Mektebgushesi

#VİKİADPU layihəsi çərçivəsində könüllü tələbələr Azərbaycanca vikipediyaya 28 yeni məqalə əlavə edib

  Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri İctimai Birliyinin (ADPU TKİB) Qorqud Vikipediya Metodiki Klubu (QVMK) ilə birgə ADPU tələbələri üçün təşkil etdikləri onlayn praktik vikipediya təlim kursu – #VİKİADPU çərçivəsində təlimlərdə vikipediyada məqalə yaratmağı mənimsəyən könüllü tələbələr, o cümlədən müəllimlər tərəfindən vikipediyanın Azərbaycandilli seqmentində Vətən müharibəsi şəhidləri, ictimai-siyasi xadimlər və elmi mövzular haqqında yeni […]

BDU-da keçirilən “İlin alimi” müsabiqəsinin qalibləri müəyyənləşib

Bakı Dövlət Universitetində (BDU) 27 mart – Elm Gününə həsr olunmuş onlayn tədbir keçirilib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, tədbirdə BDU-nun rektoru Elçin Babayev son illər ölkəmizdə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində həyata keçirilən dövlət tədbirləri barədə məlumat verib. E.Babayev Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə Elm Gününün təsis […]

Gömrük Akademiyasının Vətən müharibəsində iştirak etmiş məzunu təhsilini fərqlənmə ilə bitirib

  Dövlət Gömrük Komitəsinin Akademiyasının Vətən müharibəsində iştirak etmiş “Hüquqşünaslıq” ixtisası üzrə məzunu Qazaxov Elvin Sabir oğlu Akademiyanı fərqlənmə ilə başa vurub. Fərqlənmə diplomunu ona Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov təqdim edib. Elvin Qazaxov 2019/2020-ci tədris ilində Gömrük Akademiyasından məzun olub, 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb. O, ölkəmizin ərazi bütövlüyünün […]

Azərbaycan İlahiyyat İnstitutunda “İslama görə qadının dəyəri” mövzusunda vebinar keçirilib

  Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “İslama görə qadının dəyəri” mövzusunda vebinar keçirilib. “Microsoft Teams” proqramı üzərindən onlayn təşkil olunan tədbirdə Aİİ-nin müəllimləri, əməkdaşları və tələbələri iştirak ediblər. Aİİ İslamşünaslıq kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Əhmədzadə mövzu ətrafında məruzə ilə çıxış edib. İslamın qadına verdiyi dəyərdən söhbət açan məruzəçi Qurani-Kərimdən və hədislərdən dəlillər gətirərək […]

Magistrantların elmi-pedaqoji təcrübəsi davam edir

Azərbaycan Texniki Universitetinin (AzTU) II kurs magistrantlarının elmi-pedaqoji təcrübələri uğurla davam edir. AzTU-dan Mektebgushesi.az -a bildirilib ki, magistrantlar təcrübə rəhbərləri ilə birlikdə bakalavrların dərs prosesinə qoşularaq assistent kimi iştirak edir. Ötən tədris ilindən başladılan “Gələcəyin müəllimi” layihəsi çərçivəsində müsahibə yolu ilə işə qəbul olunan AzTU məzunlarının uğurlu nəticələri builki magistrantların təcrübələrində motivasiya rolunu oynayır. Magistrantların […]

MDU -da magistrantların “Elm günü”nə həsr olunmuş III elmi-nəzəri konfransı keçirilib

  29 mart 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) magistrantların “Elm günü”nə həsr olunmuş III elmi-nəzəri konfransı keçirilib. Konfransda MDU-nun Pedaqoji, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrinin magistrantları, professor-müəllim heyəti üzvləri iştirak ediblər. “Microsoft TEAMS” platforması üzərindən onlayn formatda təşkil edilən konfransı açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, Azərbaycanda elm sahəsinə və alimlərə verilən […]

Mingəçevir Dövlət Universiteti Qazi Universiteti ilə birgə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş konfrans keçirəcək

6 aprel 2021-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universiteti arasında əməkdaşlıq çərçivəsində Azərbaycanın dahi şairi və türk dünyasının böyük mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş birgə konfrans keçiriləcəkdir. Universitetdən Mektebgushesi.az-a bilrilib ki,  “Zoom” platforması üzərindən onlayn formatda təşkil ediləcək konfransda Qazi Universitetinin rektoru Musa Yıldız və MDU-nun rektoru Şahin […]

