Mektebgushesi

ADU-da 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib  

Noyabrın 6-da Azərbaycan  Dillər Universitetində 8 Noyabr – Zəfər gününə həsr olunmuş tədbir keçirilib. Öncə Azərbaycan  Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ADU-nun rektoru, akademik Kamal Abdulla universitet kollektivini Azərbaycan xalqının tarixi qələbəsinin üçüncü ildönümü münasibətilə təbrik edib. Qeyd olunub ki, Vətən müharibəsi Azərbaycanın şanlı […]

ADNSU-da 8 Noyabr -Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

  Noyabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 8 Noyabr -Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Vətən Müharibəsində şəhid olmuş ADNSU məzunlarının xatirəsinə salınmış kompleksin önünə əklil qoyulması ilə başlanan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə […]

AzTU-da 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib

  Noyabrın 8-də Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən 3 il ötür. Bu münasibətlə Azərbaycan Texniki Universitetində (AzTU) tədbir keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, şəhid ailələrinin üzvləri, qazilər, Yasamal Rayon İcra Hakimiyyətinin, YAP Yasamal rayon təşkilatının və universitetinin nümayəndələri iştirak edib. Mektebgushesi.az xəbər verir ki, əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz […]

“Qoşma TV” adlı yeni yutub kanalı yaradılıb  

Xalq yazıçısı Kamal Abdullanın ötən əsrin 80-ci illərində, Azərbaycan Dövlət Televiziyasında apardığı və geniş şöhrət qazanmış “Qoşma” verilişi “Yeni qoşma” adı ilə yenidən bərpa edilib. Sözügedən veriliş “Qoşma TV” adlı yeni yaradılmış yutub kanalında yayımlanacaq. Bu kanalda tanınmış ədəbiyyat və mədəniyyət xadimləri ilə, eləcə də müxtəlif sahələrdə öz işinin peşəkarı olan insanlarla maraqlı söhbətlər yayımlanacaq. […]

Mingəçevirdə Əmək Yarmarkası və MDU Birinci Məzun Forumu keçirilib

  2023-cü ilin noyabrın 3-də Mingəçevir Dövlət Universiteti (MDU) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Agentliyinin (DMA) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş əmək yarmarkası və MDU Birinci Məzun Forumu keçirilib. Elm və Təhsil Nazirliyi, ƏƏSMN və Mingəçevir şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil […]

Azərbaycan Dillər Universitetində ənənəvi Çin Təbabəti Həftəsi keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) “Ənənəvi Çin təbabəti üsullarından istifadə etməklə diaqnostika və müalicə həftəsi” keçirilib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, Çindən dəvət olunmuş, məşhur ənənəvi Çin təbabəti həkimi, Çjetszyan Ənənəvi Çin Tibb Universitetinin professoru, Çjetszyan Ənənəvi Çin Təbabəti Cəmiyyətinin üzvü Vanq Quanqing və Çjetszyan Çjetszyan Ənənəvi Çin Tibb Universitetinin klinikasının Onurğa Xəstəliklərinin Diaqnozu və Müalicəsi Mərkəzinin […]

Səfir Cahit Bağçı: “Hesab edirəm ki, AzMİU Azərbaycanın İstanbul Texnik Universitetidir”

  Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub. AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və səfir Cahit Bağçı arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. Rektor çıxış edərək Azərbaycan və Türkiyə arasındakı tarixi qardaşlıq, dostluq əlaqələrinə diqqət çəkib və bu əlaqələrin Şuşa Bəyannaməsi ilə strateji müttəfiqliyə […]

UFAZ-da Strasburq Universitetinin tələbə biletlərinin təqdimetmə mərasimi keçirilib

Noyabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) birinci kurs tələbələrinə Strasburq Universitetinin tələbə biletlərinin təqdimetmə mərasimi keçirilib. Tədbirdə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, UFAZ-ın icraçı direktor əvəzi Lətifə Nəsibova və baş katib Elizaveta Bydanova və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan UFAZ-ın icraçı direktor […]

