Mektebgushesi

İsveçli professor NATO məsələsinə görə türk tələbənin təcrübə ərizəsini rədd etdi

İstanbulun İbn Haldun Universitetinin Psixologiya fakültəsinin 3-cü kurs tələbəsi Fatma Zəhra Erasmus+ qrant proqramı çərçivəsində 2023-cü ilin yayında Avropa Birliyinin ali məktəblərindən birində təcrübə keçmək hüququ qazanıb. 23 noyabr 2022-ci ildə tələbə müvafiq ünvana elektron məktub göndərərək Stokholm Universitetində professor Per Karlbrinqin rəhbərlik etdiyi tədqiqat layihəsində iştirak etmək istədiyini bildirib. Karlbrinq isə təcrübə ərizəsinə “Hörmətli […]

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi bu gün inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirəcək. Mektebgushesi.az xəbər verir ki, […]

15 yanvar – Beynəlxalq Vikipediya Günüdür

  Bu gün “Vikipediya” internet şəbəkəsinin yaradılmasının 22 ili tamam olur Bu gün dünyanın ən zəngin elektron ensiklopediyası olan “Vikipediya”nın yaranmasının 22 ili tamam olur. Yanvarın 15-i dünyada Beynəlxalq Vikipediya Günü kimi qeyd olunur. “Vikipediya” internetdə azad şəkildə yayımlanan, dünyanın 318 dilində mövcud olan, viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən inkişaf etdirilən ensiklopediyadır. Azad […]

Türkiyə azərbaycanlı tələbələr üçün təqaüd proqramı elan edib

  Türkiyə tərəfindən 2023-2024-cü tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı elan olunub. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir. Proqrama sənəd qəbulu fevralın 23-dək davam edəcək. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış olmaq mümkündür.  

UNEC-in komandası startap layihəsini təqdim edir

  Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Texnofest 2023”ün II mərhələsinə vəsiqə qazanan “Radioaktiv” komandası startap layihəsini təqdim edir. UNEC-dən bildirilib ki, kənd təsərrüfatı texnologiyaları kateqoriyası üzrə mübarizə aparan komanda hazırda PDR (proje detay raporu) mərhələsi üzərində çalışmalarına davam edir. Layihənin məqsədi süni intellektdən istifadə edərək ağıllı kamera sistemləri vasitəsilə bitkilərin xəstəliklərinin müəyyən olunmasıdır. Mobil tətbiq vasitəsilə […]

Nadir İsrafilov: “Bütün növ təqaüdlərin artırılması gözlənilən idi…”

Sosialyönümlü siyasətinin növbəti təcəssümü Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri artırılması təhsil ictimaiyyəti, xüsusilə də tələbələr tərəfindən səbirsizliklə gözlənilirdi. Bu artım nə az, nə çox 150 min […]

Qubada 11 yaşlı məktəblini yük maşını vuraraq öldürüb

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, “QazEL” markalı yük maşını yolu keçmək istəyən 11 yaşlı məktəblini vurub. Azyaşlı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

İlqar Orucov: Təqaüdlərin artırılması tələbələri daha yaxşı oxumağa motivasiya edən bir qərardır

  Prezident İlham Əliyevin ötən gün verdiyi sərəncamlar Azərbaycan vətəndaşının daha yaxşı yaşaması naminə görülən işdir. Sözügedən sərəncamlar dünyada baş verən qlobal iqtisadi böhran və inflyasiyanın fonunda Azərbaycan vətəndaşlarının, xüsusilə həssas təbəqələrdən olan insanların qayğılarının qarşılanması, onların sosial baxımdan bu proseslərdən az zərər çəkməsi istiqamətində atılmış növbəti addımlar idi. Bu kimi addımları zaman-zaman görürük. Bu, […]

“Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq”, “Lütfi Zadə. Biblioqrafiya” kitablarının təqdimatı olub

Xalq yazıçısı, akademik Kamal Abdullanın və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Rafiq Əliyevin müəllifləri olduğu “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” və Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” layihəsi çərçivəsində nəşr etdiyi “Lütfi Zadə. Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirib. Yanvarın 13-də Azərbaycan Milli Kitabxanasında reallaşan tədbir Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə […]

