Mektebgushesi

DİMİ mtahanlarda nəzarətçi qismində iştirak edəcək şəxslər üçün təlimlərə başlayır

Təlimlər respublikanın bütün şəhər və rayonlarında keçiriləcək və 7174 zal nəzarətçisinin bu prosesdə iştirak edəcəyi gözlənilir. Təlimlərə təcrübəsi az olan və imtahanlarda nəzarətçi qismində ilk dəfə iştirak edəcək şəxslər cəlb olunur. 2023-cü il fevralın 10-dək davam edəcək təlimlər Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılacaq. Təlimlər respublikanın bütün şəhər və rayonlarında keçiriləcək və 7174 zal […]

NASA peykinin qalıqları Yerə düşə bilər

  ABŞ peyki yanvarın 8-də axşam saatlarında Yerin atmosferinə daxil olub. Onun fraqmentləri planetin səthinə düşə bilər. NASA-nın məlumatına görə, peykin böyük hissəsi atmosferdən keçən zaman yanacaq, lakin bəzi komponentlərin Yerə düşməsi mümkündür. “Qalıqların Yer kürəsində nəyəsə zərər vurması riski çox aşağıdır, təxminən 9400-də 1-dir”, – qurumdan bildirilib. Qeyd edək ki, Yerdəki radiasiya səviyyəsini tədqiq […]

Tehranda naməlum şəxslər universitet önündə ​​atəş açıblar: Yaralanan var

Bazar günü naməlum şəxslər İranın paytaxtı Tehranda yerləşən Əllamə Təbatəbai Universitetini atəşə tutub. Məlumata görə, hücum edənlər universitet işçilərindən birinə atəş açıb və hadisə yerindən qaçıblar. Zərərçəkən xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Bildirilir ki, hücum edənlər bir müddət qurbanı təqib ediblər. Atıcının üzü parça maska ​​ilə örtülüb. Hücum edənlərin kimliyi hələ müəyyən edilməyib. […]

Qarlı havanın Bakıda dərsə davamiyyətə təsiri açıqlanıb – RƏSMİ

Qarlı hava şəraiti ilə əlaqədar Bakıda yüksək ərazilərdə fəaliyyət göstərən ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Qeyd olunub ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar paytaxtdakı ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb. Bu istiqamətdə müvafiq qurumlarla […]

Çində son bir ayda 20 aparıcı alim-mühəndis vəfat edib

Çində anti-COVID tədbirləri ləğv edildikdən sonra son bir ay ərzində 20 aparıcı alim-mühəndis dünyasını dəyişib. Məlumata görə, həlak olan alimlər Çin Mühəndislik Akademiyasının (CAE) üzvləri olub. Ölkədə COVID-19 ilə mübarizə üçün məhdudiyyətlərin yumşaldılmasına dekabrın əvvəlindən başlayıb. Qeyd edək ki, Çindəki karantin tədbirlərin dünyada pandemiyanın bütün üç ili ərzində tətbiq edilən ən sərt qaydalar hesab edilirdi. […]

İmişlidə məktəbdə niyə ayaqyolu yoxdur? – VİDEO

İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ayaqyolu olmaması ilə bağlı yayılan videoya aydınlıq gətirilib. Mil-Muğan Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, vəziyyətlə maraqlanılıb və hazırda məktəbdə sanitar qovşaq təmir edilir. “Eyni zamanda yeni məktəb binasının tikilməsi nəzərdə tutulur. Bu il plana salınıb” – deyə qeyd olunub. Qeyd edək ki, İmişli rayon […]

Türkiyədə kitab oxuma vərdişi… – Harada, nə qədər oxuyurlar?

Türkiyədə insanların kitab oxuma vərdişləri araşdırılıb. Mektebgushesi.az  xəbər verir ki, “WALL-Areda” bunu 1100 nəfərin iştirakı ilə keçirib. Məlum olub ki, oxucuların əksəriyyəti kitablarını evdə oxuyur. Digərləri isə ictimai nəqliyyat, məktəb və  kitabxanada oxuyurlar. Araşdırmaya görə, oxucuların 88,4 faizi çap, 6,7 faizi elektron, 4,8 faizi isə audio kitablara üstünlük verirlər. Eyni zamanda insanların 9,4 faiz isə […]

Norveçin məktəbəqədər təhsil sisteminə qısa nəzər

  Dünyanın bir sıra ölkələrində olduğu kimi, Norveçin məktəbəqədər təhsil müəssisələrində də tərbiyəçilər uşaqların azadlıq hisslərinə xüsusi həssaslıqla yanaşırlar. İnsana bəxş edilən azadlıq hissi yalnız o insanın deyil, ümumilikdə cəmiyyətin gələcəyi üçün mühüm amildir. Azadlıq uşaqda yaradıcı ruh formalaşdıracaq. Biz uşaqlarda utancaqlıq, qorxaqlıq, yaltaqlıq və s. hissləri tərbiyə etsək, gələcəkdə cəmiyyət belə insanlardan ibarət olacaq […]

