Mektebgushesi

AzTU Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib – FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) növbədənkənar iclası keçirilib. Mektebgushesi.az xəbər verir ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədr müavini Mirzə Cəfərzadə bildirib ki, AzTU HİK-in sədri İlham Aslanzadə öz istəyi ilə vəzifəsindən ayrıldığı üçün iclasda yeni sədrin seçilməsi məsələsinə baxılacaq. İclasda yeni sədr vəzifəsinə AzTU-nun Mexatronika və […]

Təmirə bağlanan məktəblə bağlı rəsmi açıqlama

Sumqayıt şəhəri 36 nömrəli tam məktəbin valideynləri təmirə bağlanan məktəbin fəaliyyətə başlamamasından narazıdırlar. Bu barədə onlar Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayıblar. Bildirilib ki, təhsil ocağı üç ildən artıqdır təmirə bağlanıb: “Pedaqoji heyət və şagirdlər müvəqqəti olaraq Sumqayıt şəhəri 16 nömrəli məktəbin yanındakı binaya köçürülüblər. Amma üç ildən çox vaxt keçsə də, məktəbin təmiri bitmir. Bizə məktəbin yenidən […]

UNEC-də ötən il 4 tədqiqat mərkəzi yaradılıb

  Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ötən il 4 tədqiqat mərkəzi yaradılıb. UNEC-dən  bildirilib ki, bunlar Mühasibat və Maliyyə Tədqiqat Mərkəzi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin nəzdində Elektron Ticarət və Elektron İxracat Tədqiqat Mərkəzi, Sahə Araşdırmaları və Rəqabətin Təhlili Mərkəzi, Qarabağ İqtisadi Araşdırmalar Mərkəzidir. Beləliklə, tədqiqat mərkəzlərinin sayı 36 olub.

“SABAH” qruplarına müəllim seçiminin vaxtı uzadıldı

  Elm və Təhsil Nazirliyinin “SABAH” qruplarında 2022-2023–cü tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunurlar. Nazirlikdən  bildirilib ki, namizədlər yanvar 13-ü saat 00:00-dək müraciət edə bilərlər. Müsabiqə barədə ətraflı məlumatı linkə daxil olaraq əldə etmək mümkündür.

Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imkan

Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək. Eksternat imtahanı yanvarın 12-də təşkil olunacaq. Ümumi təhsil müəssisələri tərəfindən müvafiq müşayiət məktubu ilə adları təqdim edilmiş şagirdlərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala […]

BDU-nun 243 tələbəsi payız semestri üzrə təhsil krediti alıb

  Bakı Dövlət Universitetinin (BDU) 243 tələbəsi 2022/2023-cü tədris ilinin payız semestri üzrə təhsil krediti almaq hüququ əldə edib. Onlardan 73-ü sosial, 170-si isə standart növ təhsil kreditidir. 2021/2022-ci tədris ilində isə ümumilikdə 390 tələbəyə tələbə krediti verilib. Onlardan 133-ü sosial, 257-si isə standart növ təhsil krediti olub. 2022-2023-cü tədris ilinin payız semestri üzrə təhsil […]

Rəsədxana əməkdaşları şagirdlər üçün təlim keçiblər

  N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində “From class to SPACE – sinifdən Kainata” layihəsi üzrə Xətai rayonu Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbin şagirdlərinə astronomiya ilə bağlı təlimlərin keçirilməsi prosesində iştirak ediblər. Bu barədə  rəsədxanadan məlumat verilib. Layihədə rəsədxananın Gənc Alim və Mütəxəssislər […]

Avropada təhsil alan ilk azərbaycanlı qız – İrəvanlı Leyla Şahtaxtinskaya – FOTO

XIX əsrin sonu, XX əsrin əvvəllərində İrəvan şəhərində milli-mənəvi və maarifçilik mühiti digər müsəlman şəhərlərindən güclü olub. Həmin dövrdə İrəvanda təhsil və maarifçilik mühitinin inkişafı qızların ibtidai təhsillə yanaşı, həm də gimnaziyada oxumasına və ali təhsil almasına imkan verib. Hələ 1850-ci ildə İrəvanda fəaliyyətə başlayan Müqəddəs Pipsimi qadın məktəbində oxuyan qızların sayı ildən-ilə artırdı. Məktəbdə […]

