maraqlı tədbir həyata keçirilib. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, ADPU Təhsil Könüllüləri Tələbə Birliyinin təşkilatçılığı ilə baş tutan rəsm və piano dərsləri, “Dahilər unudulmur” adlı intellektual oyun, ADPU YENİ Klubun təşkilatçılığı ilə təşkil olunan işarə dili seminarı və “Film qalaktikası” […]

Ali məktəblərə və kolleclərə sənəd verənlərin sayı bəlli olub

Xəbər verdiyimiz kimi, ali məktəblərə və kolleclərə ərizə qəbulu başa çatıb. Mektebgushesi.az DİM-ə istinadən  xəbər verir ki, ümumilikdə 115.245 abituriyent ərizəsini təsdiqləyib. Ali təhsil müəssisələrinə ərizə qəbulu üzrə qeydiyyatdan keçənlərin ümumi sayı 110.354 nəfər olub. Bunun 100.259 nəfəri Azərbaycan bölməsinin, 10.095 nəfər rus bölməsinin abituriyentləridir. Tam orta (11 illik) təhsil bazasında kolleclərə ərizə qəbulu üzrə qeydiyyatdan keçənlərin […]

ADNSU-da Novruz şənliyi keçirilib – FOTO

Martın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Bayram şənliyində fakültələr üzrə tələbələrin hazırladıqları Novruz xonçaları və milli adət-ənənələrimizi özündə əks etdirən bayram şirniyyatları nümayiş olunub. Bayram tədbirində təbrik nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov ADNSU kollektivi və tələbələri xalqımızın milli bayramı olan Novruz […]

MDU-da Elm Gününə həsr olunmuş doktorant, dissertant və gənc tədqiqatçıların elmi seminarı keçirilib

  2024-cü il martın 14-də Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Elm Günü”nə həsr olunan doktorant, dissertant və gənc tədqiqatçıların elmi seminarı keçirilib. Seminarın açılışında MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev  çıxış edərək seminarın aktuallığına diqqət çəkib. O, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladaraq […]

Pedaqoji Universitet Bakı Biznes Universiteti ilə anlaşma memorandumu imzalayıb  

Martın 14-də  Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Bakı Biznes Universitetinin (BBU) rəhbərliyi ilə görüş keçirilib. Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Tədris departamentinin direktoru, dosent Sənan Əliyev, Təlim-Tədris Mərkəzinin müdiri Xalidə […]

BSU-da “Rəqəmsal BSU” layihəsi çərçivəsində Elektron təhsil informasiya sistemi ilə bağlı növbəti görüş keçirilib  

Martın 12-də Bakı Slavyan Universitetində (BSU) “Rəqəmsal BSU” layihəsi çərçivəsində “SİNAM” şirkətinin universitet üçün hazırladıqları Elektron təhsil informasiya sistemi ilə bağlı növbəti  görüş baş tutub. Təqdimatda şirkətin əməkdaşı Səbinə Əlizadə universitet əməkdaşlarını sistemin iş prinsipləri və istifadə qaydaları ilə tanış edib. Portalda sistemin baza modulu, müəllim və tələbə kabineti və alt kabinetlərin formalaşdığını qeyd edərək […]

ADPU Türkiyənin Çanaqqala On Səkkiz Mart Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Martın 11-də Türkiyənin Çanaqqala On Səkkiz Mart Universitetinin rektoru, professor Ramazan Cüneyt Erenoğlu və coğrafiya müəllimi prof. Vedat Çalışkan ADPU-nu ziyarət ediblər. Görüşdə ADPU–nun rektoru, prof. Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və mütəxəssis Nərgiz Səfərova iştirak ediblər. Görüş zamanı tərəflər təmsil etdikləri universitetlərin tarixi, strukturu, […]

ADNSU-da Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri ilə görüş keçirilib

Martın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Fergus Auld, “British Council” təşkilatının Azərbaycan üzrə filialının direktoru Nərgiz Hacıyeva və Korporativ layihələr üzrə kordinator Sevinc Ağazadə ilə görüş keçirilib. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, rektor əvəzi, dosent Vazeh Əskərov qonaqları universitetdə salamladıqdan sonra ADNSU-da tədris və […]

BMU-nun 6 tələbəsi mübadilə proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanıb

Bakı Mühəndislik Universitetinin (BMU) bakalavriat səviyyəsinin 6 tələbəsi “ERASMUS+KA1” mübadilə proqramı çərçivəsində müxtəlif xarici universitetlərdə təhsil almaq hüququ qazanıb. 2023/2024-cü tədris ilinin yaz semestrində BMU tələbələrinin üçü-İsa Yusifov (kompüter mühəndisliyi ixtisası), Məhəmmədəli Ayralov (kimya mühəndisliyi ixtisası), Hassan Ul Moviz  (memarlıq ixtisası) İtaliyanın Turin Politexnik Universitetində təhsillərini davam etdirəcəklər. Bundan başqa, universitetin iki tələbəsi Gülnar Əkbərli […]

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin I mərhələsi üzrə test imtahanları keçirilib

Martın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin I mərhələsi üzrə test imtahanları keçirilib. ADPU və onun filiallarının bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələr üçün təşkil olunan “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin keçirilməsində əsas məqsəd Universitetin istedadlı tələbələrini aşkar edərək onların peşəkar inkişafına dəstək olmaq və gələcək kadr […]

AzMİU tələbələri Biləsuvarın Zəfər parkının dizayn tərtibatını hazırlayacaqlar

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dizayner tələbələri Biləsuvar şəhəri timsalında “Şəhər mühitinin dizaynı” layihəsini həyata keçirir. Mühit dizaynı kafedrasının növbəti kurs işinə həsr olunan real layihədə tələbələrimiz Biləsuvar şəhərinin ən gözəl məkanlarından olan Zəfər parkının ərazisinin abadlaşdırılması, eləcə də orada yer alacaq  gözoxşayan məkanların dizayn tərtibatını hazırlayırlar. Layihə İtaliya-Azərbaycan Dizayn Mərkəzi və Biləsuvar Rayon […]

 BSU-da “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə” adlı konfransın ilk iclası keçirilib

   BSU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə” adlı beynəlxalq elmi konfransın təşkilat komitəsinin ilk iclası keçirilib. Martın 6-da Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər  Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə” adlı beynəlxalq […]

AzTU-nun rektoru Türkiyədə işgüzar səfərdə olub

  Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru professor Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olub. Səfər çərçivəsində İstanbul Universiteti-Cerrahpaşa, İstanbul Texniki Universiteti (İTU), Boğaziçi Universiteti, Atatürk Universiteti, Ərzurum Texniki Universiteti və Türkiyə Milli Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Makina ve Kimya Endüstrisi A.Ş” şirkətində görüşlər keçirilib və müxtəlif sənədlər imzalanıb. İstanbul Universiteti-Cerrahpaşanın rektoru […]

UNEC Almaniya universitetləri ilə əməkdaşlığı genişləndirir

Almaniyanın aparıcı universitetlərinin professorları və Alman Akademik Mübadilə Xidməti  (DAAD) proqramının nümayəndələri UNEC-də olublar. Rektor professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə DAAD Tbilisi regional Ofisinin təmsilçiləri olan almaniyalı professorlara UNEC barədə ətraflı məlumat verilib. UNEC-in beynəlxalq əməkdaşlıq proqramlarından və həyata keçirilən layihələrdən söz açan rektor, universitetin müəllim və tələbələrinin DAAD […]