Mektebgushesi

Türkiyə-Azərbaycan əməkdaşlığı regionda sülhün və sabitliyin qarantıdır

XX əsr Azərbaycanın istiqlal mübarizəsində tarixə “Qurtuluş günü” kimi əbədiyyən həkk olunan 15 sentyabr Bakının azadlığı günü türk və azərbaycanlı igidlərin “qan ilə qazandıq zəfəri, verməyiz əldən” şüarı sayəsində gerçəkləşdi. Azərbaycanın, Bakının azadlığı uğrunda aparılan bu mübarizədə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz müsəlman ordusunun əzmi, azərbaycanlıların vətənpərvərliyi, xalqın azadlıq istəyi zəfər, qalibiyyət salnaməsini yazdı. Ümumilli […]

ADPU rəhbərliyi professor Şahlar Əsgərova başsağlığı verir

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərova həyat yoldaşı Almaz xanımın vəfatı ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri adından dərin hüznlə başsağlığı verir, mərhum Almaz xanıma Allahdan rəhmət diləyirik. Allah rəhmət eləsin !

AzTU-nun tərəfdaşı olduğu beynəlxalq layihə üzrə onlayn işçi görüş keçirilib

Avropa Birliyinin maliyyələşdirdiyi ERASMUS+KA2 proqramı çərçivəsində həyata keçirilən  (618860-EPP-1-2020-1-EL-EPPKA2-CBHE-JP)  “Rusiya Federasiyası, Qazaxstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistr hazırlığı” layihəsi  çərçivəsində işçi görüş keçirilib. Görüş zamanı pandemiya dövründə layihə çərçivəsində həll olunacaq məsələlərin geniş müzakirəsi aparılıb. Mektebgushesi.az xəbər verir ki, görüşdə layihəyə […]

Mingəçevir Dövlət Universitetində Novruz bayramı münasibəti ilə tədbir keçirilib

  19 mart 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Novruz bayramına həsr olunmuş “Xarı Bülbül ətirli Novruz” adlı tədbir keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən tədbirdə, ilk növbədə, MDU-nun rektoru Şahin Bayramovun universitetin tələbə gənclərinə təbriki çatdırılıb. Tədbirdə tələbələr şanlı qələbəmiz nəticəsində xalqımızın mədəniyyətini, milli-mənəvi varlığını […]

ADPU-nun məzunu Cavid Hüseynov universitetin yeni mətbuat katibi təyin edilib

  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mart ayının 5-də keçirilən Elmi Şurasının qərarlarına müvafiq olaraq universitetdə müəyyən struktur təkmilləşdirmələri aparılıb. Şuranın qərarlarına əsasən rektor, professor Cəfər Cəfərovun martın 16-da imzaladığı əmrlə ADPU-da mətbuat işi və ictimaiyyətlə əlaqələrin təkmilləşdirilməsi, informasiya yayımı və axınının koordinasiyasının optimallaşdırılması məqsədi ilə universitetdə yeni “mətbuat katibi” ştatı təsis edilib. ADPU-nun məzunu […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşları Novruz bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər

  2021-ci ilin 20 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Novruz bayramı münasibətilə Vətən müharibəsində şəhid olmuş MDU-nun məzunları Əzəmi Hüseynov, Kənan Abdullayev və Oruc Nəcəflinin, atası şəhid olmuş tələbə Yunis Əhmədlinin, 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Adil Adilzadə, Teymur Qasımov, Rüstəm Əhmədov və Rahim Tağıyevin ailələrini ziyarət ediblər. Ailə üzvləri […]

ADPU-da “Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr” şöbəsi yaradılıb

  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mart ayının 5-də keçirilən Elmi Şurasının qərarlarına uyğun olaraq universitetdə müəyyən struktur təkmilləşdirmələri aparılıb. Rektor, professor Cəfər Cəfərovun martın 16-da imzaladığı əmrlə universitetin “İctimaiyyətlə əlaqələr və marketinq” şöbəsi və “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinin bazasında yeni şöbə – “Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr” şöbəsi yaradılıb və yeni şöbənin […]

Mingəçevir Dövlət Universiteti Erasmus+ layihəsinin açılış tədbirində təmsil olunub

