Mektebgushesi

BDU-da Xəzərin səviyyəsinin dəyişməsinin oturaq quş populyasiyalarının çoxalmasına təsiri üzrə tədqiqatlar davam edir

Bakı Dövlət Universitetinin (BDU) Zoologiya və fiziologiya kafedrasının müdiri, dosent Əbülfəz Tağıyev və kafedranın doktorantı Natəvan Kərimovanın həmmüəllifi olduqları “Xəzər dənizində suyun səviyyəsinin enməsinin Qızılağac körfəzində oturaq quş populyasiyalarının  çoxalma davranışına təsiri” (Influence of water level reductıon ın the Caspıan sea on the breedıng behavıour of sedentery bırd populatıons ın Gızılaghaj bay) adlı məqalə “Web […]

Qardaş Türkiyənin iki professoru MDU-da fəaliyyətə başlayıb

Qardaş Türkiyənin iki alimi – Qazi Universitetinin professoru Cemal Yılmaz və Ankara Hacı Bayram Veli Universitetinin (AHBVU) professoru Evren Güçer Mingəçevir Dövlət Universitetində (MDU) fəaliyyətə başlayıb. Bu münasibətlə, sentyabrın 21-də MDU-nun rektoru Şahin Bayramov qonaq alimlərlə görüşüb. MDU ailəsinin üzvləri kimi qonaq alimləri salamlamaqdan məmnunluğunu ifadə edən rektor qardaş ölkənin tərəfdaş universitetləri ilə əməkdaşlığın dinamik […]

ADNSU – da “Süni intellektin gələcəyi” – tələbələr üçün seminar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan-Fransız Universitetinin (UFAZ) elmi eksperti və Strasburq Universitetinin kompüter elmləri ixtisası üzrə professoru Pierre Collet tələbələrə “Süni intellektin gələcəyi” mövzusunda seminar keçib. Bu barədə ADNSU-dan məlumat verilib. ADNSU-nun İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə təhsil alan III kurs tələbələrinin iştirak […]

Emin Əmrullayev Sumqayıt Dövlət Universitetində olub – FOTO

Elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt Dövlət Universitetində (SDU) olub. SDU-nun rektor və professor-müəllim heyəti ilə görüşən Emin Əmrullayev ölkənin elmi-intellektual potensialının inkişafına töhfələr vermiş müəssisənin tarixi inkişaf yolu və region üçün mütəxəssis hazırlığı sahəsində əhəmiyyətindən danışıb. Bununla yanaşı, nazir dövlətin inkişaf prioritetlərinə uyğun olaraq universitetin qarşısında duran vəzifələri qeyd edib. Kollektivə uğurlar arzulayan […]

MDU-da dəyirmi masa: “Əsrin müqaviləsi tarixi zəfərimizə gedən yolun başlanğıcıdır”

  2023-cü il sentyabrın 21-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində “Əsrin müqaviləsi”nin imzalanmasının 29-cu ildönümünə həsr olunan “Əsrin müqaviləsi tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə MDU-nun bir qrup akademik və inzibati heyət üzvü iştirak edib. Əvvəlcə, Ümummilli liderimiz Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla […]

AzTU-nun professoru Qırğızıstanda beynəlxalq konqresdə iştirak edib

  Azərbaycan Texniki Universitetinin (AzTU) Yeni Materiallar və Nanotexnologiya Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, Metallurgiya və materiallar texnologiyası kafedrasının professoru Əmdulla Mehrabov Qırğızıstanın Bişkek şəhərində 5-ci Beynəlxalq Türk Dünyası Elm və Mühəndislik Konqresində iştirak edib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, konqres Qırğızıstan-Türkiyə Manas Universiteti (KTMU), Niğde Ömer Halisdemir Universiteti (NOHU) və AzTU-nun əməkdaşlığı çərçivəsində təşkil olunub. Tədbirin […]

BMU-nun rektoru tələbə təşkilatlarının rəhbərləri ilə görüşüb

  Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Yaqub Piriyev ali təhsil ocağında fəaliyyət göstərən tələbə təşkilatları və klublarının rəhbərləri ilə görüşüb. Tələbələri salamlayan Yaqub Piriyev Ulu Öndər Heydər Əliyevin daima gənclərə diqqət və qayğı ilə yanaşdığını vurğulayıb. Eyni zamanda, müdrik dövlət xadiminin sağlam düşüncəli, bilikli, güclü vətənpərvərlik hisslərinə malik yeni nəslin yetişdirilməsi sahəsində gördüyü misilsiz […]