Prezident təqaüdçüsü şair ilə məktəbli yazarların görüşü keçirilib

   Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsi üzrə qalib olan “Məktəblilərin Poeziya Klubu” layihəsi çərçivəsində təlim xarakterli görüşlər davam edir. Belə ki, Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbdə layihə rəhbəri Günay Ələkbərzadə tərəfindən təşkil edilən “Məktəblilərin Poeziya Klubu” layihəsinin iştirakçıları ilə Azərbaycan Yazıçılar Birliyinin, Dünya Türk Yazarlar Birliyinin üzvü, prezident […]

Nehrəmdə məktəblinin qətlə yetirilməsinin təfərrüatı məlum olub – VİDEO

Dünən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində qətlə yetirilən məktəbli Tuncay Abdullayevin ailəsi Baku TV-yə danışıb. Mərhumun anası Qahirə Bağırovanın sözlərinə görə, oğlu idmana getmək adı ilə evdən çıxıb. “Bilmirəm, məktəbin qabağında, ya haradasa tutub, uşaqların içində deyib ki, Tuncay sənə sözüm var. Onu kənara çəkib, sonra da bıçağı çıxarıb, balamı vurub”, – deyə […]

“Proqramlaşdırmaya Python’la addımla” layihəsinin növbəti təlimi keçirilib

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ndə qalib olan “Proqramlaşdırmaya Python’la addımla” layihəsinin növbəti təlimi keçirilib.  Təlim 07.01.2023 tarixində Masallı rayon N.Nərimanov adına şəhər 2 saylı tam orta məktəbində təşkil edilmişdir. Təlimin əvvəlində  2 saylı tam orta məktəbin direktoru Mehriban Əzizova layihənin komandasını salamlayaraq, iştirakçılara uğurlar arzulayıb və layihənin […]

Avropada təhsil alan ilk azərbaycanlı qızı

Çox təəssüflər ki, elmin, mədəniyyətin, tərəqqinin yüksək inkişaf etdiyi müsair dövrümüzdə xaricə təhsil almağa gedən qızlarımız hələ də bəzi “düşüncəli” insanlar tərəfindən cəmiyyətdə normal qarşılanmır. Amma unutmayaq ki, hələ 20-ci yüzilliyin əvvəllərində də Parisə, Peterburqa, Moskvaya oxumağa gedən azərbaycanlı qızları olub. Belə qızlarımızdan biri də Şahtaxtlı Leylabanu idi (bir çox mənbələrdə yanlış olaraq Leyla və […]

Güney Azərbaycanda keçmiş baş nazirin erməni fitnəsi haqqında kitabı çap edilib

Pəhləvi hakimiyyəti dövründə İranda baş nazir olmuş Məhəmmədəli Furuğinin “Erməni üsyanı” adlı kitabı çapdan çıxıb. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. Kitab urmiyalı tarixçi və tədqiqatçı Tohid Məlikzadə tərəfindən nəşrə hazırlanıb. Azərbaycanlı tədqiqatçının geniş ön söz yazdığı kitabda Osmanlı imperiyasında ermənilərin üsyanı, bunun kökləri və törətdikləri əməllər inkarolunmaz faktlarla təqdim olunub.  

ARTİ -nin şöbə müdiri: Mövzu ilə ideyanın fərqləndirilməsi

  Mövzu yalnız söz və ya söz birləşməsi şəklində ifadə olunur. O, mətnin problematik və tematik cümləsində öz ifadəsini tapır. İdeya bitkin cümlədir; o, özündə mövzunu ehtiva edir və müəllifin mövzu ilə bağlı söyləmək istədiyi əsas fikirdir. Müəllifin əsas fikrini ifadə etdiyi cümlə həm də tematik cümlə adlanır. Mövzu və ideyanın yazılması Mövzunu müəyyən edin. […]

Tarix İnstitutuna yeni icraçı direktor və şöbə müdirləri təyin olunub

Tarix İnstitutuna yeni icraçı direktor və şöbə müdirləri təyin olunub. Bu barədə Mektebgushesi.az -a AMEA-dan məlumat verilib. Bildirilib ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin iştirakı ilə Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun xususi iclası keçirilib. Tədbiri giriş sözü ilə açan akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyətində struktur islahatlarının əsasən başa çatdığını, həmin islahatların Akademiyanın elmi-tədqiqat […]