Qubada tələbələr üçün kibertəhlükəsizlik üzrə qış düşərgəsi təşkil ediləcək

  Fevralın 4-dən 9-dək “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə Quba rayonunda qış düşərgəsi (“CyberCamp 2023”) təşkil ediləcək. Təhsil İnstitutundan  bildirilib ki, layihənin məqsədi kibertəhlükəsizlik sahəsində özünü inkişaf etdirmək istəyən və kibertəhlükəsizlik sahəsində karyera hədəfləri olan tələbə və gənclərin bir mühitdə toplanması, komanda işinə cəlb olunması və yeni iş imkanları əldə etməsinə şərait […]

Bakıda şagirdin ölümünə səbəb olan vəzifəli şəxs həbs edildi – VİDEO

Bakıda orta məktəb şagirdinin ölümü, onun atasının isə xəsarət alması ilə nəticələnən ağır qəza törətmiş vəzifəli şəxs həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsində 8-ci sinif şagirdi Nurlan Bağışovun ölümü ilə nəticələnən qəzanı törədən Azərbaycan Mərkəzi Bankının İnformasiya Texnologiyaları Departamentinin Texniki dəstəkləmə şöbəsinin rəisi, 1988-ci il təvəllüdlü Vəli Məmmədova hökm oxunub. Məhkəmənin 5 […]

Tehsilim.edu.az portalındakı e-kurslardan 105 nəfər məzun olub

  Tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan tədqiqat, biznes və innovasiyalarla bağlı Təhsil İnstitutu tərəfindən istifadəyə verilmiş 5 e-kursun növbəti mərhələsi başa çatıb. Bu barədə institutdan bildirilib. Bu e-kurslara Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Təhsil İnstitutu tərəfindən həyata keçirilmiş “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanan “Elmi işlərin yazılması və nəşri”, […]

UNEC-in 36 elmi əsəri “Google Scholar” axtarış sisteminə əlavə olunub

  Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elmi-pedaqoji heyəti tərəfindən ötən ilin son rübündə 36 elmi əsər “Google Scholar” axtarış sisteminə əlavə olunub. Bu barədə universitetdən məlumat verilib. Qeyd edək ki, “Google Scholar” elmi nəşrlərin tam mətnləri üçün pulsuz axtarış sistemidir.  

Hərbi Elmi Tədqiqat İnstitutunun Adyunkturasına qəbul elan edilib

Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutu 2023-2024-cü tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə adyunkturaya qiyabi və dissertantlıq yolu ilə qəbul elan edir. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Qəbul “Milli təhlükəsizlik və hərbi elmlər” elm sahəsinə aid aşağıdakı ixtisaslar üzrə elan olunur: – Hərbi nəzəri elmlər; – Hərbi xüsusi elmlər; […]

Magistraturaya qəbul imtahanı üşün sınaq imtahanına qeydiyyat davam edir

  İmtahan yeri (binası) barədə məlumat imtahandan bir həftə əvvəl Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq. Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü il 29 yanvar tarixində ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək. Sınaq imtahanında iştirak etmək istəyənlər 2023-cü il 15 yanvar saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan […]

Ceyhun Məmmədov: Prezident Qərbi Azərbaycanlıların doğma yurdlarına qayıtmaları ilə bağlı mühüm mesajlar verdi

  Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir çox vacib məqamlara toxundu. O vurğuladı ki, ötən il Azərbaycan üçün bir çox aspektlərdən uğurlu olmuşdur. Azərbaycan ordusunun müdafiə qabiliyyəti daha da gücləndirilmiş, yeni komanda birlikləri yaradılmış, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı təmin edilmiş, şəhid ailələrinə və qazilərə diqqət və qayğı davam etdirilmişdir. […]