Mektebgushesi

Dövlət qulluğu test imtahanına qeydiyyat davam edir

  İmtahanda iştirak etmək istəyən dövlət qulluqçuları DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidməti vasitəsilə qeydiyyatdan […]

BDU-nun tələbəsi intihar etdi – FOTO

  Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. Mektebgushesi.az xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən “AAAF Park” yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı halda aşkar edilib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.  

“Narkomaniya sərhədsiz fəlakətdir” – ADPU-nun filialında dəyirmi masa

Aprelin 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında tələbə-gənclərin sağlam həyat tərzinin təşviqinə həsr olunmuş “Narkomaniya sərhədsiz fəlakətdir” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini, dosent Nurali Çələbiyev narkomaniyanın bəşəriyyət üçün ən böyük qlobal bəlalardan biri olması, onun əhatə dairəsinin son onillikdə sürətlə genişlənməsi və insanların […]

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

Aprelin 18-də Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin fəaliyyəti ilə bağlı tədbir keçirilib. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, həmçinin media qurumlarının rəhbər heyəti və digər qonaqlar iştirak ediblər. Giriş nitqi ilə çıxış edən elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev layihə barədə məlumat verib. Bildirilib ki, “Məktəblinin dostu” layihəsi 2016-cı […]

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

  Avropada sənaye mühəndisliyi və sənaye menecmenti üzrə ixtisaslaşan tələbələri bir araya toplayan ESTIEM təşkilatının 68-ci Şura Toplantısı keçirilib. Portuqaliyanın Aveiro şəhərində təşkil olunan toplantıda ölkəmizi “Baku ESTIEM” qrupu adından Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri Riad Sadıqov və Səriyyə Bağırova təmsil ediblər. Bu barədə AzTU-dan məlumat verilib. Onlar Azərbaycan və AzTU haqqında geniş təqdimatla çıxış […]

ADPU-da türk professorun məruzəsi dinlənilib: Ali təhsildə ölçmə və qiymətləndirmədə yeni çağırışlar

Aprelin 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Pedaqoji Forumunun XIV dinləməsi keçirilib. ADPU-nun böyük zalında keçirilən dinləmədə Pedaqoji Universitetlə yanaşı, digər ali təhsil müəssisələrinin nümayəndələri, professor-müəllim heyəti, doktorant, magistrant və bakalavriat tələbələri, eləcə də təhsil ekspertləri və jurnalistlər iştirak ediblər. Dinləməni giriş sözü ilə açan ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov diqqətə çatdırıb […]

Nadir İsrafilov: “İstedadı stimullaşdırmadıqda, o istedadsızlaşır…”

limpiada və müsabiqələr istedadlı şagirdləri aşkara çıxarmağın əsas yollarından biridir. Məlumdur ki, “Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi qaydalarına  əsasən fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində […]

UNEC-də “Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabi” adlı beynəlxalq konfrans öz işinə başlayıb

  Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Biznes Məktəbinin və Hindistan Təhsil və Tədqiqatlar Akademiyasının (FAI) əməkdaşlığı ilə “Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” adlı beynəlxalq konfransın açılışı olub. Konfransın açılışında çıxış edən elm üzrə prorektor dosent Fariz Əhmədov iştirakçıları salamlayaraq, konfransın mövzusunun aktuallığından danışıb.  Bildirib ki, konfrans çərçivəsində dünyanın nüfuzlu alim və tədqiqatçıları bir yerə toplaşaraq, […]

Aİİ-də İnstitut Həmkarlar İttifaqı Komitəsinin yeni sədri seçilib

  Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Həmkarlar İttifaqı Komitəsinin (HİK) hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndəsi İlkin Həsənov, İnstitutun rəhbər heyəti, əməkdaşları və tələbələri iştirak ediblər. Aİİ Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradovun sədrliyi ilə baş tutan iclasda, ilk olaraq, Aİİ HİK-in sədri Ənvər Mustafayev qurumun fəaliyyəti haqqında hesabat […]

Pedaqoji Universitetin qocaman kitabxanaçıları təltif olunub

Aprelin 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov universitetin Kitbxana-İnformasiya Mərkəzinin qocaman əməkdaşları ilə görüşüb. Görüşdə, elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, eləcə də ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinin baş biblioqrafları Sürəyya Mustafayeva və Arifə Məhyəddinova iştirak ediblər. Qocaman kitabxanaçıların təəssüratlarını dinləyən rektor onlara uzunmüddətli səmərəli fəaliyyətlərinə görə təşəkkür edib və 750 […]

Azərbaycanda bağçaların sayının artırılmasına dair yeni mexanizmlər hazırlanıb

Bağçaların sayının artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıb. Mektebgushesi.az xəbər verir ki,bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. Onun sözlərinə görə, məktəbəqədər təhsildə əhatəliliyin artırılması üçün özəl sektorla əməkdaşlıq ediləcək: “Artıq bununla bağlı mexanizmlər hazırlanıb və növbəti həftələrdə ictimaiyyətə geniş məlumat veriləcək”.

Emin Əmrullayev: “Uşaq və azyaşlılarla iş görən komissiyaların fəaliyyətinin keyfiyyətini artırmaq lazımdır”

Məktəblərdə hadisə qurbanı və mahiyyəti kənarda qalıb emosional davranış əsas götürülürsə bu, yaxşı deyil. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, hər il məktəblərdə xoşagəlməz hadisə baş verir: “Belə hallar bu gün də var, sonra da olacaq. Bütün dünyada […]

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub  

“Məktəblilər “Ədibin Evi”ndə” layihəsi çərçivəsində növbəti görüş “Nizami Gəncəvinin söz kainatı” mövzusuna həsr olunub. Paytaxtdakı 96 nömrəli tam orta məktəbin şagirdləri görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın yaşadığı tarixi ünvanda ədibin həyat və yaradıcılığı ilə tanış olub, Dünya Aviasiya və Kosmonavtika Günü ilə bağlı müzakirələr aparıblar. Dahi Nizaminin “Xəmsə”sində kainat, səma cismlərinin təsvirləri barədə […]

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Polşa Respublikasının Vroclav Biznes Universitetinin professorları İzabella Qruzska və Radosłav Milevski Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində Bakı Mühəndislik Universitetində (BMU) olublar. Universitetin kampusu, maddi-texniki bazası, laboratoriyaları ilə yaxından tanış olan polşalı professorlar BMU-nun müəllim və tələbə heyəti ilə görüşüb, müxtəlif mövzularda müzakirələr aparıblar. Eyni zamanda İzabella Qruzska İqtisadiyyat və idarəetmə fakultəsinin tələbələrinə “Polşanın əsas turistik […]