Mektebgushesi

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti Azərbaycan vətəndaşları üçün qəbul elan edib

Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşlarının təhsil alması üçün tələbə qəbulu elan edib. Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, həmin universitetdə bakalavriat səviyyəsi üzrə 3 yer ayrılıb. Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 16-22 aprel (şənbə və bazar günləri istisna olmaqla) tarixlərində tələb olunan sənədləri info@dim.gov.az elektron poçt ünvanına […]

BSU-da  “İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktiki konfrans keçirilib

Aprelin 16-da Bakı Slavyan Universitetində (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC-2024) II Beynəlxalq elmi-praktiki konfrans keçirilib. Plenar iclası giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev konfrans iştirakçılarını və qonaqları salamlayıb. Rektor Azərbaycanda inklüziv təhsilin təşkili sahəsinə mühüm işlər görüldüyünü qeyd edərək bu istiqamətdə müvafiq qanunvericilik bazasının formalaşdığını diqqətə çatdırıb. O, 2009-cu ildə Azərbaycan Respublikasının […]

Özbəkistanda BMU-nun beynəlxalq konfransı keçiriləcək

  20-26 oktyabr 2024-cü il tarixlərində Özbəkistan Respublikasında Bakı Mühəndislik Universitetinin (BMU) təşkilati dəstək verdiyi “İnformasiya texnologiyaları və riyazi modelləşmə (“İTMM-2024”)” mövzusunda Aleksandr Fyodoroviç Terpuqov adına 23-cü beynəlxalq konfrans keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, Qarşi Dövlət Universitetində baş tutacaq konfransda tədbirin Beynəlxalq Proqram Komitəsinin üzvləri – BMU-nun tədris işləri üzrə prorektoru Həmzağa Orucov ilə elm və […]

AzTU-da tələbə elmi konfransı keçirilib – FOTO

Azərbaycan Texniki Universiteti (AzTU), Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və ali təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər təşkilatlarının təşkilatçılığı ilə aprelin 15-də Bakı şəhərində “COP tələbləri: İqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” mövzusunda tələbə elmi konfransı keçirilib. AzEdu.az xəbər verir ki, elmi konfransın rəsmi açılış mərasimi dövlət […]

Masallıda məktəb binası qəzalı vəziyyətdədir: “Hər an ciddi təhlükə ilə üzləşə bilərlər” – VİDEO

  Masallı rayonu, Ərkivan qəsəbəsinin 1 saylı tam orta məktəbi bərbad vəziyyətdədir. Sakinlərin sözlərinə, 40 ilə yaxındır tikilən məktəb bu günə kimi heç vaxt təmir olunmayıb: “Məktəbin istismar müddəti artıq başa çatıb. Vaxtilə geniş fəaliyyəti olan məktəbdə siniflər odun sobası ilə qızdırılır. Döşəmə yoxdur, tavan çökmüş vəziyyətdədir. Yağış yağan kimi sinif otaqlarına su damır. Qapı-pəncərələr, […]

Hacettepe Universitetinin professoru ADPU-da magistrantlar üçün modul dərslər keçir

Aprelin 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) SABAH qruplarında magistratura səviyyəsi üçün Pedaqogika ixtisasının “Təhsildə qiymətləndirmə və monitorinq” ixtisaslaşması üzrə mövcud təhsil proqramının təkmilləşdirilməsi məqsədilə ekspert komissiyası öz işinə başlayıb. Komissiyanın iclasında tədrisin keyfiyyətinin və məzmun zənginliyinin artırılması mövzusunda müzakirələr aparılıb. Qeyd edək ki, Türkiyənin Hacettepe Universitetinin professoru Selahaddin Gelbal ekspert komissiyasına məsləhətçi olaraq dəvət […]

ADNSU ilə Vorvik Universitetinin İkili Diplom Proqramının Rəhbər Komitəsinin Böyük Britaniyada iclası keçirilib

Aprelin 15-dən Böyük Britaniyada Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Vorvik Universiteti “Warwick Manufacturing Group” (WMG) ilə birgə bərpa olunan enerji sahəsində İkili Diplom Proqramının Rəhbər Komitəsinin Böyük Britaniyada görüşlərinə başlanıb. ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, ADNSU-nun […]

Emin Əmrullayev UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

  Aprelin 16-da elm və təhsil naziri Emin Əmrullayev UNICEF-in Azərbaycan Respublikasındakı nümayəndəsi Saca Faruq Abdulla ilə görüşüb. Mektebgushesi.az xəbər verir ki, görüş zamanı Elm və Təhsil Nazirliyi ilə UNICEF tərəfindən həyata keçirilən layihələr, həmçinin əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

İmtahanda maksimum nəticə göstərən kənd məktəbliləri

    10 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb. Maksimum bal toplayan 39 şagirddən altısı kənd məktəblərində təhsil alanlardır. “Qafqazinfo” xəbər verir ki, onlar öz təəssüratlarını “Azərbaycan müəllimi” ilə bölüşüblər. “Arzusu Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmaqdır” Sevil Gülməliyeva, Quba rayonu Aşağı Atuc kənd tam orta məktəbin XI sinif şagirdi  Maksimal bal toplayan […]

İmtahanda maksimum nəticə göstərən məktəblilər: “Təkcə oxumaqla uğur olmur” – FOTO

  Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Bakı şəhəri, Nərimanov rayonu 36 saylı orta məktəbin iki şagirdi imtahanda maksimum nəticə göstərib. Mektebgushesi.az xəbər verir ki, şagirdlər  Oxu.Az-ın əməkdaşına danışıb. Onlardan biri Jalə Xasıyevadır. O, […]

ADPU-da “Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” mövzusunda mühazirə təşkil olunub  

Aprelin 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə Tarix və coğrafiya fakültəsində Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zakir Kərimovun “Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” mövzusunda mühazirəsi təşkil olunub. Mühazirədə Azərbaycan tarixi, Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedralarının professor-müəllim heyəti, “tarix müəllimliyi” ixtisasının 2101B və […]

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası (AK) tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin assosiativ tərəfdaşlığı Avropa Komissiyası tərəfindən rsəmən təsdiq olunub.

“Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

  Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində tələbələrin ailələrinə ziyarət davam edir. Layihə çərçivəsində Aİİ İlahiyyat fakültəsinin dekanı, i.f.d., dos. Elnurə Əzizova, İslamşünaslıq kafedrasının müəllimləri – f.f.d. Faiq Əhmədzadə,  t.f.d., dos. Rəşad Mustafa Sabunçu, Nizami və Xətai rayonlarında yaşayan I tədris ili tələbələrindən bəzilərinin ailələrini ziyarət ediblər. Valideynlərə Aİİ-də tələbələr üçün yaradılmış elm […]

“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi elan edilir

 2024-04-16 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi elan edilir. Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Hakaton formatında keçiriləcək müsabiqənin məqsədi iqlim dəyişikliklərinə uyğunlaşma və onun təsirlərinin azaldılması istiqamətində tələbələrin innovativ layihə ideyalarını dəyərləndirməkdir. Müsabiqənin keçirilmə vaxtı 26–28 aprel tarixləridir. Müsabiqədə ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində təhsil alan […]

ADPU-da “Yaşıl təhsil” elmi-praktik konfransı keçirilib  

Aprelin 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ekoloji Bilik Gününə həsr olunmuş “Yaşıl təhsil” elmi-praktik konfransı keçirilib. Konfransda ADPU-nun rəhbərliyi, professor-müəllim heyəti, həmçinin Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, dosent Sadiq Qurbanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri, dosent Fuad Hümbətov, eləcə […]