Mektebgushesi

“Tədris prosesində müşahidə və əks-əlaqənin rolu” mövzusunda növbəti vebinar baş tutacaq

Təhsil İnstitutu tərəfindən sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə 19 mart tarixində saat 15:00-da “Tədris prosesində müşahidə və əks-əlaqənin rolu” mövzusunda növbəti vebinar baş tutacaq. Vebinarda spiker qismində ARTİ-nin Əlaqələndirmə şöbəsinin müdiri, qabaqcıl təhsil işçisi Aynur Rüstəmova çıxış edəcək. Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.

“Təhsildə yeni çağırışlar” regional konfranslarına start verilib

Mart ayından “Təhsildə yeni çağırışlar” regional konfranslarına start verilib. İlk regional konfrans martın 14-də Lənkəranda təşkil olunub. Konfrans Lənkəran–Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün baş tutub. “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan konfransın məqsədi qabaqcıl müəllim, təhsil idarəedicilərinin təcrübəsini öyrənmək, səmərəli əməkdaşlığa təkan vermək, eləcə də regional diskussiya platforması […]

“Azərbaycan müəllimi” qəzeti rebrendinq müsabiqəsi elan edir

Elm və Təhsil Nazirliyinin mətbuat orqanı olan və 1934-cü ildən fəaliyyət göstərən “Azərbaycan müəllimi” qəzeti ölkəmizdəki ən önəmli təhsil carçısıdır. 2024-cü ildə 90 illik yubileyini qeyd edəcək bu qədim tarixə malik qəzetin müasir dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə rebrendinq müsabiqəsinə start verilib. Müsabiqədə iştirak etmək istəyənlər “Azərbaycan müəllimi” qəzetinin yeni loqosu və internet saytının əsas səhifəsinin […]

ADPU-nun Quba filialında “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Quba Rayon Polis Şöbəsinin təşkilatçılğı ilə “Narkomaniyaya yox deyək” devizi altında tədbir keçirilib. Tədbirdə Quba Rayon Polis Şöbəsinin rəisi, polkovnik Mehman Əliyev, rəis müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov, polis mayoru Orxan Şahmarov, Quba filialının direktoru, f.e.d. Yusif Alıyev və filialın müəllim və tələbə heyəti iştirak edib. Əvvəlcə, Dövlət […]

Masallıda 9-cu sinifdə oxuyan qız itkin düşüb

Masallıda məktəbli itkin düşüb. Mektebgushesi.az xəbər verir ki, rayonun Həsənli kəndində yaşayan 2008-ci il təvəllüdlü 9-cu sinif şagirdi Həsənli Sara Akif qızının yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedərək itkin düşüb. Araşdırma aparılır.

“Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın təqdimetmə mərasimi keçirilib – FOTO

Martın 14-də Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə işə başlayan XI Qlobal Bakı Forumu çərçivəsində “Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın təqdimetmə mərasimi olub. Mektebgushesi.az Oxu.Az -a istinadən xəbər verir ki, tədbirə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqa və İsmayıl Serageldin, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət […]

Koronavirus epidemioloqları təhlükəli xəstəliyi tamamilə MƏHV ETDİLƏR

Koronavirus epidemioloqları arasında ciddi narahatlıq yaradan təhlükəli xəstəlik tamamilə məhv edilib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bildirilib ki, söhbət qripin “B” ştamının “Yamagato” nəslindən gedir. 2020-ci ilə qədər bu virus kifayət qədər aktiv olub. Lakin COVID-19 pandemiyası ilə əlaqədar olaraq məhdudlaşdırıcı tədbirlərin tətbiqi ərəfəsində “Yamagato” tədricən yoxa çıxıb. “Yamaqato”nun məhv olmasına görə, bu viruslar artıq […]

Proqramlaşdırma üzrə olimpiadalara hazırlıq istiqamətində AzTU-da aparılan işlər müzakirə olunub