BDU-da keçirilən rəsm müsabiqəsinin qalibləri – FOTO

BDU-da keçirilən rəsm müsabiqəsinin qalibi: “Mən qəhrəman xalqın nümayəndəsi olmağımla qürur duyuram və bu əsəri canından keçən şəhidlərimizə, qəhrəman qazilərimizə və cənab Ali Baş Komandana həsr etmişəm” Bildiyiniz kimi, Bakı Dövlət Universitetinin tələbə və magistrantları arasında elan olunmuş “Vətən müharibəsi BDU tələbələrinin gözü ilə” onlayn rəsm müsabiqəsinin nəticələri elan olunub. Komissiya üzvlərinin qərarına əsasən qaliblər […]

AzTU ilə “STP Global Cable” MMC-nin rəhbərliyi arasında işgüzar görüş keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “STP Global Cable” MMC-nin rəhbərliyi arasında işgüzar görüş keçirilib. Görüşdə rektor Vilayət Vəliyev, şirkətin direktoru Abdurrahman Güngör və hər iki tərəfdən nümayəndələr iştirak edib. Qeyd olunub ki, universitetin nəzdində STP Global Cable akademiyasının təşkili, şirkətin mütəxəssislərinin tədrisə cəlb olunması və ən son istehsal idarəetməsi texnologiyasının tətbiqi tələbələrin praktiki biliklərinin təkmilləşməsinə […]

“Yaz Elm Festivalı” na start verilir

Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Elmi Cəmiyyəti (TEC)  “Yaz Elm Festivalı” na start verir. Universitetdən bildirilib ki, festivalda universitet və orta məktəblərdən komandalar öz elmi layihələri ilə çıxış edə bilərlər. İştirakçılar elmi yeniliklər, kəşflər və ixtiralar, tədqiqat nəticələri, həmçinin maraqlı olduğunu düşündükləri istənilən elmi mövzuda təqdimat etmək imkanına malikdirlər. Festivala qatılmaq istəyən tələbə və şagirdlər […]

UNEC-də “Karyerada 10 uğurlu addım” adlı təlim keçirilib

İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyi və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Maliyyə və mühasibat fakültəsinin təşkilatçılığı ilə “Karyerada 10 uğurlu addım” adlı təlim keçirilib. UNEC-dən Mektebgushesi.az-a verilən məlumata görə,  təlimdə “Fred’s English” beynəlxalq ingilis dili mərkəzinin direktoru Tofiq Ələkbərli tələbələrə uğurlu karyera planlaması, əmək bazarında mövqeyi möhkəmləndirməyin yolları və s. mövzulardan danışıb. Sonda fəal tələbələrə sertifikatlar […]

LDU-da “Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib

  Azərbaycan Respublikası Prezidentinin hər il 27 mart tarixinin “Elm günü” kimi təsis edilməsi haqqında Sərəncamının icrası məqsədilə Lənkəran  Dövlət Universitetində  (LDU) “Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib. Onlayn keçirilən tədbiri  LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov  açıb və iştirakçıları “Elm günü” münasibətilə təbrik edib. Bildirib ki, 2018-ci il aprelin 9-da Prezident İlham […]

ADAU-nun kafedra müdiri vəfat edib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) kafedra müdiri vəfat edib. Bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib. “Azərbaycan Dövlət Aqrar Universitetinin Ekologiya və meşəçilik kafedrasının müdiri Zakir İbrahimovun vəfatı ilə əlaqədar olaraq ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı veririk. Allah rəhmət eləsin”, – universitetdən bildirilib.

AzTU-nun tərəfdaşı olduğu beynəlxalq layihə üzrə onlayn görüş

Avropa Birliyinin maliyyələşdirdiyi ERASMUS+KA2 proqramı çərçivəsində həyata keçirilən  (618860-EPP-1-2020-1-EL-EPPKA2-CBHE-JP)  “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistr hazırlığı” layihəsi  çərçivəsində işçi görüş təşkil edilib. Onlayn görüş zamanı pandemiya dövründə layihə çərçivəsində həll olunacaq məsələlərin geniş müzakirəsi aparılıb. Görüşdə layihəyə cəlb […]

ATU-nun prorektoru “Avropa Ordeni” ilə təltif edilib

Azərbaycan Tibb Universitetinin (ATU) tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev iki beynəlxalq mükafata layiq görülüb. Universitetdən bildirilib ki, professor dünya elm və təhsil sahəsində xidmətlərinə görə BMT-nin İctimai Mükafatlar üzrə Şurasının (UNCOPA) Beynəlxalq Mükafatlar Komitəsinin “Avropa Ordeni” ilə təltif edilib. Qeyd edək ki, İctimai Mükafatlar Şurası (UNCOPA) İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən […]