Mektebgushesi

BDU və Çexiyanın Karlova Universiteti əməkdaşlıq əlaqələrinin 45 illiyini qeyd etdi

Bakı Dövlət Universiteti və Çexiyanın Karlova Universiteti arasında dostluq və əməkdaşlıq əlaqələrinin 45 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Rektor, akademik Abel Məhərrəmov bildirib ki, 1972-ci ildə BDU və Karlova Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında müqavilə hər iki ali təhsil ocağı üçün səmərəli olub, təhsil və elmimizə fayda gətirib. Ötən illər ərzində 500-dən çox professor-müəllim […]

Sorğunun nəticəsi: Peşə məktəblərinin verdiyi bilik və bacarıqlar özəl şirkətlərdəki işlərlə həmahəng deyil

Son 1 il ərzində Avropa İttifaqı (Aİ) tərəfindən Azərbaycanda fəaliyyət göstərən 300-ə yaxın özəl şirkət tərəfindən sorğu keçirilib. Sorğu nəticəsində məlum olub ki, peşə təhsili müəssisələrinin verdiyi bilik və bacarıqlar özəl şirkətlərdə olan işlərlə həmahəng deyil”. Trend -in məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq rəhbəri Ceroen Uilyams bildirib. C.Uilyams deyib ki, bir çox […]

Tibb kursları və aldanan “tibb bacıları”: 12 aya necə bilik əldə etmək olar?! – VİDEO

Bəzi özəl kurslar tibb sahəsində təhsil verir. Bununla bağlı müxtəlif yerlərdə elanlara rast gəlirik. Əsasən də tibb bacısı hazırlığı kimi elanları görmək mümkündür. Bəs görəsən belə kurslari bitirənlər dövlət orta ixtisas məktəblərinin məzunlari ilə eyni təhsili alirmi? Yaxud özəl kurslarda 12 aya tibb bacısı olmaq mümkündürmü? Mektebgushesi.az Xezerxeber.az-a istinadla məlumat verir ki, paytaxtda fəaliyyət göstərən tədris […]

ADMİU ilə Çelyabinsk Dövlət İncəsənət İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qonağı olan Çelyabinsk Dövlət İncəsənət İnstitutunun professor-müəllim və tələbələrdən ibarət nümayəndə heyəti Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva ilə görüşüb. Görüşdə hər iki tərəf qarşılıqlı şəkildə təmsil etdikləri təhsil ocağı haqqında ətraflı məlumat verərək, fikir mübadiləsi aparıb. Daha sonra ADMİU ilə Çelyabinsk Dövlət İncəsənət İnstitutu arasında […]

ADNSU Vyetnam Sosialist Respublikasının Dostluq Ordeni ilə təftif olunub

  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı sentyabrın 21-23-də Vyetnamın Vung Tau şəhərində Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş 2-ci Azərbaycan-Vyetnam Dostluq Forumunun işində iştirak edir. Forumda çıxış edən rektor, prof. Mustafa Babanlı Vyetnam Sosialist Respublikası tərəfindən 4 ordenlə mükafatlandırılan bir ali […]

SDU-da “Bilik günü” qeyd olundu

Sentyabrın 15-də Sumqayıt Dövlət Universitetində 2017-2018-ci tədris ilinin başlanmasına və Bilik gününə həsr edilən təntənəli tədbir keçirildi. Dövlət himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan universitetin rektoru prof.Elxan Hüseynov yeni tədris ilinin başlanması münasibəti ilə professor-müəllim və tələbə heyətini təbrik etdi, onlara təhsildə və əmək fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı. Son illər Azərbaycan təhsilində qazanılan nailiyyətlərdən və […]

Azərbaycan dilçiliyində hadisə- AMEA-nın professoru ilkə imza atdı

Dünya şöhrətli alim, rus şərqşünaslığının patriarxı, Kazan və Sankt-Peterburq Universitetlərinin ordinar professoru və Sankt-Peterburq Universitetində Şərq fakültəsinin ilk dekanı Mirzə Kazımbəyin məşhur “Türk-tatar dilinin ümumi qrammatikası” əsəri (1839, 1846) “Zərdabi LTD MMC” nəşriyyatında işıq üzü görüb. Moderator.az xəbər verir ki, Azərbaycan dilinin ilk elmi qrammatkası olan kitabın nəşrindən 178 il sonra onu rus dilindən Azərbaycan dilinə […]

