Mektebgushesi

Mingəçevir Dövlət Universiteti Ali Təhsil Liderlik Forumunda təmsil olunub

  2024-cü ilin 16-18 aprel tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində 6-cı MENA Ali Təhsil Liderlik Forumu (The 6th MENA Higher Education Leadership Forum) keçirilib. “Əlaqələndirilmiş yeni nəsil universitetlərə doğru: addım atmaq, adaptə olunmaq və transformasiya zərurəti” mövzusuna həsr olunan forum digər beynəlxalq tərəfdaşlarla birlikdə BƏƏ-nin İnnovasiyaların Öyrənilməsi və Müvafiq Bilik Həlləri Mərkəzi (Center […]

BSU-nun II Beynəlxalq elmi-praktiki konfransı BDU-nun Qazax filialında keçirilib

BSU-nun “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC-2024) II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsi BDU-nun Qazax filialında baş tutub Aprelin 19-da Bakı Slavyan Universitetində (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC-2024) II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsi Bakı Slavyan Universiteti və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə BDU-nun Qazax filialında  keçirilib. Plenar iclasda BSU-nun rektoru Anar Nağıyev, […]

Bu gün 46 mindən çox şagird imtahan verəcək

Aprelin 21-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Xəzər, (II zona), Nizami və Pirallahı rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Sumqayıtda (II zona), Naftalan, Abşeron (II zona), Göygöl, Goranboy, Şəmkir (II zona), Gədəbəy, Qax, Balakən, Zaqatala, Cəlilabad (II zona), Masallı (II zona), Lerik, Bərdə, Tərtər, Yevlax, Göyçay, Ağdaş, Qobustan, Saatlı, Salyan, Xaçmaz (II zona) və Quba (II […]

Moskva Dövlət Linqvistika Universiteti nəzdində Azərbaycan dili və Mədəniyyəti Mərkəzi 15 illik yubileyini qeyd edib

  Moskva Dövlət Linqvistika Universitetində (MDLU) Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin 15 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçıları qismində MDLU və Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti çıxış edib. Yubiley tədbiri çərçivəsində “Rusiya-Azərbaycan: dillərin və mədəniyyətlərin dialoqu” mövzusunda dəyirmi masa da təşkil edilib. MDLU-nun rektoru İrina Krayeva tədbiri açaraq Mərkəzin yaranması […]

“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır

  “Rəqəmsal bacarıqlar” layihəsinin şagirdləri və “Code for future” layihəsinin tələbələri üçün “IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır. Elm və Təhsil Nazirliyindən bildirilib ki, sessiyada “Code for future” layihəsinin məzunları “Rəqəmsal bacarıqlar” təmayüllü 10 və 11-ci sinif şagirdləri ilə öz təcrübələrini paylaşacaqlar. Sessiyanın keçirilməsində məqsəd IT sahəsi üzrə təhsil alan və proqramlaşdırma təcrübəsinə malik tələbələrlə […]

Diplomu 175 ölkədə keçərli olan azərbaycanlı – FOTO

Bu hekayə kənd uşağının karyera yolundakı çətinlikləri, zəhməti, uğurları, dirənişi, mübarizəsindən bəhs edir. O, sosial şəbəkələrdə, mətbuatda ABŞ-nin Texas Universitetində “Fellowship” təqaüdünü qazanan ilk azərbaycanlı dənizçi kimi tanınıb. 2021-ci ildə bu universitetə qəbul olan 32 nəfərdən biri idi. O zaman doğulub, böyüdüyü kənd, rayon onunla fəxr edirdi. İki il gecə-gündüz çalışıb, böyük zəhmətlə əldə etdiyi […]

IX siniflərin buraxılış imtahanında 6 şagird maksimal bal toplayıb – SİYAHI

Martın 17-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında 6 şagird maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. “Azərbaycan müəllimi” sözügedən şagirdlərin siyahısını təqdim edir: 1. Tağıyev Hüseyn Vüqar oğlu, Bakı şəhəri, Bakı Türk liseyi, Türkiyə Dəyanət Vəqfi 2. Əliyev Emil Ceyhun oğlu, Gəncə şəhəri, Şəhər fizika-riyaziyyat və informatika təmayüllü […]

