Mektebgushesi

BDU və Türk Dünyası Jurnalistlər Federasiyası arasında əməkdaşlıq protokolu imzalanıb

  Bakı Dövlət Universiteti (BDU) və  Türk Dünyası Jurnalistlər Federasiyası arasında  əməkdaşlıq protokolu imzalanıb. Protokolu BDU-nun rektoru Elçin Babayev və Türk Dünyası Jurnalistlər Federasiyasının prezidenti Menderes Dəmir imzalayıb. Protokolun məqsədi BDU və Türk Dünyası Jurnalistlər Federasiyası arasında müştərək layihələrin reallaşdırılması istiqamətində effektiv və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmaqdır. Memoranduma əsasən, yüksəkixtisaslı jurnalist kadrların hazırlanması, media […]

BDU rektoru qəbul imtahanlarında ən yüksək nəticə göstərən tələbələrlə görüşüb

  Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev 2023-2024-cü tədris ili üzrə qəbul imtahanlarında 670-dən yuxarı bal toplayan BDU tələbələri Nuranə Payızova, Kübra Həsənzadə, Zəhra Hüseynova, Aysu Rəcəbova və Səmayə Abbasquliyeva ilə görüşüb. Rektor tələbələri qəbul imtahanlarında qazandıqları yüksək nəticələrə görə təbrik edib, onlara uğurlar arzulayıb. Elçin Babayev diqqətə çatdırıb ki, son 3 ildə BDU-da […]

LDU nümayəndə heyəti İstanbul Universitetində olub – FOTO

  Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov başda olmaqla LDU-nun nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin İstanbul Universitetində olub. Universitetdən mektebgushesi.az-a verilən məlumata görə, səmimi və işgüzar şəraitdə keçən görüşdə bu iki ali təhsil ocağı arasında qarşılıqlı əməkdaşlığın yaranması, müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi, ikili diplom layihələri ilə bağlı işlərin başlanması, birgə elmi tədbirlərin keçirilməsi və s. müzakirə […]

SDU-nun prorektoru vəzifəsindən azad edilib

Sumqayıt Dövlət Universitetinin (SDU) Elm və innovasiyalar üzrə prorektoru Məmmədov Ramazan Salam oğlu öz ərizəsi ilə vəzifəsindən azad olunub. Mektebgushesi.az xəbər verir ki, o, bundan sonra Xarici dillər kafedrasında professor-məsləhətçi kimi fəaliyyət göstərəcək. Ramazan Məmmədov 01.07.1944-cü il tarixdə Qax rayonunun Qum kəndində dünyaya gəlib. 1991-ci ildən 2014-cü ilədək SDU-da dosent, professor, kafedra müdiri vəzifələrində çalışıb. 2014-cü […]

Türkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olub

  Türkiyənin Milli Müdafiə Nazirliyinin tərkibindəki Makina və Kimya Sənayesi Korporasiyasının baş direktoru professor İlhami Keleşin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) olub. Universitetdən mektebgushesi.az-a verilən məlumata görə, AzTU-nun fəaliyyəti barədə nümayəndə heyətinə geniş məlumat verən rektor Vilayət Vəliyev müasir dövrdə mühəndislik universitetlərində tədris və tədqiqatın keyfiyyətinin yüksəldilməsində universitet-sənaye əməkdaşlığının […]

Universitetlərdə innovativ təhsilin inkişafı məsələləri müzakirə edilib

Oktyabrın 25-də İnnovasiyalara və İnkişafa Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Universitetlərdə innovativ təhsilin inkişafı üçün tədqiqat işinin aparılması” layihəsi çərçivəsində tədbir keçirib. Universitetdən mektebgushesi.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan İB-nin sədri Səyavuş Qasımov deyib ki, layihənin əsas məqsədi Azərbaycanda ali təhsil sahəsində olan problemləri araşdıraraq […]

ADNSU-da beynəlxalq konfrans çərçivəsində Türk Dünyası Dövlətlərinin Enerji Universitetlərinin Assosiasiyası yaradılıb

Oktyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “Türk Dünyasının Enerji Lokomotivləri” adlı Beynəlxalq elmi-praktiki konfrans işinə başlayıb. Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin banisi, Ulu öndər […]

LDU Ankara Universiteti ilə əməkdaşlıq edəcək – FOTO

Lənkəran Dövlət Universitetinin rektoru prof. Natiq İbrahimov başda olmaqla LDU-nun nümayəndə heyəti 24.10.2023-cü il tarixdə Türkiyə Respublikasının Ankara Universitetində işgüzar səfərdə olub. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, nümayəndə heyətinin üzvləri ilk öncə Ankara Universitetinin rektoru prof. Necdet Ünüvarla görüşüblər. Mehribanlıq və səmimilk şəraitində keçən görüş zamanı universitetlər arası əlaqələrin möhkəmləndirilməsi ətraflı müzakirə olunub, əməkdaşlığın istiqamətləri barədə […]