Od tutub yanan hazırlıq qiymətləri – ARAŞDIRMA

Azərbaycanda bir uşağın universitetə hazırlaşması üçün repetitor xərcləri ildən-ilə artır. Kasıbından tutmuş varlısına qədər hər bir valideyn övladını diplomlu etmək, ona gələcək qurmaq üçün pul xərcləməyə çalışır. Bu zaman dodaq uçuqladan qiymətlərlə rastlaşırıq. Övladının ali təhsil alması hər bir valideynin arzusudur. Bu arzunun da reallaşması üçün valideyn min bir əziyyətlə boğazından kəsir, onlara sərmayə yatırır. Xüsusilə, […]

Filologiya üzrə ilk qadın elmlər doktoru – Qərbi Azərbaycanın yetirməsi…

İrəvan şəhəri Azərbaycan xalqının mənəviyyat, mədəniyyət, ziyalılıq ocaqlarından biri kimi həmişə qeyd edilib. O, tarixi siması, abidələri, qədim məhəllələri, karvansaraları, qəbiristanlıqları, təbiəti, bir də İrəvanın özü kimi qayım-qədim tayfaları, insanları ilə təpədən-dırnağa Azərbaycan-türk şəhəri olduğunu çoxdan sübut edib. İrəvanın adlı-sanlı ailələri, görkəmli elm-fikir xadimləri çox olub. Əlbəttə, burada qızların təhsilinə xüsusi önəm verilib. İrəvanlı qızlar […]

2022-ci il ərzində disertasiya müdafiəsinin sayı məlum olub

Ötən il dissertasiya şuralarında keçirilmiş dissertasiya müdafiələrinin sayı açıqlanıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından bildirilib. Məlumata görə, 2022-ci il ərzində ümumilikdə 749 disertasiya müdafiəsi olub. Onlardan 637-si fəlsəfə doktoru, 112-si isə elmlər doktoru üzrədir. Ən çox müdafiə filologiya elmləri üzrə olub (158), sosiologiya elmi üzrə isə dissertasiya müdafiə edən […]

Cəlilabadda məktəbdə istilik niyə verilmir? – AÇIQLAMA

Cəlilabad şəhər 7 saylı orta məktəbində istiliyin verilməməsi ilə bağlı məlumata aydınlıq gətirilib. Lənkəran-Astara Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin qazanxanasının sobasında yaranan nasazlıqla bağlı məktəbin qızdırılmasında fasilələr yaranıb. “Nasazlığı aradan qaldırmaq üçün təsərrüfat istismar qrupunun əməkdaşlarına müvafiq tapşırıqlar verilib” – deyə məlumatda qeyd olunub.

Türkiyədə nəhəng kitabxana-şəhərcik açıldı – VİDEO

Türkiyədə nəhəng kitabxana-şəhərciyin açılışı olub. 18-ci əsrin ortalarında hərbi məqsədlər üçün tikilən bina bərpa, təmir və yenidənqurma işlərindən sonra Rami Kitabxanası kimi yenidən canlanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” hesabından bununla bağlı paylaşım edib: “Ölkəmizi başda təhsil və mədəniyyət olmaqla qlobal miqyasda brend etmək üçün çalışırıq. Bu gün açacağımız Rami kitabxanasını bu gedişdə yeni […]

Rusiya məktəblərində ilkin hərbi təlimlər tətbiq oluna bilər

“Rusiya məktəblərində valideynlərin razılığı ilə ilkin hərbi hazırlıq modulu tətbiq edilə bilər”. Bu barədə Rusiya Təhsil Nazirliyinin mətbuat xidməti nazirliyin rəhbəri Sergey Kravsova istinadən məlumat verib. “Nazir bildirib ki, əsas federal ümumtəhsil proqramları artıq təsdiqlənib. Bu proqramlara əsasən, məktəblər valideyn icmasının razılığı ilə ilkin hərbi hazırlıq modulunu tətbiq edə bilərlər”, – deyə məlumatda qeyd edilir. […]