Mektebgushesi

MDU-nun rektoru Ankara Hacı Bayram Veli Universitetini ziyarət edib

2021-ci ilin 15 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyəyə səfəri çərçivəsində Ankara şəhərində yerləşən Hacı Bayram Veli (AHBV) Universitetinin rektoru Yusuf Tekin ilə görüşüb. MDU-dan Mektebgushesi.az-a bildirilib ki, MDU-nun nümayəndə heyətini səmimi salamlayan Y.Tekin, ilk növbədə, 44 günlük Vətən Müharibəsində əldə edilən tarixi zəfər münasibətilə qonaqları təbrik edib. AHBV Universitetinin […]

AzTU-da magistrantlar üçün onlayn elmi-praktik seminar keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Magistrantların elmi tədqiqat vərdişlərinə yiyələnməsi və elmmetrik bazalardan istifadə” mövzusunda onlayn elmi-praktik seminar keçirilib. AzTU-dan Mektebgushesi.az -a bildirilib ki, seminarda TEC-in sədri Qadir Qafarov magistrantlara universitet tərəfindən göstərilən qayğıdan və onların elmi-tədqiqat işlərinə cəlb edilməsi ilə bağlı yaradılan imkanlardan bəhs edib. Bakı Mühəndislik Universitetinin (BMU) prorektoru və […]

UNEC-də “Elm günləri” keçirilir

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm günləri”nə start verilib. UNEC-dən Mektebgushesi.az-a bildirilib ki, onlayn keçirilən tədbirdə UNEC-in professor-müəllim heyəti ilə yanaşı, tanınmış alimlər, ictimaiyyət nümayəndələri və şəhid ailələrinin üzvləri də iştirak ediblər. EFTİED-nin direktoru, professor Zahid Məmmədov ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunan 27 mart Elm Günü çərçivəsində UNEC-də 15-30 mart tarixlərində “Elm günləri”nin təşkil […]

Elmar Qasımov İstanbul Texniki Universitetinin rektoru ilə görüşüb

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İstanbul Texniki Universitetinin (İTU) rektoru prof. İsmayıl Koyuncu ilə onlayn görüş keçirib. BANM-dan Mektebgushesi.az-a bildirilib ki, Elmar Qasımov İsmayıl Koyuncuyu yeni rektor təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı iki universitet arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib. Xüsusi ilə, informasiya texnologiyaları, kibertəhlükəsizlik kimi istiqamətlərdə birgə […]

ADU-nun Konfutsi İnstitutu Sumqayıt məktəbliləri üçün tədbir keçirib

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu “Çini tanı” layihəsi çərçivəsində Sumqayıt şəhər 42 nömrəli tam orta məktəbinin şagirdləri üçün Beynəlxalq Kuklaçı Gününə həsr olunmuş “Çin və Azərbaycanın mədəniyyət incisi: Danışan kuklalar” adlı tədbir keçirib. ADU-dan Mektebgushesi.az-a bildirilib ki, tədbirdə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin mədəniyyətinin incilərindən olan teatrın yaranma […]

Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan ali təhsil müəssisələrinin sayı artdı

Ölkənin ən böyük daxili təhsil şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulmuş ali təhsil müəssisələrinin sayı artdı. Belə ki, hazırda şəbəkədə olan ali təhsil müəssisələri və onların ölkə üzrə filiallarının sayı 33-ə çatdırılıb. Vahid intranet şəbəkəsinə qoşulan bütün ali təhsil müəssisələri yüksəksürətli və filtrasiya olunmuş internet, İP telefoniya, videokonfrans və texniki dəstək kimi xidmətlərlə təmin […]

Azərbaycan Turizm və Menecment Universiteti Karyera Mərkəzləri Şurasının İdarə Heyətində təmsil olunacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə Azərbaycanda ali məktəblərin Karyera Mərkəzləri Şurasının yaradılmasına dair növbəti görüş keçirilib. Görüşdə iştirak edən universitet təmsilçiləri yeni yaradılacaq Karyera Mərkəzləri Şurasının İdarə Heyətinə seçilmək üçün təqdimat və təkliflər irəli sürüblər. Təqdimatçılar arasında Azərbaycan Turizm və Menecment Universitetinin karyera və kommunikasiya şöbəsinin əməkdaşı Aida […]

Azərbaycan Texniki Universitetində magistrantlar üçün onlayn elmi-praktik seminar

