Mektebgushesi

ADNSU tələbələri İdarəetmə Sistemləri İnstitutunda təcrübə keçiblər  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) informasiya texnologiyaları və idarəetmə fakültəsinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə IV kurs tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda istehsalat təcrübəsi keçirlər.   Mektebgushesi.az xəbər verir ki, elmi müəssisədən bildirilib ki, tələbələrə institutun sərgi zalında texnoloji proseslərin avtomatlaşdırılması istiqamətində görülən işləri əks etdirən natural eksponatlar əyani şəkildə göstərilərək izah […]

BANM beynəlxalq innovativ müsabiqəsinin qalibi olub

Bakı Ali Neft Məktəbinin (BANM) startap layihəsi British Council tərəfindən təşkil olunan beynəlxalq #DestinationZero innovativ müsabiqəsinin qalibi olub. BANM-dan Mektebgushesi.az-a verilən məlumata görə, layihə inkişaf etdirilməsi üçün 5000 funt-sterlinq dəyərində maliyyə dəstəyi əldə edib. Belə ki, Ali Məktəbin “Climasel” layihəsi final mərhələsində uğur qazanan 10 uğurlu innovativ ideyadan biri olub. Müsabiqənin əvvəlki mərhələsində finalda yarışmaq […]

Azərbaycan Texniki Universiteti tələbələrinin istehsalat və elmi-tədqiqat təcrübələri davam edir

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrinin istehsalat və elmi-tədqiqat təcrübələri davam edir. AzTU-dan Mektebgushesi.az-a bildirilib ki, tələbələr “Azərsu” ASC, “Baku Steel Company”, Sumqayıt Kimya Sənaye Parkı, “Sumqayıt Texnologiya Data Mərkəzi” MMC, “Okuklu İnşaat” MMC, PASHA Bank, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, “Improtex Trucks and Buses” MMC, “Titan Group” MMC, “BestVomp Group” MMC-də karantin rejiminin şərtlərinə riayət […]

BDU-nun Elmi Kitabxanasından tələbələr üçün yeni imkan

Rusiyanın IPR Media şirkəti Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim heyəti və tələbələrinə IPRbooks elektron kitabxana sisteminin resurslarından martın 31-dək ödənişsiz istifadə imkanı təqdim edir. Bu barədə Mektebgushesi.az -a BDU-dan məlumat verilib. Bildirilib ki, IPRbooks elektron kitabxana sistemi ali təhsil müəssisələrinin tədris istiqamətləri üzrə lisenziyalı tədris və elmi ədəbiyyatı, jurnalları, audionəşrləri, videokursları, onlayn testləri özündə birləşdirən […]

ADA Universitetinin üç yeni ixtisasının təqdimatı keçiriləcək

ADA Universiteti riyaziyyat, maliyyə, kommunikasiya və rəqəmsal media sahəsində üç yeni bakalavr ixtisası təqdim edir. Bu barədə Mektebgushesi.az -a ADA Universitetindən məlumat verilib. Bildirilib ki, məqsəd abituriyentlərin bakalavr proqramları üzrə ixtisas seçimini artırmaqdır. Abituriyent və valideynlərə yeni ixtisaslarla bağlı ətraflı məlumat vermək üçün onlayn təqdimat günləri keçiriləcək: •Riyaziyyat üzrə 15 mart (19:00) •Maliyyə üzrə 17 […]

Mingəçevir Dövlət Universitetinin rektoru Türkiyənin Özyeğin Universitetində olub

  Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyəyə səfəri çərçivəsində İstanbulda yerləşən Özyeğin Universitetini (ÖZÜ) ziyarət edib. 2007-ci ildə yaradılan və 2011-ci ildən müasir standartlara cavab verən kampusda fəaliyyət göstərən ÖZÜ Türkiyənin yeni dövr universitetlərindən biri hesab olunur. ÖZÜ-nün rəhbər heyəti ilə görüşən Ş.Bayramov yaşıl kampusda yerləşən tədris binaları, tələbə ofisləri, biznesin inkişafı […]

Mingəçevir Dövlət Universitetində “Elm Günü”nə həsr olunmuş seminar keçirilib

  12 mart 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) doktorant, dissertant və gənc tədqiqatçıların iştirakı ilə “Elm Gününə” həsr edilmiş elmi-nəzəri seminar keçirilib. Seminarda universitetin professor-müəllim və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər. “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən seminarda MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdıran universitetin prorektor əvəzi Veysəl Əyyubov […]

Mingəçevir Dövlət Universiteti ilə Yıldız Teknik Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