  2021-ci ilin 17 mart tarixində Mingəçevir Dövlət Universiteti (MDU) “Erasmus+” proqramı çərçivəsində qalib elan edilmiş “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems” – GEOCLIC) adlı layihənin açılış tədbirində təmsil olunub. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən tədbirdə […]

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun Novruz Bayramı təbriki

  Mingəçevir Dövlət Universitetinin hörmətli professor-müəllim, inzibati-texniki heyət üzvləri! Əziz tələbələr, magistrantlar və məzunlar! Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı və bahar təravəti arzulayıram. Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Əsgərinin sayəsində 44 günlük Vətən Müharibəsində qazandığımız tarixi Zəfər bu il qədim tarixi olan Novruz bayramını tam fərqli əhvalda […]

Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib

  19 mart 2021-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov, ilk öncə, MDU-nun professor-müəllim, inzibati və texniki heyət üzvlərini, tələbə, magistrant və məzunlarını Novruz bayramı münasibətilə təbrik edib. Sonra gündəlikdə dayanan məsələlər diqqətə çatdırılıb. İclasın gündəliyinə uyğun […]

BP və tərəfdaşları ADNSU-da müəllim və tələbələrin ingilis dili biliklərinin artırılması üzrə layihəni tamamlayıb

BP şirkəti “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları SOCAR, “TPAO”, “Petronas”, “MOL”, “LUKoil”, “Nico”, “Equinor”, “Inpex”, “ExxonMobil”, “SGC”, “Itochu”, “ONGC”, “Total” və “Eni” adından Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) müəllim və tələbələrin mühəndislik sahəsi üzrə ingilis dili biliklərinin artırılması məqsədini daşıyan layihəni uğurla tamamlayıb. Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu layihə […]

Mingəçevir Dövlət Universitetində “Azərbaycan 500 ASAN Startap” proqramının infosessiyası keçirilib

2021-ci ilin 18 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsi və ASAN İnnovasiyalar Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan 500 ASAN Startap Proqramı” barədə infosessiya keçirilib. “ZOOM” platforması üzərindən onlayn formatda təşkil olunan infosessiyada MDU-nun bir qrup tələbə və müəllim kollektivi üzvləri iştirak ediblər. Tədbirdə çıxış edən ASAN İnnovasiyalar Mərkəzinin əməkdaşlıq üzrə meneceri […]

BDU Elmi Şurasının növbəti iclası keçirilib

  Bu gün Bakı Dövlət Universiteti (BDU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib. İclasda BDU-nun rektoru Elçin Babayev qarşıdan gələn Novruz Bayramı münasibətilə BDU əməkdaşlarını və tələbələri təbrik edib, sonra 2020/2021-ci tədris ilinin yaz semestri üzrə onlayn dərslərin gedişi və təcrübələr haqqında məlumat verib. E.Babayev 2020/2021-ci tədris ilinin yaz semestrinin təşkilində əldə olunan uğurlar, Universitet […]

ADPU TV onlayn YouTube televiziyası fəaliyyətə başlayıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ictimaiyyətlə əlaqələrini daha da inkişaf etdirmək məqsədi ilə ADPU Sosial Media Marketinq komandası (ADPU SMM) 2020-ci ilin oktyabrından universitetin rəsmi sosial media hesablarını yenidən quraraq instagram və twitterdə vahid rəsmi səhifələr yaradıb, ilk dəfə universitetin rəsmi telegram kanalını istifadəyə verib. 5 aydan az müddətdə fərqli konseptdə və operativ fəaliyyət göstərən […]

Azərbaycan 500 ASAN Startap Proqramı

 Öz startapınızı yaratmaq və startap əsaslarını öyrənmək istəyirsinizsə dünyanın aparıcı şirkətlərindən olan “500 Startups” ilə birgə təsis edilən “Azərbaycan 500 ASAN Startap Proqramı”na qeydiyyatdan keçin. Niyə “Azərbaycan 500 ASAN Startap Proqramı”nda iştirak etməlisiniz? Tamamilə ödənişsiz, dünyada təsdiqini tapmış proqram ilə xarici mentorlardan öyrənmə şansı Səninlə eyni ideyaları paylaşan təsisçilər ilə tanış olmaq və geniş şəbəkəyə qoşulmaq […]