Yeni dərs ilinin başlanması ilə əlaqədar təhlükəsizlik aylığı keçiriləcək

Bu ilin 7 ayında yol-nəqliyyat hadisələrində 26 azyaşlı ölüb, 122 nəfər xəsarət alıb Yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabrın 10-dan oktyabrın 10-dək respublika ərazisində “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığı keçiriləcək. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. Məlumata görə, ölkədə, o cümlədən […]

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşlarının elmi işi müsabiqə laureatı olub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun “Arktika regionlar üçün seysmomüdafiənin dayanıqlı sistemlərinin uyğunlaşması” elmi işi Rusiya Energetika Nazirliyinin dəstəyi ilə keçirilən “2017-ci ildə Arktikanın və qitə şelfinin mənimsədilməsinə və inkişafına yönəlmiş beynəlxalq elmi, elmi-texniki və innovativ inkişaf müsabiqəsi”nin nəticəsinə görə laureat olub. Layihənin hazırlanmasında İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, institutun əməkdaşları, […]

Azərbaycanlı alimlər “EquaDiff-2017” beynəlxalq konfransında məruzə ilə çıxış ediblər

Slovakiyanın Bratislava şəhərində Slovak Texnologiya Universitetində diferensial tənliklər üzrə keçirilən ənənəvi “EquaDiff-2017” beynəlxalq konfransında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçiləri Anar Rəhimov və Elşən İbayev ölkəmizi təmsil ediblər. Tədbirə dünyanın 40-a yaxın ölkəsindən 400-dən çox nüfuzlu alim qatılıb. İnstitutdan AZƏRTAC-a bildirilib ki, A.Rəhimov minisimpoziumda “Qeyri-lokal şərtlərlə verilmiş tərs mənbə məsələlərinin ədədi […]

Yenicə təyin olunmuş direktor müzakirələrə səbəb oldu

Azərbaycanda yeni tədris ilinin başlanmasına bir aydan da az vaxt qalıb. Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə bir neçə məktəbin direktoru dəyişdirilib. Həmin məktəblərdən biri də Sumqayıtda fəaliyyət göstərən 25 nömrəli tədris ocağıdır. Sosial şəbəkələrdə sözügedən məktəbə gənc xanımın təyinat alması barədə məlumatlar yayılıb. Mektebgushesi.az Qafqazinfo-ya istinadən xəbər verir ki, şəbəkə istifadəçiləri xanım direktor Arzu Alızadənin […]

Sumqayıtda 6 məktəbə direktor təyin olundu – SİYAHI

Sumqayıt şəhərinin 6 orta ümumtəhsil məktəbinə direktor təyinatı olub. Enter.News xəbər verir ki, bununla bağlı Təhsil naziri Mikayıl Cabbarov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Səadət Məmmədova 4 nömrəli, İlahə Həsənli 11 nömrəli, Pərvanə Ramazanova 19 nömrəli, Arzu Alızadə 25 nömrəli, Valid Mustafayev 27 nömrəli tam orta məktəbin, Qönçə Səftərova isə “Təfəkkür” liseyinin direktoru təyin olunublar. İndiyədək bu məktəblərdə […]

Bu müəllimlər diaqnostik qiymətləndirmədən keçirilməyəcək

Bu ildən müsabiqə yolu ilə işə qəbul edilən müəllimlər diaqnostik qiymətləndirmədən keçirilməyəcək. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov APA-ya bildirib ki, işə müsabiqə yolu ilə qəbul edilən müəllimlər diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərə bərabər tutulacaq və onların əməkhaqqı gələn ildən tam artımla ödəniləcək. E. Bağırov qeyd edib ki, diaqnostik qiymətləndirmədə test imtahanlarının və müəllimlərin […]

3600-dən çox tələbə köçürülmək üçün qeydiyyatdan keçib

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb.   Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, iyulun 17-dən transfer.edu.az portalından 1450 nəfər tələbə orta ixtisas təhsil müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçib. […]

İdman müəllimlərinin fiziki bacarıqları yoxlanılıb

Bu il ilk dəfə müəllimlərin işə qəbulu ilə bağlı musiqi, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə müsahibə mərhələsi vakansiya seçimindən əvvəl həyata keçirilir. AZƏRTAC xəbər verir ki, ötən həftə başa çatan müsabiqənin test mərhələsində qırx minə yaxın müəllim iştirak edib. Mövcud qaydalara əsasən, müəllimlər test mərhələsindən sonra vakant yerləri seçirlər. Vakant yeri tutmaq hüququ qazananlar […]