Türkiyənin Qafqaz Universitetinin nümayəndə heyəti Azərbaycan Dövlət Pedaqoji Universitetində olub  

Oktyabrın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Qafqaz Universitetinin (Qars) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Qafqaz Universitetinin rektoru professor Hüsnü Kapu, prorektor Engin Kılıç, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Hacali Necefoğlu, ADPU-dan isə universitetin rektoru, professor Cəfər Cəfərov, Beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, elm və […]

LDU ilə Türkiyənin Qazi universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

  Lənkəran Dövlət Universitetinin rektoru prof. Natiq İbrahimov başda olmaqla LDU-nun nümayəndə heyəti 23.10.2023-cü il tarixdə Türkiyə Respublikasının Qazi Universitetində işgüzar səfərdə olub. Nümayəndə heyətini ilk öncə Qazi Universitetinin  rektoru prof. Musa Yıldız qəbul edib. Mehribanlıq və səmimilk şəraitində keçən görüş zamanı universitetlər arası əlaqələrin möhkəmləndirilməsindən ətraflı söz açılıb. Universitetdən mektebgushesi.az-a verilən məlumata görə, səfər […]

BMU ilə Türkiyənin Kafkas Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

  Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Türkiyənin Kafkas Universitetinin (Qars) rektoru Hüsnü Kapı ilə görüşüb. Universitetdən mektebgushesi.az-a verilən məlumata görə, görüşdə Yaqub Piriyev eyni kökə, dilə, dinə mənsub olan Azərbaycan və Türkiyə xalqlarının mövcud münasibətlərinə diqqət çəkib və hazırda bütün dünyanın iki ölkənin simasında əsl qardaşlıq nümunəsinin şahidi olduğunu bildirib. Prezident İlham Əliyevlə […]

AzMİU alimi hündür “ağıllı” binalarda seysmik davamlılığa nəzarət prosesini tədqiq edib

  Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnformasiya texnologiyaları və sistemləri” kafedrasında 18 oktyabr 2023-cü il tarixində elmi seminar keçirilib. Universitetdən mektebgushesi.az-a verilən məlumata görə, seminarda professor Nailə Musayevanın “Hündür “ağıllı” binalarda seysmik davamlılığın pozulmasının gizli dövrünün başlanmasının “noise” nəzarət texnologiyaları” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, seysmik aktiv rayonlarda təhlükəsizliyin təmin edilməsi üçün hündür mərtəbəli […]

BDU-da yeni geosiyasi şəraitdə sosial inkişafın planlaşdırılmasına dair Respublika elmi konfransı keçirilib

  Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə  “Yeni geosiyasi şəraitdə sosial inkişafın planlaşdırılması və proqnozlaşdırılması yolları” mövzusunda Respublika elmi konfransı keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransın açılış mərasimində BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov […]

BDU, “LU-MUN Holding” və İstanbul Universiteti birgə layihənin icrasına başlayıb

  Bakı Dövlət Universiteti (BDU), “LU-MUN Holding” və İstanbul Universiteti “Universitet-özəl sənaye sektoru” işbirliyi modeli çərçivəsində “Kür çayı və Xəzər dənizi suyunun abiotik amillərinin akvakultura şəraitində yetişdirilən nərəkimilərin rifahına təsirinin müqayisəli tədqiqi” adlı birgə elmi layihənin icrasına başlayıb. Bu barədə Mektebgushesi.az -a BDU-dan məlumat verilib. Tədqiqat layihəsinin əsas məqsədi akvakulturada, duzlu və ya şirin suda […]

MDU magistrantı Türkmənistanda beynəlxalq elmi müsabiqədə uğur qazanıb

  Mingəçevir Dövlət Universitetinin (MDU) magistrantı Murad Baxşəliyev Türkmənistanda “Yüksək texnologiyalar və innovativ layihələr” (High Technologies and Innovative Projections) adlı gənclər arasında beynəlxalq elmi yarışmada iştirak edib. Müsabiqə bu ilin mart ayında Türkmənistanın Elmlər Akademiyası, Təhsil Nazirliyi və Məhtimqulu adına Gənclər Təşkilatının Mərkəzi Şurası tərəfindən elan edilib. Azərbaycan, Belarus, Vyetnam, Gürcüstan, Qazaxıstan, Çin, Malayziya, Tacikistan, […]