Xəzər Universiteti Avropanın ən yaxşı 400 universiteti sırasındadır

Xəzər Universiteti “QS World University Rankings: Europe 2024”-ün ilk nəşrinə əsasən Avropanın ən yaxşı 400 universiteti arasında yer almışdır. Sentyabrın 20-də dünyanın nüfuzlu ali təhsil reytinqlərindən biri olan QS Quacquarelli Symonds ilk dəfə olaraq Avropa universitetlərinin reytinqini açıqlayıb. Reytinq qlobal təhsil məkanında tanınma, tədqiqat nəticələri, tədris resursları, beynəlmiləlləşmə, məzunların işlə təminatı və digər göstəriciləri özündə […]

MDU-da “Tyutor xidməti” təlimləri başa çatıb

  2023-cü ilin sentyabr ayında Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Tyutor xidməti” təlim proqramı uğurla başa çatıb. MDU-nun təcrübəli akademik və inzibati heyət üzvləri tərəfindən keçirilən təlimlər “Bolonya prosesi haqqında ümumi məlumat”, “Kredit sisteminin mahiyyəti və məzmunu”, “Tələbələrə psixoloji dəstək zəminində tyutorların rolu”, “Tələbənin hüquq və vəzifələri” “Təqaüdə […]

ADPU-nun Şamaxı filialında “Biz sülhə səs veririk” mövzusunda dəyirmi masa keçirilib  

Azərbaycan Dövlət Pedaqoi Universitetinin (ADPU) Şamaxı filialında “21 Sentyabr – Sülh Günü”nə həsr olunmuş “Biz sülhə səs veririk” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə filialın direktoru dosent Tünzalə Yusifova, professor-müəllim heyəti və tələbələr iştirak edib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir  dəqiqəlik sükütla yad edildi. Filialın direktoru dosent Tünzalə Yusifova giriş sözü ilə […]

ADNSU-nun təcrübə keçən tələbələrinə sertifikatlar təqdim olunub

  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Binagadi Oil Company” müəssisəsində təcrübə keçən tələbələrinə sertifikatlar verilib. Bu barədə  ADNSU-dan məlumat verilib. Bildirilib ki, “Binagadi Oil Company” müəssisəsinin müxtəlif yay təcrübə proqramında ADNSU-nun Geoloji-kəşfiyyat, Qaz-neft-mədən, Neft-mexanika, İnformasiya texnologiyaları və İdarəetmə fakültələrində təhsil alan 15 nəfər tələbəsi iştirak edib.  

Türkiyə Müdafiə Sənayesi Başqanlığının müşaviri AzTU-da olub – FOTO

Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) Azərbaycan üzrə müşaviri İlker Türköz Azərbaycan Texniki Universitetində (AzTU) fəaliyyət göstərən “Bilişim Vadisi Bakı”nı ziyarət edib. Qonaq əvvəlcə AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb. Görüş zamanı universitetdə görülən işlər, həyata keçirilən layihələr və yeni əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Daha sonra “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov qonağa texnoparkın […]

AzTU-nun rektoru türkiyəli tələbələrlə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Ankara və Gazi universitetləri ilə birgə yerinə yetirilən ikili diplom proqramlarına qəbul olunan türkiyəli tələbələrlə görüşüb. Mektebgushesi.az-ın xəbərinə görə , rektor qeyd edib ki, tələbələr iki il AzTU-da, iki il Türkiyənin müvafiq universitetlərində təhsil alacaqlar. Görüş zamanı tələbələrin təəssüratları dinlənilib, həmçinin onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, […]

ADNSU-da “Ulu Öndərin UĞURLU NEFT STRATEGİYASI” adlı tədbir keçirilib

Sentyabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Ulu Öndərin UĞURLU NEFT STRATEGİYASI” adlı tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyub, Ümummilli liderin xatirəsinidərin ehtiramla yad ediblər. Sonra tədbir iştirakçıları Azərbaycan Dövlət Neft və […]

AzMİU və İTU arasında magistr və doktorant hazırlığı üzrə ikili diplom müqaviləsi imzalana bilər

  Türkiyənin İstanbul Texnik Universitetinin (İTU) prorektoru professor Adil Dəniz, İnşaat mühəndisliyi kafedrasının müəllimi professor Kadir Gülər və Xarici əlaqələr ofisi koordinatorunun köməkçisi Fatih Ortakçı Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar. AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova qonaqları qəbul edib. Görüşdə universitetin prorektorları, dekanları, kafedra müdirləri və bir neçə alim iştirak edib. Professor Gülçöhrə Məmmədova […]