  Azərbaycan Texniki Universitetində (AzTU) proqramlaşdırma üzrə olimpiadalara hazırlıq məqsədilə yaradılan İnformatika Olimpiada Mərkəzinin fəaliyyəti ilə bağlı toplantı keçirilib. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, toplantıda Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Olimpiadasına hazırlığı istiqamətində AzTU-da aparılan işlər müzakirə olunub. Olimpiadanın əhəmiyyətindən danışan rektor Vilayət Vəliyev universitetdə bu məqsədlə görülən işlər haqqında məlumat verib. Bildirib ki, bu istiqamətdə yeni […]

Professor Şirindil Alışanlı vəfat edib

Filologiya elmləri doktoru, professor Şirindil Alışanlı vəfat edib. Bu barədə  AMEA-dan məlumat verilib. Bildirilib ki, Şirindil Alışanlı ilə vida mərasimi sabah saat 10:00-da Təzə Pir məscidində keçiriləcək. Şirindil Həsən oğlu Alışanlı 1952-ci ildə anadan olub. 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universitetində) təhsil alıb, Filologiya fakültəsində ədəbi tənqid üzrə ixtisas kursunu bitirib. 1977-1980-ci […]

Sumqayıtda 15 yaşlı məktəbli itkin düşüb

Sumqayıtda 15 yaşlı yeniyetmə itkin düşüb. Mektebgushesi.az xəbər verir ki, şəhər sakini 2009-cu il təvəllüdlü Abbasov Fərid Seymur oğlu 18-ci məhəllədə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı polisə məlumat verilib.

Müəllimi hər sınaqdan keçiririk, bircə qalıb narkotestdən keçirmək…!? – RƏYLƏR

  Son zamanlar müəllim və şagirdlərin narkotestlərdən keçməsi ilə bağlı bir sıra məsələlər gündəmdədir. Bəs, müəllimlərin gələcəkdə bu testlərə məruz qalması nə dərəcədə düzgündür? Bu addım müəllimləri nüfuzdan salarmı? Mektebgushesi.az xəbər verir ki, SİA mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrənib. Təhsil eksperti Nadir İsrafilov: “Bununla müəllimin onsuz da zədələnmiş nüfuzunu bir az da sarsıtmış olarıq. […]

FLEX proqramının qalibləri olmuş şagirdlərlə MÜSAHİBƏ

Flex Proqramı Nədir?  FLEX Proqramı Amerikada təqaüdlə təhsil almaq istəyən orta məktəb şagirdlərinin müraciət etdikləri tələbə mübadilə proqramıdır. Açılışı “Future leader’s exchange” olan Flexin ana dilimizə tərcüməsi isə “Gələcəyin liderləri mübadiləsi”dir. ABŞ dövləti tərəfindən maliyyələşdirilən bu proqrama hər il dünyanın dörd bir yanından 30000 nəfərə yaxın şagird müraciət edir. Həmin şagirdlərdən yalnız 800-900 nəfəri seçilir. […]

UNEC yeni təşəbbüsə start verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, UNEC yeni təşəbbüsə start verib. Yerli televiziyalara müsahibəsi zamanı Prezident İlham Əliyev ölkənin gələcək inkişafı ilə bağlı milli ideyaların yaranması məqsədilə siyasətçilər, politoloqlar, elm adamları və ziyalıların qarşısına tapşırıqa qoyaraq, ictimai müzakirələrin aparılmasının vacibliyini bildirib: “Bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir. Biz əsas […]

Pedaqoji Universitet Bakı Biznes Universiteti ilə anlaşma memorandumu imzalayıb  

Martın 14-də  Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Bakı Biznes Universitetinin (BBU) rəhbərliyi ilə görüş keçirilib. Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Tədris departamentinin direktoru, dosent Sənan Əliyev, Təlim-Tədris Mərkəzinin müdiri Xalidə […]

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə direktor təyin olunub

  Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə direktor təyin olunub. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Mektebgushesi.az-a məlumat verilib. Bildirilib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 13 mart 2024-cü il tarixli əmri ilə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tarix müəllimi Samir Dadaşov Kollecin direktoru vəzifəsinə təyin edilib. Samir Dadaşov […]