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Magistrantların elmi tədqiqat vərdişlərinə yiyələnməsi və elmmetrik bazalardan istifadə” mövzusunda onlayn elmi-praktik seminar keçirilib. AzTU-dan AZƏRTAC-a bildirilib ki, seminarda TEC-in sədri Qadir Qafarov magistrantlara universitet tərəfindən göstərilən qayğıdan və onların elmi-tədqiqat işlərinə cəlb edilməsi ilə bağlı yaradılan imkanlardan bəhs edib. Bakı Mühəndislik Universitetinin (BMU) prorektoru və […]

LDU-da narkomaniya ilə bağlı maarifləndirici tədbir keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə tədbirləri çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Mektebgushesi.az xəbər verir ki, onlayn keçirilən tədbiri LDU-nun Sosial məsələlər üzrə prorektoru dosent Kamran Kazımov açıb. Tədbirin olduqca vacib bir məsələyə həsr olunduğunu deyən Kamran Kazımov narkomaniyanı bütün əsrlərin ən dəhşətli sosial bəlası adlandırıb.Bildirib ki, tədbirin əsas məqsədi […]

AzMİU-da martın 29-da doktoranturaya ixtisas fənni üzrə qəbul imtahanı keçiriləcək

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ixtisas fənni üzrə doktoranturaya qəbul imtahanı martın 29-da keçiriləcək. Universitetin Doktorantura şöbəsinin müdiri Zöhrab Xəlilovdan aldığımız məlumata görə, imtahan koronavirus (COVİD-19) pandemiyası dövrünə təsadüf etdiyindən karantin qaydalarına əməl etmək üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Belə ki, imtahanlar keçirilən zalda öncədən qabaqlayıcı dezinfeksiya tədbirləri həyata keçiriləcək. Xəstəliyin yayılmasının qarşısının […]

Mingəçevir Dövlət Universiteti Qazi Universiteti ilə əməkdaşlıq edəcək

  2021-ci ilin 15 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyə Respublikasına səfəri çərçivəsində Ankara şəhərində yerləşən Qazi Universitetinin rektoru Musa Yıldız ilə görüşüb. MDU-nun nümayəndə heyətini Qazi Universitetində salamlamaqdan məmnun olduğunu vurğulayan M.Yılmaz qardaş Azərbaycana olan sonsuz sevgisini bildirib və qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasına hazır olduğunu diqqətə çatdırıb. M.Yılmaz əsası […]

ADPU əməkdaşları ERASMUS+ layihəsi çərçivəsində beynəlxalq seminarda iştirak ediblər

Mart ayının 10-11-də Niderlandın Vitenborq Universitetinin koordinatoru olduğu “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində təlim, tədris və qiymətləndirmədə təhsilin daxili keyfiyyət təminatının inkişaf etdirilməsi” layihəsi çərçivəsində iki günlük seminar keçirilib. Seminar tərəfdaş ali təhsil müəssisələrində daxili keyfiyyət təminatına dair görülmüş işlərə həsr olunub. Təlimdə Avropanın Niderland, İspaniya və Almaniya kimi ölkələrinin universitetləri ilə yanaşı, Rusiyanın […]

ABŞ-ın Azərbaycandakı səfiri ADPU ilə memorandum imzalayıb

  Martın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə “Birgə və Sağlam” İctimai Birliyi arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması mərasimi keçirilib. Amerika Birləşmiş Ştatlarının (ABŞ) Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə, Qara Dəniz Əməkdaşlıq Təşkilatının (Black Sea Trust GMF) təşkilati dəstəyi ilə reallaşan “Hər kəs üçün bərabər təhsil hüquqları” layihəsi çərçivəsində […]

ADNSU tələbələri İdarəetmə Sistemləri İnstitutunda təcrübə keçiblər  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) informasiya texnologiyaları və idarəetmə fakültəsinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə IV kurs tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda istehsalat təcrübəsi keçirlər.   Mektebgushesi.az xəbər verir ki, elmi müəssisədən bildirilib ki, tələbələrə institutun sərgi zalında texnoloji proseslərin avtomatlaşdırılması istiqamətində görülən işləri əks etdirən natural eksponatlar əyani şəkildə göstərilərək izah […]

BANM beynəlxalq innovativ müsabiqəsinin qalibi olub

Bakı Ali Neft Məktəbinin (BANM) startap layihəsi British Council tərəfindən təşkil olunan beynəlxalq #DestinationZero innovativ müsabiqəsinin qalibi olub. BANM-dan Mektebgushesi.az-a verilən məlumata görə, layihə inkişaf etdirilməsi üçün 5000 funt-sterlinq dəyərində maliyyə dəstəyi əldə edib. Belə ki, Ali Məktəbin “Climasel” layihəsi final mərhələsində uğur qazanan 10 uğurlu innovativ ideyadan biri olub. Müsabiqənin əvvəlki mərhələsində finalda yarışmaq […]