Nadir Israfilov: “Hansısa ilin nəticələrinə görə ümumi nəticə çıxarmaq yanlışlıq olar…”

Təhsilin keyfiyyətinin hansısa ildə kimlər tərəfindənsə toplanmış  balla ölçülməsi məsələnin mahiyyətinə obyektiv yanaşma ola bilməz.  Bu sözləri Bakupost.az-a müsahibəsində təhsil eksperti Nadir İsrafilov deyib. Onun sözlərinə görə, hər dəfə buraxılış və ya qəbul imtahanlarının nəticələri elan olunar-olunmaz təhsilin keyfiyyətinə dair müzakirələr aktuallaşır. İmtahanlarda maksimum nəticənin qeydə alınması və alınmaması, ötən illə müqayisədə bu il nəticələrin […]

“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisəsinin 6 şagirdi “Sabahın alimləri” XIII respublika müsabiqəsində uğur qazanıblar. Regional idarədən Mektebgushesi.az-a bildirilib ki, Azərbaycanın Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi müsabiqənin final mərhələsində 4 layihə ilə iştirak edərək, 3 layihə üzrə qalib elan edilib. Təhsil Kompleksinin 6 şagirdi müsabiqədə gümüş medala layiq görülüb. Onlar […]

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür

  Mektebgushesi.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsasında 2010-cu ildə təsis edilib. Bu təşəbbüs çoxdilliliyi və mədəni müxtəlifliyi qeyd etmək və BMT-də altı rəsmi dildən bərabər istifadəni təşviq etmək məqsədi daşıyır. Bu əlamətdar gün insanların Çin mədəniyyətini anlamaq üçün bir pəncərəyə çevrilib. Hər il Çin Dili Günü ərəfəsində […]

IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib

Aprelin 20-də IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib. Bakı Dövlət Universitetində (BDU) və Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzində keçirilən müsabiqədə olimpiadanın respublika turunu keçən 100-ə yaxın şagird iştirak edib. Bu barədə Mektebgushesi.az-a BDU-dan məlumat verib. Olimpiadanın təşkilatçıları BDU, Təhsil İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomiya Cəmiyyəti” İctimai […]

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

  Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi. Mektebgushesi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universiteti Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texniki Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilib və […]

ADPU-da maarifləndirici tədbir: MİQ sessiyası

Aprelin 19-da “Code for future” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyi, Pedaqoji Universitet və Alqoritmika şirkətinin birgə təşkilatçılığı ilə “MİQ sessiyası” mövzusunda tədbir keçirilib. İnfosessiyada, əsasən, Pedaqoji Universitetin riyaziyyat və informatika müəllimliyi və informatika müəllimliyi ixtisaslarında təhsil alan, eləcə də “Code for future” layihəsinin iştirakçısı olan tələbələr iştirak ediblər. Əvvəlcə, […]

“Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış” – Ölkə iqtisadçıları, alimlər müzakirələr üçün AzMİU-da bir araya gəldilər

Aprelin 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış” mövzusunda respublika elmi-praktik konfrans keçirilib. Elm və Təhsil Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən konfransda Auditorlar Palatası, müxtəlif institutlar, elmi-tədqiqat mərkəzləri, ali təhsil ocaqlarından nümayəndələr və məruzəçilər iştirak ediblər. AzMİU-nun […]

Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Qazaxıstanın Satbayev adına Milli Elmi-tədqiqat Universiteti (Satbayev University) arasında imzalanmış Əməkdaşlıq memorandumuna əsasən, qazaxıstanlı tələbələr ADNSU-da iki həftəlik Elmi-tədqiqat təcrübəsi keçiblər. Təcrübə müddətində – 2 həftə ərzində Satbayev adına Milli Elmi-tədqiqat Universitetinin (Satbayev University) 6 nəfər magistr tələbəsi əsasən ADNSU-nun Neft-mexanika (NMF), Geoloji kəşfiyyat (GKF) və İnformasiya […]