2021-ci ilin 12 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyəyə səfəri çərçivəsində İstanbulda yerləşən Yıldız Teknik Universitetinin (YTU) rektoru Tamer Yılmazla görüşüb. Nümayəndə heyətini səmimi salamlayan T.Yılmaz dost Azərbaycanı təmsil edən MDU ilə əməkdaşlığın yaradılmasından məmnunluğunu ifadə edib və bu sahədə bütün zəruri dəstəyin göstərilməsinə hazır olduğunu bildirib. 110 illik inkişaf […]

Türkiyənin Ege Universitetinin professoru ADAU tələbələrinə mühazirə söyləyib

  12 mart 2021-ci il tarixində Türkiyənin Ege Universitetinin Bitki mühafizəsi kafedrasının müdiri, professor Enver Durmuşoğlu Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri üçün “Tarladan süfrəyə qida təhlükəsizliyində pestisid qalıqlarının zərərləri və onun qarşısının alınması mövzusunda” onlayn mühazırə söyləyib. Mühazirədə qida məhsullarının dəyər zəncirində pestisid qalıqlarının zərərləri və onun qarşısının alınmasında Türkiyə təcrübəsi iştirakçıların nəzərinə çatdırılıb. […]

UNEC-də “Elm günləri” keçiriləcək

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 27 mart – Elm Gününə həsr olunan “Elm günləri” keçiriləcək. 15-30 mart tarixlərində keçiriləcək “Elm günləri”ndə UNEC-in tədqiqat mərkəzləri və fakültələrinin xarici universitetlər, elmi tədqiqat institutları ilə birgə onlayn elmi seminarları, dəyirmi masaları, elmi müzakirələri təşkil olunacaq. Həmçinin UNEC Kitabxana-İnformasiya Mərkəzinin fondunda olan kitabların virtual sərgisi keçiriləcək. “Elm günləri”ndə iştirak […]

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri arasında “40 hədis” yarışması keçirilib

  Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri arasında “40 hədis” yarışması keçirilib. Müsabiqə “ZOOM” platforması üzərindən təşkil olunub. Yarışmanın münsiflər heyətində İnstitutun İlahiyyat fakültəsinin dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyev, müəllimlərdən – ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Namiq Abuzərov, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov təmsil olunublar. Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil […]

BDU-da fəlsəfə doktoru proqramı üzrə qəbul imtahanı keçirilib

Bakı Dövlət Universitetində (BDU) 2020-ci il üzrə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq üçün sənəd vermiş iddiaçılar üçün fəlsəfə fənni üzrə qəbul imtahanı keçirilib. BDU-dan Mektebgushesi.az-a bildirilib ki, imtahanlarda 96 nəfər iştirak edib. İmtahanlarda BDU-nun doktoranturasına sənəd verənlərlə yanaşı, digər universitetlərə qəbul olmaq istəyən iddiaçılar da iştirak ediblər.

Mingəçevir Dövlət Universitetinin rektoru Azərbaycanın İstanbuldakı Baş konsulu ilə görüşüb

2021-ci ilin 11 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyəyə səfəri çərçivəsində Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş konsulu Nərminə Mustafayeva ilə görüşüb. Görüşdə yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-nun İstanbul şəhərində yerləşən müvafiq ali təhsil müəssisələrinin qabaqcıl təcrübəsindən və böyük potensialından faydalanması imkanları müzakirə olunub. MDU-da tədrisin məzmununun təkmilləşdirilməsi, elmi fəaliyyətin […]

BDU alimlərinin məruzələri beynəlxalq konfransın materiallarında dərc edilib

Ukrayna Milli Aviasiya Universitetinin təşəbbüsü və dünyanın 10-dan artıq nüfuzlu ali məktəbinin, o cümlədən Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə keçirilən “Sosial dəyişim dövründə müasir hüquq” adlı XI Beynəlxalq elmi-praktik konfransın materialları iki cilddə nəşr olunub. Bu barədə Mektebgushesi.az-a BDU-dan məlumat verilib. Bildirilib ki, nəşrdə BDU-nun Hüquq fakültəsinin 20-dən çox aliminin – Əmir Əliyev, […]

“UniLab” layihəsi çərçivəsində növbəti virtual görüş keçirilib

Xəzər Universitetinin tərəfdaş olduğu Erasmus+ UniLab layihəsi çərçivəsində tərəfdaş ali təhsil müəssisələrinin növbəti virtual görüşü keçirilib. Universitetdən bildirilib ki, görüşdə layihə koordinatoru Carme Royo gündəlikdə duran məsələləri təqdim edib. Sonra may ayına qədər görüləcək işlər barədə müzakirə aparılıb. Layihənin məqsədlərinin və nəticələrinin tərəfdaş universitetlərin əməkdaşları və tələbələri ilə yanaşı, digər ali məktəblərə və geniş ictimaiyyətə çatdırılması […]