   AzTU tələbələrinin Ağsu və Qəbələyə ekskursiyası təşkil olunub – FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşın dizaynı və sənaye texnologiyaları kafedrasının təşkilatçılığı ilə Maşınqayırma və robototexnika fakültəsində qida mühəndisliyi ixtisası üzrə təhsil alan II kurs tələbələrinin (bakalavr) Ağsu rayonunda “AzGranata” Məhdud Məsuliyyətli Cəmiyyətinə ekskursiyası təşkil olunub.   Tələbələr burada məhsulun qəbulu və emalı sexləri ilə tanış olub, şirələrin alınması və qablaşdırılması proseslərini izləyiblər. Tədqiqat laboratoriyasında qida məhsullarının tədqiqi üsulları […]

İraq Nümayəndələr Şurasının üzvləri ADU-nun qonağı olub

Noyabrın 1-də Azərbaycan Dillər Universitetində (ADU) İraq Respublikası Nümayəndələr Şurasının sədri və üzvləri ilə görüş keçirilib. Görüşdə İraq Respublikasının Nümayəndələr Şurasının İnsan haqları komitəsinin sədri Ərşad Rəşad Əl-Salihi, şura üzvləri Nuruldin Hüssein Qublan, Luqman Əhməd Nəcm, Qərib Əsgər Naqi, İbrahim Vəzir Ənvər iştirak edib. ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun […]

Türkiyəli mütəxəssislər AzMİU-da: Müəllim və tələbələr İstanbulda içməli suyun idarə olunması prosesini öyrəniblər

  Türkiyənin  su və tullantı su sektorunda aparıcı qurum olan İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) mütəxəssisləri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) seminar keçiblər. Seminar  “Su və çirkab su tikintisi texnologiyaları”, “İstanbulda içməli suyun idarə olunması” mövzularını əhatə edib. AzMİU-nun Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri (ST və MKS) fakültəsinin aidiyyəti istiqamətlər üzrə dərs […]

ADU-da Almaniya Parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib

Oktyabrın 31-də Azərbaycan Dillər Universitetində (ADU) Almaniya Federativ Respublikasının Parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib. ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, Almaniya Parlamentinin təqaüd proqramı tələbələrin diqqət və marağına səbəb olub. Artıq ADU məzunları  neçə ildi bu proqrama qoşulub və təhsillərini Almaniyada davam etdirirlər. ADU […]

AzMİU tələbələri Cəbrayıl və Zəngilan rayonlarında aparılan tikinti-quruculuq işləri ilə tanış olublar

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri Cəbrayıl və Zəngilan rayonlarında aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Mektebgushesi.az xəbər verir ki, səfər Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti və ali məktəb arasında imzalanmış memorandumda nəzərdə tutulan fəaliyyətlər çərçivəsində təşkil edilib. Səfərin əsas məqsədi universitetin Memarlıq və İnşaat fakültələrində təhsil alan tələbələri işğaldan […]

AzTU- da seminar keçirilib

  Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) seminar keçirilib. Mektebgushesi.az xəbər verir ki, seminardan əvvəl AzTU rəhbərliyi və Milli Hidrometeorologiya Xidmətinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə “Horizon Europe” proqramı çərçivəsində əməkdaşlıq, birgə layihələr, təlim xidmətləri və s. məsələlər müzakirə olunub. Seminarı giriş sözü ilə açan elm və […]

Bakı Ali Neft Məktəbi İtaliyanın Genuya Universiteti ilə əməkdaşlıq edəcək

SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) ilə İtaliyanın Genuya Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi BANM-in rektoru Elmar Qasımov və İtaliyanın Genuya Universitetinin Mülki, Kimya və Ətraf mühit mühəndisliyi kafedrasının professoru Agostino Bruzzone imzalayıb. Memorandum müəllim, professor, tədqiqatçı, əməkdaş və tələbələrin mübadiləsi, bakalavriat, magistratura və doktorantura proqramlarının həyata keçirilməsi, birgə diplom və ya ikili dərəcə […]